Məhkəmə qərarları › İş №e-2-2(113)-889/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-889/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-889/2022 09.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) cavabdeh X3 qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 01.08.2015-ci il tarixli 1410-GL/15 nömrəli müqavilə üzrə 4514 manat gecikdirilmiş əsas borc və 2287.28 cərimə məbləği, 14.12.2015-ci il tarixli 2194-L/15 nömrəli müqavilə üzrə 9600 manat gecikdirilmiş əsas borc və 1862.40 manat cərimə məbləği, 28.12.2015-ci il tarixli 2245-L/15 nömrəli müqavilə üzrə 2274 manat gecikdirilmiş əsas borc və 569.41 manat cərimə məbləği, 10.07.2018-ci il tarixli 852-L/18 nömrəli müqavilə 8840 manat gecikdirilmiş əsas borc və hesablanmış 1354.51 manat cərimə məbləği, 16.06.2017-ci il tarixli 610-L/17 nömrəli müqavilə üzrə 2365 manat gecikdirilmiş əsas borc və 410.21 manat cərimə məbləği, 25.08.2017-ci il tarixli 1078-L/17 nömrəli müqavilə üzrə 4610 manat gecikdirilmiş əsas borc və 2331.10 cərimə məbləği, 1153-L/17 nömrəli müqavilə üzrə 824 manat gecikdirilmiş əsas borc və 630.47 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 42822.38 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 18.02.2022-ci il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, 01.08.2015-ci il tarixli 1410-GL/15 nömrəli müqavilə üzrə 2287,28 manat cərimə borcu, 14.12.2015-ci il tarixli 2194-L/15 nömrəli müqavilə üzrə 1862,40 manat cərimə borcu, 28.12.2015-ci il tarixli 2245-L/15 nömrəli müqavilə üzrə 569,41 manat cərimə məbləği, 10.07.2018-ci il tarixli 852-L/18 nömrəli müqavilə üzrə 1354,51 manat cərimə məbləği, 16.06.2017-ci il tarixli 610-L/17 nömrəli müqavilə üzrə 410.21 manat cərimə məbləği, 25.08.2017-ci il tarixli 1078-L/17 nömrəli müqavilə üzrə 2331.10 manat cərimə məbləği, 1153-L/17 nömrəli müqavilə üzrə 630.47 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat manat və 200 manat ödənilmiş mediasiya rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış 01.08.2015-ci il tarixli 1410-GL/15 nömrəli, 14.12.2015-ci il tarixli 2194-L/15 nömrəli, 28.12.2015-ci il tarixli 2245-L/15 nömrəli, 01.06.2016-cı il tarixli 484-L/16 nömrəli, 16.06.2017-ci il tarixli 610-L/17 nömrəli, 25.08.2017-ci il tarixli 1078-L/17 nömrəli, 05.09.2017-ci il tarixli 1153- L/17 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri iddia tələbi həcmində qismən, yəni əsas borc öhdəlikləri həcmində yerinə yetirmiş, lakin cərimə məbləğləri, hüquqi yardıma görə və mediasiyaya ödənilmiş məbləğləri iddiaçıya ödəməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh lizinq müqavilələri üzrə yaranmış əsas borcu artıq ödədiyini, bu səbəbdən iddia tələbinin cərimə borcu və məhkəmə xərcləri hissəsində təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 11 dekabr 2015-ci il tarixli 2194-L/15 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 96.000 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alan mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların spesifikasiyada göstərilən 19.200 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilənin 4.3-cü bəndinə əsasən hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 11 dekabr 2015-ci il tarixli 2194-L/15 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsində lizinq obyektinin adı, miqdarı, qiyməti, ilkin ödəniş məbləği qeyd olunmuşdur. 11 dekabr 2015-ci il tarixli 2194-L/15 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsində lizinq alan tərəfindən ödənilməli olan aylıq ödənişlər göstərilmişdir. “Texnikaların təhvil qəbulu barədə Akt”a 12.12.2015-ci il tarixli əsasən 11 dekabr 2015-ci il tarixli 2194-L/15 nömrəli müqavilə üzrə texnikalar (kombayn taxılyığan) iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli 2245-L/15 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 16.210 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 4863 manat məbləğində əvvəlcədən lizinq verənə ödəyit, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilənin 4.3-cü bəndinə əsasən hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 28 dekabr 2015-ci il tarixli 2245-L/15 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsində lizinq obyektinin adı, miqdarı, qiyməti, ilkin ödəniş məbləği qeyd olunmuşdur. 28 dekabr 2015-ci il tarixli 2245-L/15 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsində lizinq alan tərəfindən ödənilməli olan aylıq ödənişlər göstərilmişdir. “Texnikaların təhvil qəbulu barədə Akt”a 30.12.2015-ci il tarixli əsasən 28 dekabr 2015-ci il tarixli 2245-L/15 nömrəli müqavilə üzrə texnikalar (kombayn taxılyığan) iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyun 2016-ci il tarixli 484-L/16 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 103.000 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci maddəsinə əsaəsn lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 20.600 manat məbləğini əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq oalraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilənin 4.3-cü bəndinə əsasən hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 01 iyun 2016-ci il tarixli 484-L/16 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsində lizinq obyektinin adı, miqdarı, qiyməti, ilkin ödəniş məbləği qeyd olunmuşdur. 01 iyun 2016-ci il tarixli 484-L/16 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsində lizinq alan tərəfindən ödənilməli olan aylıq ödənişlər göstərilmişdir. “Texnikaların təhvil qəbulu barədə Akt”a 03.06.2016-ci il tarixli əsasən 01 iyun 2016ci il tarixli 484-L/16 nömrəli müqavilə üzrə texnikalar (kombayn taxılyığan) iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 16 iyun 2016-ci il tarixli 610-L/17 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 14300 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci maddəsinə əsaəsn lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 4290 manat məbləğini əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq oalraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilənin 4.3-cü bəndinə əsasən hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 16 iyun 2016-ci il tarixli 610-L/17 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsində lizinq obyektinin adı, miqdarı, qiyməti, ilkin ödəniş məbləği qeyd olunmuşdur. 16 iyun 2016-ci il tarixli 610-L/17 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsində lizinq alan tərəfindən ödənilməli olan aylıq ödənişlər göstərilmişdir. “Texnikaların təhvil qəbulu barədə Akt”a 21.06.2017-ci il tarixli əsasən 16 iyun 2016ci il tarixli 610-L/17nömrəli müqavilə üzrə texnikalar (kombayn taxılyığan) iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli 1153-L/17 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 4950 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci maddəsinə əsaəsn lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 1485 manat məbləğini əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq oalraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilənin 4.3-cü bəndinə əsasən hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 05 sentyabr 2017-ci il tarixli 1153-L/17nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsində lizinq obyektinin adı, miqdarı, qiyməti, ilkin ödəniş məbləği qeyd olunmuşdur. 05 sentyabr 2017-ci il tarixli 1153-L/17 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsində lizinq alan tərəfindən ödənilməli olan aylıq ödənişlər göstərilmişdir. “Texnikaların təhvil qəbulu barədə Akt”a 21.06.2017-ci il tarixli əsasən 05 sentyabr 2017-ci il tarixli 1153-L/17 nömrəli müqavilə üzrə texnikalar (kombayn taxılyığan) iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 25 avqust 2017-ci il tarixli 1078-L/17 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 25650 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci maddəsinə əsaəsn lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 7695 manat məbləğini əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq oalraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilənin 4.3-cü bəndinə əsasən hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 25 avqust 2017-ci il tarixli 1078-L/17 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsində lizinq obyektinin adı, miqdarı, qiyməti, ilkin ödəniş məbləği qeyd olunmuşdur. 25 avqust 2017-ci il tarixli 1078-L/17 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsində lizinq alan tərəfindən ödənilməli olan aylıq ödənişlər göstərilmişdir. “Texnikaların təhvil qəbulu barədə Akt”a 21.06.2017-ci il tarixli əsasən 25 avqust 2017-ci il tarixli 1078-L/17 nömrəli müqavilə üzrə texnikalar (kombayn taxılyığan) iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 avqust 2015-ci il tarixli 1410-GL/15 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 14850 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 40 %-ə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 01 avqust 2015-ci il tarixli 1410-GL/15 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsində lizinq obyektinin adı, miqdarı, qiyməti, ilkin ödəniş məbləği qeyd olunmuşdur. 01 avqust 2015-ci il tarixli 1410-GL/15 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsində lizinq alan tərəfindən ödənilməli olan aylıq ödənişlər göstərilmişdir. “Texnikaların təhvil qəbulu barədə Akt”a 30.07.2015-ci il tarixli əsasən 01 avqust 2015-ci il tarixli 1410-GL/15 nömrəli müqavilə üzrə texnikalar (kombayn taxılyığan) iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı aralarında bağlanmış lizinq müqavilələri üzrə yaranmış borc məbləğlərini qısa zaman ərzində ödəməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya lizinq müqavilələri üzrə 24.01.2022-ci il tarixdə 6000 manat, 3000 manat, 1000 manat, 5000 manat, 20000 manat, 2000 manat olmaqla, ümumilikdə 37000 manat məbləğində pul ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 16 fevral 2022-ci il tarixli MİHO/1.2.2-2- 2022-4 nömrəli sorğuya cavabdan görünür ki, cavabdeh tərəfindən gecikdirilmiş əsas borc məbləğləri tam şəkildə ödənilmişdir. Lakin iddia ərizəsində qeyd olunan digər tələblər təmin edilməmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 01.08.2015-ci il tarixli 1410-GL/15 nömrəli, 14.12.2015-ci il tarixli 2194-L/15 nömrəli, 28.12.2015-ci il tarixli 2245-L/15 nömrəli, 10.07.2018-ci il tarixli 852-L/18 nömrəli, 16.06.2017-ci il tarixli 610- L/17 nömrəli, 25.08.2017-ci il tarixli 1078-L/17 nömrəli, 05.09.2017-ci il tarixli 1153-L/17 nömrəli lizinq müqavilələri bağlanmışdır. Belə ki, materiallara əlavə edilmiş sənədlərdən də göründüyü kimi, cavabdeh işə məhkəmədə baxıldığı müddətdə iddiaçı ilə aralarında bağlanmış həmin lizinq müqavilələri üzrə yaranmış əsas borcunu iddiaçıya tam şəkildə ödəmiş, iddiaçı da bu halı nəzərə alıb iddia tələbinin həcmini azaldaraq cavabdehdən yalnız borcun gecikdirilməsinə görə cərimənin ödənilməsini tələb etmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də etiraf edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimələrin əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini, habelə əsas borc məbləğlərinin cavabdeh tərəfindən artıq tam şəkildə ödənildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimələr tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğlər azaldılaraq cavabdehdən tutulacaq cərimələr: 01.08.2015-ci il tarixli 1410-GL/15 nömrəli müqavilə üzrə 100 manat, 14.12.2015-ci il tarixli 2194-L/15 nömrəli müqavilə üzrə 300 manat, 28.12.2015-ci il tarixli 2245-L/15 nömrəli müqavilə üzrə 50 manat, 10.07.2018-ci il tarixli 852-L/18 nömrəli müqavilə üzrə 200 manat, 16.06.2017-ci il tarixli 610-L/17 nömrəli müqavilə üzrə 50 manat, 25.08.2017-ci il tarixli 1078-L/17 nömrəli müqavilə üzrə 100 manat, 1153-L/17 nömrəli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsində 350 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Materiallarda olan 27.12.2021-ci il tarixli 000İPX1213612D46 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Xırdalan Şəhər Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 1488 nömrəli müqaviləyə əsasən 350 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 01.08.2015-ci il tarixli 1410-GL/15 nömrəli müqavilə üzrə 100 manat, 14.12.2015-ci il tarixli 2194-L/15 nömrəli müqavilə üzrə 300 manat, 28.12.2015-ci il tarixli 2245-L/15 nömrəli müqavilə üzrə 50 manat, 10.07.2018ci il tarixli 852-L/18 nömrəli müqavilə üzrə 200 manat, 16.06.2017-ci il tarixli 610-L/17 nömrəli müqavilə üzrə 50 manat, 25.08.2017-ci il tarixli 1078-L/17 nömrəli müqavilə üzrə 100 manat, 1153-L/17 nömrəli müqavilə üzrə 50 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 01 dekabr 2021-ci il tarixli A-017/2021 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 200 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 01.08.2015-ci il tarixli 1410-GL/15 nömrəli müqavilə üzrə 100 (bir yüz) manat cərimə borcu, 14.12.2015-ci il tarixli 2194-L/15 nömrəli müqavilə üzrə 300 (üç yüz) manat cərimə borcu, 28.12.2015-ci il tarixli 2245-L/15 nömrəli müqavilə üzrə 50 (əlli) manat cərimə məbləği, 10.07.2018-ci il tarixli 852-L/18 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat cərimə məbləği, 16.06.2017-ci il tarixli 610-L/17 nömrəli müqavilə üzrə 50 (əlli) manat cərimə məbləğini, 25.08.2017-ci il tarixli 1078-L/17 nömrəli müqavilə üzrə 100 (bir yüz) manat cərimə məbləğini, 1153-L/17 nömrəli müqavilə üzrə 50 (əlli) manat cərimə, habelə hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar