Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-865/2020 15.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçı Nümayəndəsi X3 və nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Nümayəndə Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2013- cü il tarixli MK/İZ-01 nömrəli və xx xxxxxx 2014-cü il tarixli, MK/İZ-02 nömrəli müqavilələr üzrə 26,951.80 manat məbləğində əsas borc, 3363.97 manat faiz borcu, 4061.47 manat məbləğində dəbbə pulu, cəmi 34,377.24 manat məbləğində pulun, iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsümunun, vəkilin xidmət haqqı üçün ödənilmiş 1000 manat məbləğində pulun cavabdehdən tutulması, həmçinin qurğu və avadanlıqların (66 ədəd qutu, 9 ədəd Tamper, 4 ədəd qida plata, 10 ədəd ana plata, 12 ədəd POS terminal) cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2013cü il tarixli MK/İZ-01 nömrəli və xx xxxxxx 2014-cü il tarixli, MK/İZ-02 nömrəli müqavilələr üzrə 26,951.80 manat məbləğində əsas borc, 3363.97 manat faiz borcu, 4061.47 manat məbləğində dəbbə pulu, cəmi 34,377.24 manat məbləğində pulun, iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsümunun, vəkilin xidmət haqqı üçün ödənilmiş 1000 manat məbləğində pulun cavabdehdən tutulması, həmçinin qurğu və avadanlıqların (66 ədəd qutu, 9 ədəd Tamper, 4 ədəd qida plata, 10 ədəd ana plata, 12 ədəd POS terminal) cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli MK/İZ-01 nömrəli və xx xxxxxx 2014-cü il tarixli, MK/İZ02 saylı müqavilələrə əsasən iddiaçı öz üzərinə götürdüyü öhdəliklərini vicdanla yerinə yetirdiyi halda, yəni müqavilələrdə göstərilən xidmətləri təşkil etdiyi halda cavabdeh öz üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. xx xxxxxx 2013-cü il tarixli MK/İZ-01 nömrəli müqavilənin predmeti İZ sədaqət proqramı çərçivəsində müştəri tərəfindən təsərrüfat subyektinin təklif etdiyi iş, mal, xidmətlər əldə edilərkən, cavabdeh tərəfindən təsərrüfat subyektinin obyektində quraşdırılmış terminalda İZ kartının qəbulu, Terminal vasitəsilə İZ kartına bonusların yığılması, yığılmış bonusların cavabdeh ilə müqavilə bağlamış bütün təsərrüfat subyektlərinin obyektlərində istifadə edilməsinin təşkili, terminal vasitəsilə İZ kartındakı bonuslar üzrə balansın öyrənilməsi, həmçinin bu xidmətlərdən irəli gələcək texniki dəstəklənmənin həyata keçirilməsinə dair münasibətlərin tənzimlənməsidir. Müqavilənin 1 saylı Əlavəsinə əsasən iddiaçı müqavilədə göstərilən xidmətləri həyata keçirmək məqsədilə cavabdehə 193 ədəd POS-terminal təqdim etmişdir. Həmin Pos-terminallar xx xxxx 2016-cı il tarixli Təhvil-Təslim Aktı ilə cavabdehə təhvil verilmişdir. xx xxxxxx 2014-cü il tarixli, MK/İZ-02 nömrəli müqavilənin predmeti isə elektron ticarətlə bağlı olmuş, iddiaçının informasiya sistemlərindən istifadə edilməklə cavabdeh ilə müvafiq müqavilələr bağlamış E-satıcıların xeyrinə ödənişlərin təşkil olunmasına dair tərəflər arasındakı münasibətlərin tənzimləməsi olmuşdur. Hər iki müqavilə üzrə cavabdeh öz üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyindən 2017-ci ilin iyul ayından etibarən 2018-ci ilin 31 dekabr tarixinədək iddiaçıya 26,951.80 manat məbləğində əsas borc, 3363.97 manat faiz borcu, 4061.47 manat dəbbə pulu, cəmi 34,377.24 manat məbləğində borc pul öhdəliyi yaranmışdır. Həmçinin iddiaçıya məxsus bir sıra qurğu və avadanlıqlar cavabdeh tərəfindən bugünədək qaytarılmamışdır. Borc məbləğinin ödənilməsi, eləcə də bir sıra qurğu və avadanlıqların (66 ədəd qutu, 9 ədəd Tamper, 4 ədəd qida plata, 10 ədəd ana plata, 12 ədəd POS terminal) geri qaytarılması ilə bağlı cavabdeh ilə dəfələrlə danışıqlar aparılmasına, eyni zamanda xx xxxx 2018-ci il tarixində 26/69 saylı, xx xxxx 2018-ci il tarixində 26/80 saylı, xx xxxxxx 2019-cu il tarixli 28/10 saylı və sonuncu xx xxxxxx 2020-ci il tarixli 30/61 saylı pretenziya məktubları təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borc pul məbləği hələ də iddiaçıya ödənilməmiş və qeyd edilən qurğu və avadanlıqlar geri qaytarılmamışdır. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, cavabdeh etiraf edir ki, iddiaçıya 10000 manat borcu qalmışdır. Hazırki borcu iddiaçı özü hesablayıb vermişdir. Bu məbləği cavabdeh qəbul etmir və şişirdilmişdir. Müəssisə faktiki olaraq fəaliyyət göstərmir. Əvvəlki rəhbərlik müəssisəni indiki rəhbərliyə təhvil verib çıxıb getmişdir, sənədlər isə onlarda yoxdur və əldə də edə bilmirlər. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx xxxxxxxx 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxxxx 2013-cü il tarixli MK/İZ-01 nömrəli müqavilənin surətindən görünür ki, müqavilənin predmeti İZ sədaqət proqramı çərçivəsində müştəri tərəfindən təsərrüfat subyektinin təklif etdiyi iş, mal, xidmətlər əldə edilərkən, cavabdeh tərəfindən təsərrüfat subyektinin obyektində quraşdırılmış terminalda İZ kartının qəbulu, Terminal vasitəsilə İZ kartına bonusların yığılması, yığılmış bonusların cavabdeh ilə müqavilə bağlamış bütün təsərrüfat subyektlərinin obyektlərində istifadə edilməsinin təşkili, terminal vasitəsilə İZ kartındakı bonuslar üzrə balansın öyrənilməsi, həmçinin bu xidmətlərdən irəli gələcək texniki dəstəklənmənin həyata keçirilməsinə dair münasibətlərin tənzimlənməsidir. xx xxxxxx 2014-cü il tarixli, MK/İZ-02 nömrəli müqavilənin surətindən görünür ki, müqavilənin predmeti iddiaçının informasiya sistemlərindən istifadə edilməklə cavabdeh ilə müvafiq müqavilələr bağlamış E-satıcıların xeyrinə ödənişlərin təşkil olunmasına dair tərəflər arasındakı münasibətlərin tənzimləməsi olmuşdur. 14 ədəd təhvil-təslim aktlarının surətlərindən görünür ki, iddiaçı tərəfindən 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayınadək 33040 manat dəyərində göstərilmiş xidmətlər cavabdeh tərəfindən qəbul edilmişdir. xx xxxx 2016-cı il tarixli təhvil-təslim aktının surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 193 ədəd POS-terminal təhvil verilmiş və həmin POS-terminallar cavabdeh tərəfindən təhvil alınmışdır. xx xxxxxx 2016-cı il tarixli aktın surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 30 ədəd POS-terminal geri qaytarılmış və həmin POS-terminallar iddiaçı tərəfindən təhvil alınmışdır. xx xxxxxx 2019-cu il tarixli MK810 saylı Ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 1000 manat ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin və vəkillərinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixli MK/İZ-01 nömrəli və xx xxxxxx 2014-cü il tarixli, MK/İZ-02 nömrəli müqavilələr bağlanmışdır. xx xxxxxx 2013-cü il tarixli MK/İZ-01 nömrəli müqavilənin predmeti İZ sədaqət proqramı çərçivəsində müştəri tərəfindən təsərrüfat subyektinin təklif etdiyi iş, mal, xidmətlər əldə edilərkən, cavabdeh tərəfindən təsərrüfat subyektinin obyektində quraşdırılmış terminalda İZ kartının qəbulu, Terminal vasitəsilə İZ kartına bonusların yığılması, yığılmış bonusların cavabdeh ilə müqavilə bağlamış bütün təsərrüfat subyektlərinin obyektlərində istifadə edilməsinin təşkili, terminal vasitəsilə İZ kartındakı bonuslar üzrə balansın öyrənilməsi, həmçinin bu xidmətlərdən irəli gələcək texniki dəstəklənmənin həyata keçirilməsinə dair münasibətlərin, xx xxxxxx 2014-cü il tarixli, MK/İZ-02 nömrəli müqavilənin predmeti isə iddiaçının informasiya sistemlərindən istifadə edilməklə cavabdeh ilə müvafiq müqavilələr bağlamış E-satıcıların xeyrinə ödənişlərin təşkil olunmasına dair tərəflər arasındakı münasibətlərin tənzimləməsi olmuşdur. İddiaçı tərəfindən 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayınadək 33040 manat dəyərində göstərilmiş xidmətlər cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdehə 193 ədəd POS-terminal təhvil verilmiş və həmin POS-terminallar cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya 30 ədəd POS-terminal geri qaytarılmış və həmin POS-terminallar iddiaçı tərəfindən təhvil alınmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilə üzrə cavabdehə xidmət etmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş təhvil-təslim aktlarından müəyyən olunur ki, iddiaçı tərəfindən 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayınadək göstərilmiş xidmətlər cavabdeh tərəfindən qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 26,951.80 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 3363.97 manat faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, xx xxxxxx 2013-cü il tarixli MK/İZ-01 nömrəli müqavilənin 3.5-ci və xx xxxxxx 2014-cü il tarixli, MK/İZ- 02 nömrəli müqavilənin 3.4-cü bəndlərinə əsasən cavabdeh iddiaçıya dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 4061.47 manat dəbbə pulu məbləği yaranmış 26,951.80 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan,onun məbləğini azaldaraq 1000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarından qurğu və avadanlıqların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi təsdiq olunur. Belə olan halda cavabdeh qurğu və avadanlıqları özündə saxlamaqla iddiaçının həmin qurğu və avadanlıqlar üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş qurğu və avadanlıqlar iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli MK810 saylı Ödəniş tapşırığının surətindən göründüyü kimi iddiaçı tərəfindən hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 1000 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 1000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli MK/İZ-01 nömrəli və xx xxxxxx 2014-cü il tarixli, MK/İZ-02 nömrəli müqavilələr üzrə 26,951.80 manat məbləğində əsas borc, 3363.97 manat faiz borcu, 1000 manat məbləğində dəbbə pulu, vəkilin xidmət haqqı üçün ödənilmiş 1000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (32315,77 manat) iddia tələbinin (35377,24 manat) 91,34 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27,40 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 2,6 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Nümayəndə ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli MK/İZ-01 nömrəli və xx xxxxxx 2014-cü il tarixli, MK/İZ-02 nömrəli müqavilələr üzrə 26,951.80 manat məbləğində əsas borc, 3363.97 manat faiz borcu, 1000 manat məbləğində dəbbə pulu, vəkilin xidmət haqqı üçün ödənilmiş 1000 manat məbləğində pul Cavabdehndən tutularaq Nümayəndənə ödənilsin. Qurğu və avadanlıqlar olan 66 ədəd qutu, 9 ədəd Tamper, 4 ədəd qida plata, 10 ədəd ana plata, 12 ədəd POS terminal Cavabdehndən alınaraq Nümayəndənə qaytarılsın. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27,40 manat məbləği Cavabdehndən tutularaq Nümayəndənə ödənilsin, qalan 2,6 manat məbləği isə Nümayəndənə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-865/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-865/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver