Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-877/2022 04.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10.04.2015-ci il tarixli 47-LD/15 nömrəli, 23.06.2015-ci il tarixli 62-LD/15 nömrəli, 10.08.2015-ci il tarixli 101-LD/15 nömrəli, 22.05.2017-ci il tarixli 141/1-LD/17 nömrəli müqavilələr üzrə 19665 manat gecikdirilmiş əsas borcu və 9261.97 cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 29 276,97 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 04.04.2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq qeyd olunan iddia tələbi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olduğunu bildirmiş və hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iş üzrə icraata xitam verilməsinə etiraz etdiyini bildirdi. Cavabdehin nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" X6 iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək 88.249,08 manat əsas borc, 33503,32 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 121782,40 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-2(113)-360/2020 saylı qətnaməsi ilə (Sədrlik edən hakim E.Z.Əliyev) iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 10 aprel 2015-ci il tarixli 47-LD/15 saylı, 17 iyun 2015-ci il tarixli 62-LD/15 saylı, 10 avqust 2015-ci il tarixli 101 -LD/15 saylı, 22 may 2017-ci il tarixli 141/1-LD/17 saylı güzəştli lizinq müqavilələri üzrə 106019,10 manat məbləğində əsas borc, 980,90 manat məbləğində cərimə olmaqla, cəmi 107000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,64 manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-2(113)-360/2020-022 nömrəli icra sənədi əsasında İmişli rayon İcra və probasiya şöbəsi “İcraata başlamaq haqqında” 08.01.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Mülki Prossesual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair e-2-2(113)- 877/2022 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ AZ-1040 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Tel: Tel: (012) 525-53-51, Oskar Əfəndiyev küçəsi Faks: Faks: (012) 425-44-92 www.bakucommercialcourt.gov.az Elektron ünvan İş № e-2-2(113)-2113/2021 19 may 2021-ci il Azərbaycan Respublikası FHN X4 Görülməsi və X2 Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X3-Tədqiqat İnstitutuna Ünvan: Bakı şəhəri, Təbriz küçəsi, 108 "xxxx" MMC-yə Ünvan: Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 50, mənzil 17;18 Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2113/2021 saylı, 19 may 2021-ci il tarixli qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardad HAKİM ÜLKƏR HƏSƏNOVA
Məhkəmə qərarları › İş №e-2-2(113)-877/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-877/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver