Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8712/2025 26.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X7 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İdddiaçı "X5 Company" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, S272/23 saylıAlğı-Satqı Müqaviləsiəsasında 1200 manat əsas, 235.07 manat dəbbə pulu və 46 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 2631.72 manat cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə cavabdeh arasında S272/23 saylı“Alğı-Satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi,Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alğı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 1200 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni"xxxx" MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə “Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.
3. İddiaçı iddia tələbinin həcminin azladılması barədə ərizə verərək, xx.xx.2023-cü il tarixli, S272/23 saylıAlğı-Satqı Müqaviləsiəsasında 2350.65 manat əsas, 125 manat dəbbə pulu, 46 manat dövlətrüsumunun cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməsinə dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinin 1200 manat hissəsində qəb etmiş,digər hissədə etiraz etmişdir.Cavabdeh bildirmişdir ki, onun tərəfindən dəyəri 1200 man olan mallar qəbul edilmişdir, həmin təhvil təslim aktı onun tərəfindən imzalanmışdır. Həm malların qəbulu ilə bağlı tərtib edilmiş təhvil-təslim aktında ona məxsus imza mövcuddu Sonradan həmin ticarət obyekti başqa şəxsə-Qasım adlı şəxsə satılmışdır. İddia ərizəsində tələ edilən digər məbləğə dair təhvil təslim aktı da Qasım tərəfindən imzalanmışdır.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı MMC ilə cavabdeh X3 arasında imzalanmış xx.xx.2023-cü il tarixli S272/23 nömrəli nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən “təchizatçı” “alıcı”ya “mal” satır, “alıcı” isə həmin “mal’ı qəbul edir və “müqavilə” ilə razılaşdırılmış qaydada “mal”ın dəyərini “təchizatçıya”ya ödəyir. Bu “müqavilə” çərçivəsində “mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. - 2.1-ci bəndinə əsasən “mal”ların təchizatı bu “müqavilə”nin bütün müddəti ərzində bu “müqavilə”yə “əlavə’lər və onun ayrılmaz hissəsi olan “spesifıkasiya”lar əsasında ayn-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. - 4.1-ci bəndinə əsasən bu “müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “malların” “Təchizatçı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “malın” ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində “Təchizatçı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “alıcı” satılan “malların bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-faktuı ada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. - 5.1-ci bəndinə əsasən “alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Təchizatçh’ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq olunmuşdur.
9. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci tarixinə fiziki şəxs Cavabdeh İddiaçı MMC-yə (yazılan qaimələrin məbləği: 2418.65 manat,ödənilən məbləğ:68 manat,dəbbə pulu: 2350.07 manat) qalıq borcu mövcuddur.
10. İddiaçı tərəfindən cavabdehə EBDC 375947 nömrəli xx.xx.2023-cü il tarixli 1200.65 manat,EBDK 984632 nömrəli xx.xx.2023-cü il tarixli 1218 manat məbləğində elektron qaimələr göndərilmişdir.
11. 18.04.2023-cü il tarixli GDĞ 359499 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 68 manat iddiaçıya ödənilmişdir.
12. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil təslim aktı ilə 1200.65 manat məbləğində malın təhvil verilməsi Cavabdeh tərəfindən imzalanmışdır.
13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil təslim aktı ilə Qaım adlı şəxs tərəfindən imzalanmışdır.
14. İddiaçı tərəfindən X2 pretenziya məktubu ünvanlanaraq borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir. V. Tətbiq edilən hüquq:
15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
18. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
20. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
22. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
23. Belə ki, İddiaçı sözügedən müqavilə üzrə təhvil verdiyinə istinad etdiyi malların dəyərini tələb etdiyindən, Cavabdeh isə həmin mallara dair tərəflər arasında razılaşma əldə olunmadığını bildirdiyindən, AR MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından müqavilə üzrə malların təhvil verilməsini sübut etmək vəzifəsi İddiaçının üzərinə düşür.
24. Məhkəmə qeyd edir ki, tərəflər arasında alğı-satqı münasibətlərinin olması, iddiaçı tərəfindən cavabdehə 1200.65 manat malın təhvil verilməsi işin mübahisəsiz halıdır, bu haı məhkəmə iclasında cavabdeh özü də təsdiq etmiş, həmçinin iş materiallarında olan 1200.65 manatlıq təhvil təslim aktının onun tərəfindən imzalandığını qəbul etmişdir. Tərəflər arasında işin mübahisəli halı, qalan 1150 manatlıq malın təhvil verilməsi ilə bağlıdır. Belə i, cavabdeh həmin dəyərdə malın ona təhvil verilmədiyini iddia edir. Məhkəmə qeyd edir ki, iddiaçı dəyəri 1150 manat təşkil edən mallara dair təsdiqedici sənədləri (hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş Alış sifarişi, təhvil-təslim aktları və müvafiq fakturaları) məhkəməyə təqdim etməmiş, bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyin lazımi qaydada icrasını məhkəmədə sübuta yetirə bilməmişdir. Elektron qaimələr ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı həmin qaimələrin avtomatik olaraq proqram təminatı tərəfindən təsdiq edildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, həmin elektron-qaimələr iddianın əsasını təşkil edən müqavilənin şərtləri, habelə təqdim edilmiş digər sübutlarla birlikdə təhlil edilməlidir.
25. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 1200.65 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, iddia tələbinin cavabdeh tərəfindən əsas borc hissəsində qismən etiraf edildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi 1200.65 manat məbləğində hissəsində təmin edilməli, Cavabdeh 1200.65 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
26. Həmçinin cavabdeh tərəfindən iddia etiraf edilmiş, və MPM-nin 52.5,220.4-cü maddələrinin tələblərinə əsasən iddianın qismən etirafı məhkəmə tərəfindən qəbul edilmişdir.
27. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 1200.65 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1200.65 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
28. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 305.94 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
29. Göründüyü kimi Cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
30. Belə olan halda məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində ərizə təmin edilməli,60 manat məbləğində dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilsin.
31. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 55 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
32. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 32.60 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1200 manat 65 qəpik məbləğində əsas borc, 60 (altmış) manat məbləğində dəbbə pulu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 32,60 (otuz iki manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova