Məhkəmə qərarları › İş №e-2-2(113)-887/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-887/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-887/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: ödənilmiş cərimə) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti хеyrinə 2 520 (iki min beş yüz) manat pulun və işə məhkəmədə baхılması üçün ödənilmiş 45,60 manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli BAKU1-46132-19893 saylı X2 Müqaviləsinə əsasən Cavabdeh1 istifadəsinə sedan tipli, ban 1G1PC5SB2E7443663, M.İ.H. 1364 sm3, ağ rəngli, buraxılış ili 2014-cü il, Chevrolet CRUSE Minik markalı nəqliyyat vasitəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin BB № 147574 saylı şəhadətnaməsinə əsasən ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 21 813,36 (iyirmi bir min səkkiz yüz on üç) manat, onlardan 11 100 (on bir min yüz) manat lizinqin məbləği, 2 500 (iki min beş yüz) manat avans məbləği və 8 313,36 (səkkiz min üç yüz on üç) manat lizinq verənin mükafatı təşkil etmişdir və tərəflər arasında imzalanmış 08 oktyabr 2021-ci il tarixli ödəniş qrafikinə əsasən 36 (otuz altı) ay ərzində Cavabdeh1 tərəfindən aylıq 403 (dörd yüz üç) manat ödənilməsi müəyyən olunmuşdur. Eyni zamanda əsas öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədilə 08 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 birgə məsuliyyətini müəyyən edən zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 X3 müqaviləsi qüvvədə olduğu və lizinq predmeti“Lizinq alan”da olduğu müddətdə “Yol hərəkəti qaydaları haqqında” AR Qanunun tələblərinin pozulması ilə bağlı müxtəlif vaxtlarda fərqli məbləğlərlə, ümumilikdə isə 2 520 (iki min beş yüz) manat cərimələnmişdir. DML müqaviləsinin 9.1.9-cu bəndində nəzərdə tutulan hüquqdan istifadə edərək “Lizinq alan”ın əvəzindən cərimələri ödəmişdir. 08 oktyabr 2021-ci il tarixli BAKU1- 46132-19893 saylı X2 Müqaviləsi üzrə İddiaçının cavabdehdən 2 520 manat pul tələbi qanuni və əsaslıdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 borcu qəbul etdiyini, lakin ödənilməsi üçün vaxt verilməsini və hissə-hissə ödənilməsini xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 1-46132-19893 nömrəli X2 müqaviləsi bağlanmışdır.

9. Lizinq müqaviləsinin 9.1.9-cu maddəsinə əsasən lizinq verən lizinq obyektinin istifadəsi nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar yaranan cərimələr lizinq alan tərəfindən qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilmədikdə Lizinq alana lizinq obyektinin idarə edilməsi üçün yeni etibarnamənin verilməsindən imtina edə bilər. Bundan əlavə, Lizinq verən lizinq alanı xəbərdar etmədən və onun razılığı olmadan lizinq obyektinin istifadəsi nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar yaranan cərimələri öz hesabına ödəyə bilər və həmin ödənilmiş məbləği lizinq ödənişləri hesabına ödəmək hüququna malikdir.

10. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, xx.xx.2021-ci il tarixli 1-46132-19893 nömrəli X2 müqaviləsi xx.xx.2023-cü il tarixində ləğv edilmişdir.

11. Hazırda iddiaçı cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar yaranan cərimələrə görə 2.520 manat məbləğində ödəniş etdiyini bildirir və həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir.

12. İddiaçı tərəfindən cərimələrə görə 2.520 manatın ödənilməsinə dair sənədlər iş materiallarına əlavə edilmişdir.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 da qeyd edilən halı təsdiq etmiş, borcu qəbul etmiş, hissə-hissə ödənilməsini məhkəmədən xahiş etmişdir.

14. Belə olan halda məhkəmə hesab edir ki, 2.520 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənməlidir.

15. Ancaq məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir.

16. Belə ki, o zamin olaraq, lizinq müqavilə üzrə borcun ödənilməsinə dair öhdəlik götürmüşdür. Hazırda isə, lizinq borcu deyil, Cavabdeh1 lizinq borcu deyil, nəqliyyat vasitəsinin onun istifadəsində olduğu dövrdə yol hərəkət qaydalarının pozulması nəticəsində edilmiş cərimələrin ödənilməsindən yaranan zərərlə bağlıdır.

17. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. VI. Nəticə:

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 2.520 (iki min beş yüz iyirmi) manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat 60 (altmış) qəpik məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar