Məhkəmə qərarları › İş №e-2-2(113)-880/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-880/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-880/2024 22.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İlk iddia üzrə İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 36980 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 3698 manat cərimənin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərc olmaqla, cəmi 40878 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında AB/B-10/0922 saylı, 01 sentyabr 2022-ci il tarixli beton alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı olan müvafiq növdə beton məhsulunu cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malın dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, iddiaçıya 36980 manat (ƏDV daxil) ödənilməyən borcu qalmışdır. İddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mala görə qalıq borcun ödənilməsini xahiş etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Bundan sonra, iddiaçı mübahisənin həlli məqsədilə ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Müqavilə üzrə yaranmış 36980 manat qalıq borc, habelə borc məbləğinə uyğun hesablanmış 3698 manat cərimə məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh MMC-dən 45708,48 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 3500 manat cərimənin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərcin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,72 manat olmaqla, cəmi 49948,20 manat məbləğində pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 567-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk iddiasının təmin edilməməsi, tərəflər arasında bağlanmış AB/B-10/0922 saylı, 01 sentyabr 2022-cı ıl tarixli beıon alqısatqısı müqaviləsinin ləğv edilməsi, 9499 manat (ƏDV daxil) məbləğində pulun, öhdəliklərinin icrasının gecikdirilməsinə görə hesablanmış 949,9 manat cərimə olmaqla, cəmi 10448,90 manat pul vəsaitinin, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 121,35 manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq, Cavabdeh MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh MMCyə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “R-Com“ MMC-dən 36080 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 3698 manat cərimənin və ilkin medlasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərc olmaqla, cəmi 40878 manat məbləğində pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 01 sentyabr 2022-ci il tarixli beton alqı-satqısı müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı olan müvafiq növdə beton məhsulunu Cavabdeh MMC-yə təhvil vermişdir, lakin sonuncu tərəfindən müqavilə şərtləri pozulmuş, alınmış malın dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, 36980 manat (ƏDV daxil) ödənilməyən borcu qalmışdır, pretenziya göndərilmiş, verilmiş mala görə qalıq borcun ödənilməsi xahiş edilsə də, Cavabdeh MMC bu istiqamətdə hər hansı addım atmamışdır. Bundan sonra, mübahisənin həlli məqsədilə keçirilmiş ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Ona görə də müqavilə üzrə yaranmış 36980 manat qalıq borc, habelə borc məbləğinə uyğun hesablanmış 3698 manat cərimə və ilkin mediasjya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərc cavabdehdən tutulmalıdır. Daha sonra İddiaçı MMC bu iddia tələbinin həcmini iki dəfə artırmış, ilk artırma ərizəsində Cavabdeh MMC-dən 36980 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 3698 manat cərimənin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərcin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat olmaqla, cəmi 41378 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İkinci artırma ərizəsində Cavabdeh MMC-dən 45708,48 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 3500 manat cərimənin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərcin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat olmaqla, cəmi 49908,48 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iddia ilə razı deyillər, hesab edilir ki, aşağıda qeyd edilən normalara, hallara, faktlara, sübutlara görə ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. İlk öncə, iddia tələbinin artırılması barədə ikinci ərizəsində artıq “Avand Beton MMC mediasiya prosesinin mübahisə predmeti olmayan yeni tələblə (müqavilə üzrə 45708,48 manat borc və 3500 manat cərimə olmaqla, cəmi 49208,48 manat tələblə) cavabdehə qarşı çıxış edir. Bu tələb ilə bağlı Cavabdeh MMC-yə pretenziya məktubu və mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilməmişdir. Məhkəmənin nəzərinə çatdılır ki, tərəflər arasında bağlanmış AB/B-10/0922 saylı, 01 sentyabr 2022-ci il tarixli beton alqı-satqısı müqaviləsi əsasında Cavabdeh MMC tərəfindən İddiaçı MMC-dən rəsmi şəkildə təhvil alınmış beton məhsulunun dəyəri tam şəkildə ödənilmişdir. Cavabdeh MMC-nin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə borcu yoxdur. Cavabdeh MMC 45708,48 manat (ƏDV daxil) dəyərində beton məhsulunu İddiaçı MMC-dən sifariş verməmiş, o cümlədən sonuncu həmin dəyərdə hər hansı bir məhsul və ya həmin məhsulun keyfiyyətinə dair sənədi Cavabdeh MMC-yə təhvil verməmişdir. Əksinə, tərəflər arasında bağlanmış AB/B-10/0922 saylı, 01 sentyabr 2022-ci il tarixli beton alqı-satqısı müqaviləsi üzrə Cavabdeh MMC 2023-cü ilin avqust ayı ərzində 9499 manat (ƏDV daxil) İddiaçı MMC-yə pul vəsaiti ödəmiş, lakin sonuncu bugünə kimi həmin dəyərdə beton məhsulunu Cavabdeh MMC-yə təhvil verməmişdir. Yəni müqavilə üzrə öhdəliklər Cavabdeh MMC tərəfindən deyil, İddiaçı MMC tərəfindən pozulmuşdur. İlk iddia təmin edilməməli, təhvil verilməyən beton məhsuluna görə Cavabdeh MMC tərəfindən ödənilmiş 9499 manat (ƏDV daxil) məbləğində pul, habelə həmin məbləğə uyğun hesablanmış 949,9 manat cərimə və qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 121,35 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-dən tutulmalıdır. Qanunvericiliyə uyğun olaraq 01 sentyabr 2022-ci il tarixli beton alqı-satqısı müqaviləsinin ləğv edilməsi, pul tələbi ilə bağlı İddiaçı MMC-yə elektron qaydada pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin sonuncu hər hansı bir cavab verməmişdir. Eyni zamanda, İddiaçı MMC hüquqi yardım göstərilməsi üçün ödənilmiş 500 manat tələbi də qanunsuz və əsassızdır. Belə ki, həmin 500 manat pulun ödənilməsini təsdiq edən qəbz, Bakı şəhəri 33 saylı Vəkil bürosu ilə bağlanmış hüquqi yardım göstərilməsi haqqında müqavilə iddia ərizəsinə əlavə edilməmişdir.

7. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1-ci maddələrinə istinad olunmuşdur.

8. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, ilkin iddianın tam təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-880/2024 saylı qərardadı ilə ilk iddia üzrə İddiaçı Cavabdehnə qarşı pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə pul tələbinə dair qarşıqlı iddia ərizəsi tərəflər arasında bağlanmış AB/B-10/0922 saylı, 01 sentyabr 2022-cı ıl tarixli beıon alqı-satqısı müqaviləsinin ləğv edilməsi hissəsində baxılmamış saxlanması qərara alınmışdır. Tədqiq olunan sübutlar:

10. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

11. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində "xxxx" MMC (İddiaçı MMC) ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, AB/B-10/0922 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə edilən Əlavə(lər)də göstərilən tərkibdə, texniki göstəricilərə uyğun vəziyyətdə beton məhsulunu alıcıya verir. Alıcı isə həmin malı qəbul edərək malın dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti və ödəniş qaydaları müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə edilən Əlavə(lər)də müəyyən edilir. Müqavilənin 3.7-ci bəndinə əsasən satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra alıcı tərəfindən elektron qaimənın ləğv olunmasından və ya təsdiq edilməməsindən asdı olmayaraq, mal alıcı tərəfindən qəbul edilmiş sayılır. Tərəflər əlavə olaraq müvafiq təhvil-təslim aktı imzalaya bilərlər. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədıkdə və ya əsassız olaraq malın təhvil alınmasını gecikdirdikdə, hər gecikən gün üçün satıcıya ödənilməyən məbləğin 0.5% həcmində cərimə ödəməlidir, cərimə satıcı tərəfindən bildirildiyi tarixdən etibarən üç gün ərzində ödənilməlidir. Müqavilənin 5.3-cü bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavəsi ilə müəyyən edilmiş həcmdə malı müəyyən edilmiş müddət ərzində slıcıya təhvil vermədiyi təqdirdə, hər gecikən gün üçün alıcıya təhvil verilməmiş malın qiymətinin 0.5% həcmində cərimə ödəməlidir, lakin cərimə məbləği təhvil verilməmiş malın dəyərinin 1%dən çox olmamalıdır.

13. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AB/B- 10/0922 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli Spesifikasiya və xüsusi şərtlər adlı 01 nömrəli Əlavədən görünür ki, tərəflər sözügedən əlavədə qeyd edilən satın alınacaq mal(lar)ın adı, sinfi, ölçü vahidi və qiymətini razılaşdırmışlar. Sözügedən əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.

14. İlkin iddia üzrə iddiaçı tərəfindən iş materiallarına Cavabdeh MMC-yə göndərilmiş elektron qaimələr, ödəniş tapşırıqları əlavə edilmişdir.

15. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, OD7 nömrəli ödəniş tapşrığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ85TURA******************** nömrəli hesabına 1127 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

16. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, OD8 nömrəli ödəniş tapşrığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ85TURA******************** nömrəli hesabına 2457 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

17. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, OD9 nömrəli ödəniş tapşrığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ85TURA******************** nömrəli hesabına 1568 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

18. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, OD10 nömrəli ödəniş tapşrığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ85TURA******************** nömrəli hesabına 455 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

19. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, OD11 nömrəli ödəniş tapşrığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ85TURA******************** nömrəli hesabına 819 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

20. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, OD12 nömrəli ödəniş tapşrığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ85TURA******************** nömrəli hesabına 1624 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

21. xx.xx.2024-cü il tarixli, 763711-2938 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri 33 saylı Vəkil Bürosunun AZ90AİİB400600C**********111 nömrəli hesabına 1000 manat məbləğində vəsait köçürülmüşdür.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3413 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında olan ƏDV depozit hesabından çıxarış sənədləri, ödəniş sənədləri, elektron qaimə məlumatları və s. əsasən iş materiallarında olan hər iki tərəfdən imzalanmış və möhürlənmiş elektron qaimələrə əsasən malın məbləği 100507,05 manat, həmin məbləğin əlavə dəyər vergisi 18091,27 manat, ümumilikdə imzalanmış və möhürlənmiş elektron qaimələrin məbləği 118598,32 manat müəyyən edildi. Bundan başqa təqdim edilmiş iş materiallarında olan tərəflərin möhürü və imzası olmayan elektron qaimələr üzrə malın məbləği 2023-cü ilin aprel ayı üzrə 3 qaimə, 2023-cü ilin avqust ayı üzrə 6 qaimə, 2023-cü ilin sentyabr ayı üzrə 20 qaimə nəzərə alınmaqla, malın əsas məbləği 45562 manat, həmin məbləğin əlavə dəyər vergisi 8201,16 manat olmaqla, ümumilikdə tərəflərin möhürü və imzası olmayan elektron qaimələrin cəmi məbləği 53763,16 manat müəyyən edildi. Göstərilənlə bağlı qeyd edilir ki, Cavabdeh MMC-nin təqdim etdiyi, ikinci cildin 117- 118-ci səhifələrində öz əksini tapmış ərizədə möhürü və imzası olmayan elektron qaimələrin cəmi 6-sı göstərilmişdir ki, həmin qaimələr də 2023-cü ilin avqust ayının qaimələridir. Təqdim edilmiş iş materiallarından göründüyü kimi isə möhürü və imzası olmayan elektron qaimələrin sadəcə 2023-cü ilin avqust ayında deyil, 2023-cü ilin aprel və sentyabr aylarında da mövcud olması müəyyən olundu. İddiaçı MMC-nin tələb etdiyi borcun da böyük hissəsi həmin aylarda yaranmış borcdan ibarətdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış AB/B-10/0922 saylı, 01 sentyabr 2022-ci il tarixli beton alqı-satqısı müqaviləsi üzrə ümumilikdə ƏDV daxil olmaqla 172361,48 manat (146069,05 manat əsas, ƏDV-si 26292,43) məbləğində beton məhsullarının verildiyi müəyyən olundu. Təqdim edilmiş iş materiallarında olan ödəniş sənədlərinə əsasən aparılmış ödənişlərin 107333,05 manat əsas məbləğ, ƏDV depozit hesabından çıxarışa əsasən 19319,95 manat ƏDV məbləği, ümumilikdə isə 126653 manat olduğu müəyyən edildi. Beləliklə, rəyin tədqiqi hissəsində e-qaimələrin düzgünlüyü ilə bağlı göstərilənlər məhkəmə tərəfindən əsaslı hesab edildiyi təqdirdə, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış AB/B-10/0922 saylı, 01 sentyabr 2022-ci il tarixli beton alqı-satqısı müqaviləsi üzrə qalıq borcun məbləği (əsas məbləğ (146069,05 - 107333,05) 38736 manat, ƏDV məbləği (26292,43 - 19319,95) manat, ümumilikdə qalıq borcun 45708,48 manat olması müəyyən edilmişdir.

23. İddiaçı MMC xx.xx.2023-cü il tarixdə pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək, borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.

24. Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ilə İddiaçı MMC-yə müraciət edərək, borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

28. İlkin iddia tələbini Cavabdeh MMC tərəfindən 45708,48 manat (ƏDV daxil) qalıq borcun İddiaçı MMC-nin xeyrinə tutulması təşkil edir.

29. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Satıcı qismində "xxxx" MMC (indiki İddiaçı MMC) ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, AB/B-10/0922 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı MMC Cavabdeh MMC tərəfindən qalıq borcun qaldığını iddia edərək, hazırkı iddia tələbi ilə müraciət etmiş, Cavabdeh MMC ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. İş üzrə məhkəmə tərəfindən borc məbləğinin müəyyən edilməsindən ötrü məkhəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 9/3413 saylı ekspert rəyi məhkəmə təqdim edilmişdir.

30. Ekspert rəyində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan ƏDV depozit hesabından çıxarış sənədləri, ödəniş sənədləri, elektron qaimə məlumatları və s. əsasən iş materiallarında olan hər iki tərəfdən imzalanmış və möhürlənmiş elektron qaimələrə əsasən malın məbləği 100507,05 manat, həmin məbləğin əlavə dəyər vergisi 18091,27 manat, ümumilikdə imzalanmış və möhürlənmiş elektron qaimələrin məbləği 118598,32 manat müəyyən edildi. Bundan başqa təqdim edilmiş iş materiallarında olan tərəflərin möhürü və imzası olmayan elektron qaimələr üzrə malın məbləği 2023-cü ilin aprel ayı üzrə 3 qaimə, 2023-cü ilin avqust ayı üzrə 6 qaimə, 2023-cü ilin sentyabr ayı üzrə 20 qaimə nəzərə alınmaqla, malın əsas məbləği 45562 manat, həmin məbləğin əlavə dəyər vergisi 8201,16 manat olmaqla, ümumilikdə tərəflərin möhürü və imzası olmayan elektron qaimələrin cəmi məbləği 53763,16 manat müəyyən edildi. Göstərilənlə bağlı qeyd edilir ki, Cavabdeh MMC-nin təqdim etdiyi, ikinci cildin 117- 118-ci səhifələrində öz əksini tapmış ərizədə möhürü və imzası olmayan elektron qaimələrin cəmi 6-sı göstərilmişdir ki, həmin qaimələr də 2023-cü ilin avqust ayının qaimələridir. Təqdim edilmiş iş materiallarından göründüyü kimi isə möhürü və imzası olmayan elektron qaimələrin sadəcə 2023-cü ilin avqust ayında deyil, 2023-cü ilin aprel və sentyabr aylarında da mövcud olması müəyyən olundu. İddiaçı MMC-nin tələb etdiyi borcun da böyük hissəsi həmin aylarda yaranmış borcdan ibarətdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış AB/B-10/0922 saylı, 01 sentyabr 2022-ci il tarixli beton alqı-satqısı müqaviləsi üzrə ümumilikdə ƏDV daxil olmaqla, 172361,48 manat (146069,05 manat əsas, ƏDV-si 26292,43) məbləğində beton məhsullarının verildiyi müəyyən olundu. Təqdim edilmiş iş materiallarında olan ödəniş sənədlərinə əsasən aparılmış ödənişlərin 107333,05 manat əsas məbləğ, ƏDV depozit hesabından çıxarışa əsasən 19319,95 manat ƏDV məbləği, ümumilikdə isə 126653 manat olduğu müəyyən edildi. Beləliklə, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış AB/B-10/0922 saylı, 01 sentyabr 2022-ci il tarixli beton alqı-satqısı müqaviləsi üzrə qalıq borcun məbləği (əsas məbləğ (146069,05 - 107333,05) 38736 manat, ƏDV məbləği (26292,43 - 19319,95) manat, ümumilikdə qalıq borcun 45708,48 manat olması müəyyən edilmişdir.

31. İlk iddia üzrə cavabdeh tərəf alqı-satqısı müqaviləsi əsasında Cavabdeh MMC tərəfindən İddiaçı MMC-dən rəsmi şəkildə təhvil alınmış beton məhsulunun dəyərinin tam şəkildə ödənildiyini bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir.

32. Nümayəndə Cavabdeh MMC-nin 45708,48 manat (ƏDV daxil) dəyərində beton məhsulunu İddiaçı MMC-dən sifariş vermədiyini, o cümlədən sonuncunun həmin dəyərdə hər hansı bir məhsulu və ya həmin məhsulun keyfiyyətinə dair sənədi Cavabdeh MMC-yə təhvil vermədiyini, əksinə, alqı-satqısı müqaviləsi üzrə Cavabdeh MMC-nin 2023-cü ilin avqust ayı ərzində İddiaçı MMC-yə 9499 manat (ƏDV daxil) pul vəsaiti ödədiyini, lakin sonuncunun bugünə kimi həmin dəyərdə beton məhsulunu Cavabdeh MMC-yə təhvil vermədiyini, müqavilə üzrə öhdəliklərin Cavabdeh MMC tərəfindən deyil, İddiaçı MMC tərəfindən pozulduğunu bildirsə də, məhkəmə hesab edir ki, qeyd olunanlar əsassız sayılmalıdır.

33. Belə ki, əvvəla tərəflər arasında bağlanmış müqavilənin 3.7-ci bəndinə əsasən satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra alıcı tərəfindən elektron qaimənın ləğv olunmasından və ya təsdiq edilməməsindən asılı olmayaraq, mal alıcı tərəfindən qəbul edilmiş sayılır. Tərəflər əlavə olaraq müvafiq təhviltəslim aktı imzalaya bilərlər.

34. Göründüyü kimi, hüquqi şəxs olan tərəflər azad surətdə bağladıqları (həmin hal mübahisələndirilmir) müqavilənin məzmununu müəyyənləşdirmiş və razılaşmışlar ki, satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra mal alıcı tərəfindən qəbul edilmiş sayılır. Məhkəmənin qənaətinə əsasən hazırkı halda ödənişi tələb olunan mallar alıcı tərəfindən qəbul edilmişdir. Həmin qənaətə gələrkən eyni zamanda nəzərə alınmışdır ki, əvvəla, göndərilən elektron qaimələr alıcı tərəfindən ləğv edilməmiş, geri qaytarılmamış, mübahisələndirilməmiş, qəbul edilmiş, qismən ödənişlər edilmişdir. Təhvil-təslim aktlarının tərtibinə gəlincə, göründüyü kimi, tərəflər müqavilədə əlavə olaraq müvafiq təhvil-təslim aktlarının imzalaya biləcəyini qeyd etmişlər, yəni belə aktlar tərtib oluna da bilər, tərtib olunmaya da bilər. Müəyyən olunmuşdur ki, tərəflər arasındakı münasibətlərdə heç vaxt təhvil-təslim aktları tərtib olunmamışdır.

35. Göndərilən elektron qaimələrdən bəzilərinin imzalanıb möhürlənməsi, bəzilərinin isə imzalı-möhürlü olmamasına münasibətdə qeyd olunur ki, əvvəla, yenə də müqavilənin 3.7ci bəndinə əsasən satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra mal alıcı tərəfindən qəbul edilmiş sayılır, ümumiyyətlə elektron qaimələrin mütləq şəkildə imzalanıb möhürlənməli olması qaydası müqavilədə də nəzərdə tutulmamışdır. Bundan başqa, imzalanıb möhürlənməmiş qaimələr üzrə də ödənişlər edilmişdir ki, bu da ilk iddia üzrə cavabdehin dəlillərinin əsassız olduğunu göstərir.

36. Beləliklə, məhkəmə qanunvericilik normalarını, ilkin iddia üzrə cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə ilkin iddia üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını və xx.xx.2024-cü il tarixli, 9/3413 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, ilkin iddia göstərilən hissədə təmin edilməli və Cavabdehndən 45708,48 manat (qırx beş min yeddi yüz səkkiz manat qırx səkksiz qəpik) (ƏDV daxil) qalıq borc tutularaq iddiaçıya ödənilməlidir.

37. Bundan əlavə iddiaçı cavabdehdən 3500 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

38. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 2000 (iki min) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

39. Eləcə də, ilkin iddia üzrə iddiaçı 200 (iki yüz) manat mediasiya xərci, 500 (beş yüz) manat hüquqi yardım xərcinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,72 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

40. Məhkəmə hesab edir ki, 500 (beş yüz) hüquqi yardım xərci, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,12 manat (iyirmi yeddi manat on iki qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

41. Qarşılıqlı iddia üzrə iddia tələbi isə 9499 manat (ƏDV daxil) məbləğində pulun, öhdəliklərinin icrasının gecikdirilməsinə görə hesablanmış 949,9 manat cərimə olmaqla, cəmi 10448,90 manat pul vəsaitinin, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 121,35 manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsindən ibarətdir. Həmin məbləğin ödənilməsi ilə bağlı yuxarıda qeyd olunan ödəniş tapşırıqları məhkəməyə təqdim olunmuşdur. Həmin ödəniş tapşırıqlarından müəyyən olunur ki, ödənişlər (ümumilikdə 8050 manat) xx.xx.2023-cü ildə İddiaçı MMC tərəfindən 2023-cü ilin avqust ayında göndərilən elektron qaimələr üzrə edilmişdir. Qarşılıqlı iddiaçı həmin ödənişlərin əsassız olaraq ödənildiyini bildirərək, geri qaytarılmasını xahiş etmişdir.

42. Məhkəmə qarşılıqlı iddiaçı əsassız sayır. Həmçinin o da diqqətə alınmalıdır ki, qarşılıqlı iddiaçı ödənişləri 2023-cü ilin avqustunda etsə də, yalnız ilk iddiaçı məhkəməyə müraciət edəndən sonra həmin ödənişlərin geri qaytarılması ilə bağlı müraciət etmiş, həmin vaxtadək həmin ödənişlərin əsassızlığını mübahisələndirməmişdir.

43. Həmçinin ilk iddia ilə bağlı gəlinən nəticə qarşılıqlı iddianın təmin edilməsini istisna edir. O baxımdan məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin olunmamalıdır.

44. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia tələbi ilə əlaqədar qarşılıqlı iddiaçı tərəfindən tələbin əsaslılığını sübuta yetirən hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

45. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdehndən 45708,48 manat (qırx beş min yeddi yüz səkkiz manat qırx səkksiz qəpik) (ƏDV daxil) qalıq borc, 2000 (iki min) manat cərimə, 500 (beş yüz) hüquqi yardım xərci, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,12 manat (iyirmi yeddi manat on iki qəpik) olmaqla, cəmi 48435,60 manat (qırx səkkiz min dörd yüz otuz beş manat altmış qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar