Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-887/2022 21.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf X1 qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.11.2014-cü il tarixli 79- GL/15 nömrəli müqavilə üzrə 3690 manat gecikdirilmiş əsas borc və 874,53 manat hesablanmış cərimə borcu, 16.05.2016-ci il tarixli 441-L/16 nömrəli müqavilə üzrə 1152 manat gecikdirilmiş əsas borc və 235,13 manat hesablanmış cərimə borcu, 20.05.2016-ci il tarixli 459-L/16 nömrəli müqavilə üzrə 2436 manat gecikdirilmiş əsas borc və 267,37 manat hesablanmış cərimə borcu, 29.06.2016-ci il tarixli 543-L/16 nömrəli müqavilə üzrə 2085 manat gecikdirilmiş əsas borc və 231,44 manat hesablanmış cərimə borcu və 13.04.2018-ci il tarixli 580-GL/18 nömrəli müqavilə üzrə 10165 manat gecikdirilmiş əsas borc və 1691,54 manat hesablanmış cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, ümumilikdə 23178,01 manat pul vəsaitinin X3 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 28.11.2014-cü il tarixli 79-GL/15 nömrəli, 16.05.2016-ci il tarixli 441-L/16 nömrəli, 20.05.2016-ci il tarixli 459-L/16 nömrəli, 29.06.2016-ci il tarixli 543-L/16 nömrəli və 13.04.2018-ci il tarixli 580-GL/18 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 26.08.2021-ci il tarixinə 28.11.2014-cü il tarixli 79-GL/15 nömrəli müqavilə üzrə 3690 manat gecikdirilmiş əsas borc və 874,53 manat hesablanmış cərimə borcu, 16.05.2016-ci il tarixli 441-L/16 nömrəli müqavilə üzrə 1152 manat gecikdirilmiş əsas borcu və 235,13 manat hesablanmış cərimə borcu, 20.05.2016-ci il tarixli 459-L/16 nömrəli müqavilə üzrə 2436 manat gecikdirilmiş əsas borc və 267,37 manat hesablanmış cərimə borcu, 29.06.2016-ci il tarixli 543-L/16 nömrəli müqavilə üzrə 2085 manat gecikdirilmiş əsas borc və 231,44 manat hesablanmış cərimə borcu və 13.04.2018-ci il tarixli 580-GL/18 nömrəli müqavilə üzrə 10165 manat gecikdirilmiş əsas borcunuz və 1691,54 manat hesablanmış cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Sonradan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 28.11.2014-cü il tarixli 79-GL/15 nömrəli müqavilə üzrə 3690 manat gecikdirilmiş əsas borc və 874,53 manat hesablanmış cərimə borcu, 16.05.2016-ci il tarixli 441-L/16 nömrəli müqavilə üzrə 235,13 manat hesablanmış cərimə borcu, 20.05.2016-ci il tarixli 459-L/16 nömrəli müqavilə üzrə 310 manat gecikdirilmiş əsas borc və 267,37 manat hesablanmış cərimə borcu, 29.06.2016-ci il tarixli 543-L/16 nömrəli müqavilə üzrə 417 manat gecikdirilmiş əsas borc və 231,44 manat hesablanmış cərimə borcu, 13.04.2018-ci il tarixli 580-GL/18 nömrəli müqavilə üzrə 10165 manat gecikdirilmiş əsas borc və 1691,54 manat hesablanmış cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, 200 manat çəkilmiş mediasiya xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 28 noyabr 2014-cü il tarixli 79-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 29280 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə X5 verilməsi nəzərdə tutulmuşdur. - 26 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən X4 3690 manat gecikdirilmiş əsas borc və 874,53 manat hesablanmış cərimə borcunun olması qeyd olunmuşdur. - 16 may 2016-ci il tarixli 441-L/16 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 13900 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə X5 verilməsi nəzərdə tutulmuşdur. - 26 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən X4 1152 manat gecikdirilmiş əsas borc və 235,13 manat hesablanmış cərimə borcunun olması qeyd olunmuşdur. - 20 may 2016-cı il tarixli 459-L/16 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 64000 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə X5 verilməsi nəzərdə tutulmuşdur. - 26 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən X4 2436 manat gecikdirilmiş əsas borc və 267,37 manat hesablanmış cərimə borcunun olması qeyd olunmuşdur. - 29 iyun 2016-cı il tarixli 543-L/16 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 54200 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə X5 verilməsi nəzərdə tutulmuşdur. - 26 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən X4 2085 manat gecikdirilmiş əsas borc və 231,44 manat hesablanmış cərimə borcunun olması qeyd olunmuşdur. - 13 aprel 2018-ci il tarixli 580-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 91125 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə ilkin dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə X5 verilməsi nəzərdə tutulmuşdur. - 26 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən X4 gecikdirilmiş borc qismində 10165 manat və 1691,54 manat cərimə borcunun olması qeyd olunmuşdur. - 28 dekabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən Xırdalan şəhər Vəkil Bürosunun hesabına 350 manat ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri üzrə əsas borcu tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və ödənişlər vaxtında aparılmadığına görə lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən iddiaçının əsas məbləğin gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə 3960 manat, 1152 manat, 310 manat, 417 və 10165 manat məbləğində əsas borca tənasübsüz hesablanmış müvafiq olaraq 874,53 manat, 235,13 manat, 267,37 manat, 231,44 manat və 1691,54 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 874,53 manat, 235,13 manat, 267,37 manat, 231,44 manat və 1691,54 manat məbləğində dəbbə pulunun məbləği azaldılmaqla müvafiq olaraq 100 manat, 50 manat, 50 manat, 50 manat və 150 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 və 122.2-ci maddələrinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia verildikdən sonra əsas borc cavabdeh tərəfindən könüllü ödənildiyinə görə ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 168 manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf X1 qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 28 noyabr 2014-cü il tarixli, 79-GL/15 nömrəli müqavilə üzrə 3690 manat əsas borc və 100 manat cərimə, 16 may 2016-cı il tarixli, 441-L/16 nömrəli müqavilə üzrə 50 manat cərimə, 20 may 2016-cı il tarixli, 459-L/16 nömrəli müqavilə üzrə 310 manat əsas borc və 50 manat cərimə, 29 iyun 2016-cı il tarixli, 543-L/16 nömrəli müqavilə üzrə 417 manat əsas borc və 50 manat cərimə, 13 aprel 2018-ci il tarixli, 580-GL/18 nömrəli müqavilə üzrə 10165 manat gecikdirilmiş əsas borc və cərimə qismində 150 manat pul vəsaiti X3 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 168 manat X3 tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti X3 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-887/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-887/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver