Məhkəmə qərarları › İş №e-2-2(113)-875/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-875/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-875/2022 17.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf X1 qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 may 2014-cü il tarixli 31- LD/14 nömrəli müqavilə üzrə 2535,89 manat gecikdirilmiş əsas borc və hesablanmış 4125,48 manat cərimə, 29 iyun 2018-ci il tarixli 1328-GL/15 nömrəli müqavilə üzrə 7651 manat gecikdirilmiş əsas borc və hesablanmış 9084,01 manat cərimə, 13 fevral 2012-ci il tarixli 164-L/12 nömrəli müqavilə üzrə 10013 manat gecikdirilmiş əsas borc və 8690,44 manat cərimə, 29 iyun 2018-ci il tarixli 2127-GL/17 nömrəli müqavilə üzrə 12270 manat gecikdirilmiş əsas borc və 9129,09 manat hesablanmış cərimə və 13 iyul 2018-ci il tarixli 841-GL/18 nömrəli müqavilə 19051 manat gecikdirilmiş əsas borc və hesablanmış 10135,63 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, ümumilikdə 93035,54 manat məbləğində pul vəsaitinin X3 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə X6 arasında bağlanılmış 01 may 2014-cü il tarixli 31-LD/14 nömrəli, 29 iyun 2018-ci il tarixli 1328- GL/15 nömrəli, 13 fevral 2012-ci il tarixli 164-L/12 nömrəli, 29 iyun 2018-ci il tarixli 2127- GL/17 nömrəli və 13 iyul 2018-ci il tarixli 841-GL/18 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 06 avqust 2021-ci il tarixə 01.05.2014-cü il tarixli 31-LD/14 nömrəli müqavilə üzrə 2535,89 manat gecikdirilmiş əsas borc və hesablanmış 4125,48 manat cərimə, 29 iyun 2018-ci il tarixli 1328-GL/15 nömrəli müqavilə üzrə 7651 manat gecikdirilmiş əsas borc və hesablanmış 9084,01 manat cərimə, 13 fevral 2012-ci il tarixli 164-L/12 nömrəli müqavilə üzrə 10013 manat gecikdirilmiş əsas borc və 8690,44 manat hesablanmış cərimə, 29 iyun 2018-ci il tarixli 2127-GL/17 nömrəli müqavilə üzrə 12270 manat gecikdirilmiş əsas borc və 9129,09 manat hesablanmış cərimə və 13.07.2018-ci il tarixli 841-GL/18 nömrəli müqavilə üzrə 19051 manat gecikdirilmiş əsas borc və hesablanmış 10135,63 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 350 manat miqdarında müəyyənləşdirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 13 fevral 2012-ci il tarixli, 164-L/12 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 58100 manat olan “MTZ-89.2” markalı, dəyəri 28500 manat olan, 1 ədəd traktor, “AG-14-4” markalı, dəyəri 2600 manat olan kotan, “SPD 18-C12” markalı, dəyəri 27000 manat olan, 1 ədəd elektrik yükləyici qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə X5 verilməsi nəzərdə tutulmuşdur. - 06 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən X4 13 fevral 2012-ci il tarixli, 164-L/12 nömrəli lizinq müqaviləsi üzrə 10013 manat gecikdirilmiş əsas borc və 8690,44 manat cərimə borcunun olması qeyd olunmuşdur. - “Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 01 may 2014-cü il tarixli 31-LD/14 nömrəli damazlıq heyvanların lizinqə verilməsi barədə müqavilə ilə lizinq verən müqavilədə qeyd olunan damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi ilə 3 ilə lizinqə verməyi və lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 4645,23 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan 20172,55 manat məbləği isə ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. - 06 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən X4 01 may 2014-cü il tarixli 31-LD/14 nömrəli lizinq müqaviləsi üzrə 2535,89 manat gecikdirilmiş əsas borc və 4125,48 manat cərimə borcunun olması qeyd olunmuşdur. - 13 iyul 2018-ci il tarixli 841-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 34926 manat olan kənd təsərrüfatı texnikaları (“Claas Dominator 130” markalı, dəyəri 97300 manat olan, 1 ədəd kombayn taxılyığan) 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə X5 verilməsi nəzərdə tutulmuşdur. - 06 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən X4 13 iyul 2018-ci il tarixli 841-GL/18 nömrəli lizinq müqaviləsi üzrə 19051 manat gecikdirilmiş əsas borc və 10135,63 manat cərimə borcunun olması qeyd olunmuşdur. - 29 iyun 2018-ci il tarixli 1328-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 11100 manat olan kənd təsərrüfatı texnikaları (“Belarus-892” markalı, dəyəri 28500 manat olan, 1 ədəd traktor, “AG-14-5” markalı, dəyəri 3200 manat olan, 1 ədəd 5 gövdəli kotan, “AGTTT-1” markalı, dəyəri 10200 manat olan, 1 ədəd səyyar toxumtəmizləyən) 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə X5 verilməsi nəzərdə tutulmuşdur. - 06 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən X4 29 iyun 2018-ci il tarixli 1328-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 7651 manat gecikdirilmiş əsas borc və 9084,01 manat cərimə borcunun olması qeyd olunmuşdur. - 29 iyun 2018-ci il tarixli 2127-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 15850 manat olan kənd təsərrüfatı texnikaları (“Belarus-1221” markalı, dəyəri 37500 manat olan, 1 ədəd traktor, “TS-24” markalı, dəyəri 7500 manat olan, 1 ədəd gübrəsəpənlə qoşulan taxılsəpən) 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə X5 verilməsi nəzərdə tutulmuşdur. - 06 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən X4 29 iyun 2018-ci il tarixli 2127-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 12270 manat gecikdirilmiş əsas borc və 9129,09 manat cərimə borcunun olması qeyd olunmuşdur. - 28 dekabr 2021-ci il tarixli 000İPX12136218AC saylı ödəniş qəbzinə əsasən "xxxx" MMC tərəfindən Xırdalan şəhər Vəkil Bürosunun hesabına 350 manat ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və buna görə də iddiaçının pul məbləğlərini geri almaq hüququ yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və ödənişlər vaxtında aparılmadığına görə lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən iddiaçının əsas məbləğin gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə 2535,89 manat, 7651 manat, 10013 manat, 12270 manat və 19051 manat məbləğlərində əsas borca müvafiq olaraq tənasübsüz hesablanmış 4125,48 manat, 9084,01 manat, 8690,44 manat, 9129,09 manat və 10135,63 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 4125,48 manat, 9084,01 manat, 8690,44 manat, 9129,09 manat və 10135,63 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq müvafiq olaraq, 250 manat, 750 manat, 1000 manat, 1100 manat və 1200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 350 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf X1 qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 01 may 2014-cü il tarixli, 31-LD/14 nömrəli müqavilə üzrə 2535,89 manat məbləğində əsas borc və öhdəliklərin icra edilməməsinə görə cərimə qismində 250 manat, 29 iyun 2018-ci il tarixli, 1328-GL/15 nömrəli müqavilə üzrə 7651 manat məbləğində əsas borc və öhdəliklərin icra edilməməsinə görə cərimə qismində 750 manat, 13 fevral 2012-ci il tarixli, 164-L/12 nömrəli müqavilə üzrə 10013 manat məbləğində əsas borc və öhdəliklərin icra edilməməsinə görə cərimə qismində 1000 manat, 29 iyun 2018-ci il tarixli, 2127-GL/17 nömrəli müqavilə üzrə 12270 manat məbləğində əsas borc və öhdəliklərin icra edilməməsinə görə cərimə qismində 1100 manat, 13 iyul 2018-ci il tarixli, 841-GL/18 nömrəli müqavilə üzrə 19051 manat məbləğində əsas borc və öhdəliklərin icra edilməməsinə görə cərimə qismində 1200 manat, ümumilikdə 55820,89 manat məbləğində pul vəsaiti X3 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 350 manat məbləğində pul vəsaiti X3 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar