Məhkəmə qərarları › İş №e-2-2(113)-9487/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9487/2025

26.11.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9487/2025 26.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə (açar sözlər:) (ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 460863,64 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1262805,08 manat, İşsizlikdən sığorta fonduna olan 18191,56 manat, İcbari Tibbi Sığorta Fonduna olan 76198,74 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix və yer - xx xxxxxxxx 1985-ci il, Azərbaycan, Bakı, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - OVSPAPN, seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 15,3 manat, Sabunçu rayon MKTB-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 76183,44 manat, İşsizlikdən sığorta fonduna 18191,56 manat, Dövlət Sosial Müdafiə Fonduna 1262805,08 manat, dövlət büdcəsinə 460863,64 manat məbləğində (o cümlədən, vergilər üzrə 317761,66 manat, faizlər üzrə 142642,64 manat, maliyyə sanksiyası üzrə 459,34 manat) olmaqla, ümumilikdə 1818059,02 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********213600 xx.xx.2025-ci il tarixli **********069100, xx.xx.2025-ci il tarixli **********352000, xx.xx.2025-ci il tarixli **********575000, xx.xx.2025-ci il tarixli **********415800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs Bakə şəhəri, ünvan 1 ünvanında yaşayır.

3. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə etiraz təqdim etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin fəaliyyəti zamanı yaranmış borcla həmin şəxs tərəfindən təyinatı üzrə ümumilikdə - 146 manat olmaqla bütün borclar tamamilə ödənilmişdir. Ərizəçinin göstərdiyi Sabunçu rayon MKTB fəaliyyəti zamanı yaranmış borcla bağlı isə birlik qismən büdcədən maliyyələşən təsərrüfat hesablı dövlət müəssisəsidir. Onun gəlirlərini xidməti ərazilərində yerləşən mənzillərdən yığılan mənzil haqqı və əhalidən məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə toplanan haqlar təşkil edir. Birliyin təsdiq olunmuş maliyyə Planına əsasən hər il dövlət tərəfindən Birliklərin fəaliyyətini tənzimləmək üçün müəyyən dotasiyalar (zərərlə bağlı) ayrılması nəzərdə tutrulmuşdur ki, həmin dotasiyalar da ödənilmədiyi hallarda borcların yaranması qaçılmaz olur. Digər tərəfdən hesablanmış borclar Birliyin uzun illər zamanı fəliyyəti nəticəsində yaranmışdır. Yəni yaranmış borc 1 və ya 2 ili deyil, demək olar ki 10 illikləri əhatə edir. Maraqlı şəxs Sabunçu rayon MKTB-nin rəisi vəzifəsinə 22 may 2025-ci il tarixində təyin olunmuşdur. MKTB-nə rəis vəzifəsinə yeni təyin olunan zaman müəssisədaxili araşdırmalar aparılmış və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Tərtib edilmiş aktdan da göründüyü kimi : xx.xx.2025-ci il tarixinə Mənzil-Kommunal Təsərrüfatə Birliyinin bütün ödəmələr daxil olmaqla-ümumilikdə 1758345,24 manat borcu olmuşdur. Ərizəçinin ödənilməsini tələb etdiyi borc isə-1818959,02 manat təşkil edir ki, maraqlı şəxsin müəssisənin rəhbəri təyin edildiyi vaxtdan xx.xx.2025-ci ildən-xx.xx.2025-ci il tarixinə olan müddətə cəmi-59713,78 manat borc hesablanmışdır ki, həmin borclardan da artıq, ödəmələrin təyinatı üzrə ümumilikdə 77315 manat müəssisə tərəfindən ödəniş edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, ərizəçinin ödənilməsini tələb etdiyi borclar məhz müəssisənin fəaliyyəti nəticəsində yaranmış borcdur ki, həmin borclar da uzun illər ərzində yaranmışdır.

5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmişdir, ərizəçi ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

7. Məhkəmə MPM-in 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

9. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş:

10. Hüquqi şəxs haqqında məlumata əsasən əsas fəaliyyət növü dövlət idarəetməsinin müxtəlif səviyyələrində sosial-iqtisadi planlaşdırma xidmətlərinin, statistika və sosial xidmətlərin fəaliyyəti və idarəetməsi fəaliyyəti olan Sabunçu MKTB (VÖEN- **********) vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur.

11. Hüquqi şəxs haqqında məlumata əsasən əsas fəaliyyət növü digər qruplara daxil edilməyən sair fərdi xidmətərin göstərilməsi fəaliyyəti olan "xxxx" MMC (VÖEN- **********) vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur.

12. Sabunçu MKTB-nin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borc 545194,23 manat təşkil edir.

13. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, icbari tibbi sığorta fondu üzrə 13,80 manat məbləğində (1,50 manat faiz) ödənilməmiş borcu vardır.

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli **********5 nömrəli bildirişdən görünür ki, icabri tibbi sığorta haqları üzrə 13,80 manat, faizlər üzrə 1,50 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən Sabunçu MKTB-yə ünvanlanan işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli ********** nömrəli bildirişdən görünür ki, işsizlikdən sığorta haqqı üzrə 14027,09 manat, faizlər üzrə 7259,93 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən Sabunçu MKTB-yə ünvanlanan muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli **********3 nömrəli bildirişdən görünür ki, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 1097378,18 manat, faizlər üzrə 244715,26 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən Sabunçu MKTB-yə ünvanlanan icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli **********7 nömrəli bildirişdən görünür ki, icabri tibbi sığorta haqları üzrə 58075,82 manat, faizlər üzrə 30192,52 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən Sabunçu MKTB-yə ünvanlanan vergi borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli **********9 nömrəli bildirişdən görünür ki, vergilər üzrə 378853,57 manat, maliyyə sanksiyaları üzrə 567,32 manat və faizlər üzrə 161378,39 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

19. xx.xx.2025-ci il tarixli qəbzlərə əsasən "xxxx" MMC tərəfindən icbari tibbi sığorta üzrə 20 manat məbləğində, işsizlikdən sığorta haqqı üzrə 4 manat məbləğində, hüquqi şəxs üzrə 876 manat məbləğində, sosial sığorta haqlarının vaxtında ödənilməməsi ilə bağlı faizlər üzrə 13,40 manat məbləğində və işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlər üzrə 2 manat məbləğində ödənişlər edilmişdir.

20. İnternet vergi idarəsindən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borc 558190.93 manat təşkil etmişdir.

21. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxslər Sabunçu MKTB və "xxxx" MMC öz öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fondu, İcbari Tibbi Sığorta Fondu və İşsizlikdən Sığorta Fonduna vergi borcu yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hüquqi şəxslərə borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə və digər fondlara olan borcların ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borclular tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.

22. Məhkəmə maraqlı şəxsin etirazına münasibətdə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının əsas şərti ödənilməmiş vergi borcunun mövcud olmasıdır. Lakin vergi borcunun mübahisələndirilməsi, borc məbləğinin əsaslı olub-olmaması məsələlərinin araşdırılması hazırkı mübahisənin predmetini təşkil etmir.

23. İş materiallarından görünür ki, hazırda hər iki hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxsdur və maraqlı şəxs xx.xx.2025-ci il tarixdən Sabunçu MKTB-nin icra orqanının rəhbəri vəzifəsinə təyin edilmişdir.

24. Belə ki, hazırkı işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir.

25. İnternet vergi idarəsindən çıxarış əsasında müəyyən olunmuşdur ki, Sabunçu MKTB üzrə vergi borcunun məbləği 558190.93 manat təşkil edir.

26. Beləliklə məhkəmə borc məbləğinin həcmini (ümumilikdə 1 800 000 min manatdan artıq olmasını) nəzərə alaraq hesab edir ki, görülən məhdudlaşdırma tədbiri borc məbləğinə mütənasibdir və dövlət büdcəsinə olan borcun ödənilməsini təmin etmək, eyni zamanda hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

27. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir.

29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan Dövlət Sosial Müdafiə Fonduna olan 1262805,08 manat, İşsizlikdən sığorta fonduna olan 18191,56 manat, İcbari Tibbi Sığorta Fonduna olan 76198,74 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.

32. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 460863.64 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1262805.08 manat, İşsizlikdən Sığorta Fonuna olan 18191.56 manat, İcbari Tibbi Sığorta Fonduna olan 76198.74 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs (xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar