Məhkəmə qərarları › İş №e-2-2(113)-8771/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8771/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8771/2025 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “Çınar-san X4 Sanayi ve Ticaret Limited” Şirkətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X8 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh “Çınar-san X4 Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “Çınar-san X4 Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, F140823AV1234S saylı müqaviləyə əsasəƏnDV daxil əsas borc 69.775,89 (altmış doqquz min yeddi yüz yetmiş beş manat səksən doqquz qəpik) AZN, pul vəsaitinin qanunsuz saxlanmaqla pul öhdəliyinin icra edilməməsinə görə (gecikdirdiyi hər gün üçün ümumi məbləğin 0.2%-i hesablanmaqla) 76.054,75 (yetmiş altı min əlli dörd manat yetmiş beş qəpik) AZN cərimə, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa və onu qaytarmaqdan boyun qaçırmağa görə isə 7326,37 (yeddi min üç yüz iyirmi altı manat otuz yeddi qəpik) AZN gecikmə faizi, hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş 1000 (bir min) AZN xidmət haqqı və 437 (dörd yüz yeddi) AZN dövlət rüsumu ümumilikdə 154.594 (yüz əlli dörd min beş yüz doxsan dörd) AZN pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru X5 (Satıcı) və "xxxx" MMC-nin direktoru X10 (Alıcı) arasında sürtkü yağları və filterlərin satışı ilə bağlı xx.xx.2023-cü il tarixli, F140823AV1234S saylımüqavilə bağlanmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan X1na əsasən alıcı"xxxx" MMC-yə mallar təqdim edilmişdir. Təhvil verilmiş mallara dair müqavilə bağlandığı tarixdən indiyədək müxtəlif vaxtlarda ödənişlər edilmişdir. Hazırda 59.132,12 manat əsas borc və 10.643,77 manat ƏDV daxil (ümumilikdə 69.775,89 manat) borcu qalmışdır. Odur ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən və tərəfimizdən göndərilən pretenziya məktubu üzrə tələblərimizi icra etmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldıq. 2. MADDİ ZİYAN TƏLƏBİNƏ DAİR: 2.1. Müqavilə üzrə əsas borc tələbinə dair; F140823AV1234S saylı müqaviləyə əsasən borclu - hüquqi şəxs "xxxx" MMC ümumilikdə müqavilə üzrə ödəməli olduğu 69.775,89 manat (əsas borc və ədv daxil) pul vəsaitini ödəməmişdir. 2.2. Pul vəsaitinin qanunsuzsaxlanması, pul öhdəliyinin icra edilməməsinə dair: 2.2.1. Müqavilə üzrə gecikdirilmiş borcun (cərimə) ödənilməsinə dair; Tərəflər arasında bağlanmış sürtkü yağları və filterlərin satışı ilə bağlı xx.xx.2024-cü il tarixli, FT131224Fİ1709S saylı müqavilənin 7.3-cü bəndinə əsasən “ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0.2%həcmində cərimə ödəməyi Alıcı öhdəsinə götürür”. Müqavilənin 7.2-ci bəndinə əsasən, ödəniş şərtləri“X1nda” göstərilmədiyi halda mallar təhvil verildikdən5 təqvim günü ərzində həyata keçirilir. Müqavilənin müddəalarına əsasən, satıcıİddiaçı MMC öz öhdəliyini icra edərək malları razılaşdırılmış vaxtlarda təhvil vermiş və bu barədə müvafiq qaimələr kəsilmişdir. xx.xx.2023-xx.xx.2024- ci il tarixləri arasında mallar təhvil verilsə də, alıcı "xxxx" MMC tərəfindən heç bir ödəniş edilməmişdir. Əgər qeyd etdiyimiz kimi müqavilənin 7.2-ci bəndini əsas tutaraq biz xx.xx.2023-xx.xx.2024cü il tarixləri arasında yığılıb qalmış borcları hesablasaydıq, cavabdehin borcu daha çox olardı. Elektron qaimənin göndərildiyi tarixdən, yəni xx.xx.2024-ci il tarixdən etibarən 5 təqvim günü ərzində borc ödənilmədiyindən xx.xx.2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək (xx.xx.2025-ci il) artıq cavabdeh 1 il 6 ay olacaq ki, müqavilə üzrə öhdəliyini icra etmir. Bu səbəbdən cavabdeh həm ƏDV daxil əsas borc (yəni, 69.775,89 AZN), həm də borcun ödənilməsinin gecikdirilməsinə görə ümumi məbləğin 0.2% həcmində (bir gün üçün- 69.775,89 0,2:100=139,55), yəni 1 il 6 ay (545 gün) üçün ümumilikdə (545 139,55=76.054,75 AZN) məbləğində cərimə ödəməlidir. Qeyd olunanları və Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 445.1. 445.2, 448.1, 448.2, 449.1-ci maddələrini rəhbər tutaraq hesab edirik ki, tərəflər arasında qeyd edilən müqavilələr üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə aşağıdakı pul məbləğləri məhkəmə qaydasında iddiaçının xeyrinə tutulmalıdır: Beləliklə, müqavilə üzrə borclu "xxxx" MMC ƏDV daxiləsas bor6c9.775,89 AZN, borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün ümumi məbləğin 0,2% həcmində hesablanmaqla 76.054,75 AZN cərimə, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa və onu qaytarmaqdan boyun qaçırmağa görə isə 7326,37 AZN gecikmə faizi, hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş 1000 AZN xidmət haqqı və 437 AZN dövlət rüsumu ümumilikdə 154.594 AZN məbləğində pul vəsaitiniİddiaçı MMC-nin xeyrinə ödəməlidir. Qeyd olunanları və Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 445.1. 445.2, 448.1, 448.2, 449.1-ci maddələrini rəhbər tutaraq hesab edirik ki, tərəflər arasında qeyd edilən müqavilələr üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə aşağıdakı pul məbləğləri məhkəmə qaydasında iddiaçının xeyrinə tutulmalıdır: Beləliklə, müqavilə üzrə borclu "xxxx" MMC ƏDV daxiləsas bor6c9.775,89 AZN, borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün ümumi məbləğin 0,2% həcmində hesablanmaqla 76.054,75 AZN cərimə, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa və onu qaytarmaqdan boyun qaçırmağa görə isə 7326,37 AZN gecikmə faizi, hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş 1000 AZN xidmət haqqı və 437 AZN dövlət rüsumu ümumilikdə 154.594 AZN məbləğində pul vəsaitiniİddiaçı MMC-nin xeyrinə ödəməlidir.

3. İddiaçının nümayəndəsi iddia ərizəsinə dəqiqləşmə ərizəsi yazaraq, qeyd etmişdir ki,iddia ərizəsində texniki səhv səbəbindən cavabdehin adı tam düzgün qeyd olunmamış, belə ki, "X2 İNŞAAT TURİZM SANAYİ VE TİCARET LİMİTED" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı əvəzinə "xxxx" MMC qeyd olunmuşdur və bu vəziyyətdə cavabdehin dəqiqləşdirilməsi zərurəti ortaya çıxmışdır. İddianın dəqiqləşdirilməsi üçün qeyd olunanları nəzərə alaraq iddianın tələb hissəsinin aşağıda qeyd etdiyimiz formada nəzərə alınmasını, Cavabdeh "X2 İNŞAAT TURİZM SANAYİ VE TİCARET LİMİTED" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından xx.xx.2023-cü il tarixli, F140823AV1234S saylı müqaviləyə əsasən ƏDV daxil əsas borc 69.775,89 (altmış doqquz min yeddi yüz yetmiş beş manat səksən doqquz qəpik) AZN, pul vəsaitinin qanunsuz saxlanmaqla pul öhdəliyinin icra edilməməsinə görə (gecikdirdiyi hər gün üçün ümumi məbləğin 0.2%-i hesablanmaqla) 76.054,75 (yetmiş altı min əlli dörd manat yetmiş beş qəpik) AZN cərimə, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa və onu qaytarmaqdan boyun qaçırmağa görə isə 7326,37 (yeddi min üç yüz iyirmi altı manat otuz yeddi qəpik) AZN gecikmə faizi, hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş 1000 (bir min) AZN xidmət haqqı və 437 (dörd yüz yeddi) AZN dövlət rüsumu ümumilikdə 154.594 (yüz əlli dörd min beş yüz doxsan dörd) AZN pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmumuna uyğun izahat verərək,ərizənin təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC (“satıcı”) ilə cavabdeh "X2 İnşaat Turizm Sanayi Ve Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (“alıcı”) arasında imzalanmış xx.xx.2021-ci il tarixli, ŞS-AZCDG 31/21 nömrəli nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən "Satıcı" hazırki müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterlər (bundan sonra müqavilədə "Mal" adlandırılacaq) "Alıcı"-nın mülkiyyətinə verməyi, "Alıcı” isə həmin malı qəbul etməyi və malın dəyərini "Sətıcr’ya ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən Malların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan "X1”- nda göstərilir. - 2.2-ci bəndinə əsasən Malın dəyərinə qablaşdırılma və '‘Alıcf-nm Bakı şəhəri ərazisindəki anbarlarına çatdırılma xərcləri daxildir. - 4.2-ci bəndinə əsasən Malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. - 7.1-ci bəndinə əsasən Hazırki müqavilə üzrə ödənişlər "X1”- na əsasən həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. İddiaçı tərəfindən cavabdehə MT2404 00777378 saylı xx.xx.2024-cü il tarixli 408.28 manat,EBDZ 042765 saylı xx.xx.2024-cü il tarixli 2470 manat, EBDY 316892 saylı xx.xx.2024-cü il tarixli 5977.89 manat, MT2401 ******* saylı xx.xx.2024-cü il tarixli 9510.81 manat, MT24041 00230599 saylı xx.xx.2024-cü il tarixli 9162.72 manat, MT2312 00202200 saylı xx.xx.2023-cü il tarixli 407.14 manat,EBDT 255961 nömrəli xx.xx.2023-cü il tarixli 3304 manat,EBDS 088295 nömrəli xx.xx.2023-cü il tarixli 6773.22 manat, EBDQ 972823 nömrəli xx.xx.2023-cü il tarixli 13015.42 manat,EBDQ 432602 saylı xx.xx.2023-cü il tarixli 5038.61 manat məbləğində elektron qaimə göndərilmişdir.

10. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən iddaçı tərəfindən cavabdehə 408.28 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

11. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil təslim aktına əsasən iddaçı tərəfindən cavabdehə 408.28 manat məbləğində mal verilmişdir.

12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən iddaçı tərəfindən cavabdehə 2914.6 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

13. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil təslim aktına əsasən iddaçı tərəfindən cavabdehə 2914.6 manat məbləğində mal verilmişdir.

14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil təslim aktına əsasən iddaçı tərəfindən cavabdehə 637.20 manat məbləğində mal verilmişdir.

15. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən iddaçı tərəfindən cavabdehə 637.20 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

16. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil təslim aktına əsasən iddaçı tərəfindən cavabdehə 5977.89 manat məbləğində mal verilmişdir.

17. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən iddaçı tərəfindən cavabdehə 5977.89 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

18. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən iddaçı tərəfindən cavabdehə 9510.81 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

19. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil təslim aktına əsasən iddaçı tərəfindən cavabdehə 9510.81 manat məbləğində mal verilmişdir.

20. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən iddaçı tərəfindən cavabdehə 9162.72 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

21. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən iddaçı tərəfindən cavabdehə 9162.72 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

22. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən iddaçı tərəfindən cavabdehə 407.14 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

23. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən iddaçı tərəfindən cavabdehə 407.14 manat məbləğində mal verilmişdir..

24. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən iddaçı tərəfindən cavabdehə 12626 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

25. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən iddaçı tərəfindən cavabdehə 12626 manat məbləğində mal verilmişdir.

26. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən iddaçı tərəfindən cavabdehə 3304 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

27. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən iddaçı tərəfindən cavabdehə 3304 manat məbləğində mal verilmişdir.

28. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən iddaçı tərəfindən cavabdehə 6773.22 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

29. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən iddaçı tərəfindən cavabdehə 6773.22 manat məbləğində mal verilmişdir.

30. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən iddaçı tərəfindən cavabdehə 13015.42 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

31. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən iddaçı tərəfindən cavabdehə 13015.42 manat məbləğində mal verilmişdir.

32. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən iddaçı tərəfindən cavabdehə 5038.61 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

33. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il təhvil təslim aktına əsasən iddaçı tərəfindən cavabdehə 5038.61 manat məbləğində mal verilmişdir. V. Tətbiq edilən hüquq:

34. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.

36. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

37. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)” Vİ.Məhkəmənin mövqeyi:

38. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

39. Hazırkı mübahisə xarici elementli olduğundan (cavabdeh xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.

40. Göstərilən məsələ ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, hazırkı iddia Azərbaycan hüquqi şəxsi İddiaçı ilə Türkiyə Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olan “Çınar-san X4 Sanayi ve Ticaret Limited” Şirkəti arasında bağlanılmış müqavilədən irəli gələn tələbdir. Həmin müqavilədə (10.3-cü bənd) tərəflər müqavilə ilə bağlı yaranacaq bütün mübahisələrin Azərbaycan Respublikasının inzibati-iqtisad məhkəmələri tərəfindən həll edilməsi barədə razılaşmışlar. Bununla yanaşı iş üzrə iddiaçı Azərbaycan Respublikasının qanunlarına əsasən qeydiyyatdan keçmiş və AR-də fəaliyyət göstərən hüquqi şəxs İddiaçı MMC-dir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsi hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir.

42. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.

43. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin yuxarıda istinad edilən şərtində tərəflərin müqavilədən irəli gələn mübahisələrinə tətbiq edilməli hüquq barədə razılaşması aydın şəkildə ifadə edilmişdir. Belə ki, müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrə Azərbaycan Respublikasının maddi hüquq normalarına müvafiq olaraq həll edilməsi nəzərdə tutulmuşdur (10.1 bənd). Odur ki, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll edilməlidir.

44. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh Çınar-san X4 Sanayi ve Ticaret Limited” Şirkəti arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək elektron qaimə, eləcə də alğı-satql müqaviləsi,qiymət razıalşdırma protokolları və təhvil təslim aktları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

45. Cavabdehin müqavilələr üzrə öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

46. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

48. Belə ki, iddia ərizəsi yazılı sübutlar (sənədlərə) əsaslanmalıdır. Əgər maraqlı şəxs iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olub-olmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməməsi, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir.Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz.

49. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən və məhkəmə iclasında tədqiq edilən sübutları, alğö-satqı müqaviləsi, təhvil təslim aktları , qiymətlərin razılaşdırılması protokolları və e-qaimələri nəzərə alaraq, həmçinin cavabdeə rəsmi mlumat verilməsinə baxmayaraq iddianı təkzib edəcək hər hansı sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 69775.89 manat ƏDV daxil) manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etməməsi iş materialları ilə öz təsdiqni taır və belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdehdən 69775.89 (ƏDV daxil) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

50. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 76054.75 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

51. Göründüyü kimi cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

52. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 3500 manat məbləğində müəyyən edilməlidir.

53. Bundan əlavə illik 5 % uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 7326.37 manat pulun tutulmasını xahiş etmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır. Beləliklə, hazırkı halda həm mübahisəli müqavilədə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir. Odur ki, gecikmə müddəti üçün tutulmasını xahiş etdiyi məbləğ illik 5%lə 1500 manat hesablanmalıdır.

54. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

55. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 220 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh “Çınar-san X4 Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 69775.89 (altmış doqquz min yeddi yüz yetmiş beş manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 3500 (üç min beş yüz) manat məbləğində cərimə borcu, illik 5%-lə hesablanmış 1500 (min beş yüz) manat məbləğində gecikdirmə borcu, 300 (üç yüz) manat məbləğində hüquqi xidmətə görə haqq və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 220 (iki yüz iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar