Məhkəmə qərarları › İş №e-2-2(113)-902/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-902/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-902/2025 01.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, pul tələbi, dəbbə pulu, özgə işlərinin tapşırıqsız icrası) X8 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 1803,10 manat cari əsas borc, 656.35 manat cari faiz borcu və 533,54 manat dəbbə borcu, 247,5 manat sığorta haqqı və 574 manat “Yol hərəkəti qaydaları haqqında” AR Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq edilmiş inzibati cərimə ödənilməsi ilə bağlı çəkilmiş xərcin əvəzinin, cəmi isə 3814,49 manat məbləğində lizinq borcunun və lizinq predmetinin satılması ilə bağlı ödənilmiş 1566 manat məbləğində ƏDV-nin əvəzinin və işə məhkəmədə baxılması üçün ödənilmiş 74,40 manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (Lizinq Verən) ilə Cavabdeh (Lizinq Alan) arasında bağlanmış 14 iyun 2023-cü il tarixli BAKU1-60041-22860 saylı X6 Müqaviləsinə əsasən Cavabdeh istifadəsinə xetçbek tipli, ban U5YFF24428L069227, M.İ.H. 1582 sm3, tünd göy metalik rəngli, buraxılış ili 2007-cı il, KİA CEED Minik markalı nəqliyyat vasitəsi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin BB № 422346 saylı şəhadətnaməsinə əsasən 77AV497 dövlət qeydiyyat nişanlı) verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 19 631,22 manat, onlardan 10 800 manat lizinqin məbləği, 2 700 manat avans məbləği və 6131,22 manat lizinq verənin mükafatı təşkil etmişdir və tərəflər arasında imzalanmış 14 iyun 2023-cü il tarixli ödəniş qrafikinə əsasən 36 ay ərzində Cavabdeh tərəfindən aylıq 471 manat ödənilməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən qeyd olunan ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılması günləri dəfələrlə pozulmuş, ödəniş qrafiki ilə 07 iyul 2024-cü il tarixinədək ödənilməsi nəzərdə tutulan 1803,10 manat cari əsas borc, 656,35 manat cari faiz borcu və 533.54 manat dəbbə borcu, 247,5 manat sığorta haqqı və 574 manat “Yol hərəkəti qaydaları haqqında” AR Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq edilmiş inzibati cərimə borcunu, cəmi isə 3814,49 manat borcu ödənilməmişdir. X6 müqaviləsi iddiaçı tərəfindən bir tərəfli qaydada xx.xx.2024-cü il tarixdə ləğv edilmiş və lizinq obyekti qaytarılmışdır. Cavabdeh DML müqaviləsi qüvvədə olduğu müddətdə yol hərəkət qaydalarını pozmuş və buna görə də tətbiq edilən cərimələri ödəməmişdir. Cavabdeh eyni zamanda müqavilə şərtlərinə uyğun olaraq lizinq obyektini kasko sığorta etdirmək vəzifəsini də icra etməmişdir. Beləliklə, cavabdeh müqavilənin 10.2.8 və 10.2.10-cu bəndlərin tələbini pozmuşdur. DML müqaviləsinin 9.1.6-cı bəndinə əsasən “Lizinq verən” lizinq obyektinin sığortalanması üzrə, 9.1.9-cu bəndinə əsasən isə yol hərəkəti qaydalarının pozulması ilə bağlı özünün çəkdiyi xərcin əvəzinin ödənilməsini tələb etmək hüququ var. X6 Müqaviləsinin 16.1-ci maddəsinə görə, Lizinq Alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişinin 1% (bir faiz) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Beləliklə, 14 iyun 2023-cü il tarixli BAKU1-60041- 22860 saylı X6 Müqaviləsi üzrə iddiaçının cavabdehdən 3814,49 manat pul tələbi qanuni və əsaslıdır. DML müqaviləsinin 20.7-ci bəndinin tələbinə görə “lizinq obyektinin satışından əldə edilən məbləğ lizinq müqaviləsinin ləğvi məbləğindən azdırsa. Lizinq alan bu fərqin ödənilməsini təmin etməlidir.” “lizinq müqaviləsinin ləğvi məbləği”nin izahı DML müqaviləsinin 7-ci bəndində verilmişdir. Həmin bənddə göstərilir ki, lizinq müqaviləsinin ləğvi məbləğləri - Lizinq alanın öhdəliklərinin məbləğidir. Həmin məbləğə lizinq obyektinin cari dəyəri, Lizinq ödənişləri qrafikinə əsasən vaxtı çatmış, lakin ödənilməmiş lizinq ödənişləri, müqavilənin ləğv edilməsi gününə Lizinq alan tərəfindən ödənilməli olan cərimə və/və ya penya, lizinq obyektinin geri alınması və satışı, müqavilənin icrası nəticəsində Lizinq verənin üçüncü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərin ödənilməsi ilə bağlı Lizinq verənin zərər və itkilərinin ödənilməsi üçün lazım olan məbləğ daxildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi sonuncu dəqiqləşmə ərizəsində qeyd olunanlara uyğun olaraq izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, suallara cavab olaraq bildirmişdir ki, lizinq verən lizinq obyektini geri aldıqda ödənilməmiş əsas borc 8 429,08 manat təşkil etdiyi üçün həmin dəyərlə iddiaçı balansına qəbul etmişdir. Daha sonra lizinq obyektini ƏDV xaric olmaqla 8700 manata, yəni 1 566 manat ƏDV ödəməklə faktiki zərərlə satmışdır, lizinq müqavilələrində belə bir şərt yoxdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" BOKT MMC (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli BAKU1-60041-22860 nömrəli X6 müqaviləsindən görünür ki, lizinq verən Lizinq alan tərəfindən seçilmiş nəqliyyat vasitəsini/xüsusi texnikanı/avadanlığı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizin obyektinin təsviri: BAN nömrəsi U5YFF24428L069227, buraxılış ili 2007, tünd göy metallik rəngli, 77AV497 dövlət qeydiyyat nişanlı KİA CEED minik markalı avtomobil. Müqavilənin 2.1-ci bəndinə əsasən Lizinq müqaviləsi üzrə bütün məbləğlər azərbaycan manatı ilə ifadə olunur. Lizinq müqaviləsinin ümumi məbləği 19631,22 manatdır; Lizinq verənin mükafatı 6131,22 manatdır; avans məbləği 2700 manatdır; lizinq məbləği 10800 manatdır. Müqavilənin 3.1-ci bəndinə əsasən lizinq müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir. Müqavilənin 3.2-ci bəndinə əsasən lizinq müddəti 36 ay müddətində müəyyən edilmişdir. Müqavilənin 8.1-ci bəndinə əsasən lizinq verən Lizinq alan tərəfindən seçilmiş və Lizinq müqaviləsinin 1-ci bəndində göstərilən lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 8.4-cü bəndinə əsasən Lizinq obyektinin verilmə yeri və qaydası Alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Müqavilənin 9.1.6-cı bəndinə əsasən Lizinq verən Lizinq alandan bu müqavilə ilə şərtləşdirilmiş qaydada və məbləğdə avansın və KASKO sığrt üzrə çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Müqavilənin 9.1.9-cu bəndinə əsasən lizinq verən lizinq obyektinin istifadəsi nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar yaranan cərimələr lizinq alan tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə Lizinq alana lizinq obyektinin idarə edilməsi üçün yeni etibarnamənin verilməsindən imtina edə bilər. Bundan əlavə, Lizinq verən lizinq alanı xəbərdar etmədən və onun razılığı olmadan lizinq obyektinin istifadəsi nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar yaranan cərimələri öz hesabına ödəyə bilər və həmin ödənilmiş məbləği lizinq ödənişləri hesabına ödəmək hüququna malikdir. Müqavilənin 10.2.8-ci bəndinə əsasən Lizinq alan lizinq müqaviləsində göstərilən şəxrtlərlə Lizinq obyektini lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə sığortalamalı və ya lizinq verənin KASKO sığorta üzrə çəkdiyi xərci ən geci ilk lizinq ödənişi ilə birlikdə qaytarmalıdır. Müqaqvilənin 11.1-ci bəndinə əsasən Lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin Satıcı tərəfindən Lizinq verənin mütləq iştirakı ilə Lizinq alana təhvil-təslimi alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş ycıdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhviltəslimi Təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Müqavilənin 16.1-ci bəndinə əsasən lizinq alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gccikdirilmiş lizinq ödənişinin 1% (bir faiz) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. xx.xx.2023-cü il tarixli BAKU1-60041-22860 nömrəli X6 müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, lizinq məbləği 10800 manat olan 36 ay müddətinə lizinq predmetinə görə Cavabdeh hər ay 471 manat ödəməlidir. "xxxx" BOKT MMC (Alıcı-lizinq verən), Cavabdeh (Alıcı) və X3 (Satıcı) arasında imzalanmış 13 iyun 2023-cü il tarixli BAKU1-60041-22860 saylı “Lizinq obyektlərinin alqısatqı müqaviləsi”ndən görünür ki, satıcı, Lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsini Alıcı-Lizinq verənə satır, Alıcı-Lizinq verən isə həmin nəqliyyat vasitəsini Lizinq alana lizinqə vermək üçün əldə edir və razılaşdırılmış haqqını Satıcıya ödəyir. Müqavilənin 1.4-cü bəndinə əsasən, tərəflər nəqliyyat vasitəsinin qiymətini 13.500,00 AZN manat məbləğində müəyyən edirlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı bu müqavilə imzalandığı gündən 03 (üç) gün ərzində əmlakı müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə Alıcı-Lizinq verənin xeyrinə rəsmiləşdirməli və nəqliyyat vasitəsini yeni qeydiyyat şəhadətnaməsi və digər ləvazimatı ilə birlikdə qiymətləndirilmə keçirilən zaman olan (qüsursuz) vəziyyətdə Alıcı-Lizinq verənin hüquqi ünvanı üzrə Alıcı- Lizinq verənin mütləq iştirakı Lizinq alana təhvil verməlidir. Müqavilənin 3.2-ci bəndinə əsaəsn Satıcı bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə, Alıcı-Lizinq verənin birinci tələbi ilə öhdəliklərin icrasının hər gccikdirilmiş günü üçün Alıcı-lizinq verənə əmlakın bü müqavilənin 1.4-cü bəndində göstərilən qiymətinin 1% (sıfır tam onda bir faiz) həcmində penya ödəməyi öz öhdəsinə götürür. "xxxx" BOKT MMC (Alıcı-lizinq verən), Cavabdeh (Alıcı) və X3 (Satıcı) arasında imzalanmış xx.xx.2023-cü il tarixli BAKU1-60041-22860 nömrəli X6 müqaviləsinə 2 saylı Əlavə olaraq tərtib edilmiş BAKU1-60041-22860 saylı təhvil-təslim aktından görünür ki, “Alıcı-Lizinq verən”lə “Lizinq alan” arasında bağlanmış xx.xx.2023 il tarixli BAKU1- 60041- 22860 saylı X5 və “Satıcı” ilə “Alıcı-Lizinqverən” arasında bağlanmış xx.xx.2023 il tarixli BAKU 1-60041-22860 saylı Lizinq obyektinin Alqı-Satqı müqavilələrinə əsasən “Satıcı” aşağıda təsvir edilən lizinq obyektini “Alıcı-Lizinqverən”in iştirakı ilə “Lizinq alan”a təhvil verir, “Lizinq alan” isə həmin lizinq obyektini qəbul edir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən təqdim edilmiş C49938712 saylı invoys sənədindənə əsasən "xxxx" BOKT MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 615,60 manat ödəniş edilmişdir. **********97 saylı xx.xx.2024 tarixli Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, sığortalı "xxxx" BOKT MMC tərəfindən 615,60 manat məbləğində sığorta haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixli 001XOH********** saylı hesabdan çıxarışdan görünür ki, "xxxx" BOKT MMC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-yə 11082,59 manat məbləğində ödəniş edilmişdir. "xxxx" BOKT MMC (Satıcı) ilə X1 (Alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya müqavilənin 1.2-ci bəndində göstərilən nəqliyyat vasitəsini satır, “Alıcı” isə həmin nəqliyyat vasitəsini qəbul edir və razılaşdırılmış haqqı ödəyir. Müqavilənin 1.2-İ bəndinə əsaəsn “Satıcı” AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş BB422346 saylı qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan **-AV-*** dövlət qeydiyyat nişanlı, KİA CEED minik markalı, buraxılış ili - 2007-ci il, xetçbek tipli, BAN - U5YFF24428L069227, tünd göy metallik rəngdə nəqliyyat vasitəsini “Alıcı”ya satır. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin məbləği ƏDV xaric 8700 manatdır. "xxxx" BOKT MMC (Satıcı) ilə X1 (Alıcı) arasında imzalanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin təhvil-təslim aktından görünür ki, “Satıcı” **-AV-*** dövlət qeydiyyat nişanlı, KİA CEED minik markalı, buraxılış ili - 2007-ci il, xetçbek tipli, BAN - U5YFF24428L069227, tünd göy metallik rəngli nəqliyyat vasitəsini təhvil verir; “Alıcı” **- AV-*** dövlət qeydiyyat nişanlı, KİA CEED minik markalı, buraxılış ili - 2007-ci il, xetçbek tipli, BAN - U5YFF24428L069227, tünd göy metallik rəngli nəqliyyat vasitəsini təhvil almışdır. "xxxx" BOKT MMC tərəfindən tərtib edilmiş ödənişlər tarixinə dair cədvəldən görünür ki, Cavabdeh xx.xx.2023-cü tarixdən etibarən müxtəlif tarixlərdə ödənişlər edilmiş, sonuncu ödəniş xx.xx.2024-cü il tarixində 368,10 manat məbləğində qeyd edilmişdir. 26 avqust 2024-cü il tarixli **********414 saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh adına EQ21085229 saylı protokola əsasən 40,8 manat ödəniş edilmişdir. 26 avqust 2024-cü il tarixli **********6 saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh adına EQ21977066 saylı protokola əsasən 51 manat ödəniş edilmişdir. 26 avqust 2024-cü il tarixli **********39 saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh adına EQ21439275 saylı protokola əsasən 51 manat ödəniş edilmişdir. 26 avqust 2024-cü il tarixli **********55 saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh adına EQ21596280 saylı protokola əsasən 81,6 manat ödəniş edilmişdir. 26 avqust 2024-cü il tarixli **********14 saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh adına EQ20366394 saylı protokola əsasən 40,8 manat ödəniş edilmişdir. 26 avqust 2024-cü il tarixli **********89 saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh adına EQ21425950 saylı protokola əsasən 20,4 manat ödəniş edilmişdir. 26 avqust 2024-cü il tarixli **********13 saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh adına EQ21092236 saylı protokola əsasən 40,8 manat ödəniş edilmişdir. 26 avqust 2024-cü il tarixli **********72 saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh adına EQ22143279 saylı protokola əsasən 51 manat ödəniş edilmişdir. 24 oktyabr 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən dövlət büdcəsinə 59 manat dövlət rüsumu ödənilmişdir. 03 dekabr 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən dövlət büdcəsinə 15 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748.2.9-cu maddəsinə əsasən lizinq müqaviləsində lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği göstərilməlidir. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1090-cı maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur(1090.1). İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər(1090.2). İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun(1090.3). Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında lizinq müqaviləsi imzalanmış, müqavilədə lizinq mükafatının məbləği haqqında razılaşma göstərilmişdir. İddiaçı müqavilə üzrə lizinq predmeti olan tünd göy metalik rəngli, buraxılış ili 2007-ci il, “KİA CEED” markalı avtonəqliyyat vasitəsini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək dövri ödənişlərini vaxtında və tam ödəməmişdir. Belə ki, lizinq müqaviləsinin ümumi məbləği 19631,22 manat, ondan 10800 manat lizinqin məbləği, 2700 manat avans məbləği və 6131,22 manat lizinq verənin mükafatı təşkil etmiş və tərəflər arasında imzalanmış 14 iyun 2023-cü il tarixli ödəniş qrafikinə əsasən 36 ay ərzində Cavabdeh tərəfindən aylıq 471 manat ödənilməsi müəyyən olunmuş, cavabdeh tərəfindən ödəniş qrafiki ilə 07 iyul 2024-cü il tarixinədək ödənilməsi nəzərdə tutulan 1803,10 manat cari əsas borc, 656,35 manat cari faiz borcu ödənilməmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş sübutlarla öz əsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri pozulmaqla ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişi edilmədiyi üçün 1803,1 manat əsas, 656,35 manat faiz borcunu cavabdehdən mübahisəsiz geri almaq hüququ yaranmışdır və onun tələbi haqlıdır. Odur ki, 1803,1 manat əsas, 656,35 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddiaçı cavabdehdən 533,54 manat dəbbə pulunun da tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 90 manat müəyyən olunmalıdır. Eyni zamanda iddiaçı ödədiyi sığorta ödənişinin əvəzi olaraq 247,5 manat pul vəsaitinin də cavabdehdən tutulmasını tələb etmişdir. İş materiallarından müəyyən olunur ki, lizinq predmeti iddiaçı tərəfindən ödəniş edilərək sığortalanmış, lakin sığorta ödənişi cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Halbuki tərəflər arasındakı X6 müqaviləsinin 9.1.6 və 10.2.8-ci bəndinə əsasən iddiaçının çəkdiyi sığorta xərcini cavabdehdən tələb etmək hüququ var və cavabdeh iddiaçının çəkdiyi sığorta xərcini qaytarmalıdır. Buna görə də iddiaçının tələbi həmin hissədə də əsaslı olduğundan təmin olunaraq 247,5 manat sığorta haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı iddia tələbində inzibati xəta haqqında protokollara görə ödənilmiş 574 manat məbləğində pul vəsaitinin də geri qaytarılmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həmin tələbi də əsaslıdır. Çünki cavabdehin məsuliyyət daşıdığı inzibati xətalara görə iddiaçı tərəfindən cəmi 574 manat cərimə məbləği ödənilməklə, cavabdehin yerinə yetirməli olduğu ictimai vəzifə icra olunmuş, nəticədə iddiaçının MM-in 1090.3-cü maddəsinə və müqavilənin 9.1.9-cu bəndinə əsasən həmin məbləğin geri ödənilməsini tələb etmək hüququ yaranmışdır və onun bu tələbi də haqlıdır. Odur ki, 574 manat pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə, iddiaçı lizinq predmetinin satılması ilə bağlı ödənilmiş 1566 manat ƏDV-nin əvəzinin də cavabdehdən tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, lizinq predmeti iddiaçıya qaytarıldıqdan sonra üçüncü şəxsə satılarkən ƏDV-nin cavabdeh tərəfindən ödənilməli olması ilə bağlı tərəflər arasında razılaşma olmamışdır. Digər tərəfdən iddiaçı 1566 manat ƏDV ödəməsi barədə sübut təqdim etməmişdir. Ümumiyyətlə isə qanunvericiliyə əsasən ƏDV satıcı deyil, alıcı tərəfindən ödənilən vergidir. İddiaçının lizinq predmetini satdığı M.Məmmədovla aralarında imzalanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsində avtomobilin dəyəri ƏDV xaric 8700 manat müəyyən edilmiş, lakin ƏDV-nin satıcı tərəfindən ödəniləcəyi razılaşdırlmamışdır. Həmin müqavilədə avtomobilin dəyərinin ƏDV xaric göstərilməsi ƏDV-nin satıcı tərəfindən ödənilməsi anlamına gəlmir, bu, o deməkdir ki, 8700 manatdan başqa alıcı M.Məmmədov ƏDV ödəyəcəkdir. Buna görə də məhkəmə hesab edir ki, 1566 manatın cavabdehdən tutulması hissəsində iddia təmin olunmamalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 74,4 manat dövlət rüsumunun 53,71 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 1803,10 əsas borc, 656,35 manat faiz borcu və 90 manat dəbbə pulu, 247,5 manat sığorta haqqı və inzibati cəriməyə görə ödənilmiş 574 manat olmaqla cəmi 3280 (üç min iki yüz səksən) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar