Məhkəmə qərarları › İş №e-2-2(113)-8991/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8991/2025

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8991/2025 16.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 17.386,12 manat əsas borc, 1.214,64 manat məbləğində xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək dövr üçün qanuni faiz məbləğinin, iddiaçının hüquqi yardım (vəkil) xərci olan 300 manat məbləğinin, iddiaçı tərəfindən ödənilmiş iddia ərizəsinə görə 147,14 manat dövlət rüsumu, ümumilikdə 19.047,90 manat məbləğin cavabdehdən tutulub İddiaçı MMCnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 14 dekabr 2023-cü il tarixdə İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış KBT-BCG/TM-49/23 saylı müqavilə və ona edilmiş əlavə razılaşmalar əsasında şirkətimiz üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Görülmüş işlər aktlarla (təhvil-təslim sənədləri) rəsmiləşdirilmişdir. Lakin "xxxx" MMC həmin müqavilə üzrə öz öhdəliyini – görülmüş işlərin dəyərinin ödənilməsini – indiyədək yerinə yetirməmişdir. İddiaçı olaraq öz müqavilə öhdəliklərimizi tam icra etmiş, görülmüş işlər cavabdehə təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktları tərtib olunmuşdur. Cavabdeh tərəf isə müqavilədən irəli gələn pul öhdəliyini – görülmüş işlərin dəyərinin ödənilməsini – müəyyən olunmuş müddətdə yerinə yetirməmişdir. 2024-cü tarixiniəhatə edən dövr üzrə tərtib edilmiş aralıq ödəniş sertifikatları və müvafiq elektron qaimə-fakturalar əsasında hesablanmış ümumi qalıq borc məbləği 17 386,12 (on yeddi min üç yüz səksən altı manat, 12 qəpik) manat təşkil edir. Lakin cavabdeh təqdim olunmuş hesablar üzrə ödənişləri müqavilədə nəzərdə tutulan müddətlərdə həyata keçirməmiş, nəticədə qeyd olunan məbləğ indiyədək ödənilməmiş qalır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) "xxxx" MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli KBT-BCG/TN-49/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqaviləyə əsasən Satıcı icra etdiyi tikinti layihəsi üzrə alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X2 №1-də göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, Alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən sifariş üzrə çatdırılmış malların təhvili müvafiq qaimə-faktura ilə təsdiq olunur.

13. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı hər sifariş üzrə malların dəyərini satıcı tərəfindən təqdim olunmuş hesab fakturaya əsasən razılaşdırılmış qaydada ödənişi həyata keçirir.

14. Tərəflər KBT-BCG/TN-49/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli Əlavələr ilə təsdiq edilmiş Alış Sifarişi (X1) ilə malın təsnifatı, ölçü vahidi, miqdarı, vahid qiyməti, barədə razılığa gəlmişlər.

15. xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli Əlavə ilə təsdiq edilmiş Alış Sifarişlərinin ödəniş şərtlərinə əsasən alıcıya sifariş üzrə müqavilədə razılaşdırılmış qaydada təhvil verilən hər bir mal-material üzrə əvvəl təhvil-təslim aktı tərtib edilir və tərəflərin səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiqlənir. Həmin təhvil təslim aktları əsasında elektron qaimə vurulur və elektron qaimə vurulduqdan sonra 7 (yeddi) iş günü ərzində həmin məbləği Alıcı Satıcının bank hesabına ödəyir.

16. Müqavilə və ona Əlavələr tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

18. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" MMC-nin üzərinə düşür.

19. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2406 10496644 saylı dəyəri 1.736,96 manat, xx.xx.2024-cü il tarixli MT2404 00065788 saylı dəyəri 1.905,7 manat, xx.xx.2024-cü il tarixli MT2405 11040511 saylı dəyəri 2.279,76 manat, xx.xx.2024-cü il tarixli MT2405 10786228 saylı dəyəri 3.315,8 manat, xx.xx.2024cü il tarixli MT2403 00342739 saylı dəyəri 3.353,56 manat, xx.xx.2024-cü il tarixli MT2405 saylı dəyəri 3.614,34 manat, xx.xx.2024-cü il tarixli MT2403 00207723 saylı, dəyəri 8.575,06 manat, xx.xx.2024-cü il tarixli EBDZ 822636 saylı, dəyəri 6.244,56 manat, xx.xx.2024-cü il tarixli EBDY 717482 saylı, dəyəri 7.585,04 manat, xx.xx.2024-cü il tarixli EBDW 839429 saylı, dəyəri 11.682 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.

20. Elektron qaimələrdəki məbləğlərin cəmi 50.292,78 manat təşkil edir.

21. Bundan başqa iş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən yuxarıda qeyd edilmiş bir qism elektron qaimələrə istinad olunmaqla müəyyən ödənişlər edilmişdir.

22. Belə olan halda, Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə mal mübadiləsi məhz elektron qaimələr üzərindən olmuş və iddiaçı tərəfindən mallar verilmiş, cavabdeh tərəfindən isə müəyyən ödənişlər edilmişdir.

23. İddiaçı hazırda, cavabdehin 17.386,12 manat əsas borcunun qaldığını bildirir.

24. Məhkəmə hesab edir ki, elektron qaimələrlə bağlı hər hansı bir etiraz verilmədiyi və qaimələr əsasında cavabdeh tərəfindən ödənişlər edildiyi nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmiş, cavabdehin də, ona verilmiş olan malların dəyərini ödəmək öhdəliyi yaranmışdır.

25. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

26. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

27. Belə olan halda, Məhkəmə hesab edir ki, əsas borc üzrə 17.386,12 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 1.214,64 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

29. İddiaçı tərəfindən son elektron qaimənin 2024-cü ilin iyun ayında (xx.xx.2024-cü il tarixli MT2406 10496644 saylı qaimə) göndərildiyini və iddia ərizəsinin xx.xx.2025-ci il tarixdə yəni 16 ay sonra verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 1.159,07 (17.386,12x5/100=869.306 (1 il üçün), 869,306/12=72,442 (1 ay üçün) 72,442x16=1.159,07 (16 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Məhkəmə hesab edir ki, iddianın 300 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də, iddia təmin edilməlidir.

31. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı Güvən Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2025-ci il tarixli order verilmiş, 300 manat məbləğində vəkil xərci ödənilmişdir.

32. Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

33. Bundan başqa məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 145,64 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 17.386 (on yeddi min üç yüz səksən altı) manat 12 (on iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 1.159 (bir min yüz əlli dqquz) manat 07 (sıfır yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 145 (bir yüz qırx beş) manat 64 (altmış dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar