Məhkəmə qərarları › İş №e-2-2(113)-936/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-936/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-936/2022 31.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Məhdud Məhdud Cəmiyyətinin Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1 Company" MMC-dən ƏDV daxil 43005,34 manat (qırx üç min beş manat otuz dörd qəpik) əsas borc, 3402 manat faiz borcu və 30 manat (otuz) ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 46437,34 manat (qırx altı min dörd yüz otuz yeddi manat otuz dörd qəpik) məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1 Company" MMC ilə aralarında olan müqaviləyə əsasən cavabdehə müxtəlif adlarda mallar satılmış, lakin bugünə qədər qalmış 43005,34 manat ödənilməmişdir. İddiaçı tərəfindən elektron qaimələr göndərilmiş və tam olaraq təsdiq edilmişdir. İddiaçı tərəfindən 04.05.2021-ci il tarixli pretenziya məktubları göndərilməklə on beş gün ərzində həmin məbləği ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəkləri ilə bağlı xəbərdarlığa baxmayaraq, indiyə qədər həmin məbləğdə pul ödənilməmişdir. Ödənilməli olan məbləğlə əlaqədar elektron qayimələr əlavələri ilə birlikdə cavabdehə göndərilmiş və qarşı tərəfdən tam olaraq təsdiq edilmişdir. Bankın uçot faiz dərəcəsi 6 %-dir. Mülki Məcəllənin 439.3-cü maddəsinin tələbləri də nəzərə alınmaqla, gecikdirilmiş müddət üçün faizlərə 2 faiz bəndi əlavə edilməli olduğu nəzərə alınaraq, həmin müddət üçün illik 8 % hesablanmalıdır ki, bu da 3402 (üç min dörd yüz iki manat) manat təşkil edir. Daha sonra iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, cavabdeh “X1 Company" MMC-dən ƏDV daxil 43005,34 manat (qırx üç min beş manat otuz dörd qəpik) əsas borc və 30 manat (otuz) ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 43035,34 manat (qırx üç min otuz beş manat otuz dörd qəpik) məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - 18.08.2019-cu il tarixli, EAAY seriyalı, 633024 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 905,06 (ƏDV daxil) manat təşkil edir. - 18.08.2019-cu il tarixli, EAAY seriyalı, 633028 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 569,94 (ƏDV daxil) manat təşkil edir. - 18.08.2019-cu il tarixli, EAAY seriyalı, 633039 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3320,64 (ƏDV daxil) manat təşkil edir. - 18.08.2019-cu il tarixli, EAAY seriyalı, 633050 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3360,05 (ƏDV daxil) manat təşkil edir. - 19.08.2019-cu il tarixli, EAAY seriyalı, 649012 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9633,87 (ƏDV daxil) manat təşkil edir. - 20.09.2019-cu il tarixli, EBAA seriyalı, 124097 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4370,72 (ƏDV daxil) manat təşkil edir. - 20.09.2019-cu il tarixli, EBAA seriyalı, 125089 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3803,14 (ƏDV daxil) manat təşkil edir. - 20.09.2019-cu il tarixli, EBAA seriyalı, 126038 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4532,38 (ƏDV daxil) manat təşkil edir. - 20.09.2019-cu il tarixli, EBAA seriyalı, 126348 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 249,45 (ƏDV daxil) manat təşkil edir. - 20.09.2019-cu il tarixli, EBAA seriyalı, 128053 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 16552,85 (ƏDV daxil) manat təşkil edir. - 17.10.2019-cu il tarixli, EBAB seriyalı, 315567 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 16988,46 (ƏDV daxil) manat təşkil edir. - 17.10.2019-cu il tarixli, EBAB seriyalı, 316570 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6611,54 (ƏDV daxil) manat təşkil edir. - 15.01.2020-ci il tarixli, EBAF seriyalı, 092776 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3831,51 (ƏDV daxil) manat təşkil edir. - 15.01.2020-ci il tarixli, EBAF seriyalı, 092796 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1349,33 (ƏDV daxil) manat təşkil edir. - 15.01.2020-ci il tarixli, EBAF seriyalı, 092896 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6258,96 (ƏDV daxil) manat təşkil edir. - 15.01.2020-ci il tarixli, EBAF seriyalı, 092935 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9509,62 (ƏDV daxil) manat təşkil edir. - 15.01.2020-ci il tarixli, EBAF seriyalı, 092946 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 266,68 (ƏDV daxil) manat təşkil edir. - 15.01.2020-ci il tarixli, EBAF seriyalı, 092949 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 383,97 (ƏDV daxil) manat təşkil edir. - 15.01.2020-ci il tarixli, EBAF seriyalı, 092985 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2016,62 (ƏDV daxil) manat təşkil edir. - 13.05.2020-ci il tarixli, EBAJ seriyalı, 101706 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14873,90 (ƏDV daxil) manat təşkil edir. - 13.05.2020-ci il tarixli, EBAJ seriyalı, 106628 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11158,55 (ƏDV daxil) manat təşkil edir. - 13.05.2020-ci il tarixli, EBAJ seriyalı, 110500 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 18596,09 (ƏDV daxil) manat təşkil edir. - 13.05.2020-ci il tarixli, EBAİ seriyalı, 827908 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5285,22 (ƏDV daxil) manat təşkil edir. - 13.05.2020-ci il tarixli, EBAİ seriyalı, 830074 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1259,65 (ƏDV daxil) manat təşkil edir. - 13.05.2020-ci il tarixli, EBAİ seriyalı, 830534 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 372,88 (ƏDV daxil) manat təşkil edir. - 13.05.2020-ci il tarixli, EBAİ seriyalı, 830931 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2044,59 (ƏDV daxil) manat təşkil edir. - "xxxx" ASC tərəfindən təsdiq edilmiş 15.08.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC təərfindən İddiaçı MMC-nin hesabına AZ44MUGA**********04119AZM17 nömrəli hesabına 15064 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən təsdiq edilmiş 20.09.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC təərfindən İddiaçı MMC-nin hesabına AZ44MUGA**********04119AZM17 nömrəli hesabına 25000 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən təsdiq edilmiş 16.10.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC təərfindən İddiaçı MMC-nin hesabına AZ44MUGA**********04119AZM17 nömrəli hesabına 20000 manat məbləğində ödəniş edilmişdir. - 24.11.2020-ci il tarixdə tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin hazırkı vaxta İddiaçı MMC-yə ödənilməmiş 42970,88 manat (ƏDV daxil) borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə göndərilmiş 04.05.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 15 (on beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi formada bağlanan alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş elektron qaimələr və tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, tərəflər arasında tərtib edilmiş 24.11.2020-ci il tarixli üzləşmə aktını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən borca görə 42970,88 manat (qırx iki min doqquz yüz yetmiş manat səksən səkkiz qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələbin məbləğinə mütənasib olaraq iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 42970,88 manat (qırx iki min doqquz yüz yetmiş manat səksən səkkiz qəpik) əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 43000,88 manat (qırx üç min manat səksən səkkiz qəpik) məbləğində pul "Sanqalan” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar