Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-956/2024 28.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AF 28/02 nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş mallar üzrə dəyəri ödənilməmiş 22837,50 manat əsas borc və ƏDV üzrə 565,78 manat borc məbləğinin, 2304 manat məbləğində penyanın, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat mediasiya haqqının və vəkil xidmətləri üçün ödənilmiş 300 manat pul məbləğinin, ümumilikdə 26207,28 manat pul məbləğinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 11.03 2021-ci il tarixli, BM 11/03 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə “İcraçı” ona məxsus olan məhsulları “Sifarişçi”nin yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında “Sifarişçi”yə təhvil verir. Müqavilə İddiaçı MMC-nin direktoru X2 və Cavabdeh MMC-nin direktoru X1 tərəfindən imzalanmışdır. 11.03 2021-ci il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə görə müqavilə üzrə malların qiyməti və məbləği qaimə-fakturaya əsasən müəyyən olunur. Cavabdeh MMC 11.03 2021-ci il tarixdən başlayaraq İddiaçı MMC-dən müxtəlif çeşidddə mallar almış və həmin malların dəyərini qismən ödəmişdir. Cavabdeh MMC-nin İddiaçı MMC-yə ümumilikdə 23403,28 manat borcu yaramışdır. Cavabdeh MMC 2021-ci ildə İddiaçı MMCdən 42673,63 manat dəyərində malalmış və 34457,43 manat ödəmiş xx.xx.2021-ci il tarixə 8216,2 manat borcu qalmışdır. 2022-ci ildə 41936,63 manat dəyərində mal almış və 39239,72 manat ödəmiş, xx.xx.2022-ci il tarixə 2696,5 manat borcu qalmışdır. 2023-cü ildə 23114,20 manat dəyərində mal almış və 10623,62 manat ödəmiş xx.xx.2023-cü il tarixə 12490,58 manat borcu qalmışdır. Müqavilə öhdəliklərinin yerinə yetirilməsi və borcun ödənilməsi ilə əlaqədar Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən qalan borc ödənilməmişdir.Tərəflər arasında 12 iyun 2023-cü il tarixli üzləşmə aktı tərtib edilmiş və müəyyən olmuşdur ki, 22837,50 manat əsas borc və 565,78 manat ƏDV Cavabdeh MMC tərəfindən bu günədək ödənilməmişdir.12 iyun 2023-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında Qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə cavabdehin iddiçıya 22837,50 manat əsas borc və 565,78 manat ƏDV üzrə borcu qaldığı təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 2.4 bəndində gecikdirilmiş müddət üçün faiz məbləğinin hesablanması hər gecikdirilən gün üçün gecikdirilən ödəmənin 0.1% həcmində, gecikdirilən ödəmənin 10%dən artıq olmamaqla ödənilməsi qaydası müəyyən olunmuşdur. Cavabdeh MMC-nin ödəmədiyi 23403,28 manat borc məbləği üçün hesablanan penya məbləği 2304 manatdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi sistemə ərizə yükləyərək onun iştirakı olmadan işə baxılmasını və tələbin təmin edilməsini məhkəmədən xahiş etmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli BM 11/03 nömrəli sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC arasında bağlanmış müqavilənin tələbinə görə icraçı ona məxsus olan məhsulları sifarişçinin yazılı sifarişi və hər iki tərəfin imzaları ilə təsdiq edilmiş qaimə əsasında sifarişçiyə təhvil verir. İcraçı müqavilənin şərtlərinə əsasən malların vaxtlı vaxtında göndərilməsinin təmin olunması üçün məsuliyyət daşıyır. Bu müqavilə üzrə malların qiyməti və məbləği qaimə fakturaya əsasən müəyyən olunur. Göstərilən malların dəyəri mallar təhvil verildikdən sonra 15 iş günü ərzində icraıçının hesabına ödənilir. Müqavilənin 2.4-cü bəndində gecikdirilmiş müddət üçün faiz məbləğinin hesablanması hər gecikdirilən gün üçün gecikdirilən ödəmənin 0.1% həcmində, lakin gecikdirilmiş ödəmənin ümumi dəyərinin 10%-dən artıq olmamaqla ödənilməsi qaydası müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 22837,50 manat əsas borc, 565,78 manat ƏDV borcu var. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 23404,28 manat borcu var. xx.xx.2023-cü il tarixli EBCM seriyalı 515837 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 861,91 manat əsas borc, 155,14 manat ƏDV, cəmi 1017,05 manat məbləğində məhsul satmışdır. xx.xx.2022-ci il tarixli EBCL seriyalı 601871 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 55,98 manat əsas borc, 10,08 manat ƏDV, cəmi 66,06 manat məbləğində məhsul satmışdır. xx.xx.2023-cü il tarixli EBCM seriyalı 425691 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 162,72 manat əsas borc, 29,29 manat ƏDV, cəmi 192,01 manat məbləğində məhsul satmışdır. xx.xx.2022-ci il tarixli EBCM seriyalı 037984 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 213,84 manat əsas borc, 38,49 manat ƏDV, cəmi 252,33 manat məbləğində məhsul satmışdır. xx.xx.2023-cü il tarixli EBCN seriyalı 382478 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 168,36 manat əsas borc, 30,30 manat ƏDV, cəmi 198,66 manat məbləğində məhsul satmışdır. xx.xx.2023-cü il tarixli EBDC seriyalı 460606 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 12839,52 manat əsas borc, 2311,11 manat ƏDV, cəmi 15150,64 manat məbləğində məhsul satmışdır. xx.xx.2023-cü il tarixli EBDC seriyalı 653917 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 253,50 manat əsas borc, 45,63 manat ƏDV, cəmi 299,13 manat məbləğində məhsul satmışdır. xx.xx.2023-cü il tarixli EBCO seriyalı 290613 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 947,15 manat əsas borc, 170,49 manat ƏDV, cəmi 1117,64 manat məbləğində məhsul satmışdır. xx.xx.2023-cü il tarixli EBCO seriyalı 591030 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 274,60 manat əsas borc, 49,43 manat ƏDV, cəmi 324,03 manat məbləğində məhsul satmışdır. xx.xx.2023-cü il tarixli EBCO seriyalı 719909 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 385,60 manat əsas borc, 69,41 manat ƏDV, cəmi 455,01 manat məbləğində məhsul satmışdır. xx.xx.2023-cü il tarixli EBCO seriyalı 717847 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 466,20 manat əsas borc, 83,92 manat ƏDV, cəmi 550,12 manat məbləğində məhsul satmışdır. xx.xx.2023-cü il tarixli EBCO seriyalı 946555 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 305,10 manat əsas borc, 54,92 manat ƏDV, cəmi 360,02 manat məbləğində məhsul satmışdır. xx.xx.2023-cü il tarixli EBCP seriyalı 010378 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 478,83 manat əsas borc, 86,19 manat ƏDV, cəmi 555,02 manat məbləğində məhsul satmışdır. xx.xx.2023-cü il tarixli EBDA seriyalı 435658 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 549,85 manat əsas borc, 98,97 manat ƏDV, cəmi 648,82 manat məbləğində məhsul satmışdır. xx.xx.2023-cü il tarixli EBDA seriyalı 968353 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 601,78 manat əsas borc, 108,32 manat ƏDV, cəmi 710,10 manat məbləğində məhsul satmışdır. xx.xx.2023-cü il tarixli EBDB seriyalı 358678 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-yə 1255,19 manat əsas borc, 225,93 manat ƏDV, cəmi 1481,13 manat məbləğində məhsul satmışdır. xx.xx.2023-cü il taixli EBDW seriyalı 167155 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC 300 manat vəkil xərci tələb olunar. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Nümayəndə 600 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01450 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddələrinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli BM 11/03 nömrəli müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən məhsullar təhvil verilmiş, lakin xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC 22837,50 manat əsas borc və ƏDV üzrə 565,78 manat borcunu ödəməmişdir. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, penya tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 596,72 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən ƏDV daxil 23403,28 manat borc, 596,72 manat penya, mediasiya xərci kimi ödənilmiş 200 manat və hüquqi yardım üçün ödənilmiş 300 manat, cəmi 24500 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 23403,28 manat borc, 596,72 manat penya, mediasiya xərci kimi ödənilmiş 200 manat və hüquqi yardım üçün ödənilmiş 300 manat, cəmi 24500 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-956/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-956/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver