Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9051/2025 07.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş materiallarını nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul”tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-nin (VÖEN:**********) İddiaçiya 54279.00 qəpik (əlli dörd min iki yüz yetmiş doqquz manat 00 qəpik) əsas məbləğ, CƏMİ -54279.00 qəpik (əlli dörd min iki yüz yetmiş doqquz manat 00 qəpik) vəhazırki iddia ərizəsinə görə ödənilmiş 158.00 manat barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı- Eyyub-92 MMC ilə Cavabdeh - Cavabdeh MMC-nin (VÖEN: **********) --ilə aramızda bağlanmış xx.xx.2023 cü il tarixli 154/23 saylı müqavilə üzrə 54279.00 qəpik (əlli dörd min iki yüz yetmiş doqquz manat 00 qəpik) əsas məbləğ, CƏMİ -54279.00 qəpik (əlli dörd min iki yüz yetmiş doqquz manat 00 qəpik) ödənilməmiş borcunuz mövcuddur. Cavabdeh müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni İddiaçıya olan qalıq borcunun ödənilməsi məqsədilə Cavabdehə bildiriş/pretenziya göndərilsə də, İddiaçıya olan borcun ödənilməsi təmin edilməmişdir. Bu səbədən İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən, Alıcı aldığı malın dəyərini Malıaldığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq Satıcıya ödəməlidir. AZEMİS-dən əladə olunan məlumata görə, Cavabdeh MMC Mingəçevir şəhəri ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə müstəsna aidiyyətlə bağlı normalar tətbiq edilə bilməz, və hazırki tələbə cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə yurisdiksiyasında baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, A.Mamedovun qeydiyyatda olduğu Mingəçevir şəhəri Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı, iddiaçıya ərizədə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32, 263-264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** qəbz üzrə ödənilmiş 158 manat dövlət rüsumu iddiaçıya (YapiKredi Bank Azərbaycan QSC VÖEN: **********M/h: AZ51NABZ013 5 **********012944 H/h: AZ07KABA******************** Kod: 509987) qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-9051/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9051/2025
07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver