Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-883/2022 02.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 395-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 548-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 662-L/18 nömrəli, xx.xx.2018- ci il tarixli 926-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1027-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1126-L/18 nömrəli müqavilələr üzrə 162 487,00 manat gecikdirilmiş əsas borc və 80260,29 cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 243097.29 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 395-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 548- L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 662-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 926-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1027-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1126-L/18 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2018-ci il tarixli 395-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 548- L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 662-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 926-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1027-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1126-L/18 nömrəli müqavilələr üzrə 162 487,00 manat gecikdirilmiş əsas borcu və 80260,29 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini Məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" ASC (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında bağlanmış 23 may 2018-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 662-L/18 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 208000 manat olan və spesifikasiyada (Əlavə №1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 41600 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüquq lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verərə məxsusdur. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (penya) tələb edir. Sözügedən müqaviləyə 01 nömrəli Əlavə spesifikasiyadan görünür ki, Class Dominator 130 kombayn taxılyığanın ümumi məbləği 208000 manat, müqavilə üzrə ilkin ödəniş 41600 manat təşkil edir. Sözügedən müqaviləyə 02 nömrəli Əlavədə müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş qrafiki əksini tapmışdır. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 23 may 2018-ci il tarixli 5/378 nömrəli aktdan görünür ki, Dominator-130 markalı kombayn taxılyığan class cavabdehə təhvil verilmişdir. "xxxx" ASC (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında bağlanmış 27 aprel 2018-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 548-L/18 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 84200 manat olan və spesifikasiyada (Əlavə №1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 16840 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüquq lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verərə məxsusdur. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (penya) tələb edir. Sözügedən müqaviləyə 01 nömrəli Əlavə spesifikasiyadan görünür ki, Claas Nexos 240 təkərli traktorun ümumi məbləği 84200 manat, müqavilə üzrə ilkin ödəniş 16840 manat təşkil edir. Sözügedən müqaviləyə 02 nömrəli Əlavədə müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş qrafiki əksini tapmışdır. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvil verilməsi barədə 04 may 2018-ci il tarixli 209 nömrəli aktdan görünür ki, xx.xx.2017-ci il tarixli 15/16 nömrəli müqaviləyə əsasən 84200 manat məbləğində Claas Nexos 240 markalı təkərli traktor saz, nizamlanmış və komplekt halda bazadan lizinq alana təhvil verilmişdir. "xxxx" ASC (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında bağlanmış 27 aprel 2018-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 548-L/18 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 672000 manat olan və spesifikasiyada (Əlavə №1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 134400 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüquq lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verərə məxsusdur. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (penya) tələb edir. Sözügedən müqaviləyə 01 nömrəli Əlavə spesifikasiyadan görünür ki, Claas Nexos 240 təkərli traktorun ümumi məbləği 672000 manat, müqavilə üzrə ilkin ödəniş 134400 manat təşkil edir. Sözügedən müqaviləyə 02 nömrəli Əlavədə müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş qrafiki əksini tapmışdır. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvil verilməsi barədə 19 aprel 2018ci il tarixli 175 nömrəli aktdan görünür ki, xx.xx.2017-ci il tarixli 15/16 nömrəli müqaviləyə əsasən 4 ədəd Claas Nexos 820 markalı təkərli traktor saz, nizamlanmış və komplekt halda bazadan lizinq alana təhvil verilmişdir. "xxxx" ASC (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında bağlanmış 20 avqust 2018-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 1126-L/18 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 672000 manat olan və spesifikasiyada (Əlavə №1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 134400 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüquq lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verərə məxsusdur. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (penya) tələb edir. Sözügedən müqaviləyə 01 nömrəli Əlavə spesifikasiyadan görünür ki, Claas Nexos 240 təkərli traktorun ümumi məbləği 29040 manat, müqavilə üzrə ilkin ödəniş 8712 manat təşkil edir. Sözügedən müqaviləyə 02 nömrəli Əlavədə müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş qrafiki əksini tapmışdır. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvil verilməsi barədə 20 avqust 2018-ci il tarixli 521 nömrəli aktdan görünür ki, Claas Nexos 240 markalı təkərli traktor saz, nizamlanmış və komplekt halda bazadan lizinq alana təhvil verilmişdir. "xxxx" ASC (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında bağlanmış 03 avqust 2018-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 1027-L/18 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 29040 manat olan və spesifikasiyada (Əlavə №1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 8712 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüquq lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verərə məxsusdur. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (penya) tələb edir. Sözügedən müqaviləyə 01 nömrəli Əlavə spesifikasiyadan görünür ki, Claas Nexos 240 təkərli traktorun ümumi məbləği 29040 manat, müqavilə üzrə ilkin ödəniş 8712 manat təşkil edir. Sözügedən müqaviləyə 02 nömrəli Əlavədə müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş qrafiki əksini tapmışdır. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvil verilməsi barədə 04 avqust 2018-ci il tarixli 454 nömrəli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli 04/18 nömrəli müqaviləyə əsasən hər biri 14520 manat məbləğində 2 ədəd 7 gövdəli asma (təkərli) kotan saz, nizamlanmış və komplekt halda bazadan lizinq alana təhvil verilmişdir. "xxxx" ASC (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında bağlanmış 19 iyul 2018ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 926-L/18 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 486000 manat olan və spesifikasiyada (Əlavə №1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 97200 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüquq lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verərə məxsusdur. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (penya) tələb edir. Sözügedən müqaviləyə 01 nömrəli Əlavə spesifikasiyadan görünür ki, Claas Nexos 240 təkərli traktorun ümumi məbləği 486000 manat, müqavilə üzrə ilkin ödəniş 97200 manat təşkil edir. Sözügedən müqaviləyə 02 nömrəli Əlavədə müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş qrafiki əksini tapmışdır. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvil verilməsi barədə 30 iyul 2018-ci il tarixli 434 nömrəli aktdan görünür ki, xx.xx.2017-ci il tarixli 15/16 nömrəli müqaviləyə əsasən hər biri 243000 manat məbləğində 2 ədəd 7 gövdəli asma (təkərli) kotan saz, nizamlanmış və komplekt halda bazadan lizinq alana təhvil verilmişdir. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvil verilməsi barədə 20 avqust 2018-ci il tarixli 521 nömrəli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən hər biri 14520 manat məbləğində 2 ədəd 7 gövdəli asma (təkərli) kotan saz, nizamlanmış və komplekt halda bazadan lizinq alana təhvil verilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2018-ci il tarixli 395-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 548-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 662-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 926-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1027-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1126-L/18 nömrəli lizinq müqavilələri üzrə cavabdehin gecikdirilmiş borcu 162487 manat, cərimə borcu 80260,29 manat, cəmi borcu 242756,29 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2018-ci il tarixli 1027-L/18 nömrəli lizinq müqavilələri üzrə cavabdehin gecikdirilmiş borcu 8712 manat, cərimə borcu 4030,74 manat, cəmi borcu 12742,74 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş cavabdehin "xxxx" ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli 662-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 926-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1027-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1126-L/18 nömrəli lizinq müqavilələri üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, 2019-cu ilin 1-4, 2020-ci ilin 1-4, 2021-ci ilin 1-3-cü rübləri üzrə cərimə borcu ümumilikdə 80260,29 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş cavabdehin "xxxx" ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli 1027-L/18 lizinq müqavilələri üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, 2018-ci ilin 1-4-cü, 2019-cu ilin 1-4, 2020-ci ilin 1-4, 2021-ci ilin 1-4-cü, 2022-ci ilin 1-ci rübü üzrə cərimə borcu ümumilikdə 4030,74 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2018-ci il tarixli 926-L/18 nömrəli lizinq müqavilələri üzrə cavabdehin gecikdirilmiş borcu 60895 manat, cərimə borcu 19522,44 manat, cəmi borcu 80417,44 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş cavabdehin "xxxx" ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli 662-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 926-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1027-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1126-L/18 nömrəli lizinq müqavilələri üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, 2019-cu ilin 1-4, 2020-ci ilin 1-4, 2021-ci ilin 1-3-cü rübləri üzrə cərimə borcu ümumilikdə 80260,29 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş cavabdehin "xxxx" ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli 1027-L/18 lizinq müqavilələri üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, 2018-ci ilin 1-4-cü, 2019-cu ilin 1-4, 2020-ci ilin 1-4, 2021-ci ilin 1-4-cü, 2022-ci ilin 1-ci rübü üzrə cərimə borcu ümumilikdə 4030,74 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş cavabdehin "xxxx" ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli 926-L/18 lizinq müqavilələri üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, 2018-ci ilin 1-4-cü, 2019-cu ilin 1-4, 2020-ci ilin 1-4, 2021-ci ilin 1-4-cü, 2022-ci ilin 1-ci rübü üzrə cərimə borcu ümumilikdə 19522,44 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2018-ci il tarixli 662-L/18 nömrəli lizinq müqavilələri üzrə cavabdehin gecikdirilmiş borcu 23418 manat, cərimə borcu 7404,12 manat, cəmi borcu 30822,12 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş cavabdehin "xxxx" ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli 662-L/18 nömrəli lizinq müqavilələri üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, 2018-ci ilin 1-4-cü, 2019-cu ilin 1-4, 2020-ci ilin 1-4, 2021-ci ilin 1-4cü, 2022-ci ilin 1-ci rübü üzrə cərimə borcu ümumilikdə 7404,12 manat təşkil edir İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2018-ci il tarixli 548-L/18 nömrəli lizinq müqavilələri üzrə cavabdehin gecikdirilmiş borcu 10139 manat, cərimə borcu 3143,61 manat, cəmi borcu 13282,61 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş cavabdehin "xxxx" ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli 548-L/18 nömrəli lizinq müqavilələri üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, 2018-ci ilin 1-4-cü, 2019-cu ilin 1-4, 2020-ci ilin 1-4, 2021-ci ilin 1-4cü, 2022-ci ilin 1-ci rübü üzrə cərimə borcu ümumilikdə 3143,61 manat təşkil edir İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2018-ci il tarixli 395-L/18 nömrəli lizinq müqavilələri üzrə cavabdehin gecikdirilmiş borcu 79622 manat, cərimə borcu 24386,13 manat, cəmi borcu 104008,13 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş cavabdehin "xxxx" ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli 395-L/18 nömrəli lizinq müqavilələri üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, 2018-ci ilin 1-4-cü, 2019-cu ilin 1-4, 2020-ci ilin 1-4, 2021-ci ilin 1-4cü, 2022-ci ilin 1-ci rübü üzrə cərimə borcu ümumilikdə 24386,13 manat təşkil edir İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2018-ci il tarixli 1126-L/18 nömrəli lizinq müqavilələri üzrə cavabdehin gecikdirilmiş borcu 8712 manat, cərimə borcu 3904,92 manat, cəmi borcu 12616,92 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş cavabdehin "xxxx" ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli 1126-L/18 nömrəli lizinq müqavilələri üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, 2018-ci ilin 1-4-cü, 2019-cu ilin 1-4, 2020-ci ilin 1-4, 2021-ci ilin 1-4cü, 2022-ci ilin 1-ci rübü üzrə cərimə borcu ümumilikdə 24386,13 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli 9/2304 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-yə ödənilməli olan borcu xx.xx.2018-ci il tarixli 395-L/18 nömrəli lizinq müqaviləsi üzrə əsas borc 245472 manat, cərimə borcu üzrə 4030,74 manat, xx.xx.2018-ci il tarixli 548-L/18 nömrəli lizinq müqaviləsi üzrə əsas borc 31289 manat, cərimə borcu 3143,61 manat, xx.xx.2018-ci il tarixli 662-L/18 nömrəli lizinq müqaviləsi üzrə əsas borc 74149 manat, cərimə borcu 7404,12 manat, xx.xx.2018-ci il tarixli 926-L/18 nömrəli lizinq müqaviləsi üzrə əsas borc 192819 manat, cərimə borcu 19522,44 manat, xx.xx.2018-ci il tarixli 1027-L/18 nömrəli lizinq müqaviləsi üzrə əsas borc 8712 manat, cərimə borcu 4030,74 manat, xx.xx.2018-ci il tarixli 1126-L/18 nömrəli lizinq müqaviləsi üzrə əsas borc üzrə 8712 manat, cərimə borcu üzrə 4030,74 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli 395-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 548-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 662- L/18 nömrəli, xx.xx.2018- ci il tarixli 926-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1027-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1126-L/18 nömrəli lizinq müqavilələri bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilələrlə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilələrin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilələrlə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 395-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 548-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 662-L/18 nömrəli, xx.xx.2018- ci il tarixli 926- L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1027-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1126-L/18 nömrəli lizinq müqavilələrindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 4.2ci bəndinə əsasən hesablanmış xx.xx.2018-ci il tarixli 395-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 548-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 662-L/18 nömrəli, xx.xx.2018- ci il tarixli 926- L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1027-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1126-L/18 nömrəli müqavilələr üzrə 80260,29 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə xx.xx.2018-ci il tarixli 395-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 548-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 662-L/18 nömrəli, xx.xx.2018- ci il tarixli 926-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1027-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1126-L/18 nömrəli müqavilələr üzrə 8000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsində 350 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli 000İPX1213612D6F nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Xırdalan şəhər Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 1489N nömrəli müqaviləyə əsasən 350 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2018-ci il tarixli 395-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 548-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 662-L/18 nömrəli, xx.xx.2018- ci il tarixli 926-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1027-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1126-L/18 nömrəli müqavilələr üzrə ümumilikdə 162487 manat gecikdirilmiş borc, 8000 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 400 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci cavabdehə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 162487 (bir yüz altmış iki min dörd yüz səksən yeddi) manat gecikdirilmiş borc, 8000 (səkkiz min) manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manat, ümumilikdə 170837 (bir yüz yetmiş min səkkiz yüz otuz yeddi) manat məbləğində pul və mediasiya prosesi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 145 (bir yüz qırx beş) manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-883/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-883/2022
02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver