Məhkəmə qərarları › İş №e-2-2(113)-9285/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9285/2025

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9285/2025 02.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, əsas borc) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ.İşin halları

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 8443,85 manat maliyyə borcunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra; İddiaçı) ilə Cavabdeh (bundan sonra; Cavabdeh) arasında qida məhsullarının satışı ilə bağlı müqavilə bağlamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdən Cavabdehə müxtəlif qida məhsulları vermiş və buna görə də onların 8443,85 manat maliyyə borcu yaranmışdır. Cavabdehə dəfələrlə telefon vasitəsilə deyilməyinə və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliklərini yerinə yetirmir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2025-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının (Dövlət Vergi Xidməti - onlayn kargüzarlıq) elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və borcun ödənilməsi üçün təşəbbüs göstərməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad olunmuşdur.

4. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında bildirmişdir ki, üzləşmə aktında qeyd olunan məbləğ 13 noyabr tarixinə kimidir və həmin tarixdən sonra ödənişlər olunduğuna görə məbləğ 8443,85 manat olmuşdur.

5. İddiaçının nümayəndəsi hazırki məhkəmə iclasında iddia ərizəsində qeyd olunanları müdafiə etdiyini bildirmiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİ.Tədqiq olunan sübutlar

7. İş materiallarına əlavə edilmiş:

8. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 27 oktaybr 2022-ci il tarixli, 80/2022 saylı müqavilədən görünür ki, «Satıcı» «Alıcı»nın sifariş etdiyi məhsulları (bundan sonra "Əmtəə”) tədarük etməyi, «Alıcı» isə onları qəhul edib və haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən tədarük edilən Əmtəələrin tədarük edilmə müddəti və qiyməti, habelə onlar haqqında digər ətraflı nomenklatur məlumatlar, hər konkret partiya üzrə bu müqaviləyə əlavə ediləcək və onun ayrılmaz hissəsi hesab edilən Əlavələrdə (Azərbaycan Resbulikasının normativ aktları ilə müəyyən edilmiş tələblərə cavab verən bütün rekvizitlərı olan - Hesab, qəbz, hesab-faktura və s.) müəyyənləşdirilir. Müqavilənin 2.1-ci bəndinə əsasən Əmtəələrin tədarük müddəti hər konkret partiya üzrə əvvəlcədən müəyyənləşdirilir. Müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən «Alıcı«nın «Satıcı» ilə hər dəfə hesablaşması Əmtəələrin tədarükü faktına əsasən həyata keçirilir. «Alıcı», hər konkret partiya üzrə Əmtəələrin dəyərini, Qaimə-fakturada göstərilmiş qiymətlərlə Əmtəələri aldıqdan 30 bank günü müddətinə «Satıcı»nın hesabına köçürmə yolu ilə ödəyir. Müqavilənin 5.1-ci bəndinə əsasən Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflər tərəfindən razılıq əsasında xitam verilməsənə qədər qüvvədədir.

9. EBDB seriyalı, 333904 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 516,53 manat dəyərində mallar, EBDB seriyalı, 844958 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 499,39 manat dəyərində mallar, EBDC seriyalı, 096861 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 345,24 manat dəyərində mallar, EBDC seriyalı, 570804 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 526,52 manat dəyərində mallar, EBDD seriyalı, 172183 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 381,82 manat dəyərində mallar, EBDD seriyalı, 237205 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 376,52 manat dəyərində mallar, EBDU seriyalı, 420531 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 583,39 manat dəyərində mallar, EBDV seriyalı, 368320 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 480 manat dəyərində mallar, EBDV seriyalı, 345129 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 552,71 manat dəyərində mallar, EBDV seriyalı, 141249 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 202,01 manat dəyərində mallar, EBDV seriyalı, 344927 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 879,84 manat dəyərində mallar, EBDV seriyalı, 527450 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1444,08 manat dəyərində mallar, EBDV seriyalı, 747241 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 832,5 manat dəyərində mallar, EBDV seriyalı, 910041 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 234 manat dəyərində mallar, EBDW seriyalı, 560401 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 264,16 manat dəyərində mallar, EBDW seriyalı, 559704 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 259,64 manat dəyərində mallar, EBDX seriyalı, 029710 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 990,75 manat dəyərində mallar, EBDW seriyalı, 497505 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 988,9 manat dəyərində mallar, EBDX seriyalı, 611216 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 282,62 manat dəyərində mallar, EBDX seriyalı, 721706 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 577,72 manat dəyərində mallar, EBDX seriyalı, 823093 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 157,06 manat dəyərində mallar, EBDY seriyalı, 052110 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 267,49 manat dəyərində mallar, EBDY seriyalı, 220173 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 533,52 manat dəyərində mallar, EBDZ seriyalı, 467233 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 114,94 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Ümumilikdə isə 12.291,35 manat dəyərində mallar ödəniş üçün təqdim edilmişdir.

10. Alıcının 15, 23, 29 mart, 07 aprel, 06, 13, 14, 22 dekabr 2023-cü il, 03, 05, 16, 26, 30 yanvar, 02, 06, 27 fevral 2024-cü il tarixli sifariş aktlarından və 08 mart 2023cü il tarixdən 06 yanvar 2024-cü il tarixədək olan müəssisədaxili qaimə fakturalardan görünür ki, ümumilikdə 11.750,36 manat dəyərində mallar sifariş edilmiş və təhvil verilmişdir.

11. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə olan borcu 9.849,96 manatdır. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında üzləşmə aktının tərtib olunduğu tarixdən sonra ödənişlərin edildiyini və borc məbləğinin 8443,85 manat olduğunu qeyd etmişdir.

12. 06.12.2023-cü il və xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, üzləşmə aktı tərtib olunduğu tarixdən sonra cavabdeh tərəfindən ümumilikdə 1.359,35 manat ödəniş olunmuş, cavabdehin 8.490,61 manat borcu qalmışdır.

13. 02.02.2026-cı il tarixli ərizədən görünür ki, iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək 8490,61 manat borcun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə iclasında iddia tələbinin artırılması barədə ərizəsinin nəzərə alınmamasını və ona geri qaytarılmasını xahiş etmişdir.

14. 30 oktyabr 2025-ci il tarixli Pretenziya məktublarından görünür ki, Cavabdeh MMCnin müqavilə üzrə İddiaçı MMC-yə 8443,85 manat borcu vardır. Həmin borc məbləğinin 5 iş günü ərzində ödənilməsinin tələb olunduğu, əks halda borcla yanaşı digər xərclərin tutulması barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir.

15. 05.11.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 115,60 manat dövlət rüsumu ödəmişdir. İİİ.Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

19. MM-nin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

20. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

21. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

25. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir.

26. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır.

27. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. İV.Məhkəmə baxışının hədləri

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

V.Məhkəmənin mövqeyi

35. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı tərəfindən cavabdehin sifarişlərinə əsasən mallar göndərilmiş, bu göndərişlər elektron qaiməfakturalarla rəsmiləşdirilmiş, həmçinin tərəflər arasında qarşılıqlı hesablaşmaların vəziyyətini əks etdirən üzləşmə aktı tərtib edilmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (sifariş aktları, elektron qaimələr və üzləşmə aktı) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır.

36. Ona görə də qanunvericilik normalarını, tərəflər arasındakı 27 oktaybr 2022-ci il tarixli müqaviləni, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, yəni aldığı malların cəmi dəyəri olan 8443,85 manat pul məbləğini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı məhsulların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 8443,85 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

37. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 115,60 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Vİ.Nəticə

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 8443,85 (səkkiz min dörd yüz qırx üç manat səksən beş qəpik) manat əsas borc və ödənilmiş 115,60 (yüz on beş manat altmış qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar