Məhkəmə qərarları › İş №e-2-2(113)-9045/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9045/2024

20.12.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9045/2024 20.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, vergi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Baxşalıyev Cavid Şərif oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) və Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 2018910,62 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,29 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 2018906,27 manat məbləğində (o cümlədən, vergilər üzrə 1833110,26 manat, faizlər üzrə 185796,01 manat), İcbari Tibbi Sığorta Fonduna 0,29 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 1,43 manat məbləğində (o cümlədən, faizlər üzrə 1,43 manat), ”Por Trading" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 2,92 manat məbləğində (o cümlədən, faizlər üzrə 2,92 manat) olmaqla, ümumilikdə 2018910,91 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********056700, xx.xx.2024cü il tarixli ******************.04.2024-cü il tarixli ******************.04.2019-cu il tarixli **********225400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.

3. Maraqlı şəxs ərizəyə yazılı etiraz ilə məhkəməyə müraciət edərək məhkəmədən ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Lakin bu müraciət təmin edilməməlidir. Çünki bu tamamilə əsassız bir tələbdir. Belə ki, bu məsələyə dair ərizəçinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur. Çünki sözügedən vergi borcu ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda hərtərəfli və tam şəkildə araşdırılma aparılmış, nəticədə isə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Bu qərarın mətni 12 dekabr 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan çıxardan da tam şəkildə görünür. Burada da qeyd edilmişdir ki, maraqlı şəxs tərəfindən yayındırılan vergilər tam şəkildə dövlət büdcəsinə ödənilmişdir. Bu səbəblə də onun barəsində başlamış cinayət işinə xitam verilmişdir. Buradan da görünür ki, Azərbaycan Resbuplikası Baş Prokurorluğu tərəfindən maraqlı şəxs barəsində olan vergi borcu tam şəkildə hesablanmış və ona bildirilmişdir. Maraqlı şəxs isə bu vergi borcunu tam məbləğdə dövlət büdcəsinə ödəmişdir. Bu məsələlər qeyd edilmiş qərardan çıxarışda da qeyd edilib. Bu çıxarış maraqlı şəxsə dünən təqdim edilib. Bu qərar barədə ərizəçi tərəf də tam şəkildə məlumatlandırılacaqdır. Hal-hazırda isə maraqlı şəxs faktiki olaraq üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Bu halda onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərarın qəbulu tamamilə yanlış və qanunsuz olacaqdır. Həmçinin qeyd edilir ki, maraqlı şəxs bir çox səbəblərdən tez-tez ölkəni tərk edib, qayıdır. Bu istintaq dövründə də bu hallar baş vermişdir. Lakin o öz öhdəliklərindən heç bir zaman boyun qaçırmamışdır. Bundan sonra da bu hal davam edəcəkdir. Hesab edir ki, bu aylar ərzində onun ölkədən çıxıb qayıtmağı da nəzərə alınmalı və buna uyğun qərar qəbul edilməlidir. Həmçinin yuxarıda qeyd edildiyi kimi o öz vergi öhdəliklərimi tam şəkildə yerinə yetirmişdir. Bu əlavə edilmiş qərardan çıxarışda da əks edilib.

II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:

5. Məhkəmə iclasında maraqlı şəxs ərizəyə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib ərizənin rədd edilməsini xahiş etdi.

6. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

III. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. – 24.0.2-1-ci maddəsinə əsasən vergi oranları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

9. Azərbaycan Respublikası MPM-in: – 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir – 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə bağlı

10. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir.

11. Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxsdur.

12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 2468724,51 manat borcu vardır.

13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə 2,91 manat borcu vardır.

14. Fiziki şəxs haqqında məlumatdan görünür ki, maraqlı şəxs xx.xx.2023-cü il tarixində vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır.

15. Maraqlı şəxs şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə 1,41 manat borcu mövcuddur.

16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Maraqlı şəxs borcun ödənilməsinə dair bildirişlərlə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

17. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyiciləri olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Maraqlı şəxs, habelə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onlara borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir.

18. Bununla yanaşı, maraqlı şəxs tərəfindən Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Taleh Bağırov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqında” Qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) araşdırılan dövrdə şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər aparıldığı təqdirdə və dövlət büdcəsinə olan borcun 2023-cü il üzrə 237159,36 manat vergilərdən ibarət olması müəyyən edilmiş, dövlət büdcəsindən yayındırılmış 237159,36 (iki yüz otuz yeddi min yüz əlli doqquz manat otuz altı qəpik) manat vergilər istintaq zamanı tamamilə ödənildiyindən Maraqlı şəxs və digərlərinin barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə aparılan cinayət təqibinə vergilər istintaq zamanı tamamilə ödənildiyindən ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir.

19. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Taleh Bağırov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə depoit hesabına keçirilmiş pul vəsaitlərinin dövlət büdcəsin köçürülməsi haqqında” Qərarından görünür ki, ********* nömrəli cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına keçirilmiş 325630 (üç yüz iyirmi beş min altı yüz otuz manat) manat məbləğində pulun Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməsi qərara alınmışdır.

20. Göründüyü kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən aparılmış cinayət işi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə ödənilməli olan borcunun 237159,36 (iki yüz otuz yeddi min yüz əlli doqquz manat otuz altı qəpik) manat olması müəyyən edilmiş, göstərilən borc maraqlı şəxs tərəfindən ödənildiyi üçün cinayət təqibi üzrə icraata xitam verilmişdir. Bu səbəbdən həmin MMC-nin dövlət büdcəsinə yaranmış borcu ödənildiyi üçün ərizənin təmin edilməsinə əsas yoxdur.

21. Bundan əlavə, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 1,43 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 2,92 manat məbləğində borclarının ödənilməsinin təmin edilməsi məqsədilə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə tələb edilən borcların məbləğinin cüzi olması səbəbindən təmin edilə bilməz.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

V. Nəticə:

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar