Məhkəmə qərarları › İş №e-2-2(113)-896/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-896/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-896/2021 19.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 25.080 manat məbləğində əsas borcun, 30.000 manat məbləğində dəbbə pulunun, 5.000 manat əldən çıxmış fayda haqqının, 6,25 % məbləğində hesablanmaqla 1.567 manat məbləğində bank uçot dərəcəsinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işin icraatı yekunlaşana qədər, iddianı təmin etmək üçün tədbir kimi, bank və digər kredit təşkilatlarındakı Cavabdeh MMC-yə məxsus hesablarda olan pul vəsaitləri üzərinə iddia tələbi həcmində həbs qoyulması, özgəninkiləşdirilməsinin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-896/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh bank hesablarında olan pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbində göstərilmiş əsas borc həcmində, yəni 25.080 manat həcmində həbs qoyulmuş, qalan hissədə ərizə təmin edilməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili məhkəməyə yazılı ərizə təqdim edərək aralarında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx xxxxxx 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Sazişin predmeti:

1.1 Bu Sazişin predmeti Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(1 13)-896/2021 saylı iş üzrə cavabdehin İddiaçıya olan borcunun barışıq əsasında hissəvi ödənilməsindən ibarətdir. 1.2 Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin iddiaçıya ümumi borcu 25.080 (iyirmi beş min səksən) manat təşkil edir. 1.3 Bu Saziş imzalandığı/təsdiq edildiyi və gələcəkdə 2.1-ci bənddə qeyd edilən şəkildə icra edildiyi təqdirdə, iddiaçı cavabdehə qarşı iddia tələbinin digər hissəsindən (cərimə-dəbbə pulu, əldən çıxmış fayda, bank uçot dərəcəsi və s.) imtina edir.

2. Tərəflərin öhdəlikləri:

2.1 Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində göstərilən borcunu hissə- hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə iddiaçıya ödəyəcəkdir. 2.1.1. xx xxxxxx 2021-ci il tarixinədək - 8360 (səkkiz min üç yüz altmış) manat; 2.1.2. xx xxxx 2021-ci il tarixinədək - 8360 (səkkiz min üç yüz altmış) manat; 2.1.3. xx xxxxx 2021-ci il tarixinədək - 8360 (səkkiz min üç yüz altmış) manat; 2.2. X1 səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, Cavabdeh və X2 əsasında Bakı Kommersiya Məhkəməsinin (sədrlik edən hakim: Leyla Əliyeva; iş N e-2-2(113)-896/2021) icraatında olan iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 2.3 Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarixlərdə hissəvi ödənişi həyata keçirməzsə və ya qismən icra edərsə, iddiaçı aylıq ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.1.1- 2.1.3-cü bəndlərdə müəyyən edilmiş tarixlər) növbəti günü gecikdirilmiş borcun cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.4. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir.

3. Digər müddəalar

3.1. Bu Sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyalı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4 Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır. Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1.Sazişin predmeti:

1.1 Bu Sazişin predmeti Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(1 13)-896/2021 saylı iş üzrə cavabdehin iddiaçıya olan borcunun barışıq əsasında hissəvi ödənilməsindən ibarətdir. 1.2 Tərəflər razılaşır/təsdiq edir ki, bu sazişin imzalandığı tarixə Cavabdehin iddiaçıya ümumi borcu 25.080 (iyirmi beş min səksən) manat təşkil edir. 1.3 Bu saziş imzalandığı/təsdiq edildiyi və gələcəkdə 2.1-ci bənddə qeyd edilən şəkildə icra edildiyi təqdirdə, iddiaçı cavabdehə qarşı iddia tələbinin digər hissəsindən (cərimə-dəbbə pulu, əldən çıxmış fayda, bank uçot dərəcəsi və s.) imtina edir.

2. Tərəflərin öhdəlikləri:

2.1.Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində göstərilən borcunu hissə- hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə iddiaçıya ödəyəcəkdir. 2.1.1. xx xxxxxx 2021-ci il tarixinədək - 8360 (səkkiz min üç yüz altmış) manat; 2.1.2. xx xxxx 2021-ci il tarixinədək - 8360 (səkkiz min üç yüz altmış) manat; 2.1.3. xx xxxxx 2021-ci il tarixinədək - 8360 (səkkiz min üç yüz altmış) manat; 2.2. X1 səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, cavabdeh və X2 əsasında Bakı Kommersiya Məhkəməsinin (sədrlik edən hakim: Leyla Əliyeva; iş N e-2-2(113)-896/2021) icraatında olan iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 2.3. Cavabdeh bu sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarixlərdə hissəvi ödənişi həyata keçirməzsə və ya qismən icra edərsə, iddiaçı aylıq ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.1.1- 2.1.3-cü bəndlərdə müəyyən edilmiş tarixlər) növbəti günü gecikdirilmiş borcun cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.4. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir.

3. Digər müddəalar

3.1. Bu sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyalı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4 Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır. Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar