Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-910/2021 12.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsinə uyğun olaraq 176.000 manat əsas borcun və 1.531.200 manat cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, xx xxxxxx 2018-ci il tarixli müqavilə və xx xxxx 2018-ci il tarixli Təhviltəslim aktlarına əsasən 520.000 ABŞ dolları və 1.000.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsinə uyğun olaraq 176.000 manat əsas borcun və 1.531.200 manat cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, xx xxxxxx 2018-ci il tarixli müqavilə və xx xxxx 2018-ci il tarixli Təhviltəslim aktlarına əsasən 520.000 ABŞ dolları və 1.000.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcələnin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verilmiş, iddia ərizəsinin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Belə ki, cavabdeh tərəfindən iddia ərizəsinin alınmasına dair iddia ərizəsinə əlavə olunmuş 182968 saylı xəbərnamədə ünvanın tapılmaması, şəhər nömrəsinin işləməməsi qeyd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin sənəd iddia ərizəsinin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Bundan başqa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə pretenziya məktubu əlavə olunsa da, pretenziyanın cavabdeh tərəfindən alınmasına dair hər hansı sənəd əlavə edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin sənəd mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsi kimi qəbul edilə bilməz. Halbuki, mübahisənin məhkəməyə qədər həlli qaydasına riayət edilməsi məcburi olduqda iddiaçı yalnız bu qaydaya riayət edildikdən sonra məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2.4-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcələnin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsinə uyğun olaraq 176.000 manat əsas borcun və 1.531.200 manat cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, xx xxxxxx 2018-ci il tarixli müqavilə və xx xxxx 2018-ci il tarixli Təhviltəslim aktlarına əsasən 520.000 ABŞ dolları və 1.000.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-910/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-910/2021
12.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver