Məhkəmə qərarları › İş №e-2-2(113)-936/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-936/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-936/2021 16.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı “xxxx” Özəl X5nın cavabdeh “xxxx” MMC-yə qarşı müqaviləyə xitam verilməsi, borcun tutulması və zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Özəl X5 cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” Özəд X5 ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, EXP 0518 saylı alqı-satqı müqaviləsinə xitam verilməsi və həmin müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 21.904,6 avro məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” Özəl X5 ilə cavabdeh ”Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2018-ci il tarixli, EXP 0518 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə xx.xx.2020-ci il tarixində edilmiş 3 nömrəli əlavəyə əsasən müqavilənin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, EXP 0518 saylı alqı-satqı müqaviləsinə əsasən, təchizatçı “xxxx” Özəl X5 boya və lak çeşidlərini alıcıya tədarük etməli, alıcı isə qəbul edib göndərilən malın dəyərini ödəməyi öhdəsinə götürür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 03 nömrəli hesab fakturaya (invoice) əsasən, iddiaçı cavabdehə 38.281 avro dəyərində mal göndərmiş və gömrük bəyənnamələrinə əsasən isə cavabdeh həmin malları qəbul etmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş memorial orderlərə əsasən, cavabdeh borcun bir hissəsini 16.314,28 avro hissəsini ödəmişdir. Tərəflərindən cavabdehə üzləşmə aktı da rəsmi olaraq poçt vasitəsi ilə göndərilmişdir. Cavabdeh ”Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı “xxxx” Özəl X5na xx.xx.2018-ci il tarixli, EXP 0518 saylı alqı-satqı müqaviləsi üzrə 21.904.6 avro məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icra edilməməsi səbəbindən “xxxx” Özəl X5 bu gün Ukrayna Respublikasında əlavə olaraq hər gün cərimələnir. Dəfələrlə cavabdeh şirkətlə borcun ödənilməsi üçün danışıqlar aparılsa da, onlar borcu ödəməkdən yayınmışdırlar. Eyni zamanda tərəflərindən xx.xx.2020-ci il tarixində aralarında bağlanmış alqı-satqı müqaviləsinin xitam verilməsinə dair bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2020-ci il tarixində cavabdeh tərəfindən rəsmi olaraq qəbul edilsə də, cavabdeh tərəfindən bildirişə rəsmi münasibət bildirilməmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia həcminin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, iddiaçı “xxxx” Özəl X5 ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, EXP 0518 saylı alqı-satqı müqaviləsinə xitam verilməsi barədə və həmin müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 11.904,6 avro məbləğində borcun, məhkəməyə işin hazırlanmasına görə 271 avro, iddia ərizəsinin pretenziya və müqavilə xitamına dair bildirişin çatdırılmasına görə 50 manat, vəkil xidmətlərinə görə 160 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia həcminin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, iddiaçı "xxxx" Özəl X5 ilə cavabdeh ”Cavabdeh arasında bağlanmış xx.xx.2018-c. il tarixli, EXP 0518 saylı alqı-satqı müqaviləsinə xitam verilməsi; müqavilə üzrə cavabdeh ”Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş 11.904, 6 avro məbləğində borcun tutulması; iddiaçı tərəfindən ödənilmiş iddia ərizəsinə əlavə edilmiş sənədlərin müqavilə, təsis sənədləri, etibarnamə, maliyyə və gömrük sənədlərinin qaimə fakturaların) azərbaycan dilinə tərcüməsinə görə 8705 Ukrayna Qrivnasının, həmin sənədlərin notarial təsdiqinə görə cəmi 2100 Ukrayna Qrivnasının, həmin sənədlərin surətli beynəlxalq poçt daşıma xidməti (DHL) vasitəsi ilə göndərilməsinə görə cəmi 3119 Ukrayna Qrivnasının, cavabdehə iddia ərizə, pretenziya, müqavilənin xitamına dair bildirişin çatdırılmasına görə 50 manat, vəkil xidmətlərinə görə 160 manat məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; İddiaçı tərəfindən Cavabdeh MMC-nin öz öhdəliklərinin vaxtında və lazimınca icra edilməməsi səbəbindən iddiaçıya dəymiş zərərin yəni, Ukrayna Vergi Xidmətinə artıq ödənilmiş cərimənin, 306.908 Ukrayna qrivnasının cavabdeh ”Cavabdeh” MMC-dən tutularaq iddiaçı “xxxx" Özəl X5nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında dəqiqləşdirilmiş iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: -"xxxx" Özəl X5 (təchizatçı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx xxx 2018-ci il tarixli EXP 0518 saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, həmin müqaviləyə əsasən təchizatçı boya və lak çeşidlərini tədarük etməyi, alıcı isə qəbul edib ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən malların çeşidləri, miqdarı və qiymətləri, habelə çatdırılma şərtləri və malların hər çatdırılması üçün ödəmə qaydası bu müqavilənin ayrılmaz hissəsi olan hər çatdırılma üçün invoys proformasının imzalanması və təsdiqlənməsi yolu ilə razılaşdırır. 1.3-cü bəndinə əsasən müqavilə üzrə ümumi məbləğ 500.000 avro təşkil edir. 5.1-ci bəndinə əsasən invoys proforması məbləğinin 50%-i qabaqcadan ödəmə, qalan 50% 90 gün möhlət verilməklə. 8.1-ci bəndinə əsasən tərəflərdən biri bu müqavilənin şərtləri pozarsa, bu pozuntunu edən tərəf qarşı tərəfə dəymiş zərərləri tam şəkildə ödəməyə borcludur. 8.2-ci bəndinə əsasən tərəflər tərəfindən bu müqavilə üzrə öhdəliklərinin lazımi şəkildə yerinə yetirilməməsi halında itkilərin ödənilməsi günahkar tərəfi öz öhdəliklərini yerinə yetirilməsindən azad etmir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Həmin müqaviləyə dair 3№-li əlavə sazişə əsasən müəyyən edilir ki, müqavilənin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. -"xxxx" Özəl X5 (təchizatçı) ilə Cavabdeh MMC (alıcı) arasında imzalanmış xx.xx.2019-cu il tarixli 004 saylı hesab-proformadan müəyyən edilir ki, tərəflər FCA-Dnepr çatdırılma şərti ilə, ödənişə 90 gün möhlət verilməsi şərti ilə 38.281,88 avro dəyərində malın göndərilməsi barədə razılığa gəlmişlər. -"xxxx" Özəl X5 (təchizatçı) ilə Cavabdeh MMC (alıcı) arasında imzalanmış xx.xx.2019-cu il tarixli 003 saylı hesab-proformaya əsasən tərəflər FCA Dnepr şəhərinə çatdırılma, ödənişin 90 gün sonra həyata keçirilməsi şərti ilə brutto çəkisi 21.546,24 kq olan 38.281,88 avro dəyərində malın göındərilməsi barədə razılığa gəlmişlər. -Gold Transport LLC şirkəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli yol qaiməsindən müəyyən edilir ki, “xxxx" Özəl X5 tərəfindən Cavabdeh MMC-yə 21.546,24 kq məbləğində mal göndərilmişdir. - Gömrük bəyannaməsindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə “xxxx" Özəl X5 tərəfindən Cavabdeh MMC-yə çatdırılması üçün Ukraynadan Azərbaycan Republikasına mal göndərilmişdir. - X8 Xidmətinin Dnepropetrovsk Vilayətindəki Bİ-in xx.xx.2021-ci il tarixli **********2 saylı vergi bildiriş-qərarından görünür ki, xx.xx.2021-ci il tarixli yoxlama aktına əsasən “xxxx" Özəl X5 tərəfindən “Valyuta və valyuta əməliyyatları haqqında” Ukrayna Qanununun 13-cü maddəsinin 20-ci bəndinin pozulması müəyyən edilmiş və Ukrayna Vergi Məcəlləsinin 54-cü maddəsinin 3.3-cü yarımbəndinə və “Valyuta və valyuta əməliyyatları haqqında” Ukrayna Qanununun 13.5-ci maddəsinə əsasən xarici iqtisadi fəaliyyət sahəsində hesablaşma müddətinin pozulmasına görə firmaya 306.908,21 Ukrayna qrivnası məbləğində cərimə sanksiyası tətbiq edilmişdir. Həmin qərardan həmçinin müəyyən edilir ki, cərimə sanksiyası xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə xx.xx.2018-ci il tarixli EXP 0518 saylı xarici iqtisadi müqavilə üzrə müəssisəsinin cari hesablarına valyuta gəlirlərinin daxil olmaması ilə əlaqədar tətbiq edilmişdir. - xx.xx.2021-ci il tarixli 19432 saylı ödəniş tapşırığından görünür ki, “xxxx" Özəl X5 tərəfindən X4 306.908,21 Ukrayna qrivnası ödənilmişdir. - “xxxx” ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, 160 manat məbləğində pul vəsaiti vəkil üçün xidmət haqqı olaraq Vəkil köçürülmüşdür. - ТОВ «ФОРМАТ ПОСЛУГА» şirkəti tərəfindən məhkəməyə ünvanlanmış məlumat vərəqəsindən və 18631 və 18752 saylı ödəniş tapşırıqlarından görünür ki, sənədlərin məhkəməyə təqdim edilməsi üçün Azərbaycan dilinə tərcümə, apostil və təsdiq edilməsi üçün "xxxx" Özəl X5 tərəfindən şirkətə ümumi 8.705 Ukrayna qrivnası ödənilmişdir. - Dnepropetrovsk şəhər notariat dairəsinin xüsusi notariusu X2 tərəfindən verilmiş arayışlardan və onlara əlavə edilmiş qəbzlərdən müəyyən edilir ki, "xxxx" Özəl X5 tərəfindən sənədlərin notarial təsdiqinə görə cəmi 2.100 Ukrayna qrivnası məbləğində ödəniş edilmişdir. - “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli seriya GİF/33 N 501467 saylı kassa mədaxil orderi ilə müəyyən edilir ki, poçt xidmətlərinə görə 50 manat məbləğində pul ödənilmişdir. - DHL beynəlxalq poçt xidmətinin qaiməsindən və ona əlavə edilmiş qəbzlərdən görünür ki, "xxxx" Özəl X5 tərəfindən Bakı şəhərinə sənədlərin surətli poçtla göndərilməsinə görə 3119 Ukrayna qrivnası ödənilmişdir. - Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış ərizədən müəyyən edilir ki, MMC "xxxx" Özəl X5na 11.904,6 avro məbləğində borclarının olduğunu qəbul edir, iddiaçı tərəfindən tələb edilən digər xərcləriin ödənilməsini qəbul etmirlər. İşə onların iştirakı olmadan baxılmasını və pulun ödənilməsinə 5 ay müddətinə möhlət verilməsini xahiş edirlər. - "xxxx" Özəl X5 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx xxx 2018-ci il tarixli EXP 0518 saylı alqı-satqı müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, həmin bildirişdə Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini kobudcasına pozaraq həmin müqavilə üzrə yaranmış 21.904,60 avro məbləğində borcu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməməsi əsas göstərilərək müqaviləyə xitam verilməsi təklif edilmişdir. -"xxxx" Özəl X5 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubu ilə isə müəyyən edilir ki, Cavabdeh MMC-dən alqı-satqı müqaviləsi üzrə yaranmış 21.904,60 avro məbləğində borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı mübahisə xarici elementli (Ukraynanın qanunlarına əsasən təsis edilmiş hüqui şəxsdir) alqı-satqı münasibətlərindən irəli gələn mübahisədir. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edən “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Həmin Qanunun 25.1-ci maddəsinə görə müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. 25.1.1. alqı‐satqı müqaviləsində—satıcının... Hazırkı kommersiya mübahisəsinin əsasında yarandığı xx xxx 2018-ci il tarixli EXP 0518 saylı alqı-satqı müqaviləsində tərəflər həmin müqavilədən irəli gələn mübahisələrə alıcının məhkəmələrində baxəılması barədə razılığa gəlsələr də, məhkəmə tərəfindən tətbiq edilməli olan hüququ müəyyən etməmişdirlər. Belə olan halda isə hazırkı mübahisəyə satıcının təsis olunduğu və fəaliyyət göstərdiyi ölkənin – yəni Ukraynanın hüququ tətbiq edilməlidir. İddiaçı "xxxx" Özəl X5nın iddiası 3 iddia tələbindən ibarətdir.

1. Alqı-satqı üzrə borcun tutulması Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" Özəl X5 ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə "xxxx" X1 borcu 11.904,6 avro təşkil edir. Ukraynanın Mülki Məcəlləsinin 509-cu maddəsinə görə öhdəlk elə bir hüquqi münasibətdir ki, həmin münasibətdə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir ( əmlak verməli, iş görməli, xidmətlər göstərməli, pul ödəməli və s.) və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 610-cu maddəsinə görə öhdəliyin pozulması dedikdə onun icra edilməməsi və ya öhdəliyin məzmununda müəyyən edilmiş şərtləri pozmaqla icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 655-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə bir tərəf (satıcı) əşyanı digər tərəfin (alıcının) mülkiyyətinə verir və ya verməyi öhdəsinə götürür, alıcı isə əşyanı qəbul edir və ya ya qəbul etməyi və əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə cavabdehin mübahisəli alqı-satqı müqaviləsinə əsasən verilmiş malların dəyərini – 11.904,6 avro məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, Cavabdeh MMC-dən 11.904,6 avro manat məbləğində pul tutularaq "xxxx" Özəl X5na ödənilməlidir.

2. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə xitam verilməsi Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış mübahisəli alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən tərəflər malların çeşidləri, miqdarı və qiymətləri, habelə çatdırılma şərtləri və malların hər çatdırılması üçün ödəmə qaydasının həmin müqavilənin ayrılmaz hissəsi olan hər çatdırılma üçün invoys proformasının imzalanması və təsdiqlənməsi yolu ilə razılaşdırılacağı barədə razılığa gəlmişlər. Mübahisəli borcun əsasında yarandığı tərəflərin təsdiq etdiyi xx.xx.2019-cu il tarixli 003 saylı hesab-proformada isə həmin partiya malların göndərilməsinə görə 38.281,88 avro məbləğində ödənişinin 90 gün müddətinə möhlət verilməklə, yəni xx.xx.2019-cu il tarixdə həyata keçirməli olması müəyyən edildiyi halda cavabdeh müəyyənləşdirilmiş vaxtadək ödənişi həyata keçirməmiş, borcun 16.377,38 avro hissəsini 2020-ci ildə, 10.000 avro hissəsini isə hazırkı iddia qaldırıldıqdan sonra 2021-ci ildə ödəmiş, qalan 11.904,6 avro hissəsi hal-hazıradək ödənilməmiş qalmışdır. Nəticədə iddiaçıya X8 Xidməti tərəfindən xarici iqtisadi müqavilə üzrə vəsaitin vaxtında hesaba daxil olmamasına görə maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə ödənişin əsas hissəsinin ödənilməsini bir ildən artıq müddətə gecikdirməklə müqavilədə və onun ayrılmaz tərtib hissəsi olan hesab-proformada müəyyən edilmiş ödəniş şərtlərini pozmuş, nəticədə iddiaçıya xeyli miqdarda maddi zərər dəymişdir. Ukrayna Mülki Məcəlləsinin 651-ci maddəsinin 2-ci hissəsində görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda məhkəmə qərarına əsasən dəyişdirilə və ya ləğv edilə bilər. Müqaviləni pozma o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış mübahisəli alıq-satqı müqaviləsi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan həmin müqavilənin vaxtından əvvəl xitam verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Belə olan hissədə həmin hissədə də iddia təmin edilməlidir.

3. Cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 306.908 Ukrayna qrivnası məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbi Yuxarıda artıq qeyd edildiyi kimi iş materialları ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin müqavilə üzrə ödəniş müddətini pozması nəticəsində iddiaçı "xxxx" Özəl X5 X8 Xidmətinin Dnepropetrovsk Vilayətindəki Bİ-in xx.xx.2021-ci il tarixli **********2 saylı vergi bildirişqərarı ilə 306.908 Ukrayna qrivnası məbləğində cərimələnmiş və həmin cərimə iddiaçı tərəfindən X4 köçürülmüşdür. Ukraynanın Mülki Məcəlləsinin 611-cı maddəsinə əsasən öhdəlik pozularkən qanunda və ya müqavilədə müəyyən edilmiş aşağıdakı hüquqi nəticələr yaranır:

4. Dəymiş ziyanın və mənəvi zərərin ödənilməsi Həmin Məcəllənin 623-cü maddəsinə görə öhdəliyi pozmuş borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin pozulması nəticəsində dəymiş ziyanın məbləği kreditor tərəfindən sübut edilir. Hazırkı işdə kreditor olan iddiaçı "xxxx" Özəl X5 borclu Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliyi pozması nəticəsində ona dəymiş real zərərin məbləğinin 306.908 Ukrayna qrivnası təşkil etməsini sübuta yetirmişdir. Belə olan halda dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair hissədə də iddia əsaslıdır. Məhkəmə xərcləri: İddiaçı "xxxx" Özəl X5 sənədlərin tərcüməsinə çəkilmiş xərclərinin əvəzi olaraq 8.705 Ukrayna qrivnası, sənədlərin notarial təsdiqinə çəkilmiş xərclərin əvəzi olaraq 2100 Ukrayna qrivnası, sənədlərin surətli beynəlxalq poçt daşıma xidmətinə görə çəkilmiş xərclərin əvəzi olaraq 3119 Ukrayna qrivnası, poçt xərclərinin əvəzi olaraq 50 manat, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 160 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini, eləcə də iddiaçının qeyd olunan məhkəmə xərclərinin çəkilməsini təsdiq edən sübutları məhkəmə təqdim etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş yuxarıda göstərilən məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

Nəticə hissəsi

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı “xxxx” Özəl X5 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, EXP 0518 saylı alqı-satqı müqaviləsinə xitam verilsin. Cavabdeh MMC-dən alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 11.904,6 avro məbləğində borc, vurulmuş maddi zərərin əvəzi olaraq 306.908 Ukrayna qrivnası, eləcə də sənədlərin tərcüməsinə çəkilmiş xərclərinin əvəzi olaraq 8.705 Ukrayna qrivnası, nsənədlərin notarial təsdiqinə çəkilmiş xərclərin əvəzi olaraq 2100 Ukrayna qrivnası, sənədlərin surətli beynəlxalq poçt daşıma xidmətinə görə çəkilmiş xərclərin əvəzi olaraq 3119 Ukrayna qrivnası, poçt xərclərinin əvəzi olaraq 50 manat, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 160 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” Özəl X5na ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar