Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-94/2023 12.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi, görülmüş işlərin təhvil verilməsi və pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “Azinvest İnşaat" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğv edilməsi, görülmüş işlərin təhvil verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli OTC/001/20 saylı müqavilədən və xx.xx.2020-ci il tarixli FC/2020/001 saylı müqavilədən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən tam yerinə yetirilməsi və görülmüş işlərin, həmçinin göstərilmiş xidmətlərin təhvil-təslim aktları əsasında təhvil verilməsi; bu mümkün olmadığı təqdirdə isə iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli OTC/001/20 saylı müqavilənin və xx.xx.2020-ci il tarixli FC/2020/001 saylı müqavilənin ləğv edilməsi; bundan sonra həmin müqavilələr üzrə tərəflərin bütün öhdəliklərinə xitam verilməsi (xx.xx.2021-ci il tarixli hesablaşmaların qarşılılıqlı üzləşmə aktnın, təqdim edilmiş lakin ödənilməmiş elektron qaimələrin ləğv edilməsi və sair); tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli OTC/001/20 saylı müqavilə və xx.xx.2020-ci il tarixli FC/2020/001 saylı müqavilə üzrə təqdim edilmiş e-qaimələr əsasında cavabdehə ödənilmiş 960,892.59 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması; dəymiş zərərin əvəzi kimi qanunsuz saxlanıldığı üçün həmin pul vəsaitinin 2 (iki) il ərzində illik 5 % (beş faiz) məbləğində əlavə xərcin və həmçinin mediasiya üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 850 manat pul vəsaitnin birdəfəlik şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə (vəsatət) ünvanlayaraq cavabdehlə mübahisə üzrə razılığa gəlindiyi və barışıq sazişinin imzalandığını, buna görə də iddia ərizəsinin geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəflər arasında razılıq əldə olunduğundan vəsatətin təmin olunmasını Məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırlıq iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının vəsatətini materiallarla əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən həmin Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “Azinvest İnşaat" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi, görülmüş işlərin təhvil verilməsi və pul” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçı “Azinvest İnşaat" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçı “Azinvest İnşaat" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 850 (səkkiz yüz əlli) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-94/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-94/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver