Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-944/2021 06.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, ilkin iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin, cavabdeh X4 qarşı lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri qaytarılması və pul tələbi, qarşılıqlı iddia üzrə X3 cavabdeh İddiaçı ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi”nə əsasən 9.560,97 manat əsas borcun, 2.078,56 manat faiz borcunun, 1.018,31 manat gecikdirilmiş günlərə görə cərimə borcunun, 20.065,40 manat məbləğində sığorta haqqının, ümumilikdə 32723,24 (otuz iki min yeddi yüz iyirmi üç manat 24 qəpik) manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı 2Prior Leasing” ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi”nə xitam verilməsi və lizinq obyekti olan 68 baş Simmental cinsli damazlıq heyvanın sağlam şəkildə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 68 ədəd “Simmental” cinsli damazlıq heyvan cavabdehə 37 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan damazlıq heyvanlar 17 yanvar 2020-ci il tarixli Lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 306.000,0 manat təşkil etmişdir. Həmin məbləğin 179.120,0 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən cavabdeh tərəfindən 76.510,0 manat məbləğində ilkin ödəniş və 15.300,0 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası ödənilmiş, lakin cavabdeh X5 tərəfindən lizinq predmetinin sığorta haqqını təşkil edən və birdəfəlik qaydada ödənilməli olan 34.700,40 manat sığorta haqqından cəmi 14.635,0 manat ödəniş aparılmış, qalıq 20.065,40 manat ödənilməmişdir. Eyni zamanda, cavabdeh ödənişləri qrafikə əsasən həyata keçirməmişdir. Belə ki, lizinq müqaviləsinin predmetini təşkil edən damazlıq heyvanlar cavabdehə təhvil verildikdən sonra onun tərəfindən ödəniş qrafiki üzrə heç bir ödəniş həyata keçirilməmiş və nəticədə 09.12.2020-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 9.560,97 manat əsas borcu, 2.078,56 manat faiz borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3cü bəndinə görə Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin 09.12.2020-ci il tarixinə qədər 1.018,31 manat cərimə borcu mövcuddur. Bundan əlavə daxili lizinq müqaviləsinin 12-ci bəndində lizinqə verilən damazlıq heyvanların sığortalanması tələbi nəzərdə tutulmuşdur. Bu bəndin tələblərinə əsasən 27.02.2020-ci il tarixli, C-LİV-0025/20 saylı Heyvanların Sığorta Şəhadətnaməsi imzalanmışdır. Sığorta şəhadətnaməsinə əsasən sığorta predmetini təşkil edən damazlıq heyvanların sığorta məbləği 306.000,0 manat, sığorta haqqı isə 34.700,40 manat müəyyən edilmişdir. Lakin göstərilən sığorta haqqı məbləğinin bir hissəsi, yəni 14.635,0 manat məbləğində vəsait cavabdeh tərəfindən iddiaçının hesabına ödənilsə də qalan 20.065,40 manat məbləğində sığorta haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Nəticədə həmin vəsaiti İddiaçı ASC sığortaçı "xxxx" ASC-yə ödəmək məcburiyyətində qalmışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında əlavə olaraq 20.065,40 manat sığorta haqqı borcu da yaranmışdır.Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə 23.11.2020-ci il tarixli, PLM- 20/0188 nömrəli pretenziya məktubu ilə cavabdehə rəsmi müraciət olunsa da cavabdeh göstərilən məbləğdən heç bir ödəniş aparmamış, eyni zamanda lizinq müqaviləsinin şərtlərinə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 68 baş Simmental cinsli damazlıq heyvanları geri qaytarmaqdan imtina etmişdir. Beləliklə, cavabdeh X5 İddiaçı ASC qarşısında 17 yanvar 2020-ci il tarixli, KTA-DM20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi”nə əsasən 09.12.2020-ci il tarixə qədər 9.560,97 manat əsas borcu, 2.078,56 manat faiz borcu, 1.018,31 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 20.065,40 manat məbləğində sığorta haqqı borcu yaransa da, həmin ödənişləri icra etməkdən yayınır və lizinq predmeti olan damazlıq heyvanları sağlam şəkildə geri qaytarmır. Daha sonra ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X9 Müqaviləsi” üzrə təhvil verilmiş 68 baş damazlıq heyvanın 40 günlük karantin müddətində saxlanması və yenilənməsinə xərclənən 30.000 AZN (otuz min manat) məbləğində vəsaitin və məhkəməyə müraciətlə bağlı ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 ilə İddiaçı ASC arasında 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 68 baş “simmental” cinsli damazlıq heyvanı ona lizinqə verməyi öhdəsinə götürmüşdür. Damazlıq heyvanların lizinqə verilməsi ilə əlaqədar cavabdeh İddiaçı ASCyə müraciət edilən zaman cavabdehin rəhbər vəzifəli şəxsi bildirmişdir ki, xaricdən gətirilib lizinqə veriləcək damazlıq heyvanlar lizinqə götürən sahibkarlara təhvil verilməzdən öncə 40 gün müddətində öz vəsaiti hesabına karantində saxlanılır. Bunun üçün xüsusi yerlər mövcuddur. 40 günlük karantin müddəti bitdikdən sonra isə həmin heyvanlar sahibkarlara təhvil verilir. Bu qayda cavabdeh tərəfindən az sayda damazlıq heyvan lizinqə götürən bütün sahibkarlara şamil edilir.Cavabdehin nümayəndəsi də təklif etmişdir ki, ferma təzə olduğuna görə və əvvəllər həmin fermada heyvan saxlanılmadığına görə xaricdən gətirilmiş və lizinqə veriləcək heyvanlar 40 gün müddətində həmin fermada karantində saxlanılsın və həmin müddətdə heyvanların yemlənməsinə sərf olunan vəsait, eyni zamanda həmin heyvanların saxlanması üçün zəruri olan xərclər İddiaçı ASC tərəfindən əlavə olaraq ödəniləcəkdir.Bununla razılaşmış, 17 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən verilən 68 baş damazlıq heyvan təhvil alınmışdır. Cavabdehlə razılığa əsasən həmin heyvanlar 40 gün müddətində ona məxsus fermada karantində saxlanılmışdır. Karantin müddətində heyvanların saxlanmasına və yemlənməsinə görə 30.000 AZN məbləğdə vəsait xərclənmişdir. Dəfələrlə həmin məbləğin ödənilməsi ilə bağlı cavabdehə müraciət olunsa da uzun müddət keçməsinə baxmayaraq cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etmir və lizinqə verilmiş heyvanların 40 gün müddətində karantində saxlanmasına görə xərclənilən 30.000 AZN məbləğində vəsait bu günə kimi ödəməmişdir.Cavabdehlə qeyd edilən məsələ barədə əvvəlcədən razılıq əldə edildiyi üçün, 30.000 AZN məbləğində vəsait cavabdeh İddiaçı ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Daha sonra ilkin iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi”nə əsasən 17955.99 AZN (on yeddi min doqquz yüz əlli beş manat, doxsan doqquz qəpik) manat əsas borcun, 3847.45 AZN (üç min səkkiz yüz qırx yeddi manat, qırx beş qəpik) faiz borcunun, 3169.15 AZN (üç min yüz altmış doqquz manat ,on beş qəpik) gecikdirilmiş günlərə görə cərimə borcunun, 17065.40 AZN (on yeddi min altmış beş manat, qırx qəpik) məbləğində sığorta haqqının, ümumilikdə 42037,99 (qırx iki min otuz yeddi manat, doxsan doqquz qəpik) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh X2 tutularaq İddiaçı ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi”nə xitam verilməsi və lizinq obyekti olan 68 baş Simmental cinsli damazlıq heyvanın sağlam şəkildə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsin xahiş etdi. Daha əvvəlki məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə izahatında iddia tələbini qəbul etmədiyini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia qismən, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi”nə əsasən, lizinq verən lizinq alan tərəfindən seçilmiş damazlıq heyvanları (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.1.4-cü bəndinə əsasən, lizinq “verən”in “lizinq alan”dan damazlıq heyvanların yerləşdiyi tövlənin (tikilinin) ən azı lizinq müddətinə bütün zərərdən sığortalanmasını tələb etmək, 7.1.5-ci bəndə əsasən lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə ona lizinqə verilmiş damazlıq heyvanları balaları ilə birlikdə geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 8.2.1-ci bəndə əsasən “lizinq alan”ın lizinq obyektinin faktiki vəziyyətindən asılı olmayaraq, “lizinq verən” tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək, 8.2.2-ci bəndə əsasən lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq obyektinin saxlanması ilə bağlı göstərişlərdə nəzərdə tutulan bütün öhdəliklər üzrə, habelə lizinq obyektinin sağlam vəziyyətdə saxlanılması, ona baytarlıq və zootexniki xidmətlərinin keçirilməsi ilə bağlı bütün xərcləri ödəmə vəzifəsi vardır. 11.3-cü bəndə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. 11.4-cü bəndə əsasən Lizinq verənin mükafat məbləği lizinq obyektinin qalıq dəyərinə illik 7% nəzərdə tutulmaqla hesablanır. Həmin mükafat məbləği Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilir. 12.1-ci bəndə əsasən Lizinq obyekti 3 il müddətinə Lizinq verən tərəfindən sığortalanır və lizinq obyektinin sığortalanması üçün Lizinq verən tərəfindən çəkilmiş bütün xərclər və sığorta haqqı Lizinq alan tərəfindən Lizinq verənə ödənilir. İş materiallarında olan 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi”nə əlavə № 1-in təsdiqlənmiş surətindən məlum olur ki, 50.370 manat məbləğində kredit 36 ay müddətinə aylıq ödəniş, illik faiz 7% olmaqla, İddiaçı ASC tərəfindən X4 verilmiş, qeyd olunan razılaşma hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. İş materiallarında olan Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən və subsidiya tətbiq edilən X9 Müqaviləsi barədə 06 dekabr 2019-cu il tarixli, KTA-DM-19/0004-İ saylı ilkin lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş damazlıq heyvanları (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu İlkin müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 1.6-cı bəndə əsasən lizinq alan lizinq obyektinin dəyərindən 77 625.00 (yetmiş yeddi min altı yüz iyirmi beş) manat məbləğində vəsaiti avans olaraq əvvəlcədən ödəməyi öz öhdəsinə götürür. Lizinq alan lizinq müqaviləsinin bağlanmasından imtina etdiyi təqdirdə, əvvəlcədən ödənilmiş avans məbləği lizinq verən tərəfindən geri qaytarılmır. 1.7-ci bəndə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi lizinq predmetinə subsidiya məbləğinin verilməsindən imtina etdiyi təqdirdə, lizinq alan lizinq predmetinin tam dəyərini, hesablanmış faizlərlə birlikdə lizinq verənə ödəniş qrafiki üzrə ödəməyi öhdəsinə götürür. 4.2-ci bəndə əsasən lizinq alan lizinq müqaviləsi üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. 06.12.2019-cu il tarixli, KTA-KTT-19/0004-DM-İ nömrəli X9 X7 Müqaviləyə Əlavə №1dən məlum olur ki, “simmental cinsli”, 69 baş iribuynuzlu damazlıq heyvanın cavabdeh X4 lizinqə verilməsi barədə tərəflər razılığa gəlmişdir 06.12.2019-cu il tarixli, KTA-KTT-19/0004-DM-İ nömrəli X9 X7 Müqaviləyə Əlavə №2 olan ödəniş cədvəlindən məlum olur ki, 46.575 manat məbləğində kreditin, 36 ay müddətinə, illik 7%, 1.438 manat aylıq ödəniş olmaqla, cavabdeh X4 verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 06.12.2019-cu il tarixli, KTA-KTT-19/0004-İ nömrəli ilkin Lizinq Müqaviləsinin KTA-DM-19/0004-İ-T-02 saylı lizinq obyektinin təhvil-təslim aktının təsdiqlənmiş surətindən məlum olur ki, müxtəlif birka nömrəli, 69 baş “simmental” cins iribuynuzlu damazlıq heyvanlar, X4 təhvil verilmişdir. İş matriallarında olan "xxxx" ASC ilə İddiaçı ASC arasında imzalanmış C-LİV-0025/20 nömrəli heyvanların sığortası şəhadətnaməsinin təsdiqlənmiş surətindən məlum olur ki, yuxarıda qeyd olunan 69 baş iri buynuzlu damazlıq heyvanlar, faydalanan şəxslər 60% Aqrar Kredit və İnkişaf Agentliyi, 25% X5 və 15% İddiaçı ASC, sığorta məbləği 306.000 manat, sığorta haqqı 34.700,40 manat, sığortalı İddiaçı ASC olmaqla 17.01.2020 ci il tarixi saat 00:00-dan 16.01.2023-cü il tarixi saat 23:59-dək sığortalanmışdır. İş materiallarında olan ödəniş tapşırığından məlum olur ki, İddiaçı ASC tərəfindən C- LİV-0025/20 saylı sığorta şəhadətnaməsi əsasında 34.700,4 manat “Pasha İnsurance OJSC”nin bank hesabına köçürülmüşdür. İş materiallarında olan 23.11.2020-ci il tarixli pretenziya məktubunda X3 23.11.2020ci il tarixə İddiaçı ASC qarşısında borcun 32,263.94 manat məbləğində olması qeyd olunmuş, 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilməyəcəyi halda qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 22 dekabr 2020-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, cavabdeh X3 iddiaçı “Prior Leasing' ASC qarşısında 17 yanvar 2020-ci il tarixli, KTA-DM- 20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətli ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsinə əsasən 09.12.2020-ci il tarixə qədər 9.560,97 manat əsas borc, 2.078,56 manat faiz borcu. 1.018,31 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 20.065,40 manat məbləğində sığoıta haqqı, ümumilikdə 32.723,24 (otuz iki min yeddi yüz iyirmi üç manat 24 qəpik) manat öhdəliyi vardır. İş materiallarında olan 23 iyun 2021-ci il tarixli maliyyə arayışında cavabdeh X3 İddiaçı ASC qarşısında 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsi”nə əsasən 23.06.2021-ci il tarixə qədər 17,955.99 manat əsas borc, 3,847.45 manat faiz borcu, 3,169.15 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 17.065,40 manat məbləğində sığorta haqqı, ümumilikdə 42.037,99 (qırx iki min otuz yeddi manat, 99 qəpik) manat öhdəliyi olması qeyd olunmuşdur. İş materiallarında olan X4 məxsus 23.06.2019-23.06.2021-ci il aralığını əhatə edən hesabdan çıxarışdan məlum olur ki, X5 qeyd olunan dövrlərdə 290.130 manat öhdəliyi tam olaraq icra etmişdir. Qeyd olunan tarix aralığını əhatə edən X4 məxsus ***-*******-29 saylı hesabdan çıxarışa əsasən lizinq əməliyyatları üzrə vaxtı keçmiş əsas borclar üzrə 17.955,99 manat, ***-*******-30 saylı hesabdan çıxarışa əsasən lizinq əməliyyatları üzrə vaxtı keçmiş faiz borclar üzrə cəmi 3.847,45 manat, ***-*******-32 saylı hesabdan çıxarışa əsasən lizinq əməliyyatları üzrə vaxtı keçmiş faiz borclar üzrə 3.169,15 manat, ***-*******- 20 saylı hesabdan çıxarışa əsasən sığorta haqqı üzrə əlavə öhdəlik üzrə 17.065,40 manat qalıq borc qeyd ounmuşdur. İş materiallarında olan X11 Firması tərəfindən İddiaçı ASC-yə ünvanlanan 25 iyun 2021-ci il tarixli 34/21/AE saylı xəbərdarlıq məktubunda, 68 baş damazlıq heyvanın 40 gün müddətində X4 məxsus fermada karantində saxlanılmsı və yemlənməsinə görə 30.000 manat məbləğdə vəsait xərclənməsi qeyd olunmuş, həmin məbləğin X4 ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı ASC-yə ünvanlanan 25 iyun 2021-ci il tarixli vəkil sorğusunda İddiaçıASC tərəfindən X4 lizinqə verilmiş heyvanların ölkə ərazisinə idxalına dair gömrük bəyannamələrinin müvafiq qaydada təsdiqlənmiş surətləri, lizinqə veriləcək heyvanlar ölkə ərazisinə idxal olunandan sonra karantində saxlanılması, əgər saxlanılırsa harada saxlanılması, lizinqə veriləcək heyvanlar neçə gün karantində saxlanılması, lizinqə veriləcək heyvanların karantində saxlanma xərcinin nə qədər olması və həmin xərcin kimin tərəfindən ödənilməsi barədə məlumat tələb olunmuşdur. Qeyd olunan sorğuya cavabda İddiaçı ASC tərəfindən verilən 12 iyul 2021-ci il tarixli PLM-21/0239 saylı cavabda ölkə ərazisinə idxal edilən heyvanların dövlət sərhəd baytarlıq nəzarətindən keçdikdən sonra 30 gün müddətinə karantində saxlanılması məsələsinin qanunvericiliyə uyğun şəkildə təşkil edilməsi, X4 münasibətdə lizinq obyekti olan damazlıq heyvanların karantində saxlanılması lizinq alana həvalə edilməsi, tərəflər arasında bağlanmış 17.01.2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 Müqaviləsinə” əsasən Vüqar Muradov lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində heyvanlara baytarlıq və zootexniki xidmətlərinin keçirilməsi ilə əlaqədar bütün xərcləri öz üzərinə götürməsi qeyd olunmuş, X4 lizinqə verilmiş heyvanların ölkə ərazisinə idxalına dair gömrük bəyannamələrinin surətləri əlavə olunmuşdur. Məhkəmə tərəflərin nümayəndəsinin izahatını dinləyib, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Qanunvericilik lizinq alan tərəfindən lizinq ödənişinin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi halında hər hansı qeyd şərt olmadan, istisnasız olaraq lizinq obyektinin tam tərkibdə geri qaytarılmasını nəzərdə tutur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, lizinqverən İddiaçı ASC ilə lizinqalan V.Muradov arasında daxili lizinq müqaviləsi bağlanmış və “simmental cinsli”, 69 baş iribuynuzlu damazlıq heyvan Vüqar Muradova lizinqə verilmişdir. İlkin iddiaçı lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada və vaxtında icra etməmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə yerinə yetirməmişdir. Belə olan halda məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, iddia tələbi müqaviləyə xitam verilməsi, lizinq obyektinin geri alınması, lizinq müqaviləsi üzrə əsas borcun və faiz borcunun, sığorta haqqının tutulması hissəsində əsaslı, cərimə hissəsində isə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 3169.15 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 1795 manata endirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə X5 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, KTA-DM- 20/0001 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X9” Müqaviləsi üzrə 17955.99 manat manat əsas borc, 3847.45 manat faiz borcu, 17065.40 manat məbləğində sığorta haqqı X2 İddiaçı ASC-nin xeyrinə tutulmalı, Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X9 Müqaviləsi”nə xitam verilməli və lizinq obyekti olan 68 baş Simmental cinsli damazlıq heyvanın sağlam şəkildə cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X9 Müqaviləsi” üzrə təhvil verilmiş damazlıq heyvanların 40 günlük karantin müddətində saxlanması və yenilənməsinə xərclənən 30.000 AZN (otuz min manat) məbləğində vəsaitin və məhkəməyə müraciətlə bağlı ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-dən tutulmasına dair qarşılıqlı iddiaya münasibətdə hesab edir ki, qarşılıqlı iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu əvəzi 30 manat cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin olunsun. İddiaçı ASC ilə X5 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X9 müqaviləsi ləğv edilsin. İddiaçı ASC ilə X5 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X9” Müqaviləsi üzrə 17955.99 manat (on yeddi min doqquz yüz əlli beş manat, doxsan doqquz qəpik) manat əsas borc, 3847.45 manat (üç min səkkiz yüz qırx yeddi manat, qırx beş qəpik) faiz borcu, 17065.40 manat (on yeddi min altmış beş manat, qırx qəpik) məbləğində sığorta haqqı, 1.795 manat (bir min yeddi yüz doxsan beş manat) gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla cəmi 40.663,84 (qırx min altı yüz altımış üç manat, səksən dörd qəpik) manat X2 İddiaçı ASC-nin xeyrinə tutulsun. 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X9” müqaviləsi üzrə lizinq obyekti olan 68 baş Simmental cinsli damazlıq heyvan sağlam şəkildə cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №e-2-2(113)-944/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-944/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver