Məhkəmə qərarları › İş №e-2-2(113)-8951/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8951/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8951/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdeh “Azəristiliktəhcizat ASC-yə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC cavabdeh “Azəristiliktəhcizat ASC-yə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinin tələbinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, tam olaraq eyni məzmunlu ərizə Bakı Kommersiya Məhkəməsinə daxil olmuş və Məhkəmənin 21 noyabr 2024-cü il tarixli, e-2-2(113)- 8768/2024 saylı qərardadı ilə həmin ərizə icraata qəbul edilmiş və xx.xx.2024-cü il tarixə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki ərizənin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: "xxxx" ASC-nin “Azəristiliktəhcizat ASC-yə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. ********** saylı qəbzə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat məbləğində pul "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar