Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-869/2023 26.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təhvil aldığı mallara görə 333.165,75 manat məbləğində pul vəsaitin, ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat məbləğində haqqın və məhkəməyə müraciət edilməsi məqsədi ilə ödənilmiş 223,17 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 avust 2020-ci il tarixli, 021 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdeh tərəfindən ona gələn sifarişlər əsasında, razılaşdırılmış miqdarda və çeşiddə malı cavabdehə təhvil verməyi, cavabdeh isə sözügedən malları qəbul edib, qəbul etdiyi malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası müddətində tərəflər arasında bir sıra malların təhvil-təslimi barədə müvafiq aktlar əsasında həyata keçirilmişdir və sözügedən aktlar iddia ərizəsinə əlavə olunmuşdur. Lakin, cavabdeh ona verilmiş malların müəyyən bir hissəsinin dəyərini iddiaçıya ödəməmişdir. İddia ərizəsinə əlavə edilmiş arayışdan müəyyən olunur ki, dəyəri ödənilməyən mallara görə cavabdehin iddiaçıya 333.165,75 manat məbləğində ödənilməmiş borc öhdəliyi vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2020-ci il tarixdə, 021 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı malları alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimenttə alıcıya təhvil verməyi, alıcı isə sifarişə uyğun çatdırılmış malları təhvil alaraq, malların dəyərini satıcıya müqavilədə göstərilən qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəf cavadehə verilmiş olan mallara görə 333.165,75 manat borcunun qaldığını bildirərək, pulun tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə vəsatət göndərərək xx.xx.2020-ci il tarixli, 021 nömrəli alqı-satqı müqaviləsində imzanın Cavabdeh məxsus olmadığını, tərəflər arasında heç vaxt müqavilə imzalanmadığını bildirərək, məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən cavadehin nümayəndəsi və vəkili tərəfindən verilmiş məhkəməxətşünaslıq ekspertizasnın təyin edilməsi barədə vəsatəti rədd edilmişdir. Qeyd edilməlidir ki, cavabdeh tərəf müqavilədəki imzanın Cavabdeh məxsus olmamasını inandıra bilməmişdir. Belə ki, məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi üçün şəxsin sərbəst imza nümunələri alınmalıdır. Ancaq hazıkı halda, Məhkəmənin 2 hazırlıq iclası və 2 baxış iclası keçilməsinə baxmayaraq cavabdeh tərəf ancaq elektron sistemə vəsatət yükləməklə kifayətlənmişdir. Bu isə Məhkəməyə o qənaətə gəlməyə əsas verir ki, cavabdeh tərəfin qeyd edilmiş vəsatəti verməklə və ekspertiza təyin edilməklə əsas məqsədi vaxtın uzadılmasına nail olmaqdır. Həmçinin o da, nəzərə alınmalıdır ki, iddiada tələb edilən məbləğ kifayət qədər böyük məbləğdir (333.165,75 manat). Yəni qeyd edilmiş məbləğdə pul hər hansı bir müqavilə əsası olmadan tələb edilsə idi, qarşı tərəf ən azından öz müdafiəsində daha maraqlı olar və pozula biləcək hüququnun və qanuni mənafeyinin qorunması üçün daha təkidli və davamlı müdafiə xarakterli tədbirlər görər və ən azından bu barədə məhkəmə iclasına gələrək izahat verərdi. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür. Tərəflər arasında bağlanılan xx.xx.2020-ci il tarixli, 021 nömrəli alqı-satqı müqaviləsinin 8.5-ci maddəsindən görünür ki, tərəflər malların verilməsi ilə bağlı olan münasibətlərin elektron qaimələr üzərindən həyata keçirilməsi barədə razılığa gəlmişlər. İddiaçı tərəf iddiasının əsaslı olmasını təsdiq edən sübutlar kimi aşağıdakı elektron qaimələri qaimələri əlavə etmişdir: 1.xx.xx.2020-ci il tarixli EBAP seriyalı 254196 nömrəli dəyəri 68.032,79 manat, 2.xx.xx.2021-ci il tarixli EBBC seriyalı 475005 nömrəli dəyəri 14.860,79 manat, 3.xx.xx.2021-ci il tarixli EBBC seriyalı 474990 nömrəli dəyəri 82.771,36 manat, 4.xx.xx.2021-ci il tarixli EBBC seriyalı 705944 nömrəli dəyəri 21.919,99 manat, 5.xx.xx.2021-ci il tarixli EBBK seriyalı 158901 nömrəli dəyəri 19.890,01 manat, 6.xx.xx.2021-ci il tarixli EBBK seriyalı 158893 nömrəli dəyəri 16.139,80 manat, 7.xx.xx.2021-ci il tarixli EBBO seriyalı 583627 nömrəli dəyəri 10.536 manat, 8.xx.xx.2021-ci il tarixli EBBO seriyalı 583626 nömrəli dəyəri 15.449,51 manat, 9.xx.xx.2021-ci il tarixli EBBO seriyalı 583629 nömrəli dəyəri 5.052,61 manat 10.xx.xx.2021-ci il tarixli EBBO seriyalı 583623 nömrəli dəyəri 47.812,16 manat, 11.xx.xx.2021-ci il tarixli EBBO seriyalı 583628 nömrəli dəyəri 1.270,32 manat, 12.xx.xx.2022-ci il tarixli EBBS seriyalı 586536 nömrəli dəyəri 19.585,09 manat, 13.xx.xx.2022-ci il tarixli EBBS seriyalı 586538 nömrəli dəyəri 9.582,34 manat, 14.xx.xx.2022-ci il tarixli EBBS seriyalı 690620 nömrəli dəyəri 3.443,92 manat, 15.xx.xx.2022-ci il tarixli EBBS seriyalı 690621 nömrəli dəyəri 15.318,78 manat, 16.xx.xx.2022-ci il tarixli EBBS seriyalı 690622 nömrəli dəyəri 1.028,72 manat, 17.xx.xx.2022-ci il tarixli EBBS seriyalı 690623 nömrəli dəyəri 5.570,90 manat. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 358.265,09 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh tərəfindən müəyyən ödənişlərin edildiyini bildirərək, 333.165,75 manat borcunun qaldığını bildirmişdir. Məhkəmə iddiaçının elektron qaimələrdə qeyd edilmiş ümumi dəyəri 358.265,09 manat təşkil edən malların Cavabdeh təhvil verilməsi barədə dəlilini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. Eyni zamanda elektron qaimələrdə göstərilən məbləğlərdə malların təhvil verilməsi iş materiallarına əlavə edilmiş malların təhvil-qəbul aktları ilə də, öz təsdiqini tapır. Göründüyü kimi Cavabdeh ona göndərilmiş elektron qaimələr üzrə müvafiq ödənişləri etməklə tərəflər arasında formalaşmış işgüzar münasibətlərin (indiki halda mal mübadiləsinin) elektron qaimə üzrə həyata keçirilməsini qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 333.165,75 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən mediasiya xərci olaraq 400 manat məbləğində pul ödəmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddianın qiymətinin 333.165,75 manat olması nəzərə alındığında hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün 623,17 manat dövlət rüsumu ödənilməli idi. Hazırkı halda da, 623,17 manat pulun 400 manat hissəsi mediasiya sessiyası zamanı ödənildiyindən, qalan 223,17 manat məbləğində pul dövlət büdcəsinə köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 223,17 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 021 saylı müqaviləyə əsasən 333.165 (üç yüz otuz üç min yüz altmış beş) manat 75 (yetmiş beş) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 223 (iki yüz iyirmi üç) manat 17 (on yeddi) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-869/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-869/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver