Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-96/2025 04.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 14 mart 2022-ci il tarixli və 29 noyabr 2022-ci il tarixli payın alqı-satqı müqavilələrinin icra edilməməsi səbəbilə iddiaçı tərəfindən ödənilmiş 1 979 000 manat dəyərində pay haqqının, hesablanmış 604 044 manat məbləğində cərimənin, 63436 manat məbləğində dəymiş zərərin və 1500 manat hüquqi yardım xərcinin, 410 manat mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 2043 manat, müvəqqəti təminat tədbirinə dair ərizənin verilməsi üçün ödənilmiş 178 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənişin icrasından sonra mənzillərin cavabdehə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixli barışıq sazişi və ona xx.xx.2024-cü il tarixli əlavə razılaşma təqdim edərək sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 və əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi X3 xx.xx.2024-cü il tarixli barışıq sazişi və ona xx.xx.2024-cü il tarixli əlavə razılaşmanı müdafiə edərək barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş 03 iyun 2024-cü il tarixli barışıq sazişindən (ona xx.xx.2024-cü il tarixli 01 nömrəli əlavə nəzərə alınmaqla) görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 3.1. İddiaçı ASC ilə Cavabdeh MTK arasında 14 mart 2022-ci il tarixli SRM 147 nömrəli payın alqı-satqı müqaviləsi (bundan sonra “İ Müqavilə”) bu Sazişinin 3.3.1ci bəndi üzrə nəzərdə tutulmuş ödəniş həmin bənddə nəzərdə tutulmuş qaydada və müddətdə bütünlüklə icra olunduğu gündən etibarən xitam edilir, İddiaçı ASC İ Müqavilənin predmetini təşkil edən ümumi sahəsi 585 kv.m olan mənzil üzrə bütün hüquqlarından Cavabdeh MTK-nın xeyrinə imtina edir və mənzillərə dair hüquqlar Cavabdeh MTK-ya geri qaytarılır. Bu bənddə qeyd edilənlərlə əlaqədar müvafiq təsdiqedici sənəd Sazişin 3.3.1-ci bəndi icra olunduqdan sonra Cavabdeh MTK-nın müraciəti əsasında İddiaçı ASC tərəfindən təqdim ediləcəkdir. 3.2. İddiaçı ASC ilə Cavabdeh MTK arasında 29 noyabr 2022-ci il tarixli SRM 185 nömrəli payın alqı-satqı müqaviləsi (bundan sonra “İİ Müqavilə”) bu Sazişinin 3.3.2ci bəndi üzrə nəzərdə tutulmuş ödənişlər həmin bənddə nəzərdə tutulmuş qaydada və müddətdə bütünlüklə icra edildiyi gündən etibarən xitam edilir, İddiaçı ASC İİ Müqavilənin predmetini təşkil edən ümumi sahəsi 160 kv.m olan mənzil üzrə bütün hüquqlarından Cavabdeh MTK-nın xeyrinə imtina edir və mənzilə dair hüquqlar Cavabdeh MTK-ya geri qaytarılır. Bu bənddə qeyd edilənlərlə əlaqədar müvafiq təsdiqedici sənəd Sazişin 3.3.2-ci bəndi icra olunduqdan sonra Cavabdeh MTK-nın müraciəti əsasında İddiaçı ASC tərəfindən təqdim ediləcəkdir. 3.3. Cavabdeh MTK İddiaçı ASC tərəfindən İ Müqavilə və İİ Müqavilə üzrə ödənilmiş cəmi pay haqqını (1455 min manat + 524 min manat = 1979 min manat ƏDV daxil) (bundan sonra “Pay Haqqı”) aşağıdakı qaydada və müddətdə İddiaçı ASC-yə geri ödəyir: 3.3.1. 1 200 000 (bir milyon iki yüz min) ƏDV daxil manat - Bu Sazişinin imzalandığı tarixdən 19 iyul 2024-cü il tarixinədək; 3.3.2. 524 000 (beş yüz iyirmi dörd min) ƏDV daxil manat - Bu Sazişin qüvvəyə minmə tarixindən sonrakı 6 təqvim ayı ərzində; 3.3.3. 255 000 (iki yüz əlli beş min) ƏDV daxil manat - Bu Sazişin qüvvəyə minmə tarixindən sonrakı 15 təqvim ayı ərzində aşağıdakı qaydada: a. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 1-ci təqvim ayı ərzində; b. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 2-ci təqvim ayı ərzində; c. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 3-cü təqvim ayı ərzində; d. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 4-cü təqvim ayı ərzində; e. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 5-ci təqvim ayı ərzində; f. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 6-cı təqvim ayı ərzində; g. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 7-ci təqvim ayı ərzində; h. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 8-ci təqvim ayı ərzində; i. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 9-cu təqvim ayı ərzində; j. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 10-cu təqvim ayı ərzində; k. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 11-ci təqvim ayı ərzində; l. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 12-ci təqvim ayı ərzində. m. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 13-cü təqvim ayı ərzində. n. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 14-cü təqvim ayı ərzində. o. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 15-ci təqvim ayı ərzində. 3.4. Bu Sazişin 3.3.1. bəndində qeyd edilmiş ödəniş Cavabdeh MTK tərəfindən həmin bənddə qeyd edilmiş müddət ərzində icra edilməzsə bu Saziş etibarsız hesab ediləcəkdir. Bu Sazişin digər hər-hansı bəndi bu bəndlə ziddiyyət təşkil etdikdə bu bənd üstün hüquqi qüvvəyə malik hesab ediləcəkdir. 3.5. Tərəflər yalnız bu Sazişin 3.3.1-ci bəndində qeyd edilmiş ödəniş icra edildikdən sonra Sazişi aralarındakı məhkəmə işi üzrə Bakı Kommersiya Məhkəməsinə təqdim edə bilər. Bu Sazişin digər hər-hansı bəndi bu bəndlə ziddiyyət təşkil etdikdə bu bənd üstün hüquqi qüvvəyə malik hesab ediləcəkdir. Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 imzalamış, saziş hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 2044,83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 2044,83 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan 03 iyun 2024-cü il tarixli barışıq sazişi (ona xx.xx.2024-cü il tarixli 01 nömrəli əlavə nəzərə alınmaqla) təsdiq edilsin: 3.1. İddiaçı ASC ilə Cavabdeh MTK arasında 14 mart 2022-ci il tarixli SRM 147 nömrəli payın alqı-satqı müqaviləsi (bundan sonra “İ Müqavilə”) bu Sazişinin 3.3.1ci bəndi üzrə nəzərdə tutulmuş ödəniş həmin bənddə nəzərdə tutulmuş qaydada və müddətdə bütünlüklə icra olunduğu gündən etibarən xitam edilir, İddiaçı ASC İ Müqavilənin predmetini təşkil edən ümumi sahəsi 585 kv.m olan mənzil üzrə bütün hüquqlarından Cavabdeh MTK-nın xeyrinə imtina edir və mənzillərə dair hüquqlar Cavabdeh MTK-ya geri qaytarılır. Bu bənddə qeyd edilənlərlə əlaqədar müvafiq təsdiqedici sənəd Sazişin 3.3.1-ci bəndi icra olunduqdan sonra Cavabdeh MTK-nın müraciəti əsasında İddiaçı ASC tərəfindən təqdim ediləcəkdir. 3.2. İddiaçı ASC ilə Cavabdeh MTK arasında 29 noyabr 2022-ci il tarixli SRM 185 nömrəli payın alqı-satqı müqaviləsi (bundan sonra “İİ Müqavilə”) bu Sazişinin 3.3.2ci bəndi üzrə nəzərdə tutulmuş ödənişlər həmin bənddə nəzərdə tutulmuş qaydada və müddətdə bütünlüklə icra edildiyi gündən etibarən xitam edilir, İddiaçı ASC İİ Müqavilənin predmetini təşkil edən ümumi sahəsi 160 kv.m olan mənzil üzrə bütün hüquqlarından Cavabdeh MTK-nın xeyrinə imtina edir və mənzilə dair hüquqlar Cavabdeh MTK-ya geri qaytarılır. Bu bənddə qeyd edilənlərlə əlaqədar müvafiq təsdiqedici sənəd Sazişin 3.3.2-ci bəndi icra olunduqdan sonra Cavabdeh MTK-nın müraciəti əsasında İddiaçı ASC tərəfindən təqdim ediləcəkdir. 3.3. Cavabdeh MTK İddiaçı ASC tərəfindən İ Müqavilə və İİ Müqavilə üzrə ödənilmiş cəmi pay haqqını (1455 min manat + 524 min manat = 1979 min manat ƏDV daxil) (bundan sonra “Pay Haqqı”) aşağıdakı qaydada və müddətdə İddiaçı ASC-yə geri ödəyir: 3.3.1. 1 200 000 (bir milyon iki yüz min) ƏDV daxil manat - Bu Sazişinin imzalandığı tarixdən 19 iyul 2024-cü il tarixinədək; 3.3.2. 524 000 (beş yüz iyirmi dörd min) ƏDV daxil manat - Bu Sazişin qüvvəyə minmə tarixindən sonrakı 6 təqvim ayı ərzində; 3.3.3. 255 000 (iki yüz əlli beş min) ƏDV daxil manat - Bu Sazişin qüvvəyə minmə tarixindən sonrakı 15 təqvim ayı ərzində aşağıdakı qaydada: a. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 1-ci təqvim ayı ərzində; b. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 2-ci təqvim ayı ərzində; c. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 3-cü təqvim ayı ərzində; d. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 4-cü təqvim ayı ərzində; e. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 5-ci təqvim ayı ərzində; f. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 6-cı təqvim ayı ərzində; g. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 7-ci təqvim ayı ərzində; h. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 8-ci təqvim ayı ərzində; i. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 9-cu təqvim ayı ərzində; j. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 10-cu təqvim ayı ərzində; k. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 11-ci təqvim ayı ərzində; l. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 12-ci təqvim ayı ərzində. m. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 13-cü təqvim ayı ərzində. n. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 14-cü təqvim ayı ərzində. o. 17 000 (on yeddi min) ƏDV daxil manat - Bu Sazişinin qüvvəyə minmə tarixindən sonrakı 15-ci təqvim ayı ərzində. 3.4. Bu Sazişin 3.3.1. bəndində qeyd edilmiş ödəniş Cavabdeh MTK tərəfindən həmin bənddə qeyd edilmiş müddət ərzində icra edilməzsə bu Saziş etibarsız hesab ediləcəkdir. Bu Sazişin digər hər-hansı bəndi bu bəndlə ziddiyyət təşkil etdikdə bu bənd üstün hüquqi qüvvəyə malik hesab ediləcəkdir. 3.5. Tərəflər yalnız bu Sazişin 3.3.1-ci bəndində qeyd edilmiş ödəniş icra edildikdən sonra Sazişi aralarındakı məhkəmə işi üzrə Bakı Kommersiya Məhkəməsinə təqdim edə bilər. Bu Sazişin digər hər-hansı bəndi bu bəndlə ziddiyyət təşkil etdikdə bu bənd üstün hüquqi qüvvəyə malik hesab ediləcəkdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2044,83 (iki min qırx dörd manat səksən üç qəpik) manat pul dövlət büdcəsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-96/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-96/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver