Məhkəmə qərarları › İş №e-2-2(113)-919/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-919/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-919/2022 22.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 12.02.2020- ci il tarixli, D052 saylı müqaviləsinin, 09.12.2020-ci il tarixli, 03.03.2021-ci il tarixli razılaşmaların ləğv edilməsi, pulun tutulması, istifadə hüququna xitam verilməsi və s. tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Maraqlı şəxs arasında bağlanmış 12.02.2020-ci il tarixli D052 saylı daxili lizinq müqaviləsinin, İddiaçı MMC, Maraqlı şəxs və Cavabdeh MMC arasında D052 saylı Daxili lizinq müqaviləsinə əlavə olaraq öhdəliyin ötürülməsi haqqında bağlanmış 09.12.2020-ci il tarixli üçtərəfli razılaşmanın və İddiaçı MMC ilə Cavabdeh MMC arasında müqavilənin müddətinin uzadılması barədə bağlanmış 03.03.2021-ci il tarixli əlavə razılaşmanın ləğv edilməsi, lizinq məbləği üzrə 187.792 ABŞ dolları, 47.124 ABŞ dolları məbləğində hesablanmış cərimə olmaqla cəmi 234.916 ABŞ dolları məbləğində borcun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, Cavabdeh MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi 5F, 4057-ci məhəllə (yeni qaydalarla: AZ1047 ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə olan istifadə (lizinq) hüququna xitam verilməsi və əmlakın boşaldılaraq İddiaçı MMC-yə qaytarılması, məhkəmədə iddia qaldırılması üçün İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fərdi sahibkar Maraqlı şəxs (VÖEN: **********) İddiaçı MMC-yə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi 5F, 4057-ci məhəllə (yeni qaydalarla: AZ1047 ünvan 1 ünvanında yerləşən və bundan sonra lizinq obyekti adlanacaq qeyri yaşayış sahəsini lizinq yolu ilə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra həmin əmlakın əvvəlki mülkiyyətçisi olmuş X2 ilə bağlanmış 12.02.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən əldə olunmuşdur. Növbəti olaraq İddiaçı MMC ilə Maraqlı şəxs arasında bağlanmış 12.02.2020-ci il tarixli D025 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyekti olan əmlak lizinq məbləği 400.000 manat, lizinq müddəti 12 ay və lizinq mükafatı 25% olmaqla lizinqə verilmişdir. Lizinq alan Maraqlı şəxs maddi çətinlikləri ilə əlaqədar olaraq müqavilə üzrə öhdəliklərini vaxtında vəlazımi qaydada yerinə yetirə bilmədiyindən lizinq öhdəliklərinin üçüncü şəxsə ötürülməsi yolu ilə vəziyyəti düzəltmək istədiyini bildirmişdir. Nəhayət İddiaçı MMC, Maraqlı şəxs və Cavabdeh MMC arasında D052 saylı Daxili lizinq müqaviləsinə əlavə olaraq öhdəliyin ötürülməs haqqında bağlanmış 09.12.2020-ci il tarixli üçtərəfli razılaşmaya əsasən lizinq obyekti olan əmlak lizinq borcu 277.802 ABŞ dolları, lizinq müddəti 11.02.2021-ci il tarixinədək və lizinq mükafatı 25% olmaqla Cavabdeh MMC-yə lizinqə verilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 03.03.2021-ci il tarixli əlavə razılaşmaya əsasən lizinq müddəti 11.02.2022-ci il tarixinədək olmaqla daha 12 ay uzadılmışdır. İddiaçı MMC-nin 0312/21 saylı 05.11.2021-ci il tarixli maliyyə arayışına görə lizinq müddəti uzadılandan, yəni 12.02.2021-ci il tarixdən maliyyə arayışının verildiyi tarixədək ötən 8 aylıq müddət ərzində lizinq öhdəliyi üzrə heç bir ödəniş aparılmamışdır. Həmin müddət üçün 187.792 ABŞ dolları, 47.124 ABŞ dolları hesablanmış cərimə, cəmi olaraq 234.916 ABŞ dolları ödənilməli gecikmiş borc vardır. Cavabdehə müqavilə öhdəliklərinin icrası ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunmuş, öhdəliklərin icrası tələb olunmuş və əks təqdirdə müqavilənin ləğv edilərək əmlakın geri alınacağı barədə xəbərdar edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili (eyni zamanda direktoru Qanuni nümayəndə1) və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili tərəflər arasında bağlanılmış barışıq sazişini və barışıq sazişinin təsdiq edilməsi barədə hər iki tərəfin imzaladığı yazılı ərizələri məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Tərəflər barışıq sazişinin təsdiq edilməsi barədə ərizədə MPM-in 191-ci maddəsini rəhbər tutmuşlar. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 08 aprel 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Tərəflər, biri digərinə heç bir ödəniş etmədən və vəsait qaytarmadan aralarında mövcud olan D052 nömrəli, 12.02.2020-ci il tarixli Daxili lizinq müqaviləsi, D052 nömrəli, 09.12.2020-ci il tarixli D052 saylı Daxili lizinq müqaviləsinə əlavə razılaşma (öhdəliyin ötürülməsi haqqında) və 03.03.2021-ci il tarixli D052 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşma (lizinq müqaviləsinin bitmə müddətinin uzadılması barədə) üzrə lizinq münasibətlərinə 08.04.2022-ci il tarixindən xitam verilməsi barədə razılığa gəlirlər.

2. İddiaçı MMC iddia tələbinin “lizinq məbləği üzrə 187.792 ABŞ dolları, 47.124 ABŞ dolları məbləğində hesablanmış cərimə olmaqla cəmi 234.916 ABŞ dolları məbləğində borcun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi və Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi 5F, 4057-ci məhəllə (yeni qaydalarla: AZ 1047 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı MMC-yə qaytarılması, məhkəmədə iddia qaldırılması üçün İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissəsindən imtina edir.

3. Cavabdeh MMC Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi 5F, 4057-ci məhəllə (yeni qaydalarla: AZ 1047 ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə yaranacaq istifadə və lizinq hüququndan imtina edir.

4. Bu Saziş məhkəmə qaydasında təsdiq olunduqdan və qanuni qüvvə aldıqdan sonra İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı mübahisə üzrə irəli sürdüyü pul tələbi və əmlakın boşaldılaraq geri qaytarılması hüququ, Cavabdeh MMC-nin isə lizinq obyekti olan əmlaka istifadə və digər hüquqları itirilmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 12.02.2020- ci il tarixli, D052 saylı müqaviləsinin, 09.12.2020-ci il tarixli, 03.03.2021-ci il tarixli razılaşmaların ləğv edilməsi, pulun tutulması, istifadə hüququna xitam verilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. Tərəflər, biri digərinə heç bir ödəniş etmədən və vəsait qaytarmadan aralarında mövcud olan D052 nömrəli, 12.02.2020-ci il tarixli Daxili lizinq müqaviləsi, D052 nömrəli, 09.12.2020-ci il tarixli D052 saylı Daxili lizinq müqaviləsinə əlavə razılaşma (öhdəliyin ötürülməsi haqqında) və 03.03.2021-ci il tarixli D052 saylı Daxili lizinq müqaviləsinə əlavə razılaşma (lizinq müqaviləsinin bitmə müddətinin uzadılması barədə) üzrə lizinq münasibətlərinə 08.04.2022-ci il tarixindən xitam verilməsi barədə razılığa gəlirlər.

2. İddiaçı MMC iddia tələbinin “lizinq məbləği üzrə 187.792 ABŞ dolları, 47.124 ABŞ dolları məbləğində hesablanmış cərimə olmaqla cəmi 234.916 ABŞ dolları məbləğində borcun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi və Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi 5F, 4057-ci məhəllə (yeni qaydalarla: AZ 1047 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı MMC-yə qaytarılması, məhkəmədə iddia qaldırılması üçün İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissəsindən imtina edir.

3. Cavabdeh MMC Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi 5F, 4057-ci məhəllə (yeni qaydalarla: AZ 1047 ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə yaranacaq istifadə və lizinq hüququndan imtina edir.

4. Bu Saziş məhkəmə qaydasında təsdiq olunduqdan və qanuni qüvvə aldıqdan sonra İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı mübahisə üzrə irəli sürdüyü pul tələbi və əmlakın boşaldılaraq geri qaytarılması hüququ, Cavabdeh MMC-nin isə lizinq obyekti olan əmlaka istifadə və digər hüquqları itirilmiş olur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar