Məhkəmə qərarları › İş №e-2-2(113)-8773/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8773/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8773/2025 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi, müqaviləyə xitam verilməsi və lizinq obyektinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, pul tələbi, müqavilənin ləğvi, lizinq obyektinin qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi, müqaviləyə xitam verilməsi və lizinq obyektinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/6837 №-li Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixədək yaranmış 2050,70 manat gecikdirilmiş əsas borc, 466,41 manat gecikdirilmiş günlərə görə cərimə borc olmaqla, ümumilikdə 2517,11 manat borc məbləğinin, xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9751 №-li nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər 2029,95 manat gecikdirilmiş əsas borc, 467,85 manat gecikdirilmiş günlərə görə cərimə borc olmaqla, ümumilikdə 2497,80 manat borc məbləğinin və xx.xx.2022-ci il tarixli KTA- KTT-22/9796 №-li nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər 6740,25 manat gecikdirilmiş əsas borc, 1553,33 manat gecikdirilmiş günlərə görə cərimə borc olmaqla, ümumilikdə 8293,58 manat borc, yekunda isə 13310 manat borc və 130 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/6837 nömrəli, xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9751 nömrəli və xx.xx.2022-ci il tarixli, KTA-KTT22/9796 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə xitam verilməsi və 1 ədəd Solis 26 markalı traktor, 1 ədəd Solis Mini MB SLMBP-2 markalı kotan, 1 ədəd Solis 3,5 X3 markalı rotavator,1 ədəd Karaova KO45-630 markalı rotavator və 2 ədəd Cansa Can-D.H.G.-48K markalı malanın ağır 48 diskli (Hidravlik Tandem) saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/6837 nömrəli, xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9751 nömrəli və xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9796 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd Solis 26 markalı traktor, 1 ədəd Solis Mini MB SLMBP-2 markalı kotan, 1 ədəd Solis 3,5 X3 markalı rotavator, 1 ədəd Karaova KO45-630 markalı rotavator və 2 ədəd Cansa Can-D.H.G.-48K markalı mala ağır 48 diskli (Hidravlik Tandem) cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhviltəslim aktı əsasında cavabdehə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli KTA-KTT-22/6837 nömrəli müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 19840 manat təşkil etmişdir. Həmin məbləğin 7550 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən cavabdeh tərəfindən 3970 manat məbləğində ilkin ödəniş Cəmiyyətə ödənilmişdir. xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9751 nömrəli müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 19900 manat təşkil etmişdir. Həmin məbləğin 7800 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən cavabdeh tərəfindən 3980 manat məbləğində ilkin ödəniş Cəmiyyətə ödənilmişdir. xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9796 nömrəli müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 64088 manat təşkil etmişdir. Həmin məbləğin 24309,60 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən cavabdeh tərəfindən 12818,80 manat məbləğində ilkin ödəniş Cəmiyyətə ödənilmişdir. Eyni zamanda, Cavabdeh MMC müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2025-ci il tarixinə xx.xx.2022-ci il tarixli KTA-KTT-22/6837 nömrəli müqavilə üzrə 2050,70 manat gecikdirilmiş əsas borcu, xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9751 nömrəli müqavilə üzrə 2029,95 manat gecikdirilmiş əsas borcu, xx.xx.2022-ci il tarixli KTA-KTT- 22/9796 nömrəli müqavilə üzrə 6740,25 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilələrin 11.3-cü bəndinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2025-ci il tarixinə qədər xx.xx.2022ci il tarixli, KTA-KTT-22/6837 nömrəli müqavilə üzrə 466,41 manat, xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9751 nömrəli müqavilə üzrə 467,85 manat, xx.xx.2022-ci il tarixli, KTA-KTT- 22/9796 nömrəli müqavilə üzrə 1553,33 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh MMC İddiaçı ASC qarşısında xx.xx.2022-ci il tarixli, KTA- KTT-22/6837 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər 2050,70 manat gecikdirilmiş əsas borc, 466,41 manat gecikdirilmiş günlərə görə cərimə borc olmaqla, ümumilikdə 2517,11 manat öhdəliyi vardır. xx.xx.2022-ci il tarixli KTAKTT-22/9751 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər 2029,95 manat gecikdirilmiş əsas borc, 467,85 manat gecikdirilmiş günlərə görə cərimə borc olmaqla, ümumilikdə 2497,80 manat öhdəliyi vardır. xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9796 nömrəli nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər 6740,25 manat gecikdirilmiş əsas borc, 1553,33 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 8293,58 manat öhdəliyi vardır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 748-1.5, 748-1.12.4, 748-2.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Lizinq verən qismində İddiaçı MMC ilə lizinq alan qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/6837 nömrəli X1 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını (bundan sonra – lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə liznq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 1) Adı: Traktor, marka/model: Solis 26, istehsal ölkə: Hindistan, şassi nömrəsi: FMKSR1065820G26, lizinq obyektinin qiyməti 15600 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği: 5970 manat; 2) Adı: Kotan, marka/model: Solis Mini MB SLMBP-2, istehsal ölkə: Hindistan, şassi nömrəsi: 03813, lizinq obyektinin qiyməti 1250 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği: 430 manat; 3) Adı: Rotovator, marka/model: Solis 3.5 X3, istehsal ölkə: Hindistan, şassi nömrəsi: RW265883, lizinq obyektinin qiyməti 2999 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği: 1150 manat; 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) 2 saylı əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir; 2.2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği: 13370,23 manat, avans məbləği: 3970 manat, lizinq obyektinin qalıq dəyəri: 8320 manat, lizinq verənin mükafat məbləği: 1480,23 manat, müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği: 754,88 manat; 2.5-ci bəndinə əsasən müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği aşağıdakılardan ibarətdir: sığorta haqqı (birdəfəlik): 436,48 manat, müqavilənin rəsmiləşdirilmə komissiyası: 198,40 manat, lizinq obyektinin qeydiyyat xərcləri: 120 manat; 3.2-ci bəndinə əsasən lizinq müddəti: 60 ay; 8.2-ci bəndinə əsasən lizinq alanın lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq verənin tələbi ilə lizinq müqaviləsində göstərilmiş hallarda lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissələri olan ləvazimat və sənədləri lazımi qaydada, yəni texniki cəhətdən saz vəziyyətdə qaytarmağa borcludur; 11.1-ci bəndinə əsasən lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətdə lizinq verənə lizinq və ödənişləri ödəməlidir; 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir; 11.12-ci bəndinə əsasən əsas məbləğ (və ya onun hissəsi), yaxud onlara hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 31 təqvim günündən artıq gecikdirildikdə lizinq öhdəliyi vaxtı keçmiş hesab edilir; 14.1-ci bəndinə əsasən lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuların yol verildiyi hallarda, lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər: lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmadıqda, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə; 17.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə hər hansı bir mübahisə və yaxud anlaşılmazlıq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müqavilənin icra yeri üzrə Azərbaycan Respublikasının aidiyyatı məhkəməsində həll olunur. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/6837 nömrəli X1 müqaviləsinə 1 saylı əlavədə lizinq predmetləri olan 1) Solis 26, istehsal ili 2021-ci il olan, Hindistan istehsalı olan traktora; 2) Solis Mini MB SLMBP-2, istehsal ili 2019-cu il olan, Hindistan istehsalı olan kotana; 3) Solis 3.5 X3, istehsal ili 2021-ci il olan, Hindistan istehsalı olan rotovatora dair məlumatlar qeyd olunmuşdur. Əlavə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/6837 nömrəli X1 müqaviləsinə 2 saylı əlavəyə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə müqavilə üzrə xx.xx.2027-ci il tarixinə qədər 8320 manat (hər ay 138,67 manat olmaqla) məbləğində vəsait ödənilməsi barədə Cavabdeh MMC tərəfindən öhdəlik götürülmüşdür. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Lizinq verən qismində İddiaçı MMC ilə lizinq alan qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9751 nömrəli X1 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını (bundan sonra – lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Adı: Rotovator, marka/model: Karaova KO45-630, istehsal ölkə: Türkiyə, mühərrik nömrəsi: 2104, lizinq obyektinin qiyməti 19900 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği: 7800 manat; 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) 2 saylı əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir; 2.2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği: 13543,13 manat, lizinq obyektinin qalıq dəyəri: 8120 manat, lizinq verənin mükafat məbləği: 1443,13 manat; müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği: 671,80 manat; 2.5-ci bəndinə əsasən müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği aşağıdakılardan ibarətdir: sığorta haqqı (birdəfəlik): 437,80 manat, müqavilənin rəsmiləşdirilmə komissiyası: 199 manat, lizinq obyektinin qeydiyyat xərcləri: 35 manat; 3.2ci bəndinə əsasən lizinq müddəti: 60 ay; 8.2-ci bəndinə əsasən lizinq alanın lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq verənin tələbi ilə lizinq müqaviləsində göstərilmiş hallarda lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissələri olan ləvazimat və sənədləri lazımi qaydada, yəni texniki cəhətdən saz vəziyyətdə qaytarmağa borcludur; 11.1-ci bəndinə əsasən lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətdə lizinq verənə lizinq və ödənişləri ödəməlidir; 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir; 11.12-ci bəndinə əsasən əsas məbləğ (və ya onun hissəsi), yaxud onlara hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 31 təqvim günündən artıq gecikdirildikdə lizinq öhdəliyi vaxtı keçmiş hesab edilir; 14.1-ci bəndinə əsasən lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuların yol verildiyi hallarda, lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər: lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmadıqda, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə; 17.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə hər hansı bir mübahisə və yaxud anlaşılmazlıq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müqavilənin icra yeri üzrə Azərbaycan Respublikasının aidiyyatı məhkəməsində həll olunur. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9751 nömrəli X1 müqaviləsinə 1 saylı əlavəyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə müqavilə üzrə verilməli olan 1 ədəd Karaova KO45-630, istehsal ili 2021-ci il olan, Türkiyə istehsalı rotovatora dair məlumatlar qeyd olunmuşdur. Əlavə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9751 nömrəli X1 müqaviləsinə 2 saylı əlavəyə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə müqavilə üzrə xx.xx.2027-ci il tarixinə qədər 8120 manat (hər ay 135,33 manat olmaqla) məbləğində vəsait ödənilməsi barədə Cavabdeh MMC tərəfindən öhdəlik götürülmüşdür. Əlavə tərəfindən imzası və möhürü ilə təsdiq edilmişdir.

13. Lizinq verən qismində İddiaçı MMC ilə lizinq alan qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9796 nömrəli X1 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını (bundan sonra – lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə liznq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 1) Adı: X2 Hidravlik (Tandem), marka/model: Cansa Can-D.H.G.-48K, istehsal ölkə: Türkiyə, şassi nömrəsi: 425, lizinq obyektinin qiyməti 32044 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği: 12156 manat; 2) Adı: X2 Hidravlik (Tandem), marka/model: Cansa Can-D.H.G.-48K, istehsal ölkə: Türkiyə, şassi nömrəsi: 445, lizinq obyektinin qiyməti 32044 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği: 12153 manat; 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) 2 saylı əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir; 2.2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği: 44570,58 manat, avans məbləği: 12818 manat, lizinq obyektinin qalıq dəyəri: 26961 manat, lizinq verənin mükafat məbləği: 4791,58 manat, müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği: 2 manat; 2.5-ci bəndinə əsasən müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği aşağıdakılardan ibarətdir: sığorta haqqı (birdəfəlik): 0 manat, müqavilənin rəsmiləşdirilmə komissiyası: 2 manat, lizinq obyektinin qeydiyyat xərcləri: 0 manat; 3.2-ci bəndinə əsasən lizinq müddəti: 60 ay; 8.2-ci bəndinə əsasən lizinq alanın lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq verənin tələbi ilə lizinq müqaviləsində göstərilmiş hallarda lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissələri olan ləvazimat və sənədləri lazımi qaydada, yəni texniki cəhətdən saz vəziyyətdə qaytarmağa borcludur; 11.1-ci bəndinə əsasən lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətdə lizinq verənə lizinq və ödənişləri ödəməlidir; 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir; 11.12-ci bəndinə əsasən əsas məbləğ (və ya onun hissəsi), yaxud onlara hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 31 təqvim günündən artıq gecikdirildikdə lizinq öhdəliyi vaxtı keçmiş hesab edilir; 14.1-ci bəndinə əsasən lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuların yol verildiyi hallarda, lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər: lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmadıqda, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə; 17.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə hər hansı bir mübahisə və yaxud anlaşılmazlıq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müqavilənin icra yeri üzrə Azərbaycan Respublikasının aidiyyatı məhkəməsində həll olunur. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9796 nömrəli X1 müqaviləsinə 1 saylı əlavədə lizinq predmetləri olan 1) Cansa Can-D.H.G.-48K, istehsal ili 2017-ci il olan, Türkiyə istehsalı olan X2 Hidravlik (Tandem); 2) Cansa Can-D.H.G.-48K, istehsal ili 2017-ci il olan, Türkiyə istehsalı olan X2 Hidravlik (Tandem) dair məlumatlar qeyd olunmuşdur. Əlavə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.

15. xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9796 nömrəli X1 müqaviləsinə 2 saylı əlavəyə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə müqavilə üzrə xx.xx.2027-ci il tarixinə qədər 26961 manat (hər ay 449,35 manat olmaqla) məbləğində vəsait ödənilməsi barədə Cavabdeh MMC tərəfindən öhdəlik götürülmüşdür. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. xx.xx.2024-cü il tarixli lizinq obyektinin təhvil-təslim aktına əsasən 2 ədəd Cansa Can-D.H.G.-48K, istehsal ili 2017-ci il olan, Türkiyə istehsalı X2 Hidravlik (Tandem) saz vəziyyətdə Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir. 18 İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/6837 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər borcu gecikmiş cari borc üzrə 2050,70 manat, cərimə borcu üzrə 466,41 manat olmaqla, ümumilikdə 2517,11 manat; xx.xx.2022-ci il tarixli, KTA- KTT-22/9751 nömrəli müqaviləsinə əsasən gecikmiş cari borc üzrə 2029,95 manat, cərimə borcu üzrə 467,85 manat olmaqla, ümumilikdə 2497,80 manat; xx.xx.2022-ci il tarixli, KTA- KTT-22/9796 nömrəli müqaviləsinə əsasən gecikmiş cari borc üzrə 6740,25 manat, cərimə borcu üzrə 1533,33 manat olmaqla, ümumilikdə 8293,58 manat təşkil edir.

19. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək borcun 1 (bir) iş gün ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

22. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqavilələri bağlanmış və həmin müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Lizinq verən tərəfindən lizinq predmetləri cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı hazırkı tələb hüququ yaranmışdır.

23. İddia tələbinin bir hissəsini xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/6837 №-li Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixədək yaranmış 2050,70 manat gecikdirilmiş əsas borc, xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9751 №-li nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər 2029,95 manat gecikdirilmiş əsas borc, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9796 №-li nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər 6740,25 manat gecikdirilmiş əsas borcun cavabdehdən tutulması təşkil edir.

24. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehlərin lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi gecikdirilmiş borcun cavabdehlərdən tutulması hissəsində təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli KTA-KTT-22/6837 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixə 2050,70 manat (iki min əlli manat yetmiş qəpik) əsas borc, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9751 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixə 2029,95 manat (iki min iyirmi doqquz manat doxsan beş qəpik) əsas borc, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9796 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixə 6740,25 manat (altı min yeddi yüz qırx manat iyirmi beş qəpik) əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapmışdır.

25. İddia tələbinin digər hissəsini xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/6837 №-li Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən 466,41 manat, xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9751 №-li nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən 467,85 manat, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9796 №-li nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən 1553,33 manat gecikdirilmiş günlərə görə cərimə borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması təşkil edir.

26. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında imzalanmış lizinq müqavilələrinin 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir.

27. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/6837 nömrəli müqavilə üzrə 100 (yüz) manat, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9751 nömrəli müqavilə üzrə 100 (yüz) manat, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9796 nömrəli müqavilə üzrə 340 (üç yüz qırx) manat müəyyənləşdirilməli, cərimə məbləğinin tutulması ilə bağlı iddia tələbi qalan hissədə təmin edilməməlidir.

28. İddia tələbinin digər hissəsini tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/6837 nömrəli, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9751 nömrəli və xx.xx.2022ci il tarixli KTA-KTT-22/9796 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsinə xitam verilməsi, 1 ədəd Solis 26 markalı traktor, 1 ədəd Solis Mini MB SLMBP-2 markalı kotan, 1 ədəd Solis 3,5 X3 markalı rotavator,1 ədəd Karaova KO45-630 markalı rotavator və 2 ədəd Cansa Can-D.H.G.-48K markalı mala ağır 48 diskli (Hidravlik Tandem) saz və işlək vəziyyətdə geri qaytarılması təşkil edir.

29. Tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 14.1-ci bəndinə əsasən lizinq alan tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmadıqda, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdehlər müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənişləri etməmiş, ödənişləri gecikdirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilələrə xitam verilməsi və lizinq obyektlərinin qaytarılmasını tələb etməkdə haqlıdır.

30. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/6837 nömrəli, xx.xx.2022-ci il tarixli KTA- KTT-22/9751 və xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9796 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə xitam verilməli, lizinq predmetini təşkil edən 1 ədəd Solis 26 markalı traktor, 1 ədəd Solis Mini MB SLMBP-2 markalı kotan, 1 ədəd Solis 3,5 X3 markalı rotavator,1 ədəd Karaova KO45-630 markalı rotavator və 2 ədəd Cansa Can-D.H.G.-48K markalı mala ağır 48 diskli (Hidravlik Tandem) saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır.

31. Eləcə də iddiaçı ödənilmiş 130 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

32. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 110,90 manat (yüz on manat doxsan qəpik) dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2022-ci il tarixli KTA-KTT-22/6837 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixə 2050,70 manat (iki min əlli manat yetmiş qəpik) əsas borc, 100 (yüz) manat cərimə, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9751 nömrəli müqavilə üzrə xx.xx.2025ci il tarixə 2029,95 manat (iki min iyirmi doqquz manat doxsan beş qəpik) əsas borc, 100 (yüz) manat cərimə, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9796 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixə 6740,25 manat (altı min yeddi yüz qırx manat iyirmi beş qəpik) əsas borc, 340 (üç yüz qırx) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110,90 manat (yüz on manat doxsan qəpik) manat olmaqla, ümumillikdə 11471,80 manat (on bir min dörd yüz yetmiş bir manat səksən qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/6837 nömrəli, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9751 və xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9796 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqavilələrinə xitam verilsin. Lizinq predmetini təşkil edən 1 ədəd Solis 26 markalı traktor, 1 ədəd Solis Mini MB SLMBP-2 markalı kotan, 1 ədəd Solis 3,5 X3 markalı rotavator,1 ədəd Karaova KO45-630 markalı rotavator və 2 ədəd Cansa Can-D.H.G.-48K markalı mala ağır 48 diskli (Hidravlik Tandem) saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar