Məhkəmə qərarları › İş №e-2-2(113)-9061/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9061/2025

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9061/2025 13.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil ilə, İddiaçı cavabdeh “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 Kompleksi” MMC-nin xx.xx.2025-ci il tarixli, 075-1/2025/ASM nömrəli müqaviləyə əsasən 423120 manat borcun, həmin borcun bank uçot dərəcəsi ilə hesablanmış 7 faizi həddində - 29618 manat pulun, illik 5 faiz dərəcəsi ilə hesablanmaqla gecikmiş vaxt üçün 8815 manat zərərin, iddianın qaldırılması üçün ödənilmiş 775,75 manat məbləğində dövlət rüsumunun və vəkil üçün ödənilmiş 4200 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh “X2 Kompleksi” MMC-nin xx.xx.2025-ci il tarixli, 067-1/2025/ASM nömrəli müqaviləyə əsasən 292560 manat borcun, bank uçot dərəcəsi ilə hesablanmış 7 faizi həddində - 20479 manat pulun, illik 5 faiz dərəcəsi ilə hesablanmaqla gecikmiş vaxt üçün 6095 manat faizlərin, xx.xx.2025-ci il tarixli, 075-1/2025/ASM nömrəli müqaviləyə əsasən 323120 manat borcun, həmin borcun bank uçot dərəcəsi ilə hesablanmış 7 faizi həddində - 29618 manat pulun, illik 5 faiz dərəcəsi ilə hesablanmaqla gecikmiş vaxt üçün 8815 manat zərərin, 6780 manat məbləğində müsabiqə haqqı kimi ödənilmiş pulun, iddianın qaldırılması üçün ödənilmiş 775,75 manat məbləğində dövlət rüsumunun və vəkil üçün ödənilmiş 4200 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 21 yanvar 2026-cı il tarixli barışıq sazişindən görünür ki:

1. İddiaçı cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır və iddia Bakı Kommersiya Məhkəməsi tərəfindən e-2-2(113)-9061/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadla məhkəmə icraatı mümkün hesab edilmiş və məhkəmə hazırlıq iclası təyin edilmişdir. Cavabdeh iddiaçıya olan öhdəliyinin aşağıdakı şərtlərə uyğun icra edilməsinə dair müraciət edərək, barışıq sazişi imzalamağı təklif etmişdir.

2. Cavabdeh ilə iddiaçı arasında bağlanmış 08 aprel 2025-ci il tarixli, 075- 1/2025/ASM saylı Müqavilə üzrə hazırda mövcud olan 323120 (üç yüz iyirmi üç min yüz iyirmi) manat məbləğində borcu qəbul edir.

3. Cavabdeh borcun ödənilməsini aşağıdakı cədvəldə göstərilmiş qaydada ödəməyi öz üzərinə götürür: № Ödəniş tarixi Ödənilməli məbləğ Qalıq borc 1 xx.xx.2026 80780 242340 2 xx.xx.2026 80780 161560 3 xx.xx.2026 80780 80780 4 xx.xx.2026 80780 0

4. Cavabdeh qalıq borc məbləğinin bu barışıq sazişində nəzərdə tutulmuş qaydada geri qaytarılmasını öz öhdəsinə götürür.

5. Cavabdeh tərəfindən hazırkı barışıq sazişi üzrə öhdəliyin icrası müddətində hər hansısa bir gecikmə etdiyi təqdirdə və ya 16 may 2026-cı il tarixinə qədər tam icra olunmadığı təqdirdə İddiaçının bu barışıq sazişinin 2-ci bəndində göstərilmiş məbləği, həmçinin bu barışıq sazişi üzrə edilən ödənişlər çıxılmaqla həmin qrafik üzrə qalan borc məbləğini cavabdehdən tələb etmək, o cümlədən bildiriş vermədən dərhal hazırkı barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır.

6. Cavabdeh bu barışıq sazişini imzalamaqla Bakı Kommersiya Məhkəməsində barışıq sazişini təsdiq edir.

7. Barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir, imzalanır və tərəflərin hər birində bir nüsxəsi saxlanması üçün təqdim edilir.

8. Tərəflər barışıq sazişini oxuduğunu, barışıq sazişinin şərtlərinin onlara izah olunduğunu və başa düşüldüyünü və bu şərtlərlə razı olduğunu bildirirlər.

9. Bu barışıq sazişinin cavabdehin iddiaçı qarşısında öz öhdəliyini icra etməsinə dair bəndləri hər iki tərəf tərəfindən imzalandığı tarixdən, sazişin qalan şərtləri isə məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. Hazırkı saziş tərəflər bu saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 21 yanvar 2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:

1. İddiaçı cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır və iddia Bakı Kommersiya Məhkəməsi tərəfindən e-2-2(113)-9061/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadla məhkəmə icraatı mümkün hesab edilmiş və məhkəmə hazırlıq iclası təyin edilmişdir. Cavabdeh iddiaçıya olan öhdəliyinin aşağıdakı şərtlərə uyğun icra edilməsinə dair müraciət edərək, barışıq sazişi imzalamağı təklif etmişdir.

2. Cavabdeh ilə iddiaçı arasında bağlanmış 08 aprel 2025-ci il tarixli, 075- 1/2025/ASM saylı Müqavilə üzrə hazırda mövcud olan 323120 (üç yüz iyirmi üç min yüz iyirmi) manat məbləğində borcu qəbul edir.

3. Cavabdeh borcun ödənilməsini aşağıdakı cədvəldə göstərilmiş qaydada ödəməyi öz üzərinə götürür: № Ödəniş tarixi Ödənilməli məbləğ Qalıq borc 1 xx.xx.2026 80780 242340 2 xx.xx.2026 80780 161560 3 xx.xx.2026 80780 80780 4 xx.xx.2026 80780 0

4. Cavabdeh qalıq borc məbləğinin bu barışıq sazişində nəzərdə tutulmuş qaydada geri qaytarılmasını öz öhdəsinə götürür.

5. Cavabdeh tərəfindən hazırkı barışıq sazişi üzrə öhdəliyin icrası müddətində hər hansısa bir gecikmə etdiyi təqdirdə və ya 16 may 2026-cı il tarixinə qədər tam icra olunmadığı təqdirdə İddiaçının bu barışıq sazişinin 2-ci bəndində göstərilmiş məbləği, həmçinin bu barışıq sazişi üzrə edilən ödənişlər çıxılmaqla həmin qrafik üzrə qalan borc məbləğini cavabdehdən tələb etmək, o cümlədən bildiriş vermədən dərhal hazırkı barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır.

6. Cavabdeh bu barışıq sazişini imzalamaqla Bakı Kommersiya Məhkəməsində barışıq sazişini təsdiq edir.

7. Barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir, imzalanır və tərəflərin hər birində bir nüsxəsi saxlanması üçün təqdim edilir.

8. Tərəflər barışıq sazişini oxuduğunu, barışıq sazişinin şərtlərinin onlara izah olunduğunu və başa düşüldüyünü və bu şərtlərlə razı olduğunu bildirirlər.

9. Bu barışıq sazişinin cavabdehin iddiaçı qarşısında öz öhdəliyini icra etməsinə dair bəndləri hər iki tərəf tərəfindən imzalandığı tarixdən, sazişin qalan şərtləri isə məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. Hazırkı saziş tərəflər bu saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar