Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8872/2025 17.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə (açar sözlər:) (ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ
1. Hüquqi şəxs haqqında məlumat ilə müəyyən edilir ki, "xxxx" MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmaqla (VÖEN: **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Əsas fəaliyyət istiqaməti yaşayış və qeyri-yaşayış binalarının tikintisi fəaliyyəti ilə bağlıdır, rəhbəri Maraqlı şəxsdur.
2. "xxxx" MMC-yə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixə cəmi ödənməli borcu 146390,30 manat təşkil edir.
3. Ərizəçi tərəfindən hüquqi şəxsə ünvanlanmış xx.xx.2025-ci il tarixli **********338600, xx.xx.2025-ci il tarixli **********339300, xx.xx.2025-ci il tarixli **********340700, xx.xx.2025-ci il tarixli **********228400 nömrəli bildirişlər ilə borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Maraqlı şəxs tərəfindən vergi borcu ödənilməmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) Ərizəçinin tələbi və tələbinin dəlilləri
4. Ərizəçi vergi ödəyicisi olan hüquqi şəxs ("xxxx" MMC) tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 114577,62 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 0 manat, Dövlət Sosial Müdafiə Fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat, dövlət büdcəsinə 114577,62 manat məbləğində (o cümlədən, vergilər üzrə 95538,4 manat, faizlər üzrə 18799,22 manat, maliyyə sanksiyası üzrə 240 manat) olmaqla, ümumilikdə 114577,62 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65- ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********338600, xx.xx.2025-ci il tarixli **********339300, xx.xx.2025-ci il tarixli **********340700, xx.xx.2025-ci il tarixli **********228400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.
b) Ərizəyə qarşı etirazın dəlilləri
6. Maraqlı şəxs tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı marədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 305.1.12-ci maddəsi).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi:
11. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
12. Maddə 23.1.15-3. Vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
14. Maddə 355-7.4. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
MƏHKƏMƏNİN MÖVQEYİ
15. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir.
16. MPM-nin 355-5.1-ci maddəsinin mənasından da görünür ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı ilə müəyyən edilən məhdudiyyət tədbiri məcburi dövlət ödənişlərinin, onlara hesablanmış borcların və faizlərin, habelə maliyyə sanksiyalarının ödənilməsini təmin etmək məqsədilə fiziki şəxslər və ya hüquqi şəxslərin icra orqanının rəhbəri barəsində tətbiq edilir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, məhkəmə icraatının gedişində hüquqi şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə 3 ödəniş tapşırığı üzrə 35698,77 manat, 125,69 manat və 102175,54 manat olmaqla, ümumilikdə 138000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bununla da 114577,62 manat məbləğində hesablanmış dövlət büdcəsinə olan vergi borcu tam ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, hüquqi şəxsin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə ödənilməmiş borcu mövcud deyil.
18. MPM-nin 355-5.1-ci maddəsindən də göründüyü kimi vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd vergi və qanunla müəyyən edilmiş digər məcburi ödənişlər ödənilməni təmin etməkdən ibarətdir. Şərh edilənlərdən də görünür ki, maraqlı şəxs məhkəmə prosesi gedişində onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün ərizənin verilməsinə əsas olmuş bütün borclarını ödədiyindən onun ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti aradan qalxmışdır. Belə olan halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması qanunvericiliyə uyğun olmamaqla bərabər onun konstitusion hüququnu pozmuş olur.
19. Məhkəmə qeyd edir ki, sərbəst hərəkət etmək hüququ həm də, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərədə tutulan əsas hüquqlardan biridir (Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi). Beləliklə, məhkəmə vergi borcu ilə əlaqədar şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının yalnız müvafiq məqsədə - borcun ödənilməsinin təmin edilməsinə istiqamətləndiyini, maraqlı şəxs tərəfindən vergi borcunun isə tam ödənildiyini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı