Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8693/2024 19.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, Azərbaycan Respublikasının Sahibkarlığın X1 Hüquqi Şəxsinin ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Sahibkarlığın X1 Hüquqi Şəxsi müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Sahibkarlığın X1 Hüquqi Şəxsi ərizəsində "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh2 MMC-nə, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair e-2-2(113)-1342/2024 nömrəli işin hazırda Bakı Kommersiya Məhkəməsində baxılmaqda olduğunu bildirmişdir. Hazırda isə Azərbaycan Respublikasının Sahibkarlığın X1 Hüquqi Şəxsi tərəfindən e- 2-2(113)-1342/2024 saylı işə əlavə edilməli olan müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilməsi barədə ərizə məhkəməyə iddia ərizəsi formasında verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci bəndinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yekun olaraq, məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Sahibkarlığın X1 Hüquqi Şəxsinin ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-8693/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8693/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver