Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-930/2021 04.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimli İlkin Camal oğlunun katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 ASC-yə qarşı “müəyyən hərəkətlərin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sabunçu İstehsalat Xidməti Bazası" Açıq Səhmdar Cəmiyyətindən cəmiyyətin istifadəsində olan 15547,1 kv.m torpaq sahəsinin cəmiyyət tərəfindən özəlləşdiriməsindən imtina ediməsi və həmin torpaq sahəsinin hərraca çıxarılmasına razılıq verilməsini təsdiqləyən cəmiyyətin səhmdarlarının ümumi yığıncağının protokolunun cəmiyyətin möhürü ilə təsdiq olunmuş surətinin, xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2019-cu il tarixinə cəmiyyətin maliyyə hesabatlarının, ona əlavələrin və auditor aktlarının cəmiyyətin möhürü ilə təsdiq olunmuş surətinin, cəmiyyətin balansında olan əsas vəsaitlərinin silinməsi aktlarının cəmiyyətin möhürü ilə təsdiq olunmuş surətinin; cəmiyyətin nizamnaməsinin və nizamnaməyə edilən dəyişikliklərin, o cümlədən nizamnamə kapitalının azaldılması ilə əlaqədar olan dəyişikliklərin cəmiyyətin möhürü ilə təsdiq olunmuş surətinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, cavabdehlə əldə edilmiş razılaşmaya əsasən iddia ərizəsinin geri götürülməsi zərurəti yaranmasını nəzərə alıb iddia ərizəsinin baxılmamış saxlanması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, X1 ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddiaçının vəsatəti təmin edilməli və iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.6 və 259.0.11 maddələrinə uyğun olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin nümayəndəsinin üzürsüz səbəbdən məhkəmə iclasına gəlməməsini məhkəmə onun işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. Eyni zamanda iddiaçının iddianın baxılmamış saxlanması və ərizənin geri qaytarılması barədə xahişi həm qanuna zidd olmadığından və həm də cavabdehin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təmin edilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdeh X1 ASC-yə qarşı “müəyyən hərəkətlərin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası baxılmamış saxlanılmalı və ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 ASC-yə qarşı “müəyyən hərəkətlərin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-930/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-930/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver