Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-950/2025 16.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən İddiaçı ASC-nin xeyrinə SC111/2023 nömrəli, “29” avqust 2023-cü il tarixli Alqı-satqı müqaviləsi üzrə bugünədək dəyəri ödənilməyən malın müvafiq dəyəri olan 59.000,00 AZN (ƏDV daxil) məbləğində pulun və ödənilmiş 267,00 AZN məbləğində dövlət rüsumunun tutulmasın barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında SC111/2023 nömrəli,“29” avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən müqavilə ilə müvafiq elektron qaimə-faktura sənədlərində göstərilən ölçüdə, çeşiddə və miqdarda məhsulların həmin müqavilə üzrə “Alıcı” qismində çıxış edən Cavabdeh MMC-yə satılması “Satıcı” qismində çıxış edən İddiaçı ASC-nin, həmin malların müvafiq dəyərinin razılaşdırılmış şərtlər əsas İddiaçı ASC-yə ödənilməsi isə Cavabdeh MMC-nin öhdəliyi kimi razılaşdırılmışdır. Qeyd edilməsi zəruridir ki, SC111/2023 nömrəli, “29” avqust 2023-cü il tarixli Alqı-satqı Müqaviləsinin “Malın qiyməti və ödəniş şərtləri”ni əks etdirən 3-cü maddəsinin 3.2-ci bəndi ilə malın dəyərinin əvvəlcədən ödənilməsi Cavabdeh MMC-nin öhdəliyi kimi müəyyən olunsa da, həmin öhdəlik bugünədək tam olaraq yerinə yetirilməmişdir. Belə ki; SC111/2023 nömrəli, “29” avqust 2023-cü il tarixli Alqı-satqı müqaviləsinin 2.2-ci maddəsinin tələbinə görə; “Satıcı” “Mal”ı Elektron Qaimə-Faktura sənədləri əsasında “Alıcı”ya təhvil verəcəkdir. Sözügedən Müqavilənin 3.2-ci maddəsinin tələbinə görə; “Alıcı” təqdim edilmiş Hesab fakturaya uyğun olaraq “Mal”ın dəyərini köçürmə yolu ilə tam olaraq əvvəlcədən “Satıcı”nın bank hesabına ödəyir. Hazırki işin mübahisəsiz halıdır ki, SC111/2023 nömrəli, “29” avqust 2023-cü il tarixli Alqı-satqı müqaviləsi üzrə “Satıcı” qismində çıxış edən İddiaçı ASC tərəfindən sözügedən müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, SC111/2023 nömrəli, “29” avqust 2023-cü il tarixli Alqısatmüqaviləsinin 2.2-ci maddəsinin tələblərinə uyğun olaraq, müxtəlif tarixli elektron qaiməfaktura sənədləri (əlavə olunur) əsasında ümumilikdə dəyəri 2.797.463,20 (iki milyon yeddi yüz doxsan yeddi min dörd yüz altmış üç manat iyirmi qəpik) AZN (ƏDV daxil) olan tikinti məhsulu - armaturun “Alıcı” qismində çıxış edən Cavabdeh MMCyə təhvil verilməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunmayaraq yalnız 2.738.463,20 (iki milyon yeddi yüz otuz səkkmin dörd yüz altmış üç manat yeddi qəpik) AZN (ƏDV daxil) dəyərində məhsulun müvafiq dəyəri ödənilmiş, geridə qalan 59.000,00 (əlli doqquz min) AZN (ƏDV daxilməbləğin isə ödənilməsi bugünədək təmin olunmamışdır. Yuxarıda göstərilən əsaslı iddiamız Cavabdeh MMC ilə İddiaçı ASC arasında tərtib olunmuş və tərəflərin baş mühasiblərinin imzeləcə də müəssisə rəhbərlərinin imzası və müəssisənin möhürü ilə təsdiq olunmuş “15” oktyabr 2024-cü il tarixli Üzləşmə aktı ilə təsdiq olunur. (üzləşmə aktı əlavə olunur).Həmin akt ilə Cavabdeh MMC-nin “15” oktyabr 2024-cü il tarixinə İddiaçı ASC-yə 59.000,00 (əlli doqquz min) AZN (ƏDV daxil) məbləğborcu olduğu hər hansı şübhə olmadan təsdiqlənmişdir. Nəzərinizə çatdırılması zəruridir ki, göstərilən tarixdən bugünədək Cavabdeh MMC tərəfindəİddiaçı ASC-yə hər hansıməbləğdə ödəniş olunmamışdır. Qeyd olunması zəruridir ki, hazırki iddia ərizəsi ilə irəli sürülən iddiamız, həmçinin Cavabdeh MMC tərəfindən təhvil alınan yuxarıda göstərilən mallar iəlaqədar İddiaçı ASC tərəfindən göndərilmiş “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” müvafiq nömrə və tarixli elektron qaimfakturaların böyük hissəsinin bilavasitə “Alıcı” tərəfindən təsdiqlənməsi, bir qisminin isə “Alıcı” Cavabdeh MMC tərəfindən hər hansı düzəliş edilməməsi və ya ləğedilməməsi və nəticədə təsdiq olunması ilə bir daha sübut olunur. Əsaslı iddiamız ilə əlaqədar yuxarıda göstərilənlər, “Satıcı” – İddiaçı ASC tərəfindən “Alıcı” - Cavabdeh MMC-yə təhvil veri“Mal”ların dəyərinin, müvafiq elektron qaimə-faktura sənədlərinin tarix və seriya nömrələrinin, eləcə də Cavabdeh MMC tərəfindən edilmiş ödəntarixlərinin və miqdarının, eləcə də hazırda qalıq borc məbləğinin (59.000,00 (əlli doqquz min) AZN (ƏDV daxil) əks olunduğu müvafiq cədvəl ilə bir daha təsdiq olunur (cədvələlavə olunur). SC111/2023 nömrəli, “29” avqust 2023-cü il tarixli Alqı-satqı müqaviləsinin 2.3-cü maddəsinin tələbinə görə; 2.3 “Alıcı” mala mülkiyyət hüququnu onun dəyərini“Satıcı”ya tam olaraq ödədikdən sonra əldə edəcəkdir. Mülki Məcəllənin 606-cı maddəsinin müvafiq bəndlərinə əsasən; 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətininödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 606.4. Alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ onakeçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya onadair digər sərəncam verə bilməz. Yuxarıda qeyd olunan qanun maddəsinin tələbinə əsasən, “Alıcı”- Cavabdeh MMC tərəfindən alınan malın alış qiymətinin tam miqdarda ödənilməməsi iəlaqədar, həmin mala dair mülkiyyət hüququnun hələ də “Satıcı” İddiaçı ASC-yə məxsus olmasının qeyd olunması zəruridir. Aramızda yaranan mübahisənin məhkəməyəqədər həlli məqsədilə tərəfimizdən Cavabdeh MMC-yə “23” oktyabr 2024-cü il tarixində eyni tarix pretenziya məktubu ünvanlansa da, Cavabdeh MMC pretenziya məktubuna geridə qalan 10 (on) gündən artıq müddət ərzində cavab verməmiş vmübahisənin danışıqlar yolu ilə həll olunmasına səy göstərməmişdir. (pretenziya məktubu əlavə olunur) Yuxarıda göstərilənlərə əsasən, hazırki iddia ərizəsi və ona əlavə olunan müvafiq sənədlər ilə Cavabdeh MMC tərəfindən SC111/2023 nömrəli, “29 avqust 2023-cü il tarixli Alqı-satqı müqaviləsindən irəli gələn, lakin bu günədək icra olunmayan öhdəliklərin mövcud olduğunun kifayət qədər sübut olunduğunu və bu halın mübahisəsiz halı olduğu qənaətindədirlər.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 29 avqust 2023-cü il tarixli, SC111/2023 nömrəli alqı-satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Elektron Qaimə-Faktura sənədlərində göstərilən ölçüdə, çeşiddə və miqdarda məhsulları (bundan sonra “Mal" adlandırılacaq) “Alıcı”ya satır və “Alıcı” isə öz növbəsində alınan malın dəyərini bu müqavilənin 3-cü maddəsi ilə razılaşdırılmış şərtlər əsasında “Satıcı”ya ödəyir.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən tələb olunan “Mal”ların çeşidi, ölçüləri, miqdarı və qiyməti tərəflər arasında əvvəlcədən razılaşdırılacaqdır.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən “Satıcı” “Mal”ı Elektron Qaimə-Faktura sənədləri əsasında “Alıcı”ya təhvil verəcəkdir.
11. Müqavilənin 2.3-cü bəndinə əsasən “Alıcı” mala mülkiyyət hüququnu onun dəyərini “Satıcı”ya tam olaraq ödədikdən sonra əldə edəcəkdir.
12. Müqavilənin 3.1-ci bəndinə əsasən “Mal”ların qiyməti hər partiya üçün elektronqaimə faktura əsasında razılaşdırılır.
13. Müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı” təqdim edilmiş Hesab-Fakturaya uyğun olaraq “Mal”ın dəyərini köçürmə yolu ilə tam olaraq əvvəlcədən “Satıcı”nın bank hesabına ödəyir.
14. İddiaçı tərəfindən mal satışına dair xx.xx.2023-xx.xx.2024-cü il tarixləri əhatə edən 29 avqust 2023-cü il tarixli, SC111/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə satılmış mallara dair e-qaimə tərtib edilərək cavabdeh şirkətə göndərilmişdir.
15. 15.10.2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC (VÖEN: **********) İddiaçı ASC-yə (VÖEN:**********) cəmi borcunun 59.000 manat olmasını qəbul etmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Tərəflər arasında bağlanmış 29 avqust 2023-cü il tarixli, SC111/2023 nömrəli alqısatqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı Elektron Qaimə-Faktura sənədlərində göstərilən ölçüdə, çeşiddə və miqdarda məhsulları alıcıya satmağı və alıcı isə öz növbəsində alınan malın dəyərini bu müqavilənin 3-cü maddəsi ilə razılaşdırılmış şərtlər əsasında satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
23. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimələr və üzləşmə aktı ilə təstiq olunduğu üçün 59.000 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
24. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 267 manat dövlət rüsumu ödənilmişdir.
25. MPM-in:
26. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
28. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 267 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli SC111/2023 saylı alqı-satqı müqaviləsi üzrə ədv daxil 59.000 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 267 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova