Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-88/2021 26.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X7 X3 Turizm Nakliye Sanayi Ve Ticaret Limited” şirkətinə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “X7 X3 Turizm Nakliye Sanayi Ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 277.751,96 manat məbləğində əsas borcun, 27.775,19 manat məbləğində faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 305.557,15 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 Ltd. Şirkəti (Cavabdehnin Azərbaycan Respublikasındakı filialı) ilə İddiaçı MMC arasında bağlanmış 01 aprel 2016-cı il tarixli subpodrat müqaviləsinə əsasən, İddiaçı MMC müqavilə şərtlərinə uyğun olaraq Sumqayıt şəhərində SOCAR Ammonyak və X1 Tikintisi İşləri çərçivəsində qeyri-dağıdıcı üsulla sınaq işlərini yerinə yetirməyi, Atilla Makinaİnşaat Ltd. Şirkəti isə yerinə yetirilmiş işlərin dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər (Müqavilənin 1, 8, 9, 12, 14 və 15-ci bəndləri). Müqavilə şərtlərinə uyğun olaraq İddiaçı MMC tərəfindən sınaq işləri yerinə yetirilərək görülmüş işlər təhvil-təslim aktlarına əsasən Cavabdehnin Azərbaycan Respublikasındakı filialına təhvil verilmişdir. Lakin cavabdeh şirkət tərəfindən görülmüş işlərin bir qisminin dəyəri ödənilsə də, icra olunaraq təhvil verilmiş işlərə görə 513751,96 manat məbləğində qalıq borc ödənilməmişdir. Tərəflər arasında imzalanaraq təsdiq olunmuş xx.xx.2017-ci il tarixli üzləşmə aktı ilə də X8 Ltd. Şirkətinin İddiaçı MMC-yə 513751,96 manat qalıq borcunun olması təsdiq olunmuşdur. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanmış 27 dekabr 2017-ci il tarixli anlaşma memorandumuna əsasən "xxxx" MMC X8 Ltd. Şirkətinin İddiaçı MMC-yə olan 513.751,96 manat məbləğində borcunun bir qismini ƏDV daxil 236.000 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüş və xx.xx.2018-ci il tarixdə qalıq borcdan ƏDV daxil 236.000 manat məbləğində pul "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. Bundan sonra Cavabdehnin Azərbaycan Respublikasındakı filialının İddiaçı MMC-yə 277751,96 manat məbləğində borcu qalmışdır və qalıq borc bu günədək ödənilməmişdir. Cavabdehnin Azərbaycan Respublikasındakı filialı ilə dəfələrlə danışıqlar aparılmış, lakin borcun ödənilməsinə nail olunmamışdır. Tərəflərindən ƏA/054 saylı, xx.xx.2019-cu il tarixli pretenziya məktubu ilə Cavabdehnin Azərbaycan Respublikasındakı filialının rəhbərliyinə müraciət olunmuş və borcun ödənilməsi xahiş edilmişdir. Lakin hələ də cavabdeh təşkilat tərəfindən qalıq borc ödənilməmişdir. Cavabdeh tərəfindən borc öhdəliyinin 2 ildən artıq gecikdirildiyini nəzərə alsaq, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hal-hazırda cavabdeh iddiaçıya 27.775,19 manat faiz ödəməyə borcludur. Yuxarıda qeyd olunanlara əsasən, 277.751,96 manat məbləğində əsas borc və 27.775,19 manat məbləğində faiz borcu, cəmi 305.527,15 manat məbləğində pul Cavabdehnin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı MMC-yə ödənilməlidir xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə dəqiqləşmə barədə ərizəni məhkəməyə təqdim edərək, cavabdeh X7 X4 Turizm Nakliye Sanayi Ve Ticaret Limited Şirketindən 277.751,96 manat məbləğində əsas borcun, 27.775,19 manat məbləğində faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 305.557,15 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş üzrə cavabdeh X7 X3 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketinin Azərbaycan Respublikasındakı filialı əsl cavabdeh X7 X4 Turizm Nakliye Sanayi Ve Ticaret Limited Şirketi ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdehnin Azərbaycan Respublikasındakı filialı (X2 LTD) (podratçı) ilə İddiaçı MMC (subpodratçı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli subpodrat müqaviləsindən görünür ki, subpodratçı müqavilə şərtlərinə uyğun olaraq Sumqayıt şəhərində SOCAR Ammonyak və X1 Tikintisi İşləri çərçivəsində qeyri-dağıdıcı üsulla sınaq işlərini yerinə yetirməyi, podratçı isə yerinə yetirilmiş işlərin dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin: 8-ci bəndinə əsasən subpodratçı cəlb olunduğu iş növü üzrə mütəxəssis və peşakar olması əsası ilə xidmətlərin yerinə yetirilməsinə görə seçilmiş və subpodratçı subpodrat müqaviləsində olan tələb, standart və spesifikasiyalara müvafiq olaraq xidmətləri icra etməyi və bitirməyi öhdəsinə götürmüşdür. 9-cu bəndinə əsasən subpodratçı, subpodrat müqaviləsinə müvafiq olaraq podratçı tərəfindən razılaşdırılan və qəbul edilən cədvələ müvafiq olaraq xidmətlərə başlayır və subpodrat müqaviləsinə edilən 1 saylı əlavəyə daxil edilən cədvələ müvafiq olaraq xidmətləri tamamlayır. 14-cü bəndinə əsasən müvafiq iş qiymətini 90%-i ATİLLA MAKİNA tərəfindən qəbul edilən aylıq mərhələli ödənişlə iş üçün ödənilir. İcra olunmuş işin qiymətinin 90%-i Əlavəyə müvafiq olaraq ATİLLA MAKİNA tərəfindən qəbul edilən bərabər yoxlama qeydləri və ya iş fəaliyyəti və yoxlama yekun vərəqəsi və bu maddəyə müvafiq olaraq düzgün və tam fakturanın subpodratçı tərəfindən qəbulundan sonra qırx beş (45) təqvim günü müddətində ödənilir. Müvafiq iş qiymətini 10%-i Müqavilənin saxlama hüququ olaraq qalacaq işin təhvil götürülməsi barədə arayışın verilməsinə qədər etibarlı olan, 21-ci maddəni rəhbər tutaraq maliyyə ödənişi üzrə zəmanətə qarşı subpodratçı tərəfindən şərti qəbul arayışının verilməsinə uyğun işin tamamlanmasından sonra azad olacaq. Müvafiq müddəaların qiyməti podratçı tərəfindən qəbul edilən aylıq inkişaf olaraq iş üzrə ödəniləcək. İcra olunmuş iş qiyməti subpodratçının təsdiq edilən aylıq hesabatından sonra 30 təqvim günü ərzində ödənilir. 15-ci bəndinə əsasən 1 saylı əlavədə əksi müəyyən edilməyənə qədər bütün vergi rüsumları, vəsaitlər, xərclər subpodrat müqaviləsinin icra olunmasından və ya xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar olmasından asılı olmayaraq, subpodratçı tərəfindən ödənilir. Müqavilə hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən 636.700 manat 43.799,24 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2016-cı il tarixli, HM seriyalı, 781859 saylı; 115.695,66 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2016-cı il tarixli, HM seriyalı, 781838 saylı; 1.982,01 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2016-cı il tarixli, HM seriyalı, 533135 saylı; 59.528,92 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2016-cı il tarixli, HM seriyalı, 257421 saylı; 70.720,72 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2016cı il tarixli, HM seriyalı, 183020 saylı; 743.400 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2016-cı il tarixli, HL seriyalı, 861058 saylı; 814.200 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2016-cı il tarixli, HL seriyalı, 860834 saylı; 33.520,85 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2016-cı il tarixli, HL seriyalı, 860775 saylı; 44.866,55 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2016-cı il tarixli, HL seriyalı, 723778 saylı; 43.799,24 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2016-cı il tarixli, HL seriyalı, 453773 saylı; 11.858,41 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2016cı il tarixli, HL seriyalı, 225170 saylı; 54.227,68 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2017-ci il tarixli, HO seriyalı, 685536 saylı; 14.284,25 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2017-ci il tarixli, HN seriyalı, 947877 saylı; 420.600 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2017-ci il tarixli, HN seriyalı, 947865 saylı; 59.000,00 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2017-ci il tarixli, HN seriyalı, 341792 saylı; 30.599,67 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2017-ci il tarixli, HN seriyalı, 190720 saylı; 84.964,26 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2017ci il tarixli, HN seriyalı, 947742 saylı ; 237352,73 manat dəyərində işlərin görülməsinə dairxx.xx.2017-ci il tarixli, HN seriyalı, 947747 saylı ; 420.600 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2017-ci il tarixli, HN seriyalı, 947865 saylı; 86.159,68 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2017-ci il tarixli, HO seriyalı, 683560 saylı; 63688,33 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2017-ci il tarixli, HO seriyalı, 936731 saylı; 81.714,55 manat dəyərində işlərin görülməsinə dair xx.xx.2017-ci il tarixli, HO seriyalı, 936737 saylı elektron vergi hesab-fakturaları tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnin Azərbaycan Respublikasındakı filialına göndərilmişdir. xx.xx.2017-ci il tarixli üzləşmə aktına əsasən müəyyən edilir ki, Cavabdehnin Azərbaycan Respublikasındakı filialının İddiaçı MMC-yə olan qalıq borcunun məbləği 513.751,96 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Tərəflər arasında imzalanmış 11 may 2017-ci il tarixli 405 saylı akta əsasən görülmüş işlərin dəyəri ƏDV daxil olmaqla 213,78 ABŞ dolları, 01.2017-ci il tarixli 433 saylı akta əsasən görülmüş işlərin dəyəri ƏDV daxil olmaqla 77.354,49 ABŞ dolları, 11 may 2017-ci il tarixli 414 saylı akta əsasən görülmüş işlərin dəyəri ƏDV daxil olmaqla 114.577,06 ABŞ dolları, 27 iyul 2017-ci il tarixli 517 saylı akta əsasən görülmüş işlərin dəyəri ƏDV daxil olmaqla 29.433,86 avro, 16 may 2017-ci il tarixli 446 saylı akta əsasən görülmüş işlərin dəyəri ƏDV daxil olmaqla 41.542,79 avro, 27 iyul 2017-ci il tarixli 502 saylı akta əsasən görülmüş işlərin dəyəri ƏDV daxil olmaqla 38.674,32 avro, 03.2017-ci il tarixli 432 saylı akta əsasən görülmüş işlərin dəyəri ƏDV daxil olmaqla 1.088,32 ABŞ dolları, 07.2017-ci il tarixli 535 saylı akta əsasən görülmüş işlərin dəyəri ƏDV daxil olmaqla 35.941,27 avro, 06 iyul 2017-ci il tarixli 501 saylı akta əsasən görülmüş işlərin dəyəri ƏDV daxil olmaqla 40.778,15 avro təşkil edir. İddiaçı MMC tərəfindən “X7 X3 Turizm Nakliye Sanayi ve Ticaret Limited” Şirkətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, ƏA/054 saylı pretenziya məktubundan müəyyən edilir ki, 277.751,96 manat məbləğində borcunun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi İddiaçı MMC (subpodratçı) ilə cavabdeh “X7 X3 Turizm Nakliye Sanayi ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (podratçı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli subpodrat müqaviləsi əsasında yaranmış borcun və həmin borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faizlərin tutulmasından ibarətdir. Məhkəmə əvvəla qeyd etməyi zəruri sayır ki, mübahisəli subpodrat müqaviləsi iddiaçı ilə xarici hüquqi şəxs olan cavabdehin Azərbaycan Respublikasındakı filialı arasında bağlandığı halda, hazırkı işdə cavabdeh qismində “X7 X3 Turizm Nakliye Sanayi ve Ticaret Limited” şirkətinin özü çıxış edir. Mülki Məcəllənin: 53.1-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. 53.2-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 52.1-ci maddəsinə görə hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Qeyd olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi filial hüquqi şəxsin ayrıca bölməsi olmaqla müstəqil hüquqi şəxs statusuna malik deyil. Belə olan halda isə Mülki Məcəllənin 52.1-ci maddəsinin mənasına görə hüquqi şəxs onun struktur bölməsi olan filialların öhdəliklərinə görə cavabdehlik daşımalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "X7 X3 Turizm Nakliye Sanayi ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağladığı müqavilədən irəli gələn iddianı "X7 X3 Turizm Nakliye Sanayi ve Ticaret Limited" şirkətinə qarşı irəli sürməkdə haqlı olmuşdur. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC xx.xx.2016-cı il tarixli mübahisəli subpodrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək sifariş edilmiş işləri görsə də, “X7 X3 Turizm Nakliye Sanayi ve Ticaret Limited” şirkətinin AR Filialı görülmüş işlərin dəyərini ödəməmiş, bununla həmin müqavilə üzrə öhdəliklərini pozmuşdur. Hal-hazırda "X7 X3 Turizm Nakliye Sanayi ve Ticaret Limited” şirkətinin AR Filialının mübahisəli müqavilə üzrə İddiaçı MMC-yə borcu 277.751,96 təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə cavabdeh “X7 X3 Turizm Nakliye Sanayi ve Ticaret Limited” şirkətinin mübahisəli subpodrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri olan 277.751,96 manat məbləğində pul vəsaitini İddiaçı MMC-yə ödəmədiyini, İddiaçı MMC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, 277.751,96 manat məbləğində əsas borcun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçı əsas borcun ödənilməsi tələbi ilə yanaşı həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə 27.775,19 manat məbləğində faizlərin tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırkı işdə cavabdeh "X7 X3 Turizm Nakliye Sanayi ve Ticaret Limited” şirkətinin mübahisəli müqavilə üzrə pul öhdəliyinin icrasını iki ildən artıq müddət ərzində gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından İddiaçı MMC pul öhdəliyinin icrasının gecikdirilməsinə görə iki illik müddət üçün gecikdirilmiş məbləğin illik 5 % olmaqla hesablanmış 27.775,19 manat (277.751,96 manat x5%x 2il) məbləğində faizləri tələb etməkdə də haqlıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia ilə iddianın təmin edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X7 X3 Turizm Nakliye Sanayi ve Ticaret Limited" şirkətindən 277.751,96 (iki yüz yetmiş yeddi min yeddi yüz əlli bir manat doxsan altı qəpik) manat məbləğində əsas borc, 27.775,19 manat (iyirmi yeddi min yeddi yüz yetmiş beş manat on doqquz qəpik) məbləğində faiz borcu, cəmi 305.527,15 manat (üç yüz beş min beş yüz iyirmi yeddi manat on beş qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-88/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-88/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver