Məhkəmə qərarları › İş №e-2-2(113)-938/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-938/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-938/2022 19.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə pul tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddia üzrə işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Zülalova Xuraman (VÖEN: **********) 625092 saylı, 26.06.2020-ci il tarixli elektron qaiməyə əsasən yaranmış 329,66 manat və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, o cümlədən mediasiya prosesinin tədbiqi üçün ödənilmiş 20 manat, cəmi 379,66 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, iddia ərizəsinə iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması məqsədilə pretenziya məktubunun Cavabdeh MMCyə çatdırılmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. 152.1.4-cü maddəsinin tələbinə görə, iddia ərizəsinə bu məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Bundan başqa iddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısını göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 284-3.2.5-ci maddəsinə görə ərizədə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmçinin elektron iddia ərizəsindən görünür ki, həmin ərizənin “tərəflər” qrafasında işin tərəfləri qismində “İddiaçı” (iddiaçı) və Cavabdeh MMC (cavabdeh) qeyd olunduğu halda “ərizənin mətni” qrafasına iddiaçı "xxxx" MMC, “xahiş edirəm” hissəsində isə cavabdeh Zülalova Xuraman kimi qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsinə görə ərizənin bu Məcəllənin 284- 3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə pul tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. 856339868 saylı qəbzə əsasən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar