Məhkəmə qərarları › İş №e-2-2(113)-920/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-920/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-920/2022 01.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi ilə Tərəflərin iştirakları olmadan İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia ərizəsi üzə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ərizə ilə məhkəməyə müraciət edərək, 17.05.2012-ci il tarixli 753-L/12 nömrəli müqavilə üzrə 7738 manat gecikdirilmiş borcun və hesablanmış 5548,37 manat cərimə borcunun, 19.06.2012-ci il tarixli 830-L/12 nömrəli müqavilə üzrə 11363 manat gecikdirilmiş borcun və hesablanmış 6784,66 manat cərimə borcunun, 26.11.2012-ci il tarixli 1204-L/12 nömrəli müqavilə üzrə 12599 manat gecikdirilmiş borcun və hesablanmış 8400,21 manat cərimə borcunun və hüquqi yardımla bağlı 350 (üç yüz əlli) manat cəmi: 52783,24 (əlli iki min yeddi yüz səksən üç manat 24 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, məhkəmə hazırlıq iclası təyin olunmuş, iddiaçının nümayəndəsi məhkəməyə 01.02.2022-ci il tarixdə ərizə ünvanlayaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni nəzərdən keçirib, iş materiallarım araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmişdir sənədlər geri qaytarılmalıdır.. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-ci maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 260, 263,264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar