Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-911/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 70965 (ƏDV daxil) əsas borcun, malın "xxxx" MMC-nin sərancamına keçən andan bu günədək illik 5% faiz bank uçot dərəcəsi 6014 manat olmaqla, ümumilikdə 76979 (yetmiş altı min doqquz yüz yetmiş doqquz) manat pulun və məhkəməyə ödənilmiş 320,94 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 11 yanvar 2025-ci il tarixli barışıq sazişindən görünür ki:
1. Sazişin predmeti İddiaçı MMC-nin "xxxx" MMC-yə borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə mübahisənin hazırkı barışıq sazişi əsasında həll edilməsinin hüquqi tənzimlənməsi
2. Tərəflərin hüquq, vəzifələri və öhdəlikləri 2.1 Tərəflər razılaşırlar ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə dair e-2-2(113)-911/2025 saylı iş üzrə mübahisəni qarşılıqlı güzəştlər yolu ilə aşağıda göstərilən qaydada həll edirlər. 2.2.1. Tərəflər qarşılıqlı olaraq razılaşırlar ki, onlar arasında bağlanmış ***-**** nömrəli 27 fevral 2022-ci il tarixli müqavilədən 2022 (15 oktyabrdan) - 2023-cü illər ərzində "xxxx" MMC-nin İddiaçı MMC-yə yaranmış 70965 (yetmiş min doqquz yüz altmış beş) manat (ƏDV daxil) borcun "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 4 (dörd) bərabər hissələrdə 2025-ci ilin 25 yanvar tarixindən etibarən hər ayın 25-ində ödəməklə xx.xx.2025-ci il tarixinədək ödəniləcək. 2.2.2. İddiaçı MMC iddia ərizəsində iddia etdiyi yaranmış borcun 5% bank uçot dərəcəsi olaraq 6014 manat pulun "xxxx" MMC-dən tələb etməyi imtina edir. 2.2.3. "xxxx" MMC öhdəsinə götürür ki, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədək bu sazişin 1.1-ci bəndində müəyyənləşdirilən məbləğin ödənilməsini tam təmin edir. 2.2.4. "xxxx" MMC 2 (iki) ay ardıcıl olaraq bu sazişlə hər ay üçün ödənilməli olan pul vəsaitini ödəmədikdə İddiaçı MMC-nin bu sazişlə müəyyənləşdirilən pul vəsaitini bir dəfəyə tələb etmək hüququ yaranır. 2.2.5. Bu sazişin imzalanması ilə əlaqədar İddiaçı MMC həm iddia tələbindən imtina etməsinə dair, həm də Bakı Kommersiya Məhkəməsinin e-16(113)-842/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsinə dair məhkəməyə ərizə verərək tərəflərin birgə müraciəti əsasında bu saziş məhkəmə tərəfindən təsdiq edilir və bununla da İddiaçı MMC "xxxx" MMC-yə qarşı iddia tələbinə dair işə xitam verilir. 2.2.6. Hazırkı barışıq sazişi ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyyət daşıyır. 2.2.7. Tərəflər bəyan edir ki, bu sazişin bağlanmasının hüquqi nəticələrini ehtiva edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci və 261-ci maddələrinin tələbləri onlara tam izah edilmişdir və bu sazişin bağlanmasının hüquqi nəticələri onlara tam aydındır və onlar bu nəticələri bəyənirlər. 2.2.8. Sazişin heç bir şərti, o cümlədən sazişdəki söz və ifadələrin hərfi mənası tərəflərin bu saziş ilə müəyyən edilən iradə ifadəsinin həqiqi mənasına, bütövlükdə sazişin mahiyyətinə zidd təvsir edilə bilməz.
3. Sazişin müddəti 3.1. Bu barışıq sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir.
4. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 4.1. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi icra icraatının başlanması üçün əsasdır. 4.2. Bu saziş 3 (üç) orijinal nüsxədə imzalanır. Bir nüsxəsi “İnnova MED MMC-də, bir nüsxəsi "xxxx" MMC-də saxlanılmaqla, digər nüsxəsi Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:
1. Sazişin predmeti İddiaçı MMC-nin "xxxx" MMC-yə borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə mübahisənin hazırkı barışıq sazişi əsasında həll edilməsinin hüquqi tənzimlənməsi
2. Tərəflərin hüquq, vəzifələri və öhdəlikləri 2.1 Tərəflər razılaşırlar ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə dair e-2-2(113)-911/2025 saylı iş üzrə mübahisəni qarşılıqlı güzəştlər yolu ilə aşağıda göstərilən qaydada həll edirlər. 2.2.1. Tərəflər qarşılıqlı olaraq razılaşırlar ki, onlar arasında bağlanmış ***-**** nömrəli 27 fevral 2022-ci il tarixli müqavilədən 2022 (15 oktyabrdan) - 2023-cü illər ərzində "xxxx" MMC-nin İddiaçı MMC-yə yaranmış 70965 (yetmiş min doqquz yüz altmış beş) manat (ƏDV daxil) borcun "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 4 (dörd) bərabər hissələrdə 2025-ci ilin 25 yanvar tarixindən etibarən hər ayın 25-ində ödəməklə xx.xx.2025-ci il tarixinədək ödəniləcək. 2.2.2. İddiaçı MMC iddia ərizəsində iddia etdiyi yaranmış borcun 5% bank uçot dərəcəsi olaraq 6014 manat pulun "xxxx" MMC-dən tələb etməyi imtina edir. 2.2.3. "xxxx" MMC öhdəsinə götürür ki, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədək bu sazişin 1.1-ci bəndində müəyyənləşdirilən məbləğin ödənilməsini tam təmin edir. 2.2.4. "xxxx" MMC 2 (iki) ay ardıcıl olaraq bu sazişlə hər ay üçün ödənilməli olan pul vəsaitini ödəmədikdə İddiaçı MMC-nin bu sazişlə müəyyənləşdirilən pul vəsaitini bir dəfəyə tələb etmək hüququ yaranır. 2.2.5. Bu sazişin imzalanması ilə əlaqədar İddiaçı MMC həm iddia tələbindən imtina etməsinə dair, həm də Bakı Kommersiya Məhkəməsinin e-16(113)-842/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsinə dair məhkəməyə ərizə verərək tərəflərin birgə müraciəti əsasında bu saziş məhkəmə tərəfindən təsdiq edilir və bununla da İddiaçı MMC "xxxx" MMC-yə qarşı iddia tələbinə dair işə xitam verilir. 2.2.6. Hazırkı barışıq sazişi ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyyət daşıyır. 2.2.7. Tərəflər bəyan edir ki, bu sazişin bağlanmasının hüquqi nəticələrini ehtiva edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci və 261-ci maddələrinin tələbləri onlara tam izah edilmişdir və bu sazişin bağlanmasının hüquqi nəticələri onlara tam aydındır və onlar bu nəticələri bəyənirlər. 2.2.8. Sazişin heç bir şərti, o cümlədən sazişdəki söz və ifadələrin hərfi mənası tərəflərin bu saziş ilə müəyyən edilən iradə ifadəsinin həqiqi mənasına, bütövlükdə sazişin mahiyyətinə zidd təvsir edilə bilməz.
3. Sazişin müddəti 3.1. Bu barışıq sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir.
4. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 4.1. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi icra icraatının başlanması üçün əsasdır. 4.2. Bu saziş 3 (üç) orijinal nüsxədə imzalanır. Bir nüsxəsi “İnnova MED MMC-də, bir nüsxəsi "xxxx" MMC-də saxlanılmaqla, digər nüsxəsi Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova