Məhkəmə qərarları › İş №e-2-2(113)-8964/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8964/2025

07.11.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8964/2025 07.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə (açar sözlər:) (ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. Fiziki şəxs haqqında məlumat ilə müəyyən edilir ki, Maraqlı şəxs vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmaqla (VÖEN: **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əsas fəaliyyət istiqaməti təzə meyvə, tərəvəzin topdan satışı fəaliyyəti ilə bağlıdır.

2. Hüquqi şəxs haqqında məlumat ilə müəyyən edilir ki, "xxxx" MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmaqla (VÖEN: **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əsas fəaliyyət istiqaməti təzə meyvə, tərəvəzin topdan satışı fəaliyyəti ilə bağlıdır, rəhbəri Maraqlı şəxsdur.

3. Hüquqi şəxs haqqında məlumat ilə müəyyən edilir ki, "xxxx" MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmaqla (VÖEN: **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əsas fəaliyyət istiqaməti qida əlavələrinin satışı fəaliyyəti ilə bağlıdır, rəhbəri Maraqlı şəxsdur.

4. Maraqlı şəxsə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borcu 25393,51 manatdır.

5. "xxxx" MMC-yə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borcu 8519,7 manatdır.

6. "xxxx" MMC-yə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025ci il tarixə cəmi ödənilməli borcu 13730,83 manatdır.

7. Ərizəçi tərəfindən maraqlı şəxsə və hüquqi şəxslərə ünvanlanmış xx.xx.2024-cü il tarixli ******************.03.2025-ci il tarixli **********737400, xx.xx.2025-ci il tarixli **********460200, xx.xx.2024-cü il tarixli **********658400, xx.xx.2025-ci il tarixli **********461900 nömrəli bildirişlər ilə borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Maraqlı şəxs və hüquqi tərəfindən vergi borcu ödənilməmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) Ərizəçinin tələbi və tələbinin dəlilləri

8. Ərizəçi Vergi ödəyicisi olan fiziki şəxs və hüquqi şəxslər "xxxx" MMC və "xxxx" MMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 39841,04 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 285,14 manat, İcbari Tibbi Sığorta Fonduna olan 45,59 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir.

9. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 7233,02 manat məbləğində (o cümlədən, vergilər üzrə 6246 manat, faizlər üzrə 987,02 manat) "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 11110,02 manat məbləğində (o cümlədən, vergilər üzrə 10154 manat, faizlər üzrə 956,02 manat) , Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 285,14 manat, dövlət büdcəsinə 21498 manat məbləğində (o cümlədən, vergilər üzrə 18910,21 manat, faizlər üzrə 2587,79 manat) , İcbari Tibbi Sığorta Fonduna 45,59 manat olmaqla, ümumilikdə 40171,77 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli ******************.03.2025-ci il tarixli ******************.03.2025-ci il tarixli **********460200, xx.xx.2024-cü il tarixli **********658400, xx.xx.2025-ci il tarixli **********461900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.

b) Ərizəyə qarşı etirazın dəlilləri

10. Ərizəyə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

11. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

13. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 305.1.12-ci maddəsi).

14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi:

15. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.

16. Maddə 23.1.15-3. Vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

18. Maddə 355-7.4. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

19. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

“Dövlət rüsumu haqqında” AR Qanununun:

20. 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur.

MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs və hüquqi şəxslər "xxxx" MMC və "xxxx" MMC vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, borclular tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Maraqlı şəxsə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borcu 25393,51 manatdır. "xxxx" MMC-yə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borcu 8519,7 manatdır. "xxxx" MMC-yə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borcu 13730,83 manatdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə ödənilməli borcu 8519,7 manat, "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə ödənilməli borcu 13903,45 manat, maraqlı şəxsin (VÖEN: **********) həmin tarixə ödənilməli borcu isə 25641,52 manat təşkil edir.

23. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan maraqlı şəxs və hüquqi şəxslər öz öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qanunla müəyyən edilmiş tədbir görmüş, borclulara borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borclu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borcluların dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək, eyni zamanda fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Odur ki, ərizə təmin edilməli və maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

24. Məhkəmə xərclərinə gəldikdə hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. Vergi ödəyicisi olan fiziki şəxs və hüquqi şəxslər ("xxxx" MMC və "xxxx" MMC) tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 39841,04 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 285,14 manat, İcbari Tibbi Sığorta Fonduna olan 45,59 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün fiziki şəxs, eyni zamanda hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar