Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-904/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı dəbbə pulunun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icranın gecikdirilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəbbə pulunun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilənin ümumi dəyərinin 8.5%-i miqdarında, yəni 18512,91 manat (on səkkiz min beş yüz on iki manat doxsan bir qəpik) məbləğində dəbbə pulu və iddia ərizəsinə görə ödənilmiş 146 (yüz qırx altı) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh MMC (VÖEN: **********) arasında 10 iyun 2024-cü il tarixli, №AS-69/2024 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı qismində Cavabdeh MMC, alıcı qismində İddiaçı MMC çıxış etmişdir. Tərəflər arasında bağlanmış 10 iyun 2024-cü il tarixli, №AS-69/2024 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı, bundan sonra alıcını mallar adlandırılacaq məhsullar ilə hazırkı müqavilənin ayrılmaz hissəsi olan müqavilənin əlavələrində (və ya X1) nəzərdə tutulmuş texniki xüsusiyyətlərinə, miqdara, spesifik xüsusiyyətə və qiymətə uyğun olaraq, əlavədə nəzərdə tutulmuş müddətdə təmin etməli və alıcı isə malları müqaviləyə əsasən yoxlamalı, təhvil-təslim aktına əsasən qəbul etməli və dəyərini müqavilədə razılaşdırılmış qaydada satıcıya ödəməlidir. Müqavilənin 2.1-ci maddəsinə əsasən malların ümumi sayının 129 ədədi 20 iyun 2024-cü il tarixində çatdırılır, alıcı tərəfindən mallar çatdırılanadək öncədən ödəniş olunur, geridə qalan 201 ədəd mal isə avans ödəmə olmadan mallar ölkəyə çatdırıldıqdan və satıcı tərəfindən malların stokda olmasına dair yazılı bildiriş göndərildikdən sonra ödənilir. 201 ədəd malın geci 30 sentyabr 2024-cü il tarixində Bakı şəhərində olmalıdır. Məhsulların çatdırılması üçün son tarix xx.xx.2024-cü ildir. Müqavilənin 3.2.7-ci maddəsinə əsasən satıcı öhdəliklərinin icrasını gecikdirməməli və ya gecikmənin qarşısını almaq üçün müəyyən tədbirlər görməlidir; 3.2.9-cu maddəyə əsasən satıcı öz öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə, alıcı tərəfindən ona təyin edilmiş cəriməni ödəməlidir. Müqavilənin 7.2-ci maddəsinə əsasən müqaviləyə əsasən göndərilən malların razılaşdırılmış tarixdə göndərilməsi gecikdirildikdə, yaxud sifariş qəbul edildikdən sonra malların göndərilməsindən əsassız imtina edildikdə satıcı satıcıya gecikdirilmiş və ya göndərilməkdən imtina edilmiş hər təqvim günü üçün müvafiq əlavəyə uyğun olaraq xidmətlərin ümumi dəyərinin günlük 0,5%-i miqdarında, lakin ödənişin - müvafiq əlavədə göstərilən malların ümumi dəyərinin 30%-dən çox olmamaqla cərimə ödəməlidir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 № 01-ə əsasən tərəflər arasında olan razılığa əsasən cədvəl 1-də göstərilən malların 129 ədədi 20 iyun 2024-cü il tarixinədək alıcıya təhvil veriləcəkdir. Malların qalan 201 ədədi isə 30 sentyabr 2024-cü ilədək Bakı stokuna gətirilir, bu barədə alıcıya məlumat verilir və 10 iş günü ərzində ödəniş olunur, alıcı ödənişi ödədikdən sonra 2-3 iş günü ərzində mallar alıcıya təhvil verilir. Tərəflər arasında bağlanan müqaviləyə əsasən malların 129 ədədi üzrə satıcıya avans ödənişi edilmiş və həmin mallar razılaşdırılmış tarixdə alıcıya təhvil verilmişdir. Müqaviləyə əsasən 201 ədəd malın ən geci 30 sentyabr 2024-cü il tarixində alıcıya təhvil verilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən mallar vaxtında təhvil verilməmişdir. Qeyd olunan mallar gecikdirilərək müqavilə ilə razılaşdırılmış tarixdən 17 gün sonra xx.xx.2024-cü il tarixində alıcıya təhvil verilmişdir. 201 ədəd mal xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən alıcıya təhvil verilmişdir. Müqavilənin 7.2-ci maddəsinə görə müqaviləyə əsasən göndərilən malların razılaşdırılmış tarixdə göndərilməsi gecikdirildikdə, yaxud sifariş qəbul edildikdən sonra malların göndərilməsindən əsassız imtina edildikdə satıcı satıcıyə gecikdirilmiş və ya göndərilməkdən imtina edilmiş hər təqvim günü üçün müvafiq əlavəyə uyğun olaraq xidmətlərin ümumi dəyərinin günlük 0.5 %-i miqdarında, lakin ödənişin müvafiq əlavədə göstərilən malların ümumi dəyərinin 30%-dən çox olmamaqla cərimə ödəməlidir. Beləliklə, malların gecikdirilmə müddəti 17 gün təşkil edir. Hər gecikdirilmiş təqvim günü üçün əlavəyə uyğun olaraq xidmətlərin ümumi dəyərinin günlük 0,5%-i miqdarında cərimə nəzərdə tutulduğu üçün, cavabdehin malların ümumi dəyərinin 8.5%-i miqdarında cərimə ödəmək öhdəliyi yaranmışdır. Cərimə borcunun məbləği 18512,91 (on səkkiz min beş yüz on iki manat doxsan bir qəpik) manat təşkil edir. İddiaçı tərəfindən razılaşmanın predmetinə uyğun olaraq razılaşdırılmış öhdəliklər tam yerinə yetirilmişdir. Lakin sifariş üzrə mallar razılaşdırılmış vaxtda təhvil verilməmiş, sifariş üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca icra edilməmişdir. İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin elektron sistemi üzərindən xx.xx.2024-cü il tarixində cavabdehə pretenziya məktubu göndərilmiş, öhdəliyinin icra olunması xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən pretenziya məktubuna da heç bir münasibət bildirilməmiş və öhdəliklər icra edilməmişdir. Hesab edilir ki, Cavabdeh MMC öhdəliklərini tam icra etmədiyi üçün müqavilənin ümumi dəyərinin 8.5%-i miqdarında 18512,91 (on səkkiz min beş yüz on iki manat doxsan bir qəpik) manat dəbbə pulunu iddiaçıya ödəməlidir. Cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi iddiaçının işgüzar nüfuzuna xələl gətirmişdir. İddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyriqanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilə, X1 və həmçinin şifahi və yazılı razılaşmaların şərtləri, qanunvericiliyin tələbləri, praktiki işgüzar adətlər, işgüzar etika cavabdeh tərəfindən kobud şəkildə pozularaq, yaranmış mübahisənin həlli, öhdəliyinin icrası üçün hər hansı əməli addımlar atılmır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 324.1, 385, 389.1, 399.1, 430.1, 442, 445.7, 462.1, 465.2, 560.1, 567, 569.1, 1097.1, 1115-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən təqdim olunan sübutlara dair yazılı izahda deyilir ki, Elektron Məhkəmə Portalına təqdim edilən sübutlar iddia tələbinin tam əsassız olduğunu sübut edir. İddiaçı MMC AR Dövlət Sərhəd Xidmətinin keçirdiyi tenderdə iştirak edərək tenderin qalibi olmuşdur. Lakin qalib gəldiyi tenderdə tələb olunan məhsulların ideal edilməsi və alınması üçün Cavabdeh MMC (VÖEN: **********) arasında 10 iyun 2024-cü il tarixli, №AS-69/2024 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən malların ümumi sayının 129 ədədi 20 iyun 2024-cü il tarixində çatdırılır, alıcı tərəfindən mallar çatdırılanadək öncədən ödəniş olunur, geridə qalan 201 ədəd mal isə avans ödəmə olmadan mallar ölkəyə çatdırıldıqdan və satıcı tərəfindən malların stokda olmasına dair yazılı bildiriş göndərildikdən sonra ödənilir. 201 ədəd malın ən geci 30 sentyabr 2024-cü il tarixində Bakı şəhərində olması müəyyən edilmişdir. Müqavilənin birinci hissəsi işin mübahisəsiz halıdır, 20 iyun 2024-cü il tarixdə mallar çatdırılmışdır. Qeyd edilmişdir ki, mallar Çin Xalq Respublikasından idxal edilmiş, bununla bağlı alğı-satqı müqaviləsi, pulun Kapital Bank tərəfindən ödəniş edilməsinə dair sənəd təqdim edilmişdir. Müqavilədə nəzərdə tutulan 201 ədəd mal gömrük bəyannamələrinə əsasən ölkəyə idxal olunmuş və qarşı tərəfə elektron qaimələr göndərilmişdir. Qarşı tərəfə sentyabr ayının ortasında Çin Xalq Respublikasının Şanxay şəhərində tankerin təbii fəlakət nəticəsində gecikməsi bildirilmişdir. Bunula bağlı məlumat X3 Logistics Service Zhongshan Branch şirkətinin cavabdehə ünvanladığı məktubda öz əksini tapmışdır. Həmin məktub elektron məhkəmə portalına əlavə edilmişdir. Cavabdeh MMC-nin öhdəliyinin gecikdirilməsi öz iradəsindən kənar baş vermişdir. İş üzrə tərəflər arasında bağlanan 10 iyun 2024-cü il tarixli №AS- 69/2024 saylı alğı-satqı müqaviləsinin 6-cı maddəsinin təsir dairəsinə düşmüşdür. Elektron Məhkəmə portalına əlavə edilmiş “WhatsApp” danışıqlarına əsasən iddiaçı gecikmə halını qəbul etmişdir, bildirmişdir ki, əgər tenderi elan edən qurum (Dövlət Sərhəd Xidməti) onları cərimələməsə, iddiaçı cavabdehdən dəbbə pulunu istəməyəcək və müqaviləyə xitam verməyəcəkdir. Öz müqavilə iradəsini birbaşa bildirmişdir. Mallar ölkəyə 15 oktyabr 2024cü ildə idxal olunandan sonra iddiaçı malların pulunu ödəyərək malları qəbul etmişdir. Qeyd edilmişdir ki, təqdim olunan sübutlara əsasən öhdəliyin gecikdirilməsi fors major haldır və bununla bağlı məlumat verilmişdir. Həmçinin bu günə kimi tender elan edən Dövlət Sərhəd Xidməti iddiaçını cərimələməyib və bu gecikməni yazışma vasitəsilə qəbul etmişdir. Tədqiq olunan sübutlar:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, icranın gecikməsinin səbəbi Sarı dənizdə baş verən qasırğa ilə bağlı olubdur. Fors-major hadisə baş vermişdir. Bununla bağlı sənədlər təqdim edilmişdir. Qarşı tərəflə bununla bağlı yazışmalar var və həmin yazışmalar təqdim edilmişdir. Qarşı tərəf situasiyanı qəbul etmişdir.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, alıcı qismində İddiaçı MMC ilə satıcı qismində Cavabdeh MMC arasında 10 iyun 2024-cü il tarixli, AS-69/2024 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı bundan sonra alıcının mallar adlandırılacaq məhsullar ilə hazırkı müqavilənin ayrılmaz hissəsi olan müqavilənin əlavələrində nəzərdə tutulmuş texniki xüsusiyyətlərinə, miqdara, spesifik xüsusiyyətinə və qiymətə uyğun olaraq, əlavədə nəzərdə tutulmuş müddətdə təmin etməli və alıcı isə malları müqaviləyə əsasən yoxlamalı, təhvil-təslim aktına əsasən qəbul etməli və dəyərini müqavilədə razılaşdırılmış qaydada satıcıya ödəməlidir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən malların ümumi sayının 129 ədədi 20 iyun 2024-cü il tarixində çatdırılır, alıcı tərəfindən mallar çatdırılanadək öncədən ödəniş olunur, geridə qalan 201 ədəd mal isə avans ödəmə olmadan mallar ölkəyə çatdırıldıqdan və satıcı tərəfindən malların stokda olmasına dair yazılı bildiriş göndərildikdən sonra ödənilir. 201 ədəd mal ən geci 30 sentyabr 2024-cü il tarixində Bakı şəhərində olmalıdır. Məhsulların çatdırılması üçün son tarix xx.xx.2024-cü ildir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilənin ümumi məbləği imzalanmış əlavələrin cəminə bərabərdir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək, alıcının təqsiri nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.2.1-ci maddəsinə əsasən satıcının malı və xidməti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə alıcının mülkiyyətinə vermək, öhdəliklərinin icrasının gecikdirməmək və va gecikmənin qarşısını almaq üçün müəyyən tədbirlər görmək vəzifəsi vardır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən satıcı mal və xidmətin təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri, o cümlədən təhvil-təslim aktının alıcıya təqdim etməlidir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin icrasının fors-major hadisələr nəticəsində qeyri-mümkün olduğu hallarla qarşılaşan tərəf (yanğın, daşqın, tsunami, digər təbii fəlakətlər, blokada, tətillər, hərbi əməliyyatlar, mülki qarşıdurmalar və embarqo) digər tərəfi 7 təqvim günü ərzində qeyd edilən halların baş verməsi və ya sona çatması və həmin halların müqavilə üzrə öhdəliklərin icrasına təsiri barədə xəbərdar etməlidir. Bu öhdəlikləri yerinə yetirməyən tərəf digər tərəfin xəbərdar edilməməsi nəticəsində dəyən zərərə görə məsuliyyət daşıyır. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən fors-major halların 15 təqvim günündən artıq müddətdə davam etdiyi təqdirdə tərəflərdən hər biri digər tərəfi yazılı şəkildə xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir və bu halda hər hansı kompensasiya ödənilmir. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən fors-major halına istinad edən tərəf onların sübut olunması üçün səlahiyyətli dövlət orqanlarının verdiyi sənədi təqdim etməlidir. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi şəkildə yerinə yetirmədiklərinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən müqaviləyə əsasən göndərilən malların razılaşdırılmış tarixdə göndərilməsi gecikdirildikdə, yaxud sifariş qəbul edildikdən sonra malların göndərilməsindən əsassız imtina edildikdə satıcı müştəriyə gecikdirilmiş və ya göndərilməkdən imtina edilmiş hər təqvim günü üçün müvafiq əlavəyə uyğun olaraq xidmətlərin ümumi dəyərinin günlük 0.5%-i miqdarında, lakin ödənişin müvafiq əlavədə göstərilən malların ümumi dəyərinin 30%-dən çox olmamaqla cərimə ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2024-cü il tarixli, AS/69/2024 nömrəli müqaviləyə uyğun 1 nömrəli X1nun məzmunundan müəyyən olunur ki, tərəflər arasında olan razılığa əsasən cədvəl 1-də göstərilən malların 129 ədədi xx.xx.2024-cü il tarixinədək alıcıya təhvil veriləcəkdir. Malların qalan 201 ədədi isə xx.xx.2024-cü ilədək Bakı stokuna gətirilir, bu barədə alıcıya məlumat verilir və 10 iş günü ərzində ödəniş olunur. Alıcı ödənişi ödədikdən sonra 2-3 iş günü ərzində mallar alıcıya təhvil verilir. Əlavəyə əsasən müqavilə üzrə ödəniləcək məbləğ ƏDV daxil 217799,2 manat təşkil edir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. AS-69/2024 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 201 ədəd paltaryuyan BG-WM1425T-10DS3Cİ təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
10. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş icraçı qismində “X3 Logistics Service Zhongshan Branch” şirkəti ilə sifarişçi qismində Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRG2023 nömrəli müqavilənin məzmunundan müəyyən olunur ki, “X3 Logistics Service Zhongshan Branch” şirkəti müqaviləyə əlavələrdə razılaşdırılmış malların Azərbaycana göndərilməsini, Cavabdeh MMC isə göndərilmiş malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci maddəsinə əsasən tərəflər, müqavilədə nəzərdə tutulan öhdəlikləri müqavilənin imzalandığı andan sonra ortaya çıxan və tərəflərin iradəsindən asılı olmayan, onlara təsir edə bilinməyən və məsuliyyətli olmadığı səbəblərə görə qarşısıalınmaz qüvvənin meydana çıxması ilə əlaqədar olaraq tam və ya qismən icra edə bilmədikdə məsuliyyətdən azad olunurlar. Həmin hadisələrə xidmətlərin dayandırılmasına səbəb olan müharibə, mənfi dəyişiklər, iqtisadi və bazar şəraitinin dəyişməsi, beynəlxalq ticarət marşrutunda yavaşlama, zəlzələ, daşqın, yanğın və digər təbii fəlakət, dövlət tərəfindən edilən bəyanat və əmrlər də daxildir. Fors-major halına istinad edən tərəf bu barədə digər tərəfə 5 iş günü ərzində yazılı şəkildə məlumat verməlidir.
11. “Zhong Hao” Beynəlxalq Logistika Xidmətinin Zhongshan filialı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış əlverişsiz hava şəraiti xəbərdarlığı ilə bağlı məktubda bildirilmişdir ki, 5-17 sentyabr tarixlərində Şanxay limanında (Taicang) güclü qasırğalar (Bebinca) baş vermişdir. 1949-cu ildən Şanxayda baş verən ən güclü fırtına olmaqla, şəhərin həyati vacib konteyner terminallarını dağıdıb, ciddi fasilələrə səbəb olub və qlobal təchizat zəncirlərinin ekstremal hava şəraitinə qarşı həssaslığını vurğulayır. Bu səbəbdən digər göndərişlərlə yanaşı, 306 ədəd BG-WM1425T-10DS3Cİ paltaryuyan maşın daşıyan BSİU9126975 və HPCU4572870 konteynerlər İran İslam Respublikasının Bəndər Abbas limanı vasitəsilə Azərbaycana göndərilməsi ilə bağlı müqavilə öhdəlikləri vaxtında yerinə yetirilməmişdir. Qeyd edilmişdir ki, beynəlxalq dəniz fəaliyyətinin standartlarını və qaydalarını müəyyən edən Birləşmiş Millətlər Təşkilatının X2 əsasən bu hal böyük forsmajor aktı hesab edilir. Bu, qarşısıalınmaz qüvvəyə və ya hər hansı bir tərəfin nəzarəti altında olmayan gözlənilməz hadisəyə istinad edir və beynəlxalq öhdəliyin yerinə yetirilməsini maddi cəhətdən qeyri-mümkün edir. Buna görə də bu kateqoriyaya aid olan gecikmələr cərimələrə məruz qalmır və dəymiş ziyana görə heç bir hüquqi məsuliyyətə səbəb olmur. Bu kimi hallarda limanlar bağlanır, bütün əlaqəli əməliyyatlar dayandırılır və heç bir şirkət limanla bağlı logistika fəaliyyəti həyata keçirilə bilmir. Gəmiçilik şirkətləri hava şəraiti tamamilə normallaşana qədər gəmilərini saxlayırlar. Bu tədbir mallarınızın təhlükəsizliyini və bütövlüyünü təmin etmək üçün atılmışdır və bunu ən böyük məsuliyyət kimi edirlər.
12. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, OX1 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən TCL. X5. LTD şirkətinin hesabına 11383,2 ABŞ dolları vəsait köçürülmüşdür.
13. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, OX1 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən TCL. X5. LTD şirkətinin hesabına 45532,8 ABŞ dolları vəsait köçürülmüşdür.
14. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin məzmunundan müəyyən olunur ki, TCL X5 LTD şirkəti tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 22396,53 manat olan 153 ədəd paltaryuyan göndərilmişdir.
15. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin məzmunundan müəyyən olunur ki, TCL X5 LTD şirkəti tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 22317,63 manat olan 153 ədəd paltaryuyan göndərilmişdir.
16. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 11051489 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 100979,9939 manat (ƏDV daxil) təşkil edir.
17. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 11079280 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 31679,9981 manat (ƏDV daxil) təşkil edir.
18. Cavabdeh tərəfindən iş materiallarına “WhatsApp” yazışmaları əlavə edilmişdir.
19. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 18512,91 manat dəbbə pulunun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
22. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 10 iyun 2024-cü il tarixli, AS-69/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən satıcı alıcını mallar ilə hazırkı müqavilənin ayrılmaz hissəsi olan müqavilənin əlavələrində nəzərdə tutulmuş texniki xüsusiyyətlərinə, miqdara, spesifik xüsusiyyətinə və qiymətə uyğun olaraq, əlavədə nəzərdə tutulmuş müddətdə təmin etməyi, alıcı isə malları təhvil-təslim aktına əsasən qəbul etməyi və dəyərini müqavilədə razılaşdırılmış qaydada satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
23. Tərərflər arasında müqavilənin bağlanması, malların təhvil verilməsi, qarşılığında müvafiq ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir.
24. İşin mübahisəli tərəfi ondan ibarətdir ki, iddiaçı cavabdeh tərəfindən müqavilənin 2.1-ci maddəsinin tələbləri pozulduğundan cavabdehin müqavilənin 7.2-ci maddəsində qeyd edilən dəbbə pulu ödəmək öhdəliyinin olduğunu bildirərək, cavabdehdən müqavilənin ümumi dəyərinin 8.5%-i miqdarında, yəni 18512,91 manat məbləğində dəbbə pulunun tutulmasını xahiş etmiş, cavabdeh tərəf isə yuxarıda göstərilən əsaslarla iddiaya etiraz etmişdir.
25. Məhkəmənin qənaətinə əsasən iddia təmin olunmamaldır. Bu nəticəyə gəlinərkən aşağıdakılar əsas götürülmüşdür.
26. Əvvəla, qeyd olunduğu kimi, 201 ədəd malın gec çatdırılması işin mübahisəsiz halıdır. İddiaçı malların 17 gün gec çatdırıldığını (xx.xx.2024-cü il tarixədək çatdırılmalı olduğu halda xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil vermişdir) bildirərək, dəbbə pulunu 17 gün üçün hesablamışdır.
27. Hesab olunur ki, gecikmə müddəti 17 gün yox, 15-16 gün olmuşdur. Belə ki, müqavilənin 2.1-ci maddəsinə əsasən 201 ədəd mal ən geci 30 sentyabr 2024-cü il tarixində Bakı şəhərində olmalıdır. Məhsulların çatdırılması üçün son tarix xx.xx.2024-cü ildir. Həmçinin xx.xx.2024-cü il tarixli, AS/69/2024 nömrəli müqaviləyə uyğun 1 nömrəli X1na əsasən malların qalan 201 ədədi xx.xx.2024-cü ilədək Bakı stokuna gətirilir, bu barədə alıcıya məlumat verilir və 10 iş günü ərzində ödəniş olunur. Alıcı ödənişi ödədikdən sonra 2-3 iş günü ərzində mallar alıcıya təhvil verilir. Təqdim olunan gömrük bəyannamələrindən müəyyən olunur ki, mallar 2024-cü il 15-16 oktyabr tarixlərində Bakı şəhərində olmuş, bundan sonra müqavilə şərtlərinə uyğun olaraq cavabdehə müvafiq elektron qaimələr göndərilmiş, ödəniş edildikdən sonra xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir.
28. Eyni zamanda müəyyən olunur ki, malların 15-16 gün gecikməsi cavabdehin iradəsindən kənar baş vermişdir. Belə ki, cavabdeh tərəfindən təqdim olunan sübutlardan (“X3 Logistics Service Zhongshan Branch” şirkəti ilə bağlanmış müqavilə, ödəniş sənədləri və s.) malların çatdırılması üçün ödəniş daha əvvəl, vaxtında ödənilsə də, gecikmənin səbəbi cavabdehlə bağlı olmamışdır.
29. “Zhong Hao” Beynəlxalq Logistika Xidmətinin Zhongshan filialı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış əlverişsiz hava şəraiti xəbərdarlığı ilə bağlı məktubda qeyd olunur ki, 5-17 sentyabr tarixlərində Şanxay limanında (Taicang) güclü qasırğalar (Bebinca) baş vermişdir. 1949-cu ildən Şanxayda baş verən ən güclü fırtına olmaqla, şəhərin həyati vacib konteyner terminallarını dağıdıb, ciddi fasilələrə səbəb olub və qlobal təchizat zəncirlərinin ekstremal hava şəraitinə qarşı həssaslığını vurğulayır. Bu səbəbdən digər göndərişlərlə yanaşı, 306 ədəd BG-WM1425T-10DS3Cİ paltaryuyan maşın daşıyan BSİU9126975 və HPCU4572870 konteynerlər İran İslam Respublikasının Bəndər Abbas limanı vasitəsilə Azərbaycana göndərilməsi ilə bağlı müqavilə öhdəlikləri vaxtında yerinə yetirilməmişdir. Qeyd edilmişdir ki, beynəlxalq dəniz fəaliyyətinin standartlarını və qaydalarını müəyyən edən Birləşmiş Millətlər Təşkilatının X2 əsasən bu hal böyük forsmajor aktı hesab edilir. Bu, qarşısıalınmaz qüvvəyə və ya hər hansı bir tərəfin nəzarəti altında olmayan gözlənilməz hadisəyə istinad edir və beynəlxalq öhdəliyin yerinə yetirilməsini maddi cəhətdən qeyri-mümkün edir. Buna görə də bu kateqoriyaya aid olan gecikmələr cərimələrə məruz qalmır və dəymiş ziyana görə heç bir hüquqi məsuliyyətə səbəb olmur. Bu kimi hallarda limanlar bağlanır, bütün əlaqəli əməliyyatlar dayandırılır və heç bir şirkət limanla bağlı logistika fəaliyyəti həyata keçirilə bilmir. Gəmiçilik şirkətləri hava şəraiti tamamilə normallaşana qədər gəmilərini saxlayırlar. Bu tədbir mallarınızın təhlükəsizliyini və bütövlüyünü təmin etmək üçün atılmışdır və bunu ən böyük məsuliyyət kimi edirlər.
30. AR MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məktubda qeyd olunan tarixlərdə ÇXR-da təbii fəlakətlə bağlı bir çox internet saytlarda məlumatlar dərc olunmuşdur.
31. Bundan başqa, təqdim olunan “WhatsApp” yazışmalarından görünür ki, iddiaçıya gecikmə halı məlum olmuş, cavabdehə bildirilmişdir ki, əgər tenderi elan edən qurum onları cərimələməsə, iddiaçı cavabdehdən dəbbə pulu tələb edilməyəcək. Müəyyən olunmuşdur ki, iddiaçıya qarşı müvafiq tələb irəli sürülməmışdır.
32. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırkı nəticəyə gəlmişdir.
33. Eləcə də iddiaçı ödənilmiş 146 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsini tələb etmişdir.
34. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova