Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-903/2024 05.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Qanuni nümayəndə və Cavabdeh1 MMC-yə qarşı “pulun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Qanuni nümayəndə və Cavabdeh1 MMC-yə qarşı “pulun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Qanuni nümayəndə və Cavabdeh1 MMC-yə qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan “VOLKSWAGEN” marka“lı TOUAREG”modelli **-AK-*** qeydiyyat nömrəli avtomaşın və **-JV-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1846 LS-YÜK” markalı və **-ZD-*** “SCHMİTZ S01” yarımqoşqu tentli furqon yük avtomobilinin Cavabdeh1 MMC-nin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılması; Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə 29 aprel 2020-ci il tarixli 2001/0692 saylı Lizinq müaviləsinə əsasən 10072 manat əsas lizinq borcu, 5635 manat vaxtı keçmiş faiz borcu, 21860 manat hesablanmış penya, cəmi 37567 manat məbləğində borcun, cavabdehlərdən müştərək qaydada 08 fevral 2021-ci il tarixli 2101/0734 saylı daxili lizinq müqaviləsi üzrə 20 sentyabr 2022-ci il tarixli razılaşmaya əsasən 26879 manat əsas lizinq borcu, 4730 manat vaxtı keçmiş faiz borcu, 4650 manat hesablanmış penya, cəmi 36259 manat məbləğində borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 312 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış: 29 aprel 2020-ci il tarixli 2001/0692 saylı X2 əsasən, İddiaçı MMC Cavabdeh1 MMC-nin ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 23000(iyirmi üç min) manat olan 1 ədəd “VOLKSWAGEN” markal“ıTOUAREG”modelli **-AK-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh1 MMC-nəmüvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh1 MMCisə öz növbəsində 16100(on altı min bir yüz) manat məbləğində borcu illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMCyə ödəməyi öz öhdəsinə götürmüşdür. 08 fevral 2021-ci il tarixli 2101/0734 saylı X2 əsasən, İddiaçı MMC Cavabdeh1 MMC-nin ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 58500(əlli səkkiz min beş yüz) manat olan 1 ədəd **-JV-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1846 LS-YÜK”markalı və **-ZD-*** “SCHMİTZ S01” yarımqoşqu tentli furqon yük avtomobiliöz mülkiyyətinə keçirərək, Cavabdeh1 MMC-nəmüvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh1 MMCisə öz növbəsində 40950(qırx min doqquz yüz əlli) manat məbləğində borcu illik 29% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Lizinq verən İddiaçı MMC və Lizinq alanCavabdeh1 MMC arasında 08 fevral 2021-ci il tarixli 2101/0734 saylı X2 dair 20 sentyabr 2022-ci il tarixli RAZİLAŞMAya əsasən 2101/0734 nömrəli 08 fevral 2021-ci il tarixli lizinq müqaviləsinin 5.3. bəndinə dəyişiklik edilərək 24 ay müddətinə 1(bir) illik faiz dərəcəsi 29% olamaqla lizinq məbləği 33563(otuz üç min beş yüz altmış üç) manat müəyyən edilmişdir və müvafiq olaraq ödəniş cədvəli tərtib olunmuşdur. Cavabdeh1 MMC29 aprel 2020-ci il tarixli 2001/0692 saylı Lizinq müaviləsinəƏlavə №2-də (Lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 27% faiz olmaqla mütəmadi olaraq hər ay 658 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdeh1 MMC 08 fevral 2021-ci il tarixli 2101/0734 saylı X2 dair 20 sentyabr 2022- ci il tarixli RAZİLAŞMAya Əlavə№2-də (Lizinq ödənişləri cədvəli üzrə) 24 ay müddətinə illik 29% faiz olmaqla mütəmadi olaraq hər ay 1860 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Eyni zamanda lizinq borcunu da ödəmir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh1 MMC-nin 29 aprel 2020-ci il tarixli 2001/0692 saylı Lizinq müaviləsinə əsasən xx.xx.2023-ci il tarixə iddiaçıya iddia qaldırılan günə 10072(on min yetmiş iki) manat əsas lizinq borcu, 5635(beş min altı yüz otuz beş) manat vaxtı keçmiş faiz borcu, 21860(iyirmi bir min səkkiz yüz altmış) manat hesablanmış penya, c əmi 37567(otuz yeddi min beş yüz altmış yeddi) manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh1 MMC-nin 08 fevral 2021-ci il tarixli 2101/0734 saylı X2 dair 20 sentyabr 2022-ci il tarixli RAZİLAŞMAya əsasən xx.xx.2023-ci il tarixə iddiaçıya iddia qaldırılan günə 26879(iyirmi altı min səkkiz yüz yetmiş doqquz) manat əsas lizinq borcu, 4730(dörd min yerddi yüz otuz) manat vaxtı keçmiş faiz borcu, 4650(dörd min altı yüz əlli) manat hesablanmış penya, cəmi 36259(otuz altı min iki yüz əlli doqquz) manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. 08 fevral 2021-ci il tarixli 2101/0734/ZM-01 saylı Zaminlik Müqaviləsinə əsasən Qanuni nümayəndəCavabdeh1 MMC-nin 08 fevral 2021-ci il tarixli 2101/0734 saylı X2 əsasən üzərinə götürdüyü öhdəliklərinə zamin durmuş və Lizinq alanın Lizinq verən qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilmişdir. Həmin zaminlik müqaviləsinə əsasən Zamin və Lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda Lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. 29 aprel 2020-ci il tarixli 2001/0692 saylı X1 və 08 fevral 2021-ci il tarixli 2101/0734 saylı X1 7.9-cu bəndinə əsasən, Lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-nin vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətləri olduğu üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 MMC lizinq müqavilələri üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün ona lizinq obyektlərini idarə etmək üçün iddiaçı tərəfindən xüsusi səlahiyyət (etibarnamə) verilmədən həmin nəqliyyat vasitələri idarə edilmiş, hətta iddiaçının əldə etdiyi məlumatlara əsasən lizinq predmetləri iddiaçının xəbəri və icazəsi olmadan ölkə xaricinə aparılmışdır. Bu faktla bağlı artıq gömrük orqanları tərəfindən araşdırma aparılır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə də məlumat verməmişlər.
6. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 29 aprel 2020-ci il tarixli 2001/0692 nömrəli X2 əsasən lizinq verən öz mülkiyyətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş, fərdi əlamətləri 1 saylı Əlavədə göstərilən nəqliyyat vasitəsini təqdim edir. Lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 23000 manat təşkil edir.
10. Müqavilənin 7.1-ci bəndinə əsasən lizinq alan hər ayın 29-u tarixində bərabər miqdarda olmaqla 29 aprel 2023-cü il tarixinədək hər ay cədvəl üzrə ödənişi ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan avtomobilin 30 %-i, 6900 manat məbləğində avansı bu müqavilə imzalandığı andan ödəməyi öhdəsinə götürür.
12. Müqavilənin 10.1-ci bəndinə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5 % məbləğində cərimə pulunun ödənilməsini tələb edir. Lizinq alan isə onu ödəməyi öhdəsinə götürür.
13. Müqaviləyə 01 saylı Əlavədən görünür ki, lizinq obyekti Volkswagen Touareg markalı **-AK-*** dövlət qeydiyyat nişanlı 23000 manat məbləğində olan nəqliyyat vasitəsidir.
14. Müqaviləyə 02 saylı Əlavədə lizinq müqaviləsi üzrə ödəniş cədvəli öz əksini tapmışdır.
15. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 08 fevral 2021-ci il tarixli 2101/0734 nömrəli X2 əsasən lizinq verən öz mülkiyyətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş, fərdi əlamətləri 1 saylı Əlavədə göstərilən nəqliyyat vasitəsini təqdim edir. Lizinq obyekti qismində lizinq alan müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasınıda lizinqə qəbul etməyi öhdəsinə götürür.
16. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 58500 manat təşkil edir.
17. Müqavilənin 7.1-ci bəndinə əsasən lizinq alan hər ayın 08-i tarixində bərabər miqdarda olmaqla 08 fevral 2024-cü il tarixinədək hər ay cədvəl üzrə ödənişi ödəməyi öhdəsinə götürür.
18. Müqavilənin 10.1-ci bəndinə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5 % məbləğində cərimə pulunun ödənilməsini tələb edir. Lizinq alan isə onu ödəməyi öhdəsinə götürür.
19. Müqaviləyə 01 saylı Əlavədən görünür ki, lizinq obyekti Mercedes Benz 1846 LS –yük yəhərli dartıcı tentli furqon markalı **-JV-*** VƏ **-ZD-*** dövlət qeydiyyat nişanlı 58500 manat məbləğində olan nəqliyyat vasitəsidir.
20. Müqaviləyə 02 saylı Əlavədə lizinq müqaviləsi üzrə ödəniş cədvəli öz əksini tapmışdır.
21. İddiaçı və cavabdehlər arasında bağlanmış 08 fevral 2021-ci il tarixli 2101/0734/ZM-01 nömrəli zaminlik müqaviləsinə əsasən zamin və lizinq alan iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 08 fevral 2021-ci il tarixli 2101/0734 nömrəli daxili lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazimi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar.
22. İddiaçı və cavabdeh arasında bağlanmış 2101/0734 nömrəli 08 fevral 2021-ci il tarixli X2 dair 20 sentyabr 2022-ci il tarixli razılaşmaya əsasən tərəflər 08 fevral 2021-ci il tarixli 2101/0734 nömrəli X2 20 sentyabr 2022-ci il tarixindən etibarən 0 fevral 2021-ci il tarixli 2101/0734 nömrəli X1 5.3-cü bəndində müvafiq dəyişiklik edilərək 24 ay, 1 illik faiz dərəcəsi 29 % olmaqla müəyyən edilməsi, 2101/0734 saylı X2 2 saylı Əlavə olan ödəniş cədvəlində 20 sentyabr 2022-ci il tarixinə nəzərdə tutulmuş 33563 manat cari əsas borca 24 ay müddətinə yeni ödəniş cədvəlinin tərtib edilməsi barədə razılığa gəlmişlər.
23. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən iddiaçı və cavabdeh arasında bağlanmış 29 aprel 2020-ci il tarixli 2001/0692 saylı daxili lizinq müqaviləsi üzrə 29 aprel 2023-cü il tarixinə cavabdehin əsas borcu 10072 manat, faiz borcu 4229 manat, cərimə borcu 12486 manat olmaqla, ümumilikdə 26787 manat təşkil edir.
24. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən iddiaçı və cavabdeh arasında bağlanmış 08 fevral 2021-ci il tarixli 2101/0734 saylı daxili lizinq müqaviləsi üzrə 20 sentyabr 2022-ci il tarixli razılaşma üzrə 07 noyabr 2023-cü il tarixinə cavabdehin əsas lizinq məbləğinin borcu 26879 manat, vaxtı keçmiş əsas lizinq məbləği borcu 9107 manat, faiz borcu 4767 manat, cərimə borcu 4742 manat olmaqla, ümumilikdə 18616 manat təşkil edir.
25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
27. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
28. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.
29. 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır.
30. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
31. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh MMC-nin 29 aprel 2020-ci il tarixli 2001/0692 nömrəli və cavabdehlərin 08 fevral 2021-ci il tarixli 2101/0734 saylı X2 əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onların həmin müqavilələr üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 MMC-dən xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli lizinq müqavilələri, zamin olan cavabdeh Qanuni nümayəndə xx.xx.2021-ci il tarixli lizinq müqaviləsi üzrə yaranmış borclar tutularaq iddiaçıya ödənilməli, cavabdeh MMC-dən 29 aprel 2020-ci il tarixli 2001/0692 nömrəli lizinq müqaviləsi üzrə əsas və faiz borcu müqavilə müddətinin bitmə tarixinə (xx.xx.2023cü il tarixə), cavabdehlərdən xx.xx.2021-ci il tarixli lizinq müqaviləsi üzrə əsas və faiz borcu xəbərdarlığın verildiyi tarixə (xx.xx.2023-cü il tarixə) müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
32. Bundan əlavə, materiallarından da müəyyən olunur ki, Cavabdeh1 MMC müqavilə öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilələrin şərtlərini pozmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı lizinq obyektlərinin geri qaytarılmasını tələb etməkdə haqlı olduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir.
33. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 29 aprel 2020-ci il tarixli 2001/0692 nömrəli lizinq müqaviləsinin 10.1-ci bəndinə əsasən hesablanmış 21860 manat dəbbə pulu, 08 fevral 2021-ci il tarixli 2101/0734 saylı X1 10.1-ci bəndinə əsasən hesablanmış 4650 manat dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
36. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
37. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 29 aprel 2020ci il tarixli 2001/0692 nömrəl lizinq müqaviləsi üzrə 500 manat, cavabdehlərdən tutulacaq dəbbə pulu 08 fevral 2021-ci il tarixli 2101/0734 saylı daxili lizinq müqaviləsi üzrə 450 manat müəyyən edilməlidir.
38. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC-nin mülkiyyətində olan “VOLKSWAGEN” markalı “TOUAREG”modelli **-AK-*** qeydiyyat nömrəli avtomaşın və **-JV-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1846 LS-YÜK” markalı və **-ZD-*** “SCHMİTZ S01” yarımqoşqu tentli furqon yük avtomobil Cavabdeh1 MMC-dən alınaraq iddiaçıya qaytarılmalı, Cavabdeh1 MMC-dən 29 aprel 2020-ci il tarixli 2001/0692 saylı Lizinq müqaviləsinə əsasən 10072 manat əsas lizinq borcu, 4229 manat vaxtı keçmiş faiz borcu, 500 manat dəbbə pulu tutularaq İddiaçı MMC-yə ödənilməli, cavabdehlər Qanuni nümayəndə və Cavabdeh1 MMC-dən birgə qaydada 08 fevral 2021ci il tarixli 2101/0734 saylı X2 dair 20 sentyabr 2022-ci il tarixli razılaşmaya əsasən 9107 manat əsas lizinq borcu, 4730 manat faiz borcu, 450 manat dəbbə pulu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
39. Məhkəmə iddiaçı tərəfindən verilmiş Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılması barədə vəsatəti əsassız hesab edir. Belə ki, hazırkı kommersiya mübahisəsi ilə bağlı xüsusi qərardadın çıxarılması üçün əsaslar müəyyən edilməmişdir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 300 manat dövlət rüsumu cavabdehlərə, 12 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin mülkiyyətində olan “VOLKSWAGEN” markalı “TOUAREG” modelli **-AK-*** qeydiyyat nömrəli avtomaşın və **-JV-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1846 LS-YÜK” markalı yük avtomobili və **-ZD-*** “SCHMİTZ S01” yarımqoşqu tentli furqon Cavabdeh1 MMC-dən alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh1 MMC-dən 29 aprel 2020-ci il tarixli 2001/0692 saylı lizinq müqaviləsinə əsasən 10072 manat əsas lizinq borcu, 4229 manat vaxtı keçmiş faiz borcu, 500 manat dəbbə pulu, ümumilikdə 14801 (on dörd min səkkiz yüz bir) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdehlər Qanuni nümayəndə və Cavabdeh1 MMC-dən birgə qaydada 08 fevral 2021-ci il tarixli 2101/0734 saylı daxili lizinq müqaviləsi və 20 sentyabr 2022-ci il tarixli razılaşmaya əsasən 9107 manat əsas lizinq borcu, 4730 manat faiz borcu, 450 manat dəbbə pulu, ödənilmiş 300 manat dövlət rüsumu, ümumilikdə 14587 (on dörd min beş yüz səksən yeddi) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 12 (on iki) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. İddiaçı MMC tərəfindən verilmiş “xüsusi qərardadın çıxarılması” barədə vəsatət təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova