Məhkəmə qərarları › İş №e-2-2(113)-8837/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8837/2024

23.11.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8837/2024 23.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X4, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) ölkədən getmək hüququnun məhdudlaşdırımasının götürülməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsiylə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyi Bakı şəhəri, Lokal Vergilər Baş İdarəsi xx.xx.2017-ci il tarixli Qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 64 D ünvanında yerləşən mebel salonunda siyahıya alınmış və məsul saxlanca verilmişdir. Əmlakın israf edilməsi əlamətləri ilə toplanmış materiallar üzrə xx.xx.2020-ci il tarixli AR CM-nin 303.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmışdır. Belə ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərin İbtidai Araşdırma Baş İdarəsi tərəfindən toplanmış materialdan görünür ki, Ərizəçi dövlət büdcəsinə olan borcunu qanunvericilikdə müəyyən olunmuş müddətdə ödəmədiyinə görə sahibkarlıq fəaliyyəti keçirdiyi Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən mebel salonunda xx.xx.2017-ci il tarixli protokolla 5850,00 manat dəyərində mebel dəstləri siyahıya alınaraq özünə məsul şəxsə verilmiş, əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verildiyi təqdirdə AR CM-nin 303.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Vergi əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə həmin siyahıya alınmış əmlaka baxış keçirərkən əmlakın israf edildiyini müəyyən edərək akt tərtib olunmuşdur. Ərizəçi istintaq zamanı bildirmişdir ki, 2013-cü ildə fərdi sahibkar X1 Bakı şəhəri, 8-ci kilometr, Qara Qarayev prospekti 106 ünvanında yerləşən “Kainat” Acarət mərkəzində mühasib kimi qeyri-rəsmi işə düzəlmişdir. xx.xx.2016-cı ildə müdiri Elməddin Abbasovun xahişi ilə vergi orqanında qeydiyyata fiziki şəxs kimi VÖEN almış Babək prospekti 64 D ünvanında yerləşən və Elməddin Abbasova məxsus mebel mağazası onun adına rəsmiləşdirilmişdir. xx.xx.2017-ci ildə Vergilər Nazirliyi Bakı Lokal Gəlirlər İdarəsindən əməkdaşlar mağazaya gələrək yaranmış 5850.00 manat borc üzrə həmin məbləğdə əmlaka, yəni, 2 ədəd qonaq dəsti, bir ədəd divan,bir ədəd masa dəsA siyahıya alınmışdır. Lakin faktiki idarəedici X2 olduğu üçün vergi əməkdaşları ilə özü razılığa gəlmiş, xx.xx.2018-ci ildə 1saylı Bakı İnzibati-İqtisad Məhkəməsində xx.xx.2018-ci il tarixli əmlakın açıq hərracdan saİlmasına dair Qətnamə qəbul olunmuş, həmin məhkəmə proseslərində Abbasov Elməddin özü iştirak etmişdir. Ərizəçi 2018-ci ilin yanvar ayında işdən çıxmışdır. xx.xx.2018-ci ildə son dəfə Abbasov Elməddinlə danışdıqda Elməddin mebelləri satdığını və vergi borcunu ödəyəcəyini bildirmişdir. Lakin, xx.xx.2018-ci ildə Abbasov Elməddinin vəfat etdiyini öyrənmişdir. Şahid qismində dindirilmiş X3 ifadəsində qeyd etmişdir ki, o, həmin mağazada menecer işləmiş, eyni zamanda Abbasov Elməddin onun dayısı olmuşdur. İfadəsində Ərizəçi dediklərini təsdiq etməklə, bildirmişdir ki, Nurlanın adı çəkilən mağazada mühasib kimi işləmişdir və dayısı Elməddinin xahişi ilə Nurlanın adı vergi ödəyicisi kimi rəsmiləşdirilmiş, lakin mağazanın faktiki sahibi və idarəedicisi dayısı Abbasov Elməddin olmuşdur. Eyni zamanda dayısı Abbasov Elməddinin vəfatından bir müddət əvvəl dayısının mağazadakı mebelləri satdığını bilmiş və dayısı İsmayıla həmin satışdan olan pulu ilə vergi borcunu bağlayacağını demişdir. Ərizəçinin sonradan əldə etdiyi məlumata əsasən Lənkəran Rayon Məhkəməsində barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı 14 yanvar 2019-cu il tarixli Qərar qəbul olunmuşdur. Halbuki həmin dövrdə vergi orqanın əməkdaşları ilə görüşən və vergi borcunu ödəyəcəyini vəd edən şəxs mağazanın faktiki sahibi Abbasov Elməddin olmuşdur. Həmçinin vəfat etməmişdən öncə də, siyahıya alınan mebelləri sataraq vergi borcunu ödəyəcəyini yaxın ətrafına bildirsə də, sahibkar bunu həyata keçirə bilməmişdir. Lakin hal-hazırda bu vəziyyət Ərizəçi hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Çünki mübahisə tərəflərindən ərizəçi vergi ödəyicisi fiziki şəxs, maraqlı şəxs isə inzibati orqandır. Mübahisənin predmeti ümumi (publik) hüquq sahəsinə aid olan məsələ (vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi) ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə dərhal qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir. Belə olan halda ərizəçi ilk əvvəl ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə qərarın (inzibati akt) qəbul edilməsi üçün vergi orqanına müraciət etməlidir. Bundan sonra müraciətə cavab verilmədiyi və ya inzibati aktın qəbul edilməsindən imtina edildiyi halda, ərizəçi hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə hərəkətsizlikdən və ya qəbul edilmiş qərardan inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə şikayət vermək hüququna malikdir. Habelə, pozulduğunu iddia etdiyi hüquqlarının bərpası üçün (maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) qarşı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə qərarın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair (məcburetmə haqqında iddia) iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir. 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 72.5-ci maddəsinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanları tərəfindən dərhal qəbul edilən və inzibati akt hesab edilən qərar əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə hesab edirəm ki, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) ölkədən getmək hüququnun məhdudlaşdırımasının götürülməsi barədə tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə aidiyyəti üzrə inzibati orqana (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) müraciət etmək, müraciətə cavab verilmədiyi və ya inzibati aktın qəbul edilməsindən imtina edildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) ölkədən getmək hüququnun məhdudlaşdırımasının götürülməsi barədə ərizəsinin icraata qəbulundan imtina edilsin. Ərizəçiyə aidiyyəti üzrə inzibati orqana (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) müraciət etmək, müraciətə cavab verilmədiyi və ya inzibati aktın qəbul edilməsindən imtina edildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar