Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-941/2025 08.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, öhdəliklərin ötürülməsi, zaminlik, dəbbə pulu) X6 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23 dekabr 2022-ci il tarixli LM-248-4/22 saylı “Öhdəliklərin verilməsi haqqında” müqaviləyə və əlavə olunmuş “Ödəniş qrafiki”nə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 sentyabr 2023-cü il tarixə olan 53201.74 manat əsas, 7288.65 manat faiz və 6455.69 manat dəbbə pulu, cəmi 66946.08 manat borc və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində rüsum İddiaçı ASC-nin xeyrinə tutulması və lizinq obyekti İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli LM-248-4/22 saylı “Öhdəliklərin verilməsi haqqında” müqaviləyə əsasən o, 31 yanvar 2020-ci il tarixli 248/20 saylı “Daxili maliyyə lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüş və İddiaçı ASC-nin mülkiyyətində olan2012-ci il buraxılışlı, “X7 MİNİK” markalı, 1C4RJFDJ6CC328746 ban nömrəli, qara metallik rəngli, ** PH *** dövlət qeydiyyat nişanlaıvtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili maliyyə lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №5) əsasən Cavabdeh1 illik 18 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1923.38 manat, ümumilikdə isə 53201.74 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, İddiaçı ASC ilə Cavabdeh2 arasında 23 dekbar 2022-ci il tarixli 248-4/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı ASC Cavabdeh1 ilə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, ilkin mediasiya sessiyası xx.xx.2024-cü ildə keçirilmiş, BTB Leasing” ASC-nin nümayəndəsi sessiyada iştirak etsə də, Cavabdeh1 ilkin mediasiya sessiyasına gəlməmişdir. Cavabdeh1 tərəfindən lizinq obyekti İddiaçı ASC-yə təhvil verilməmişdir. 26 sentyabr 2023-cü il tarixinə hesablanmış Cavabdeh1 əsas borc məbləği 53201.74 manat, ümumi faiz borcu 7288.65 manat, dəbbə borcu 6455.69 manat olmaqla ümumilikdə 66946.08 manat təşkil edir. Daxili lizinq müqaviləsinin 10.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən, lizinq ödənişlərinin ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №1) müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən, lizinq ödənişlərinə lizinq obyektinin satın alınması üçün çəkilən bütün xərclər (Lizinq Obyektinin dəyəri, Lizinq verənin mükafatı, tərəflər arasında razılaşdırılmış əlavə məsrəflər və s.) daxildir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 11.1-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.5 % hesanlanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin 21-ci maddəsinə əsasən, lizinq alan lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 22-ci bəndinə əsasən, tərəflər Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 22-ci bəndinə əsasən, lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. Həmçinin, lizinq alan lizinq obyektinin qaytarılması zamanı təftiş etdirməyə haqlıdır, əgər təftiş nəticəsində hər hansı qüsur və ya ziyan, yaxud texniki, iqtisadi və kommersiya əlaqəli pisləşmə aşkar edilərsə (təbii köhnəlmə nəzərə alınmaqla) Lizinq verən onun düzəldilməsini və ya belə ziyanın ödənilməsini Lizinq alandan tələb edə bilər. Daxili lizinq müqaviləsinin 15-ci bəndinə əsasən, Lizinq alan razılıq verir və öhdəsinə götürür ki, bu müqavilə imzalandıqdan sonra əmlakın hər cür zədələnməsinə və ya dağıdılmasına görə məsuliyyət onun üzərində olacaq, zədələnmə və dağılma ilə əlaqədar Lizinq verənin ziyanlarını ödəyəcək və hətta əmlak sıradan çıxsa belə, lizinqə görə ödəmələr cədvəlinə uyğun ödənişlər edəcək. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23 dekabr 2022-ci il tarixli LM- 248-4/22 saylı “Öhdəliklərin verilməsi haqqında” müqaviləyə və əlavə olunmuş “Ödəniş qrafiki”nə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 sentyabr 2023-cü il tarixə olan 53201.74 manat əsas, 7288.65 manat faiz və 6455.69 manat dəbbə pulu, cəmi 66946.08 manat borc və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində rüsum İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Tədqiq olunan sübutlar İş materiallarından görünür ki: xx.xx.2020-ci il tarixli 248/20 saylı X4 müqaviləsinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və bu müqaviləyə “əlavə 2”-də qeyd olunmuş, ətraflı təsviri verilmiş (Şəxsiyyət vəsiqəsi: AZE16146626,xx-xx-2016-cı il tarixində ASAN2 tərəfindən verilmişdir) məxsus əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və Lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq Lizinqalanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür; Müqavilənin 3.1-ci bəndinə əsasən qiymətin 13700 manat hissəsi avtomaşının sənədləri alıcıya verildikdən sonra avans şəklində satıcıya ödənilir. Qalan məbləği 55200 manat hissəsi, tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir; Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən lizinq verən tərəfindən lizinq obyektinin satın alınması üçün çəkdiyi bütün xərclər lizinq üzrə kredit məbləği hesab edilir. Lizinq haqları həmin kredit məbləğinə lizinq verənin gəliri olaraq qalıq dəyərinə illik 22 % faiz dərəcəsi əlavə etməklə sabit lizinq haqları olaraq hesablanır; Müqavilənin 3.4-cü bəndinə əsasən lizinq obyektindən istifadəyə edilməsinə görə lizinq ödənişlərinin ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəmə cədvəli”ndə (əlavə 1) tam əks edilir; Müqavilənin 7.1-ci bəndinin “c” yarımbəndinə əsasən lizinqalan bütün zəruri vergilərin, məsrəflərin, xərclərin, təzminatların, Lizinqalanın hər hansı digər səbəbdən Əmlakı alması, verməsi, işlətməsi, istifadə etməsi nəticəsində ödənilməli olan hər hansı faizlərə və cərimələrə məsuliyyət daşıyır; Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilənin müddəti ərzində Lizinq alan, müvafiq qanunlarda “Operator” məfhumuna verilən mənalara uyğun olaraq, Əmlakın operatoru sayılır və o, Dövlət və ya üçüncü tərəflər və Lizinq verən qarşısında Əmlakdan və/və ya onun işlədilməsi yaxud istifadəsi nəticəsində Dövlətə, üçüncü tərəflərə yaxud Lizinq verənə, ətraf mühitə yaxud təbiətə dəymiş hər hansı dərəcədə və hər növ zərərə görə məsuliyyət daşıyır; Müqavilənin 10.1-ci bəndinə əsasən lizinq alan lizinq haqqını lizinq verənə ödəmə cədvəlinə uyğun olaraq ödəməlidir, və əmlakın gətirilməsi və ya təhvili və ya işlədilməyə hazırlıq zamanı hər hansı gecikmə, texniki nasazlıq və bu kimi səbəblərə görə ödəməmək ixtiyarında deyil; Müqavilənin 11.1-ci bəndinə əsasən ödəmə cədvəlində (bu müqaviləyə əlavə 1 qismində qoşulmuş) göstərildiyi tarixdə lizinqalan lizinq haqqını lizinq verənin hesabına ödəməzsə ödənişin pozulması baş verir. Bununla lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətə hər gecikdirilmiş gün üçün 0,5% dərəcə ilə cərimə faizi ödəyəcək. Lizinqverən “BTB Leasing“ ASC ilə "xxxx" MMC və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, LM-248-4/22 saylı Öhdəliklərin verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Tərəf-2 "xxxx" MMC-nin direktoru X3, İddiaçı ASC ilə bağladığı 31 yanvar 2020-ci il tarixli 248/20 saylı X4 müqaviləsi üzrə öhdəliklərini, lizinq obyektini, hüquqlarını Tərəf-1-ə , yəni Cavabdeh1 verir, Tərəf-1 isə bunları qəbul edir. 1.2-ci bəndinə əsasən Tərəf-1 31 yanvar 2020-ci il tarixli 248/20 saylı X4 müqaviləsinin müddəaları ilə tanışdır. 1.3-cü bəndinə əsasən bu müqavilə imzalandığı andan Tərəf-1 31 yanvar 2020-ci il tarixli 248/20 saylı X4 müqaviləsi üzrə lizinqalan qismində çıxış edəcək və lizinqalana aid olan bütün hüquq və öhdəlikləri daşıyacaqdır. 3.2-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən 1.1.-ci maddədə göstərilən öhdəlikləri icra etməməsi və ya lazımi qaydada icra etməməsinə görə Lizinqverən qarşısında məsuliyyəti Tərəf-1 daşıyır. Lizinq verən “BTB Leasing“ ASC ilə zamin Cavabdeh2 və lizinq alan Cavabdeh1 arasında bağlanmış 248-4/22 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin lizinq verən qarşısında lizinq alanın xx.xx.2022-ci il tarixli, 248-4/22 saylı illik 18%, 53201,74 manat məbləğdə, 36 ay müddətinə X4 müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, AD 761468 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X7” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı ASC-dir. xx.xx.2022-cİ il tarixli, LM-248-3/22 nömrəli təhvil-təslim aktından görünür ki, 1 ədəd X9 markalı minik avtomobil (ban nömrəsi: 1C4RJFDJ6CC328746, mühərrik: 6424 sm3; rəngi: qara metallik; buraxılış ili: 2012) X1 təslim edib və "xxxx" MMC-nin direktoru (VÖEN: **********) X3 təhvil almışdır. xx.xx.2022-cİ il tarixli, LM-248-4/22 nömrəli təhvil-təslim aktından görünür ki, 1 ədəd 99PH057 dövlət qeydiyyat nişanlı, X9 markalı avtomobil (ban nömrəsi: 1C4RJFDJ6CC328746, mühərrik: 6424 sm3; rəngi: qara metallik; buraxılış ili: 2012) "xxxx" MMC-nin direktoru (VÖEN: **********) X3 təslim edib və fiziki şəxs Cavabdeh1 təhvil almışdır. xx.xx.2020-ci il tarixli 248/20 saylı “X4” müqaviləsinə 5 saylı Əlavə olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, lizinq məbləği 53201,74 manat, olan 36 ay müddətinə lizinq predmetinə görə xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 1923,38 manat ödənilməlidir. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə olan əsas borcu 53201,74 manat, ümumi faiz borcu 7288,65 manat, dəbbə borcu 6455,66 manat olmaqla cəmi borc 66946.08 manat təşkil edir. İddiaçı ASC Cavabdeh1 xx.xx.2020-ci il tarixli 248/20 saylı müqaviləyə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixində məktub ünvanlayaraq qeyd etmişdir ki, Cavabdeh1 12 may 2023-cü il tarixə “BTB Leasing" ASC-ə 31 yanvar 2020-ci il tarixli L/M- 248-4/22 saylı daxili lizinq müqaviləsinə əsasən öhdəlikləri vaxtında icra etmədiyinə görə 109 gün və 9264.91 manat gecikdirilmiş borcu yaranmışdır. Həmçinin İddiaçı ASC-nin mülkiyyətində olan “JEEP CHEROKKE SRT” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Sizə verilmiş etibarnamənin müddəti bitmişdir. Yuxarıda göstərilənləri rəhbər tutaraq, 31 yanvar 2020- ci il tarixli L/M-248-4/22 saylı müqaviləyə xitam verilir. xx.xx.2024-cü il tarixli MŞB/19/2024-0002 nömrəli İMS-də iştirak edilməsi barədə arayışdan görünür ki, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər, İddiaçı ASC 400 manat məbləğində mediasiya xərci ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 522.1, 522.2, 522.3-cü maddələrinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748.2.9-cu maddəsinə əsasən lizinq müqaviləsində lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği göstərilməlidir. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, LM-248-4/22 saylı Öhdəliklərin verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 31 yanvar 2020-ci il tarixli 248/20 saylı X4 müqaviləsi üzrə öhdəlikləri, lizinq obyektini Cavabdeh1 öz üzərinə götürmüş və 99PH057 dövlət qeydiyyat nişanlı, “X9” markalı avtomobil sonuncuya lizinqə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 248-4/22 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən isə Cavabdeh2 Cavabdeh1 X4 müqaviləsi üzrə öhdəliklərinə zamin durmuşdur. Cavabdehlər öhdəliklərini lazimi qaydada icra etmədiklərindən iddiaçı qarşısında borcları yaranmışdır. Hazırda iddiaçı cavabdehlərdən lizinq müqaviləsi üzrə əsas və faiz borcunun, eləcə də borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmişdir. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz edilməmişdir. Göründüyü kimi Cavabdeh1 lizinq obyekti onun istifadəsinə verildikdən sonra müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikinə uyğun olaraq ödəniş etməli olduğu halda, ödəniş etməmiş, qalan məbləği ödəməmiş, həmçinin digər Cavabdeh2 zamin olaraq birgə məsuliyyət daşımasına baxmayaraq o, da öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçının, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri pozulmaqla ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişi edilmədiyi üçün 53201,74 manat əsas və 7288,65 manat faiz məbləğini cavabdehlərdən mübahisəsiz geri almaq hüququ yaranmışdır və iddiaçının tələbi haqlıdır. Həmçinin iddiaçı cavabdehlərdən 6455,69 manat dəbbə pulunun da tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 2650 manat müəyyən olunmalıdır. Beləliklə də məhkəmə yekunda bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən 53201,74 manat əsas borc, 7288,65 manat faiz, 2650 manat cərimə olmaqla, cəmi 63140,39 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, cavabdehlər ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiklərindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 400 manat mediasiya xərcinin əvəzi də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 53201,74 manat əsas borc, 7288,65 manat faiz, 2650 manat cərimə olmaqla, cəmi 63140 (almış üç min yüz qırx) manat 39 (otuz doqquz) qəpik borc və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-941/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-941/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver