Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-916/2021 12.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehə “Unibank” X1 Səhmdar Cəmiyyətinin Yasamal filialı vasitəsi ilə ödənilmiş 210 manatın, iş üzrə 21 manatın və İXM-nin tələbinin pozulduğuna görə 50 manatın, dəbbə pulu 85 manatın, mənəvi ziyana görə 150 manatın, ümumi 466 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehə “Unibank” X1 Səhmdar Cəmiyyətinin Yasamal filialı vasitəsi ilə ödənilmiş 210 manatın, iş üzrə 21 manatın və İXM-nin tələbinin pozulduğuna görə 50 manatın, dəbbə pulu 85 manatın, mənəvi ziyana görə 150 manatın, ümumi 466 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul olunmasından imtina edir. İddiaçı ərizəsində İXM-nin tələbinin pozulduğuna görə 50 manatın, dəbbə pulu 85 manatın, mənəvi ziyana görə 150 manatın cavabdehdən tutulmasını tələb etmişdir ki, bu halda tərəflər arasında mübahisənin mövcud olması istisna olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehə “Unibank” X1 Səhmdar Cəmiyyətinin Yasamal filialı vasitəsi ilə ödənilmiş 210 manatın, iş üzrə 21 manatın və İXM-nin tələbinin pozulduğuna görə 50 manatın, dəbbə pulu 85 manatın, mənəvi ziyana görə 150 manatın, ümumi 466 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə ərizəni qəbul etməkdən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-916/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-916/2021
12.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver