Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-916/2025 14.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən - aldığı mallara görə 251.407,40 (iki yüz əlli bir min dörd yüz yeddi manat qırx qəpik) manatın, - gecikdirilmiş 251.407,40 (iki yüz əlli bir min dörd yüz yeddi manat qırx qəpik) manat borcuna 10 yanvar 2024-cü il tarixdən başlayaraq 10 yanvar 2025-ci il tarixədək illik 5 faiz olmaqla 12.570 (on iki min beş yüz yetmiş) manat pulun İddiaçı QSC-nin xeyrinə tutulması, - məhkəməyə ödənilmiş 554 (beş yüz əlli dörd) manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Satıcı İddiaçı QSC ilə alıcı "xxxx" MMC arasında 03 oktyabr 2022-ci il tarixli 148/22/S nömrəli və 25 yanvar 2023-cü il tarixli 150/23/S nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. Satıcı əvvəlcədən hər iki tərəfin razılaşdırdığı qaydada verilmiş sifarişə uyğun malları orada göstərilən çeşiddə və miqdarda Alıcının tam mülkiyyətinə verir, Alıcı isə bunun müqabilində malların dəyərini müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydalara uyğun olaraq Satıcıya ödəyir. "xxxx" QSC "xxxx" MMCnin sifarişi əsasında razılaşdırma protokollarında göstərilən malları Sifarişçiyə təhvil vermiş, lakin müqavilə üzrə satılmış malların dəyəri bu günədək ödənilməmişdir. "xxxx" MMC-nin "xxxx" QSC-yə cəmi 251.407,40 (iki yüz əlli bir min dörd yüz yeddi manat qırx qəpik) manat məbləğində borcu mövcuddur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya).
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli 148/22/s nömrəli, xx.xx.2023-cü il tarixli 150/23/S nömrəli və xx.xx.2023-cü il tarixli 166/23/S nömrəli alqısatqı müqavilələri bağlanılmışdır.
11. Müqavilələrin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı əvvəlcədən hər iki tərəfin razılaşdırdığı qaydada verilmiş sifarişə uyğun malları orada göstərilən çeşiddə və miqdarda alıcının tam mülkiyyətinə verir, alıcı isə buun müqabilində malların dəyərini bu müqavilə müəyyən edilmiş müddətlərdə və qaydalara uyğun olaraq satıcıya ödəyir.
12. xx.xx.2022-ci il tarixli 148/22/S nömrəli alqı-satqı müqaviləsinə 1,2,3,4 saylı Əlavə ilə təsdiq edilmiş X1 ilə, xx.xx.2023-cü il tarixli 150/23/S nömrəli alqı-satqı müqaviləsinə 1,2 saylı Əlavə ilə təsdiq edilmiş X1 ilə, xx.xx.2023-cü il tarixli 166/23/S nömrəli alqı-satqı müqaviləsinə 1 saylı Əlavə ilə təsdiq edilmiş X1 ilə tərəflər mal-materialın adı, texniki spesifikasiyası, miqdarı, vahidin satış qiyməti barədə razılığa gəlmişlər.
13. Alqı-satqı müqavilələrinin Əlavələrinə əsasən əlavədə olan malların dəyəri 100% ödənilməlidir.
14. Müqavilələr və onlara Əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
16. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin üzərinə düşür.
17. İş materiallarına əlavə edilmiş üzləşmə aktından görünür ki, xx.xx.2022-xx.xx.2023 tarixləri aralıqlarında İddiaçı QSC və Cavabdeh MMC arasında alqı-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə xx.xx.2023-cü il tarixinə olan borc 251.407,40 manat təşkil edir.
18. Qeyd edilən aktı tərəflər öz imzası və möhürü ilə təsdiq etmişlər.
19. Bundan başqa iddiaçı tərəfindən cavabdehə EBCH seriyalı 042970 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 12.172,88 manat, EBCL seriyalı, 184407 nömrəli, xx.xx.2022ci il tarixli dəyəri 33.303,14 manat, EBCL seriyalı, 559266 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 188.160,68 manat, EBCL seriyalı, 976803 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 17.086,40 manat, EBDC seriyalı, 617072 nömrəli, xx.xx.2023-cü il tarixli 21.310,80 manat, EBDD seriyalı 158635 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 590 manat, EBDJ seriyalı, 749938 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 5.664 manat, EBDM seriyalı, 136001 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 64.074 manat olan elektron qaimələr göndərilmişdir.
20. Hazırda iddiaçı cavabdeh tərəfindən ümumilikdə 90.954,40 manat məbləğində ödəniş edildiyini, nəticədə cavabdehin 251.407,40 manat borcunun qaldığını bildirmişdir.
21. Cavabdeh tərəf isə məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir
22. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia 251.407,40 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və 251.407,40 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir.
23. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 12.570 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
24. İddiaçı tərəfindən 10 yanvar 2024-cü il tarixdən başlayaraq 10 yanvar 2025-ci il tarixədək əsas borca illik 5 faizin tələb edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 12.570 (251.407,40x5/100=12.570,37 (1 il üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Məhkəmə hesab edir ki, iddia 326 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.
26. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli order verilmişdir.
27. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 326 manat məbləğində ödəniş edilmişdir
28. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 326 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.
29. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 554 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
30. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 554 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
31. Ona görə də, dövlət rüsumunun əvəzi olaraq 554 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.
32. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Əsas borc üzrə 251.407 (iki yüz əlli bir min dörd yüz yeddi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 12.570 (on iki min beş yüz yetmiş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 326 (üç yüz iyirmi altı) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 554 (beş yüz əlli dörd) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov