Məhkəmə qərarları › İş №e-2-2(113)-917/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-917/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-917/2025 09.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndənmüqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə yaranmış 77408,00 manat məbləğində pulun (borcun), 7740,80 manat məbləğində faizin və dövlət rüsumuna görə ödənilmiş 345,45 manat pulun, ümumilikdə isə 85494 manat pulun alınaraq iddiaçı"xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə barışıq sazişi və ərizə təqdim edilmişdir. Həmin ərizədə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə cavabdehin iştirakı olmadan, təqdim olunmuş ərizələr əsasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Birinci tərəf: "xxxx" MMC (VÖEN **********, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 87A. mənzil 730) İkinci tərəf: "xxxx" MMC (VÖEN **********, Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi, ev 8, mənzil 17/21) Tərəflər arasında olan “müqavilə üzrə yaranmış borc və faizlərin tutulması” tələbindən irəli gələn Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)-8454/2024 saylı məhkəmə mübahisəsinin qarşılıqlı həlli məqsədilə aşağıdakı şərtlər bu Sazişi (bundan sonra “Saziş”) imzaladılar: Maddə 1. Mübahisənin qısa təsviri İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi, həmin müqavilənin ayrılmaz hissəsi sayılan xx.xx.2022-ci il tarixli X1 (1 saylı Əlavə) və elektron qaiməyə əsasən "xxxx" MMC-dən tələb olunan ümumilikdə 85494 manat məbləğində pul tələbi barədə kommersiya mübahisəsi Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Maddə 2. Barışığın şərtləri 2.1.Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi və müqaviləyə əlavəyə əsasən tələb olunan ümumilikdə 85494 manat məbləğində pul tələbi barədə Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)-8454/2024 saylı kommersiya mübahisəsi ilə bağlı aşağıdakı şərtlərlə razılığa gəldilər: 2.1.1.Tərəflər razılığa gəlirlər ki, aralarında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “İkinci tərəf”in “Birinci tərəf”ə ödənilməli olan qalıq borc məbləği cəmisi 35400 manat (əsas borc məbləği 30.000 manat, faiz məbləği isə 5.400 manat) təşkil edir. 2.1.2. “İkinçi tərəf’ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 30.000 (otuz min) manat əsas borc, 5.400 (beş min dörd yüz) manat məbləğində laiz borcunu bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğu gündən 1 (bir) il müddətinə birinci tərəfə ödəməyi öhdəsinə götürür. 2.1.3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı 77408,00 əsas, 7740,70 manat fazi, 345,45 manat dövlət rüsumu, ümumilikdə 85494 manat məbləğində pul tələbi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)-8454/2024 saylı kommersiya işində iddia tələbinin 50.094 (əlli min doxsan dörd) manat hissəsindən imtina edir. 2.1.4. Tərəflər təsdiq edirlər ki, bu məhkəmə mübahisəsi, xx.xx.2022-ci il tarixli müqavilə və qaimə əsasında gələcəkdə bir-birlərinə qarşı heç bir iddia tələbi və şikayətləri olmayacaqdır.

3. Bu Saziş imzaladıqdan sonra tərəflər birgə ərizə ilə hazırkı Sazişin təsdiqi və məhkəmə işinə xitam verilməsi barədə birgə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edəcəklər.

4. Sazişin imzalanması hazırki predmet üzrə əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

5. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər.

6. Bu Saziş 3 nüsxədə tərtib edilmişdir. Sazişin nüsxələri Sazişin tərəflərində hərəsində 1 nüsxə və Bakı Kommersiya Məhkəməsində 1 nüsxə saxlanılacaqdır.

7. Bu Saziş Məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

8. “Tərəflər” qəbul edirlər ki, Barışıq sazişi üzrə hər hansı bir öhdəlik yerinə yetirilmədikdə tərəflərdən birinin müraciəti əsasında məhkəmə tərəfindən icra vərəqəsi verilir və Barışıq sazişinin şərtləri icra vərəqəsi əsasında məcburi qaydada həyata keçirilir.

Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar