Məhkəmə qərarları › İş №e-2-2(113)-8683/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8683/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8683/2025 27.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X9 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin qanuni təmsilçisi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 764 manat 28 qəpik ƏDV, 3481 manat 71 qəpik qalıq borcun, 4458 manat 30 qəpik məbləğində hesablanmış cərimənin və iddia ərizəsinin verilməsi üçün tərəfimizdən ödənilmiş 107 manat 05 qəpik dövlət rüsumunun, ümumilikdə 8811 (səkkiz min səkkiz yüz on bir) manat 34 (otuz dörd) qəpik vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli TP0109№li “Diler Müqaviləsi” (“Müqavilə”) üzrə ödənilməmiş borc məbləği MT**********38; MT**********23; MT**********94; MT**********90 və MT**********15№lielektron qaimə-fakturalar üzrə 764 manat 28 qəpik ƏDV daxil olmaqla 4245,99 manat təşkiledir. xx.xx.2024-cü il tarixli Çatdırılma Qaiməsi № 80088535, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80091181, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80093642, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80093952, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80094315, xx.xx.2025-ci il tarixli Çatdırılma Qaiməsi № 80096549 və 12 fevral 2025-ci il tarixli 80094943№li Təhvil-təslim aktı əsasında iddiaçı müxtəlif markalı məişət avadanlıqlarını cavabdehə təhvil vermişdir. Yuxarıda qeyd olunan elektron qaimə-fakturalar üzrə Cavabdeh ƏDV daxil olmaqla cəmi1907,02 manat ödədiyindən qalıq borcu 764 manat 28 qəpik ƏDV daxil olmaqla 4245,99 manat təşkiledir. Müqavilənin 8.7-ci bəndinə əsasən isə ödənişin gecikdirildiyi hər gün üçün iddiaçının 0.5% dəbbə pulu (cərimə) hesablamaq və cavabdehdən tələb etmək hüququ vardır. Sonuncielektron qaimə-faktura xx.xx.2025-ci il tarixində verildiyindən Cavabdeh tərəfindən ödənişlərin gecikdirildiyiən qısa müddət 210 gün, müvfaiq olaraq hesablanmış cərimə məbləği isə 4458 manat 30 qəpik (4245,99 manat x 0.5% x 210 gün) manat təşkiledir. Dəfələrlə şifahi və yazılı müraciətimizə (pretenziya məktubumuz da daxil olmaqla) baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmir və borcunu iddiaçıya ödəmir..

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayənədəsi məhkəmə iclasında iddia ərizəsinin təmin olunması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

4. Cavabdehin qanuni təmsilçisi X6 əsas borcu qəbul etmiş, cəriməin azaldılmasını xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək,ərizənin təmin edilməməsinixahiş etdi.

IV. Sübutların tədqiqi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli diler müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: (i) 2.1-ci bəndinə əsasən Diler ELİT.EO-nun təchiz etdiyi müxtəlif çeşiddə və adda məhsulları (bundan sonra “Mallar”) vaxtaşırı ELİT.EO-ya sifariş edəcək; (ii) ELİT.EO Malları Dilerin sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə Dilerə təhvil verəcək, (iii) Diler sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini ELİT.EO-ya Müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcək; (iv) Diler Məhsulların vitrində nümayiş və Satışım təşkil etmək üçün bütün imkanlarından istifadə edir. Diler təsdiq edir ki, bu Müqaviləyə əsasən Malları ELİT.EO -dan təhvil alan, o cümlədən bu hərəkətlərin yerinə yetirilməsini təsdiq edən hər hansı sənədləri tərtib edən və/və ya imzalayan, Dilerin adından sifariş verilməsini həyata keçirən hər hansı şəxs Dilerin nümayəndəsi və Dilerin adından çıxış etməyə səlahiyyətli şəxs hesab olunur. ELİT.EO bu cür şəxslərin Dilerin adından çıxış etməsinə səlahiyyətli olduğuna dair hər hansı sənəd tələb edə bilər və Diler bu cür sənədləri təqdim etməlidir, ancaq ELİT.EO-nun bu cür sənədlər tələb etmək öhdəliyi yoxdur. Elit.EO mallar üçün minimal və maksimal satış qiymətlərini müəyyən edərək Mallara vaxtaşırı X2 (TPQ) və ya X4 (GPQ) tətbiq edə və Dilərə təqdim edə bilər. ELİT.EO Mallarını vitrindən yerləşdirmək və satmaq hüquqlarını DİLER-ə təqdim edir, lakin bu hüququn DİLER-ə verilməsi ELİT.EO -nin həmin hüququ digər şəxslərə vermək hüququnu məhdudlaşdırmır və ELİT.EO hazırkı Müqavilədə nəzərdə tutulan əsaslarla həmin hüququ istənilən zaman geri ala bilər. - 8.1-ci bəndinə əsasən Malların qiyməti müvafiq Əlavələrdə (Qiymət Razılaşma protokolunda) göstərilir. Əgər müvafiq Əlavədə başqa hal nəzərdə tutulmayıbsa, Malların dəyəri avans şəklində 100% əvvəlcədən köçürmə vasitəsilə ödənilir. Əgər Diler bu Müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, ELİT.EO müvafiq Malların Dilerə göndərilməsini dayandırmaqla yanaşı, əldən çıxmış faydanı da Dileıdən tələb edə bilər. - 8.7-ci bəndinə əsasən isə ödənişin gecikdirildiyi hər gün üçün iddiaçının 0.5% dəbbə pulu (cərimə) hesablamaq və cavabdehdən tələb etmək hüququ vardır - 11.1-ci bəndinə əsasən X8 Tarixində qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədə qalacaqdır. Əgər Tərəflərdən hər hansı biri Müqavilənin müddətinin bitməsinə ən azından 30 (otuz) gün qalmış Müqavilənin ləğv olunması barədə yazılı xəbər verməzlərsə. Müqavilə hər dəfə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab ediləcəkdir. -

8. İddiaçı tərəfindən cavabdehə MT**********38 nömrəli xx.xx.2025-ci il tarixli 804.99 manat; MT**********23 xx.xx.2025-ci il tarixli 1550.99 manat; MT**********94 xx.xx.2025-ci il tarixli 670 manat; MT**********90 xx.xx.2025-ci il tarixli 147.99 manat, MT**********15 xx.xx.2024-cü il tarixli 2979.01 manat məbləğində elektron qaimələr göndərilmişdir.

9. xx.xx.2024-cü il tarixli çatdırılma qaiməsi № 80088535, xx.xx.2025-ci il tarixli çatdırılma qaiməsi № 80091181, xx.xx.2025-ci il tarixli çatdırılma qaiməsi № 80093642, xx.xx.2025-ci il tarixli çatdırılma qaiməsi № 80093952, xx.xx.2025-ci il tarixli çatdırılma qaiməsi № 80094315, xx.xx.2025-ci il tarixli çatdırılma qaiməsi № 80096549 və 12 fevral 2025-ci il tarixli 80094943№li çatdırılma qaiməsi əsasında iddiaçı müxtəlif markalı məişət avadanlıqlarını cavabdehə təhvil vermişdir.

V. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

VI. Məhkəmənin mövqeyi:

11. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh MMC (diler) arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək müxtəlif çeşidli malları cavabdehə təqdim etməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Cavabdehin müqavilə üzrə iddiaçıya 4245.99 manat əsas borcunun olması işin mübahisəsiz halıdır. Cavabdeh əsas orcu məhkəmə iclasında etiraf etmişdir. Həmçinin bu hal iş materiallarında olan sübutlar,diler müqaviləsi,elektron qaimələr, çatdırılma qaimələri təsdiq edir.

13. Belə olan halda məhkəmə mübahisəli müqaviləyə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddia ərizəsinə dəqiqləşməyə dair ərizədə qeyd edilən Cavabdeh MMC-dən 4245.99 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

14. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 4458.30 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

15. Göründüyü kimi Cavabdeh MMC diler müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur

16. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən 260 manat dəbbə pulu tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

17. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 107.05 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

18. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3481.71 (üç min dörd yüz səksən bir manat yetmiş bir qəpik) manat məbləğində əsas borc, 764.28 (yeddi yüz altmış dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində ƏDV borcu, 260 (iki yüz altmış) manat məbləğində cərimə borcu və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 63 (altmış üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar