Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8681/2025 18.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8090,52 manat əsas borc, 1213,57 manat cərimə və 113,05 manat dövlət rüsumu olmaqla, ümumlikdə 9417,14 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ММС ilə İddiaçı MMC arasında malların satılması üçün 08 avqust 2022-ci il tarixli, xx-xx/2022 №-li alqı-satqı müqaviləsi bağlanılmış və müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hesab-faktura və ya elektron qaimə fakturalarda göstərilən malları alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq alıcıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Alıcı isə həmin malları qəbul edib, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməli idi. Müqavilənin 1.2-ci bəndinə əsasən malların miqdarı, çeşidi, markası, növü, qiyməti və s. məlumatlar təqdim olunacaq hesab-faktura və ya elektron qaiməfaktura ilə müəyyən olunur. Müqavilənin şərtlərinə əsasən mallar satılmış və müqavilə şərtlərinə əsasən alıcıya çatdırılmışdır. Malların kəmiyyəti və keyfiyyəti barədə heç bir iddia irəli sürülməmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirılməsi” aktına əsasən üzləşdirmə aparılan tarixə qalıq borc məbləği 8090,52 manat təşkil etmişdir. Bu borcun ödənilməsi ilə bağlı dəfələrlə müraciət olunsa da, borc məbləğinin ödənilməsi təmin olunmamış, müxtəlif bəhanələr gətirilmişdir. Cavabdeh ММС-nin 08 avqust 2022-ci il tarixli, xx-xx/2022 №-li bağlanılmış alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə olan əsas borcunun məbləği 8090,52 manat təşkil edir. Vaxtında ödənilmədiyinə görə borc məbləğinin 5% miqdarında iki illik cərimə məbləğinin, yəni 1213,57 manatın ödənilməsi tələb edilir. Beləliklə, Cavabdeh ММС-nin İddiaçı MMC-yə müqavilə üzrə borcu cərimə məbləği də daxil olmaqla, 9304,09 manat təşkil edir. Müqavilə üzrə ümumi yaranmış borcun könüllü ödənilməsi barədə təkilf olan pretenziya məktubu xx.xx.2025-ci il tarixində cavabdehə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən “müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir”. Ödənilməsi tələb olunan borcun olması tərəflər arasında tərtib edilmiş qarşılıqlı bocların üzləşdirilməsi aktı ilə öz təsdiqini tapır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 567, 598.1, 598.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı qismində Cavabdeh MMC arasında 08 avqust 2022-ci il tarixli, xx-xx/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hesab-faktura va ya elektron qaimə-fakturada göstərilən malları alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq alıcıya təhvil verməyi öz öhdəsinə götürür, alıcı isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malların miqdarı, çeşidi, markası, növü, qiyməti və s. məlumatlar təqdim olunacaq hesab-faktura və ya elektron qaimə-faktura ilə müəyyən edilir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən hər verilən sifarişin dəyəri (çeşidi və miqdarı) qiymət razılaşma protokoluna əsasən razılaşdırılır. Həmin müqavilənin 6.8-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun ödənişlər alıcı tərəfindən vaxtında ödənilmədikdə alıcı satıcıya hər gecikdirilən gün üçün satılmış malın ümumi məbləğinin 0.01%-i miqdarında cərimə ödəməlidir. Lakin ümumi cərimə məbləği satılmış malların məbləğinin 10%-dən artıq ola bilməz.
8. 10 yanvar 2024-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsinə dair” aktdan məlum olur ki, xx.xx.2023-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 8090,52 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
9. 23 aprel 2024-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsinə dair” aktdan məlum olur ki, xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 8090,52 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
10. 22 oktyabr 2024-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsinə dair” aktdan məlum olur ki, xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 8090,52 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
11. 03 fevral 2025-ci il tarixli “qarşılıqlı borcların üzləşdirilməsinə dair” aktdan məlum olur ki, xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 8090,52 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
12. xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 891924 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1121 manat (ƏDV daxil) təşkil edir.
13. xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 010094 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1180 manat (ƏDV daxil) təşkil edir.
14. xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 095425 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1888 manat (ƏDV daxil) təşkil edir.
15. xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 666211 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1888 manat (ƏDV daxil) təşkil edir.
16. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 773482 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3693,40 manat (ƏDV daxil) təşkil edir.
17. xx.xx.2022-ci il tarixli, EBCE seriyalı, 349101 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1888 manat (ƏDV daxil) təşkil edir.
18. xx.xx.2022-ci il tarixli, EBCE seriyalı, 673069 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 283,20 manat (ƏDV daxil) təşkil edir.
19. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 263691 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1888 manat (ƏDV daxil) təşkil edir.
20. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 263715 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3776 manat (ƏDV daxil) təşkil edir.
21. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 715572 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 236 manat (ƏDV daxil) təşkil edir.
22. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 038567 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3599 manat (ƏDV daxil) təşkil edir.
23. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 040310 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1416 manat (ƏDV daxil) təşkil edir.
24. xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 010678 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1888 manat (ƏDV daxil) təşkil edir.
25. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 799355 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2147,60 manat (ƏDV daxil) təşkil edir.
26. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 507701 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1085,60 manat (ƏDV daxil) təşkil edir.
27. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 518028 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 354 manat (ƏDV daxil) təşkil edir.
28. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 619794 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3599 manat (ƏDV daxil) təşkil edir.
29. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 658241 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2183 manat (ƏDV daxil) təşkil edir.
30. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 367571 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 150,28 manat (ƏDV daxil) təşkil edir.
31. İddiaçı tərəfindən iş materiallarına maliyyə arayışı, qiymət tazılaşdırma protokolları əlavə edilmişdir.
32. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
35. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir.
36. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 8090,52 manat məbləğində əsas borcun tutulması təşkil edir.
37. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 8090,52 manat (səkkiz min doxsan manat əlli iki qəpik) pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu üzləşmə aktları və işdə olan digər sübutlarla öz təsdiqini tapır. Belə ki, təqdim olunan maliyyə arayışından göründüyü kimi, 2022-2023-cü illər ərzindən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 34264,08 manat dəyərində mallar verilmiş (təqdim olunan elektron qaimələr üzrə məbləğ də 34264,08 manat təşkil edir), həmin məbləğdən 26173,56 manat ödənilmiş, qalıq məbləğ 8090,52 manat (34264,08-26173,56=8090,52) təşkil etmişdir. 03 fevral 2025-ci il tarixli “qarşılıqlı borcların üzləşdirilməsinə dair” aktda da xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcunun 8090,52 manat təşkil etdiyi qeyd olunur.
38. Bundan əlavə, iddiaçı cavabdehdən 1213,57 manat cərimə məbləğinin tutulmasını xahiş etmişdir.
39. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərin nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 450 (dörd yüz əlli) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
40. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumuna görə 113 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
41. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103,80 manat (yüz üç manat səksən qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 8090,52 manat (səkkiz min doxsan manat əlli iki qəpik) borc, 450 (dörd yüz əlli) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 103,80 manat (yüz üç manat səksən qəpik) olmaqla, ümumilikdə 8644,32 manat (səkkiz min altı yüz qırx dörd manat otuz iki qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova