Məhkəmə qərarları › İş №e-2-2(113)-9225/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-9225/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9225/2025 15.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İdddiaçı İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC -dən 65,011.72 AZN (altmış beş min on bir manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin, o cümlədən, 286.00 AZN məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq pul vəsaitinin məcburi qaydada tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 Məhdud Məsuliyyətli Cəmiyyəti (bundansonra “iddiaçı” və ya “satıcı” adlandırılacaq) ilə Cavabdeh (bundan sonra “cavabdeh” və ya “satıcı” adlandırılacaq) arasında 01 noyabr 2024-cü il tarixində SDF- SX24/0263 saylı alqı-satqımüqaviləsi (bundan sonra “müqavilə” adlandırılacaq) bağlanmışdır (qoşma:müqavilə iddia ərizəsinə əlavə edilir). 2. Müqavilənin müddəalarına görə satıcıalıcının sifarişiəsasında adı, növü, ölçüsü, miqdarı, qiyməti və ümumi dəyəri qaimə-fakturada və ya təhvil-təslim aktında göstərilən müxtəlif növ mal və məhsulları (bundan sonra “məhsul”) alıcının mülkiyyətinə verməyi, alıcı isə bu müqavilə əsasında malın qəbul edib dəyərini satıcıya ödəməyi, alıcı isə satılmış məhsulun dəyərini 15 təqvim günü ərzində satıcının hesablaşma hesabına ödəməyi öhdəsinə götürmüşdür. 3. Müqaviləyə uyğun olaraq satıcının məhsulları alıcının mülkiyyətinə verməsinə baxmayaraq, alıcı qeyd edilən müddət ərzində məhsulların dəyərinisatıcıya ödəməmişdir. Hazırki tarixə cavabdehin iddiaçıya 65,011.72 AZN (altmış beş min on bir manat yetmiş iki qəpik) məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı ilə cavabdeh arasında borcun təsdiqi qismində qarşılıqlı üzləşmə aktı imzalanmış və borc təsdiq edilmişdir. 4. İddiaçı cavabdehlə arasında olan kommersiya mübahisəsini məhkəmədən kənar qaydada həll etmək üçün ona 27 avqust 2025-ci il tarixli pretenziya məktubu ünvanlamış, Cəmiyyətimizə olan 65,011.72 AZN (altmış beş min on bir manat yetmiş iki qəpik) məbləğində olan borcu ən geci 15 (on beş) təqvim günü ərzində ödəməsini,əks təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının 27 avqust 2025ci il tarixli pretenziya məktubuna hər hansı rəsmi cavab verilməmişdir. Belə olduğu təqdirdə iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC -dən 65,011.72 AZN (altmış beş min on bir manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin, o cümlədən, 286.00 AZN məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq pul vəsaitinin məcburi qaydada tutularaq iddiaçı “X6” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdik. Bildiririk ki, iddia ərizəsi yazılarkən texniki səhvə yol verilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli, 3-21-2-15/2-81843/2025 saylı Dövlət Reyestr Xidmətindən çıxarışa əsasən, "X6" MMC-nin adı "xxxx" MMC olaraq dəyişdirilmişdir (çıxarış məhkəməyə təqdim edilmişdir). Bu səbəbdən də iddia ərizəsində və xahiş hissəsində qeyd edilən "X6" MMC sözlərinin dəyişdirilərək "xxxx" MMC ilə əvəz olunmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 01 noyabr 2024-cü il tarixində SDF-SX24/0263 alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən ““SATİCİ” “ALİCP’nın sifarişi əsasında adı, növü, ölçüsü, miqdarı, qiyməti və ümumi dəyəri qaimə- faktuıada və ya təhvil-təslim aktında göstərilən müxtəlif növ mal və məhsulları (bundan sonra “məhsul”) “ALTCF’nın mülkiyyətinə verməyi, “ALİCİ” isə bu müqavilə əsasında malın qəbul edib dəyərini “SATİCı’ya ödəməyi öhdəsinə götürür. - 3.1-ci bəndinə əsasən Satılmış Məhsulun dəyəri 15 təqvim günü ərzində “ALİCİ” tərəfindən “SATİCP’-nın hesablaşma hesabına ödənilməlidir. Ödənilmiş pul vəsaitinin “SATTCT’nın hesabına daxil olduğu gün ödəniş günü hesab olunur. Satılmış məhsulun dəyəri “SATİCP’ya vaxtında ödənilmodikdə, “ALİCF’nın yeni sifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir. - 3.2-ci bəndinə əsasən "Alıcrnm sifarişinə uyğun olaraq ""Satıcı” tərəfindən təslim etliiən malların dəyəri təqdim edilən qaimə fakturanm əsasında 30(otuz) gün ərzində “Satıcı”nin bankdakı hesabına və ya nəğd şəkilində ödənilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

11. İddiaçı tərəfindən cavabdehə MT2501 11664855 nömrəli xx.xx.2024-cü il tarixli 29500 manat, MT2502 11567747 nömrəli xx.xx.2025-ci il tarixli 28025 manat, MT2502 11946538 nömrəli xx.xx.2025-ci il tarixli 28025 manat,mənləğində elektron qaimələr göndərilmişdir.

12. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən cavabdeh tərəfindən iddiaçıya ümumi məbləği 90978 manat məbləğində mal verilmiş,həmin məbləğdən 25966.28 manat ödənilmiş,65011.72 manat ödənilməmiş borcu qalmışdır.

13. İddiaçı tərəfindən verilmiş qarşılıqlı üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 64276.25 manat ödənilməmiş borcu var. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. V. Tətbiq edilən hüquq:

14. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

17. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)” Vİ.Məhkəmənin mövqeyi:

18. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilən elektron qaimələrlə, təhvil təslim aktları və üzləşmə aktları ilə ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

20. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 65,011.72 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, cavabdehə məhkəmə iclasları barədə rəsmi məlumat verilsə də, müqavilə üzrə hər hansı ödənişlər edilməsi barədə sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 65,011.72 manat məbləğində əsas borc tutularaq İddiaçı MMCyə ödənilməlidir.

21. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 286 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

22. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 286 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 65,011.72 (altmış beş min on bir manat yetmiş iki qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumu kimi 286 (iki yüz səksən altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin (əvvəlki adı-X6” MMC) xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar