Məhkəmə qərarları › İş №e-2-2(113)-8998/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8998/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8998/2025 27.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı "xxxx" Beynəlxalq Nəqliyyat (yükdaşıma) Şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Beynəlxalq Nəqliyyat (yükdaşıma) Şirkəti iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 007952 saylı beynəlxalq əmtəə qaiməsi (CMR) əsasında cavabdehə məxsus ümumi dəyəri *00940 ABŞ dolları təşkil edən malları qəbul etmək vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulmaqla, avtomaşının mallar olan konteynerlərlə xx.xx.2025-ci il tarixdə İpək yolu terminalına daxil olması nəzərə alınaraq, avtomaşının boşdayanmasına görə hər gün üçün *00 ABŞ dolları, konteynerlərin boşdayanmasına görə hər gün üçün 33 ABŞ dolları məbləğində pulun, həmçinin sürücünün Dövət Miqrasiya Xidmətinə ödəyəcəyi çıxış vizası cəriməsi və X* avtomaşının ölkədə vaxtından çox dayanması və yükün qabaritləri ilə bağlı cərimə ödəmələri olaraq Cavabdeh MMC-dən ümumilikdə 5*400 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mübahisə tərəflər arasında məhkəmədən kənar qaydada həll olunduğu üçün iddia ərizəsinin geri qayatarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirib hesab edir ki, vəsatət təmin olunaraq iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *70.*-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin *70.3-cü maddəsinə əsasən, bu Məcəllənin *70.*-ci və *70.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *70.*, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı "xxxx" Beynəlxalq Nəqliyyat (yükdaşıma) Şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra *0 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar