Məhkəmə qərarları › İş №e-2-2(113)-9113/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9113/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9113/2025 19.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə Akif qızının, Cavabdehin nümayəndəsi/vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024cü il tarixli, AZK182/24 nömrəli “alqı-satqı” müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış borca görə 265661.7 (iki yüz altmış beş min altı yüz altmış bir manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin, borcun gecikdirilməsinə görə qətnamə faktiki icra edilən günə illik 13283.085 (on üç min iki yüz səksən üç manat səkkiz qəpik) məbləğində pul vəsaitinin, 570 (beş yüz yetmiş) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, 300 (üç yüz) manat məbləğində hüquqi xidmət göstərilməsi üçün ödənilmiş xərcin əvəzinin Cavabdehndən tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı SOCAR İddiaçı arasında 27 iyun 2024-cü il tarixli, AZK182/24 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti bundan ibarətdir: (1.1) “Satıcı“ (iddiaçı) müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Alıcı”ya (cavabdehə) bu müavilənin 1 nömrəli Əlavəsində göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun malları satmağı, “Alıcı” isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “Satıcı”dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilə əsasında “Satıcı” “Alıcı”ya ümumi dəyəri ƏDV xaric 265661,7 (iki yüz altmış beş min altı yüz altmış bir manat yetmiş qəpik) məbləğində 39651 kq mal təhvil vermişdir. (elektron qaimə-fakturalar iddia ərizəsinə əlavə olunur) xx.xx.2025-ci il tarixinə cavabdeh tərəfindən ödənilməyən borc ƏDV xaric 265661.7 AZN təşkil edir. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, “Alıcı” “Satıcı” tərəfindən göstərilən malın qiymətini Müqavilənin 4-cü bölməsilə müəyyən edilən qaydada “Satıcı”nın hesabına, X1 məbləğini isə ödəniş gününə mövcud qanunvericiliyə uyğun şəkildə və qaydada ödəyir. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən, “Alıcı” müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra etməsinə və onların pozulmasına yol verməməyə dair öhdəlik götürmüşdür. SOCAR İddiaçı xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək, göstərilən məbləği ödəməmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə SOCAR İddiaçı Cavabdeh MMC-yə pretenziya ünvanlayaraq, borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq etmişdir. Cavabdeh iddiaçının xahişlərinə məhəl qoymayaraq, yaranmış borcdan heç bir ödəniş etməmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq, SOCAR İddiaçı malları lazımi şəkildə Cavabdeh MMC-yə təhvil vermiş, müvafiq aktlar imzalanmışdır. Lakin cavabdeh təhvil aldığı tullantılar üçün ödənilməli olan məbləği ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixə 265661.7 manat məbləğində borcu yaranmışdır. Həmçinin, borcun gecikdirilməsinə görə bir illik gecikdirmə faizi 13283.085 (on üç min iki yüz səksən üç manat səkkiz qəpik) manat təşkil edir (müqavilənin bitmə tarixi: xx.xx.2024-cü il). Hesab edir ki, iddia təmin edilərkən, həmin məbləğ də qətnamə faktiki icra olunan günə hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi şəkildə icra etməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini lazımi şəkildə icra etməmişdir. Odur ki, iddiaçı SOCAR İddiaçı mövcud tələblə məhkəməyə müraciə etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaya etirazda göstərilənlərin ( “'Azərikintya" İstehsalat Birliyinin zavod ərazisindən istismara yararsız qara metal tullantılarının kəsilib, doğranılıb və yığılmasına MMC-nin öz işçi heyyəti və texnikalarının köməyi ilə yerinə yetirməklə həmin işlərə 35000 ( otuz beş min ) manat xərc çəkməsi də daxil) nəzərə alınacağı və iddiaçının müqavilənin icrasını davam edəcəyi halda ( müqavilədə nəzərdə tutulmuş metal tullantıları cavabdehə verəcəyi halda ) MMC olaraq bir illik gecikdirmə faizi 13283.085 (on üç min iki yüz səksən üç manat səkkiz qəpik) istisna olmaqla müqavilə öhdəliyinə müvafiq yaranmış borcun ödənişini hissə-hissə həyata keçirməyə razıdır. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı SOCAR İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZK- 182/24 nömrəli “alqı-satqı” müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış borca görə 265661.7 (iki yüz altmış beş min altı yüz altmış bir manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin, borcun gecikdirilməsinə görə qətnamə faktiki icra edilən günə illik 13283.085 (on üç min iki yüz səksən üç manat səkkiz qəpik) məbləğində pul vəsaitinin, 570 (beş yüz yetmiş) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, 300 (üç yüz) manat məbləğində hüquqi xidmət göstərilməsi üçün ödənilmiş xərcin əvəzinin MMC-də alınaraq ona ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZK- 182/24 nömrəli “alqı-satqı” müqaviləsinin 2.4.2 və 2.4.4-cü maddələrinə istinad edərək onunla əsaslandırıb ki, guya ki, həmin müqavilənin şərtlərinə uyğun olaraq, SOCAR İddiaçı malları lazımi şəkildə Cavabdeh MMC-yə təhvil vermiş, müvafiq aktlar imzalanmış, müqavilənin icrası müddətində cavabdeh tərəfə 39651 kq mal təhvil vermiş, lakin cavabdeh təhvil aldığı tullantılar üçün ödənilməli olan məbləği ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixə 265661.7 manat məbləğində borcu və borcun gecikdirilməsinə görə bir illik gecikdirmə faizi 13283.085 (on üç min iki yüz səksən üç manat səkkiz qəpik) manat yaranmış və bununla da müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyinə görə həmin məbləğ qətnamə faktiki icra olunan günə hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsini nəzərdən keçirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: MMC tərəfindən “Azərkimya” İstehsalat Birliyi ilə "xxxx" MMC arasında imzalanmış 27 iyun 2024-cü il tarixli AZK-182/24 nömrəli müqavilənin icrası həyata keçiririlən zaman yaranmış olan Latun ilə bağlı tonunda 6% itki aşkarlanması, həmçinin köhnə metal qalıqlarında həddindən artıq çirk və ərp mövcudluğu bağlı müqavilə tərəfinin səlahiyyətli şəxslərinin e-mail ünvanına yazılı müraciət edilmiş, lakin cavab olaraq bildirilmişdir ki, “Alüminium sınaq nəticəsi olaraq 95-96 % AL, 3 % ətrafında MG və balans elementləri var. 5032 grade Aluminium-a uyğun gəlir. Digər mövzu ilə bağlı texniki nəzarət olaraq təəssüf ki, kömək edə bilmərik. Köhnə metal qalıqlarında çirk və ərpin olması normaldır və bu fiziki olaraq ölçülüb müqaviləyə əlavə edilməsi və ya tolerans qoyulması ( məs. Real çəki 3-5 %) tövsiyyə edilir”. Sorğulanan məsələ ilə əlaqədar cavabdehin münasibətinə cavab olaraq onların qeyd etdiyi analiz nəticəsi olaraq 98%-dən aşağı olanda Dür Alüminium, lakin 98%-dən yuxarı olarsa isə Alüminium sayıldığını, latunda yaranmış 6% itki ilə əlaqədar, həmin faizlə müəssiəmizə ziyan vurulduğunu və hər iki tərəfdən nümayəndə ayrılaraq həmin problemin araşdırılması xahiş edilmiş, lakin cavabdeh tərəfdən hər hansı adekvat addım atılmamışdır. Bundan əlavə, MMC-nin direktoru tərəfindən “Azərkimya” İB-nin Baş Direktoruna ünvanlanmış 08.02. 24cü və 20.11.24-cü il tarixli məktubda göstərilmişdir ki, “ Azərikimya" İstehsalat Birliyinin zavod ərazisindən istismara yararsız qara metal tullantılarının kəsilib, doğranılıb və yığılmasına öz işçi heyyətimiz və texnikalarımızın köməyi ilə yerinə yetirmişik. Ödənişin tərəfimizdən həyata keçirilməsi üçün 20 noyabr 2024-cü il tarixinə olan birja qiymətlərinə əsasən sözü gedən müqavilənin Əlavə 1 də qeyd olunan mal-materiallar olan paslanmaz metal tullantısı, alüminum tullantısı və mis tullantısı üçün aşağıda qeyd olunan qiymət təklifini sizə təqdim edirik və xahiş edirik ki, yeni qiymətləri nəzərə alaraq müqavilənin icrası üzrə qeyd olunan malları bizə təqdim edəsiniz:- Paslanmaz metal tullantısı (1 tonu üçün) 1200,00 manat; Alümium metal tullantisı (1 tonu üçün) 2000,00 manat; Mis tullantısı (1 tonu üçün) 11000,00 manat/ Qeyd etmək istəyirəm ki, təqdim etdiyimiz qiymətlər ƏDV nəzərə alınmadan təqdim edilmişdir”. Qeyd edir ki, MMC müqavilə üzrə “Azərikimya" İstehsalat Birliyinin zavod ərazisindən istismara yararsız qara metal tullantılarının kəsilib, doğranılıb və yığılmasına öz işçi heyyətimiz və texnikalarımızın köməyi ilə yerinə yetirməklə həmin işlərə 35000 ( otuz beş min ) manat xərc çəkmişdir. Bununla yanaşı bildirmək istəyir ki, cavabdeh tərəf müqavilənin tələblərinə uyğun olaraq yuxarıda qeyd etdiklərini nəzərə alınmaqla borc ödənişinin həyata keçirilməsində maraqlıdır, bu şərtlə ki, iddiaçı tərəf də müqavilənin icrasında maraqlı olsun və müqavilədə nəzərdə tutulmuş metal tullantılarını MMC-yə versin. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi çıxış edərək bildirdi ki, “Azərkimya” İstehsalat Birliyi ilə "xxxx" MMC arasında imzalanmış 27 iyun 2024-cü il tarixli AZK-182/24 nömrəli müqavilənin icrası həyata keçiririlən zaman yaranmış olan Latun ilə bağlı tonunda 6% itki aşkarlanması, həmçinin köhnə metal qalıqlarında həddindən artıq çirk və ərp mövcudluğu ilə bağlı müqavilə tərəfinin səlahiyyətli şəxslərinin e-mail ünvanına yazılı müraciət edilmiş, lakin cavab olaraq bildirilmişdir ki, “Alüminium sınaq nəticəsi olaraq 95-96 % AL, 3 % ətrafında MG və balans elementləri var. 5032 grade Aluminium-a uyğun gəlir. Digər mövzu ilə bağlı texniki nəzarət olaraq təəssüf ki, kömək edə bilmərik. Köhnə metal qalıqlarında çirk və ərpin olması normaldır və bu fiziki olaraq ölçülüb müqaviləyə əlavə edilməsi və ya tolerans qoyulması (məs. Real çəki 3-5 %) tövsiyyə edilir”. Sorğulanan məsələ ilə əlaqədar cavabdehin münasibətinə cavab olaraq onların qeyd etdiyi analiz nəticəsi olaraq 98%-dən aşağı olanda Dür Alüminium, lakin 98%-dən yuxarı olarsa isə Alüminium sayıldığını, latunda yaranmış 6% itki ilə əlaqədar, həmin faizlə müəssiəmizə ziyan vurulduğunu və hər iki tərəfdən nümayəndə ayrılaraq həmin problemin araşdırılması xahiş edilmiş, lakin cavabdeh tərəfdən hər hansı adekvat addım atılmamışdır. Bundan əlavə, MMC-nin direktoru tərəfindən “Azərkimya” İB-nin Baş Direktoruna ünvanlanmış 08.02.24-cü və 20.11.24-cü il tarixli məktubda göstərilmişdir ki, “Azərikimya" İstehsalat Birliyinin zavod ərazisindən istismara yararsız qara metal tullantılarının kəsilib, doğranılıb və yığılmasına öz işçi heyyətimiz və texnikalarımızın köməyi ilə yerinə yetirmişik. Ödənişin tərəfimizdən həyata keçirilməsi üçün 20 noyabr 2024-cü il tarixinə olan birja qiymətlərinə əsasən sözü gedən müqavilənin Əlavə 1 də qeyd olunan mal-materiallar olan paslanmaz metal tullantısı, alüminum tullantısı və mis tullantısı üçün aşağıda qeyd olunan qiymət təklifini sizə təqdim edirik və xahiş edirik ki, yeni qiymətləri nəzərə alaraq müqavilənin icrası üzrə qeyd olunan malları bizə təqdim edəsiniz: Paslanmaz metal tullantısı (1 tonu üçün) 1200,00 manat; Alümium metal tullantisı (1 tonu üçün) 2000,00 manat; Mis tullantısı (1 tonu üçün) 11000,00 manat Qeyd etmək istəyirəm ki, təqdim etdiyimiz qiymətlər ƏDV nəzərə alınmadan təqdim edilmişdir”. Qeyd edim ki, MMC müqavilə üzrə “Azərikimya" İstehsalat Birliyinin zavod ərazisindən istismara yararsız qara metal tullantılarının kəsilib, doğranılıb və yığılmasına öz işçi heyyətimiz və texnikalarımızın köməyi ilə yerinə yetirməklə həmin işlərə 35000 manat xərc çəkmişdir. Qarşı tərəf cərimə, faiz və daşınma xərclərindən imtina etsə, əsas borc məbləğini qəbul edərlər.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZK182/24 nömrəli “alqı-satqı” müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Alıcı”ya bu Müqavilənin 1 nömrəli Əlavəsində göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun Malları (bundan sonra “Mal” və ya “Mallar” adlanacaq) satmağı, “Alıcı” isə Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Malların “Satıcİ”-dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı”-nın hüquqları:

10. Müqavilənin 2.1.1-ci bəndinə əsasən müqavilədə göstərilən və tərəflərin razılaşdığı malı qaimə-faktura əsasında “Alıcı”-ya satmaq;

11. Müqavilənin 2.2-ci bəndinə əsasən “Satıcı”-nın vəzifəsi:

12. Müqavilənin 2.2.1-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra edir və onların pozulmasına yol vermir.

13. Müqavilənin 2.3-cü bəndinə əsasən “Alıcı”-nın hüquqları:

14. Müqavilənin 2.3.1-ci bəndinə əsasən “Alıcı” bu Müqavilənin şərtlərinə uyğun olmayan Malın təhvil alınmasından imtina etmək;

15. Müqavilənin 2.3.2-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və pozulmasına yol verilməməsini “Satıcı”-dan tələb etmək;

16. Müqavilənin 2.4-cü bəndinə əsasən “Alıcı”-nın vəzifələri:

17. Müqavilənin 2.4.2-ci bəndinə əsasən malın qiymətini Müqavilənin 4-cü bölməsilə müəyyən edilən qaydada “Satıcı”nın hesabına, X1 məbləğini isə ödəniş gününə mövcud qanunvericiliyə uyğun şəkildə və qaydada ödəyir.

18. Müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” Təhvil təslim aktına əsasən qəbul etdiyi Malın öz hesabına satıcının ərazisindən - Sumqayıt şəhəri, İddiaçı “Etilen-Polietilen” zavodunun ərazisindən daşınmasını təmin edir.

19. Müqavilənin 3.2-ci bəndinə əsasən “Satıcı” Malı qaimə-faktura və təhvil-təslim aktı əsasında “Alıcı”ya təhvil verir və həmin qaimə-faktura Malın “Alıcı”-ya satılmasını təsdiq edir.

20. Müqavilənin 4.1-ci bəndinə əsasən bu Müqavilə üzrə satılan əlvan metal tullantılarının miqdarı, qiyməti Müqavilənin 1 nömrəli Əlavəsində göstərilir.

21. Müqavilənin 4.2-ci bəndinə əsasən bu Müqavilə əsasında satılan Malın dəyəri aşağıdakı qaydada ödənilir: “Alıcı” bu Müqaviləyə əsasən satılacaq əlvan metal tullantılarının hər partiya üzrə dəyərini manat (AZN) ilə əvvəlcədən ödəmə şərtilə “Satıcı” tərəfindən təqdim olunan müvafiq hesab fakturanın imzalı, möhürlü əsli təqdim edildikdən sonra bank köçürməsi vasitəsi ilə həyata keçirir. Bu müqavilənin 9-cu maddəsində qeyd olunan Alıcının bank rekvizitlərinin düzgünlüyünə Alıcı məsuliyyət daşıyır.

22. Müqavilənin 4.3-cü bəndinə əsasən bu Müqavilə əsasında satılan Malın miqdarı faktiki təchiz olunmuş miqdar əsasında təyin olunur.

23. Müqavilənin 4.4-cü bəndinə əsasən bu Müqavilə üzrə satılması nəzərdə tutulan Əlvan metal tullantılarının bazar qiymətlərində, valyuta məzənnələrində kəskin dəyişikliklər baş verdikdə Tərəflərin razılığı ilə qiymətlərə yenidən baxıla bilər.

24. xx.xx.2024-cü il tarixli müqaviləyə 1 nömrəli Əlavəyə əsasən tərəflər arasında malların yekun qiyməti 1687484,85 manat məbləğində müəyyən edilmişdir.

25. Alqı-satqı müqaviləsinə 02 iyul 2024-cü il tarixli 2 nömrəli Dəyişikliyə əsasən müqavilənin 4-cü maddəsinin 4.2. bəndi aşağıdakı redaksiyada dəyişdirilmişdir: 4.2. Bu Müqavilə əsasında satılan Malın dəyəri aşağıdakı qaydada ödənilir: “Alıcı" bu Müqaviləyə əsasən satılacaq əlvan metal tullantılarının hər partiya üzrə dəyərini manat (AZN) ilə 100% fakt üzrə ödəmə şərtilə “Satıcı" tərəfindən təqdim olunan hesab fakturaya əsasən, hər ay müvafiq hesab-faktura təqdim edildiyi tarixdən 10 (on) bank günü müddətində bank köçürməsi vasitəsi ilə həyata keçirir. Tərəflər arasında sonrakı qarşılıqlı hesablaşmalar Malın faktiki təchiz olunmuş miqdarını (nəqliyyat sənədləri əsasında) nəzərə almaqla həyata keçirilir. Hər növbəti partiya malın götürülməsi yalnız öncəki partiya üzrə ödəniş həyata keçirildikdən sonra aparılacaqdır. Bu müqavilənin 9-cu maddəsində qeyd olunan Alıcının bank rekvizitlərinin düzgünlüyünə Alıcı məsuliyyət daşıyır.

26. xx.xx.2024-cü il tarixli məhsulun buraxılması üçün xüsusi sifarışə əsasən Cavabdeh MMC tərəfindən malın qiyməti 6,70 manat olmaqla 30000 kq mal sifarış verilmişdir. Yekün olaraq 20,920 kg həcmində mal təhvil verilmişdir.

27. xx.xx.2024-cü il tarixli məhsulun buraxılması üçün xüsusi sifarışə əsasən Cavabdeh MMC tərəfindən malın qiyməti 6,70 manat olmaqla 22040 kq mal sifarış verilmişdir. Yekün olaraq 21.900 ton həcmində mal təhvil verilmişdir.

28. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən Cavabdeh MMC-yə malların satışına dair xx.xx.2024-cü il tarixli MT**********18 nömrəli - 160325,77 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********15 nömrəli – 153155,30 manat məbləğlərində e-qaimələr göndərilmişdir.

29. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

31. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

32. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

33. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

35. Göründüyü kimi tərəflər arasında xx.xx.2024-cü il tarixli, AZK182/24 nömrəli “alqısatqı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Alıcı”ya bu Müqavilənin 1 nömrəli Əlavəsində göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun Malları satmağı, “Alıcı” isə Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Malların “Satıcı”-dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 265.661,7 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəf əsas borc məbləğinin mövcüdluğunu etiraf etmişdir, lakin bildirmişdir ki, iddianı o şərtlə qəbul edə bilərlər ki, iddiaçı malı verməkdə davam etsin və cavabdeh də ödənişləri hissə-hissə etsin. Söküntülərin iddiaçı tərəfindən həyata keçirilməsi nəzərdə tutulsa da, faktiki olaraq onlar etmədiyi üçün cavabdeh tərəf icra etmişdir və 35.000 manat xərc çəkmişdir, həmin məbləğ iddia tələbindən çıxarılmalıdır.

36. Cavabdehin arqumentlərinə dair isə məhkəmə qeyd edir ki, müqavilədə söküntülərin iddiaçı tərəfindən həyata keçirilməsi və ya cavabdeh tərəfindən həyata keçirildiyi halda xərclərin iddiaçı tərəfindən qarşılayacağına dair hər hansı şərt mövcüd deyil.

37. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, məhsulun buraxılması üçün xüsusi sifarişi vərəqələri, e-qaimələr və cavabdehin əsas borc məbləğinə dair etiraz etməməsi ilə təsdiqini tapdığı üçün, iddia tələbinin əsas borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

38. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 265.661,7 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 265.661,7 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

39. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 13283,085 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.

40. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

41. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını qismən əsaslı hesab edir.

43. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borcun 2024-cü il tarixindən bugünə kimi ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 13283,085 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur.

44. Beləliklə, bu hissədə də iddia təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə 13283,085 manat faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

45. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 570 manat dövlət rüsumu və hüquqi yardım xərci olaraq 300 manat ödənilmişdir.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 570 manat dövlət rüsumunun və 300 manat vəkil xərcinin əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 265.661,7 manat əsas borc, borcun ödənişinin gecikdirilməsinə görə 13283,085 manat faiz borcu olmaqla cəmi 278944,78 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 570 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar